semiotika sözü azərbaycan dilində

semiotika

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • semiotika • 69.4444%
  • Semiotika • 30.5556%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Semiotika
Semiotika (yun. σημειωτική) — ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formalaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. İşarə sisteminin əsas funksiyaları aşağıdakılardır: Məlumatın və mənanın ifadəsinin verilməsi funksiyası, Ünsiyyət funksiyası, yəni dinləyici (oxucu) tərəfindən verilən məlumatın, xəbərin başa düşülməsinin təmin edilməsi, həmçinin fəaliyyətə, hərəkətə sövqetmə, emosional təsir və .s. Semiotika – mətndə struktur informasiyanı daşıyan işarələrin aşkarlanmasıdır. Struktur-semiotik yanaşma mətni və ümumiyyətlə hər hansı əsəri onun bütün səviyyələrində təhlil etmək üçün ən funksional metodlardan biridir. Bu metodla mətnin strukturunda ilk növbədə dəyişməyən və dəyişən səviyyələr bir-birindən fərqləndirilir. Bu da əsərin süjet və obrazlarının struktur mahiyyət və mexanizmlərini üzə çıxarmağa, eyni zamanda mətnin funksional strukturunu, yəni onun "necə işlədiyini" aşkarlamağa imkan verir.

semiotika sözünün leksik mənası və izahı

  • 1 \ – bildirmək, xəbər ver-mək məqsədilə istifadə edilən hər növ işarə sistemini və fəaliyyət prosesini tədqiq edən elm. Ən sadə siqnalvermə sistemlərindən tutmuş təbii dillərə və elmin formallaşdırılmış dillərinə qədər işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / semiotika
  • 2 1. Təbii və sünii dilləri də əlavə etməklə, işarə sistemlərinin ümumi xassələri haqqında elm. 2. Müxtəlif işarə sistemlərini, informasiyanı saxlayan və ötürən (məsələn, dil, mərasim, heyvanlar arasında kommunikasiya) elmi fənn.

    İzahlı tərcüməşunaslıq terminləri lügəti / semiotika

semiotika sözünün rus dilinə tərcüməsi

"semiotika" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#semiotika nədir? #semiotika sözünün mənası #semiotika nə deməkdir? #semiotika sözünün izahı #semiotika sözünün yazılışı #semiotika necə yazılır? #semiotika sözünün düzgün yazılışı #semiotika leksik mənası #semiotika sözünün sinonimi #semiotika sözünün yaxın mənalı sözlər #semiotika sözünün əks mənası #semiotika sözünün etimologiyası #semiotika sözünün orfoqrafiyası #semiotika rusca #semiotika inglisça #semiotika fransızca #semiotika sözünün istifadəsi #sözlük