Sayadov sözü azərbaycan dilində

Sayadov

Yazılış

  • Sayadov • 97.0149%
  • SAYADOV • 2.9851%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mehman Sayadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Asif Sayadov
Asif Məhəmmədhənifə oğlu Sayadov (1 iyun 1977, İlisu, Qax rayonu) — Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi, Azərbaycan Vin Çun döyüş sənəti Federasiyasının prezidenti, Vinq Çun döyüş sənətinin ölkəmizdəki yaradıcısı, Beynəlxalq Samuel Kvok Vinq Çun assosiasiyasının (SMKMAA) və həmçinin Dünya Vinq Çun Birliyinin (WWCU) Azərbaycanda rəsmi nümayəndəsi, 5 qat dünya çempionu, 2023-cü ildən etibarən Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının prezidentidir. == Həyatı == Asif Sayadov 1977-ci ildə Qax rayonunun İlisu kəndində doğulmuşdur. Orta təhsilini VII sinfə qədər Nizami adına İlisu kənd orta məktəbində və sonrakı illəri Qax rayon Olimpiya idman məktəbində (sərbəst güləş növü üzrə) davam etdirmiş. 1999-cu ildə isə Bakı Biznes Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bitirmişdir. 2002–2003-cü illərdə hərbi xidməti başa vurduqdan sonra 2014-cü ildə ikinci ali məktəbi — Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. Ailəlidir, 2 övladı var. == Karyerası == Hələ uşaq yaşlarından idmanın karate, boks, sambo, sərbəst güləş və kikboksinq növləri ilə məşğul olmuş və tələbəlik illəri dövründən (1995–1996) başlayaraq Azərbaycan Kunq Fu federasiyasında təlim məşqlərinə başlamışdır. 2000-ci ildən etibarən beynəlxalq yarışlarda ölkəmizi həm peşəkar idmançı kimi həm də məşqçi kimi təmsil etmişdir. Asif Sayadovun onlarla tələbəsi Avropa və dünya çempionatlarının qalibləri, mükafatçıları olmuşdur. Onun rəhbərliyi altında 2004-2008-2009-2012-2015–2019-cu illərdə yetirmələri müxtəlif Avropa və dünya çempionatlarında böyük uğurlar qazanıblar.2007–2008-ci illərdə Vinq Çun üzrə dünyaca məşhur "Canlı Əfsanə" titullu çinli Böyük Usta Samuel Kvokdan vinq çun dərsləri almış və bu döyüş sənətinin sirlərinə dərindən yiyələnmişdir.2008-ci ildə Beynəlxalq Vinq Çun Assosiasiyasına Azərbaycan üzrə səlahiyyətli nümayəndə seçilərək, Vinq Çun döyüş sənətini rəsmi olaraq ölkəmizə gətirmiş və bu döyüş sənətinin ölkəmizdə tanınmasında və inkişafında böyük əməyi olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2007 •••••• 0.42
2008 •••• 0.24
2009 ••••••••••• 0.80
2010 ••••• 0.36
2011 ••• 0.17
2012 ••• 0.17
2014 ••••• 0.34
2015 ••• 0.17
2016 ••••• 0.35
2018 •• 0.15

Oxşar sözlər

#sayadov nədir? #sayadov sözünün mənası #sayadov nə deməkdir? #sayadov sözünün izahı #sayadov sözünün yazılışı #sayadov necə yazılır? #sayadov sözünün düzgün yazılışı #sayadov leksik mənası #sayadov sözünün sinonimi #sayadov sözünün yaxın mənalı sözlər #sayadov sözünün əks mənası #sayadov sözünün etimologiyası #sayadov sözünün orfoqrafiyası #sayadov rusca #sayadov inglisça #sayadov fransızca #sayadov sözünün istifadəsi #sözlük