saxlanması sözü azərbaycan dilində

saxlanması

Yazılış

  • saxlanması • 99.6909%
  • Saxlanması • 0.2678%
  • SAXLANMASI • 0.0412%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Enerjinin saxlanması qanunu
Enerjinin saxlanması qanunu – təbiətdə ümumi qanunlarından biri (saxlanma prinsipləri). Qanuna görə enerji bir formadan digər formaya çevrilərkən itmir və yenidən yaradılmır. Maddi sistem bir haldan digər hala keçdikdə onun enerjisinin dəyişməsi sistem ilə qarşılıqlı təsirdə olan cisimlərin enerjisinin artmasına və ya azalmasına ciddi uyğun gəlir. Enerjinin bir formadan digər formaya çevrilməsi prosesləri müəyyən miqdari ekvivalentlər ilə tənzimlənir. Enerjinin saxlanması qanunu XX əsrin ortalarında R. Mayer, C. Coul, Helmholts və başqalarının səyi ilə kəşf edilmişdir. Bu kəşfə qədər materiya və hərəkətin saxlanması haqqında Dekart, Leybnits, Lomonosov tərəfindən söylənilmiş ideyalar mövcud olmuşdur. Bu qanunda maddi dünyanın vəhdəti özünü göstərir. Onun kəşfi ilə təbiətdə bütün fəaliyyətin vəhdəti mülahizəsi fəlsəfi mühakimədən çıxaraq elmi fakta çevrilmişdir.
Kompüter məlumatlarının saxlanması
Kompüter məlumatlarının saxlanması (ing. Computer data storage or digital data storage) — müxtəlif məlumatların, faylların və proqramların sistemin yaddaşında mühafizəsi üçün müxtəlif texnologiya və metodlardan istifadəni əhatə edir. Bu proses, məlumatların uzunmüddətli və qısa müddətli saxlanması üçün fərqli yanaşmaları əhatə edir. == Əsas anlayışlar və növlər == === Saxlama növləri === ==== Qısa müddətli saxlama (RAM) ==== Riyazi yaddaş (ing. Random Access Memory) — Kompüterin işləmə sürətini artırmaq üçün müvəqqəti məlumatları saxlayır. Bu yaddaş enerji ilə işləyir və kompüter bağlandıqda bütün məlumatlar silinir. ==== Uzun müddətli saxlama ==== Sərt Disk (HDD) — məlumatların maqnitli disklərdə saxlandığı ənənəvi bir saxlanma cihazıdır. Daha çox yer təklif edir, lakin daha yavaşdır. Solid-State Drive (SSD) — daha sürətli məlumat oxuma və yazma sürətinə malik olan yarı keçirici yaddaşdır. SSD-lər daha sürətli, daha dayanıqlı, lakin adətən daha baha başa gəlir.
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması
Rusiya və Zaqafqaziya qanunların müvəqqəti saxlanması — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin reallıqla hesablaşaraq, qəbul etdiyi müvəqqəti qərarlardan biri. == Tarixi == Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətə başladığı dövrdə dövlət quruluşunun, bütövlükdə, siyasi sistemin dəyişdirilməsi yeni qanunların qəbulunu zəruri edirdi. Lakin bunun üçün müvafiq təşkilati tədbirlər və qanunvericilik prosesi tələb olunurdu. Buna görə də, çıxış yolu kimi müvəqqəti olaraq köhnə qanunvericilik sistemi saxlanıldı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti bu məqsədlə 1918-ci il 23 iyun tarixli qərarı ilə idarəetmə və məhkəmənin bütün sahələri üzrə mövcud olan qanunları, həmin qanunlar hökumət tərəfindən ləğv olunana və ya dəyişdirilənədək qüvvədə saxlanıldı. Eyni zamanda, Milli Şura, Parlament və Hökumət qanunvericilik sahəsində gərgin çalışaraq, bu qanunlann xeyli hissəsini ləğv etməyə və yenilərini qəbul etməyə nail oldu. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti == Ədəbiyyat == Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Азербаиджанская Демократическая Республика (1918-1920). 3aкондательные акты (сборник документов), Б., 1998.

"saxlanması" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saxlanması nədir? #saxlanması sözünün mənası #saxlanması nə deməkdir? #saxlanması sözünün izahı #saxlanması sözünün yazılışı #saxlanması necə yazılır? #saxlanması sözünün düzgün yazılışı #saxlanması leksik mənası #saxlanması sözünün sinonimi #saxlanması sözünün yaxın mənalı sözlər #saxlanması sözünün əks mənası #saxlanması sözünün etimologiyası #saxlanması sözünün orfoqrafiyası #saxlanması rusca #saxlanması inglisça #saxlanması fransızca #saxlanması sözünün istifadəsi #sözlük