* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Orqanizmin sağlam vəziyyəti; bədən üzvlərinin hamısının düzgün işlədiyi, normal fəaliyyət göstərdiyi hal; gümrahlıq. Mən bu qadını bir az tanıyırdım, … qarabuğdayı üzündə bir dirilik, yanaqlarında vücudunun sağlamlığından nəşət edən bir qırmızılıq, gözlərində bir dərinlik mövcud idi. S.Hüseyn. Ana bu qollardakı əzələlərin qüvvət və sağlamlığını hiss edirdi. İ.Əfəndiyev. 2. Səhhət üçün yararlılıq, xeyirlilik, cana xeyirlilik. Dağ havasının sağlamlığı. Sağlamlığı təmin edən amillər. Ətraf mühitin sağlamlığı. □ Sağlamlıq ocaqları – istirahət və müalicəyə xidmət edən, havası sağlam olan yerlər – kurortlar, sanatoriyalar, istirahət evləri və s. Azərbaycanda sağlamlıq ocaqlarının sayı ildən-ilə artır. (Qəzetlərdən).
Azərbaycan dilinin izahlı lüğəti / sağlamlıq4 SAĞLAMLIQ [Davud:] Mən buna görə heç nəyə qızırqanmıram, camaatın sağlamlığı yolunda canımı qoyuram (H.Abbaszadə); AFİYƏT (kl.əd.) Ol bəzm idi afiyət baharı; Mən bülbülü-zari-biqərarı (Füzuli); CANSAĞLIĞI Bunların hamısı ötüşər, insana cansağlığı lazımdır (Ə.Haqverdiyev); QIVRAQLIQ (dan.) ..qoca Firuz bu gün hamını heyrətə salan, yaşma yaraşmayan elə bir qıvraqlıqla işə girişdi (Ə.Məmmədxanlı); SAĞLIQ Sağlıq istəsən – çox yemə (Ata. sözü); SAZLIQ (dan.) Mişa: Hər kəs öz bədəninin sazlığını, dözümünü hər hansı bir həkimdən dürüst bilir (H. Abbaszadə); SƏHHƏT Gülüş: Adam öz səhhətinin qayğısına özü qalmayanda... (Anar).
Azərbaycan dilinin sinonimlər lüğəti / sağlamlıq1 SAĞLAMLIQ – ƏLİLLİK İnsanın yaşaması üçün sağlamlıq əsas şərtdir. Əlillik pensiyası alan Səfər kənddə bir müddət tüfeyli həyat keçirmiş, sonra el-obanın təkidi ilə gözətçi vəzifəsinə düzəlmişdi (H.Nadir).
Azərbaycan dilinin antonimlər lüğəti / sağlamlıq2 I сущ. здоровье: 1. состояние организма, при котором нормально действуют все его органы. Əhalinin sağlamlığı здоровье населения, sağlamlığın qorunması (mühafizəsi) охрана здоровья, sağlamlığın mənbəyi источник здоровья, sağlamlığı möhkəmlətmək укреплять здоровье, sağlamlıq zonası зона здоровья, sağlamlıq kompleksi комплекс здоровья 2. то или иное состояние организма, самочувствие. Zəif sağlamlığı üzündən из-за слабого здоровья, sağlamlığını soruşmaq спросить о здоровье II прил. оздоровительный (содействующий оздоровлению). Sağlamlıq işləri оздоровительные работы, sağlamlıq düşərgələri оздоровительные лагеря, sağlamlıq ocaqları очаги здоровья, оздоровительные очаги
Azərbaycanca-rusca lüğət / sağlamlıq1 I. i. health; sağlamlığa görə for reasons of health II. s. health; ~ ocağı centre of health
Azərbaycanca-ingiliscə lüğət / sağlamlıq1 is. santé f ; ~ ocağı sanatorium m, maison f de santé ; öz ~ğını qorumaq ménager sa santé
Azərbaycanca-fransızca lüğət / sağlamlıq1 сущ. 1. сагъламвал, ччан сагъ тир гьал; гумрагьвал; 2. ччандиз хийирлувал, менфятлувал; // sağlamlıq ocaqları сагъламвал патал хъсан гьава, ятар ва мс. авай чкаяр, ял ядай кӀвалер, курортар, санаторияр ва мс.
Azərbaycanca-ləzgicə lüğəti / sağlamlıq