* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ing. sandwich "çoxlaylı buterbrod"] aşp. Çörəkarası ət və zövqə görə başqa ərzaqlarla doldurulmuş yemək növü. Buterbroddan fərqi altdan və üstdən çörək və ya bulka ilə örtülməsidir.
Yeni sözlər və yeni mənalar lüğəti / sendviç1 İngiltərənin ən uzaq cənub-şərq sahillərində Sendviç şəhəri yerləşir. Vaxtilə bura vacib ticarət limanı və hərbi-dəniz bazası olub, amma XVI əsrdə limanı bütünlüklə lil basıb. 1660-cı ildə Edvard Monteqyu ilk Sendviç qrafı olur. Bu titulu ona II Karl sürgündən qayıda bilməsi üçün krala göstərdiyi yardımın əvəzi olaraq verir. Dördüncü Sendviç qrafı Con Monteqyu bu nəslin ən tanınmış nümayəndəsi idi. 1749–82-ci illərdə o, admirallığın birinci lordu olmuşdu. Dəniz yürüşləri daim onu maraqlandırmış və kapitan Ceyms Kuka bu işdə yardım etmişdi. 1778-ci ildə Kuk Sakit okeanda silsilə adalar kəşf edəndə onları Sendviç adaları adlandırmışdı. Düzdür, sonralar adalara əvvəlki adları qaytarılmış və yenidən Havay adaları deyilməyə başlamışdır. Sendviç qrafı olduqca pozğun həyat sürür və qumar oynamağı çox sevirmiş. 1762-ci ildə, günlərin birində o, qumar stolu arxasında durmadan 24 saat oturaraq hətta normal qidalanmaq üçün belə özünü oyundan ayıra bilmirmiş. Mədəsi boş qalmasın deyə qraf qulluqçulara arasına soyuq ət tikələri qoyulmuş bir neçə dilim qızardılmış çörək gətirməyi əmr edir. O vaxtdan arasında ət və ya hər hansı başqa bir ərzaq məhsulu olan iki dilim çörəyə sendviç deyilir. (Ayzek Azimov. Sözlərin tarixi)
Azərbaycan dilinin etimologiya lüğəti / sendviç