Selenqa sözü azərbaycan dilində

Selenqa

Yazılış

  • Selenqa • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Selenqa deltası
Selenqa deltası - Selenqa çayının Baykal gölünə tökülən hissəsində düzən bataqlıqlaşmış ərazidə yerləşir. İnzibati baxımından Rusiyanın Buryatiya Respublikası ərazisinə daxildir. Bu delta dünyada ən böyük şirinsulu höhzəyə açılan delta olmaqla yanaşı həm də ən böyük daxili deltadır . Qəliz hidrocoğrafi şəkilə malik olan deltanın formalaşmasında erozion-akumlyativ, abrazion-akumlyativ və seysmik-tektonik faktorlar nühüm rol oynayır. Selenqa deltası su quşlarının qidalanması və çoxalması baxımından mühüm rol oynayır. Həmçinin bölgə Rusiya Elmlər Akademiyasının quşları öyrənən əsas bölgələrdən biridir. Yaz ayları ərazidə yaranan toroslar səbəbindən çayın orta axarlarını daşqın basır. == Coğrafiya == Selenqa deltası Ust-Selenqa düzənliyi Baykal rift zonasını əhatə edir. Deltanın kənarlarında Proval və Sor-Çerkalovo körfəzləri yerləşir. Bu dünyada bütünlüklə şirinsu ilə əhatələnən ən böyük deltadır.
Selenqa çayı
Selenqa və ya Seləngə çayı (monq. Сэлэнгэ мөрөн, rus. Селенга, bur. Сэлэнгэ мүрэн) - Monqolustandan başlayaraq Rusiya Federasiyası subyektlərindən olan Buryatiya Respublikası ərazisində yerləşən Baykal gölünə qədər axan çay. Uzunluğu 992 km, hövzəsinin sahəsi 447 000 km2-dir. Selenga adının monqol dilində "Göy qurşağı" mənasındadır. == Etimalogiyası == Buryat dilində sel-enge: enge-suyun töküldüyü göl, sel isə selin tökülməsi mənasındadır. Monqol dilində isə sele üzən su mənasını ifadə edir. == Tarixi == Selenga çayının axdığı coğrafiyada VI-VIII əsrlərdə Birinci Göytürk xaqanlığı və İkinci Göytürk xaqanlığı, 744-840-cı illərdə Uyğur xaqanlığı, IX əsrin 40-cı illərindən X əsrin 10-cu illərinə qədər Yenisey qırğızları hökmranlıq etmişdir. XI əsrdən etibarən bu bölgələr Monqol dilində danışan tayfaların əlinə keçmişdi.

Oxşar sözlər

#selenqa nədir? #selenqa sözünün mənası #selenqa nə deməkdir? #selenqa sözünün izahı #selenqa sözünün yazılışı #selenqa necə yazılır? #selenqa sözünün düzgün yazılışı #selenqa leksik mənası #selenqa sözünün sinonimi #selenqa sözünün yaxın mənalı sözlər #selenqa sözünün əks mənası #selenqa sözünün etimologiyası #selenqa sözünün orfoqrafiyası #selenqa rusca #selenqa inglisça #selenqa fransızca #selenqa sözünün istifadəsi #sözlük