Serbiya sözü azərbaycan dilində

Serbiya

Yazılış

  • Serbiya • 99.9163%
  • serbiya • 0.0837%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Serbiya
Serbiya (serb. Србија / Srbija) ya da Serbstan, rəsmi adı Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. == Tarixi == Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Morava (Serbiya)
Morava çayı (serb. Велика Морава, lat. Margus) — Serbiya ərazisindən axan və Dunay çayının sağ qolunu təşkil edən çay. Dunaya Smerederevo yaxınlığında tökülür. Cənubi Morava və Qərbi Morava çaylarının birləşməsindən əmələ gəlir. Onun mənbəyi Kruşevas şəhərindən 15 km şimal-şərqdə yerləşir. Çyın uzunluğu 217 km təşkil edir. Cənubi Mirava çayı ilə birlikdə uzunluğu 563 km-dir. Hövzəsinin sahəsi təqribi olaraq 38 min km² ərazini əhatə edir. Hövzəsinə daxil olan ölkələr Bolqarıstan, Makedoniya, Serbiya və Monteneqro.
Serbiya Respublikası
Serbiya (serb. Србија / Srbija) ya da Serbstan, rəsmi adı Serbiya Respublikası (serb. Република Србија / Republika Srbija) — cənub-şərqi Avropada, Balkan yarımadasının mərkəzi hissəsində və qismən Pannon ovalığında yerləşən, dənizə çıxışı olmayan dövlət. Serbiya şimalda Macarıstan, şərqdə Bolqarıstan və Rumıniya, cənubda Makedoniya Respublikası və şərqdə Xorvatiya, Bosniya və Herseqovina və Monteneqro ilə həmsərhəddir. Serbiyanın paytaxtı cənub-şərqi Avropanın ən böyük şəhərlərindən biri olan Belqraddır. == Tarixi == Balkan yarımadasına köçdükdən sonra serblər burada orta əsrlərdə bir neçə dövlət qurdular. 1217-ci ildə Serbiya krallığı Roma və Konstantinopol tərəfindən müstəqil dövlət kimi tanındı. 1346-cı ildə dövlət Serbiya imperiyası adlanmağa başladı. 16-cı əsrin ortalarında bütün Serbiya ərazisi Osmanlı imperiyası tərəfindən ələ keçirildi. Zaman-zaman Serbiyanın bir hissəsi Habsburqların nəzarəti altına düşürdü.
Serbiya despotluğu
Serbiya despotluğu (Serbcə: Српска деспотовина) — serblərin Osmanlı hakimiyyətinə girmədən əvvəl yaratdıqları son dövlət. 1402-ci ildə serb şahzadəsi Stefan Lazareviçin özünü despot elan etməsi ilə yaranan dövlətin paytaxtı Belqraddır. Dövlət 1459-cu ildə Osmanlı dövləti tərəfindən fəth edilmişdir. == Mənbə == Mala Prosvetina Enciklopedija, Third edition (1985); Prosveta; ISBN 86-07-00001-2 Dušan Spasić, Aleksandar Palavestra, Dušan Mrđenović: Rodoslovne tablice i grbovi srpskih dinastija i vlastele, Second edition (1991); Bata; ISBN 86-7685-007-0 Vladimir Ćorović: Ilustrovana istorija Srba, Vol.
Serbiya futbolu
== İlkin mərhələsi ==
Serbiya macarları
Serbiya macarları — Serbiya Respublikası ərazisində yayılmış çox saylı milli azlıq. == Sayları == Ümumi sayları 293 299 nəfər təşkil edir. Bu isə ümumi əhalinin 3,9 % bərabərdir (2002-ci ilin siyahıya alınmasına görə). Macarıstandan xaricdə 5-ci ən böyük macar icmasıdır. Bununla yanaşı macarlar ABŞ, Rumıniya, Slovakiya və Kanadada böyük bir milli icma təşkil edirlər. ABŞ və Kanadada yaşayan macarlar dağınıq yayılmasını və assimilyasiya olunmasını nəzərə alaraq, Serbiya macarları dünya miqyasında üçüncü ən böyük macar icması sayıla bilər. Bununla belə Serbiya macarlarının sayında azalma müşahidə edilir Serbiyada macarlar ölkənin şimalında, muxtar Voevodina vilayətində yayılmışdır. Bu ərazi Macarıstanla sərhəddə yerləşir. Bu baxımından bu ərazidə yayılmış macarları diaspor deyil, irrident icma hesab etmək daha düzgün olar. 1920-ci ilə qədər alman azlıqlarının dəstəyi ilə macarlar uzun müddət Avstriya-Macarıstanın tabeçiliyi altında olan Voevodinada etnik iyerarxiyada üst sıraları əlində saxlayırdı.
Azərbaycan–Serbiya münasibətləri
Azərbaycan–Serbiya münasibətləri — Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulmuşdur. 2011-ci ildə Belqrad parklarının birində Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin 3 metrlik heykəli ucaldılıb. 2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olub. 2013-cü ildə Bakıda serb-amerikalı alim Nikola Teslanın abidəsinin açılışı keçirildi. Serbiyada ən iri layihələrdən biri – Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşası üçün Azərbaycan Serbiyaya 308 mln. avroluq kredit ayırıb. Saziş 25 illikdir, kredit illik 4 faizlə verilir. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 13 dekabr 2005-ci il tarixində "Azərbaycan-Serbiya və Çernoqoriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri Məlahət İbrahimqızı olmuşdur.
Ermənistan–Serbiya münasibətləri
Serbiya—Ermənistan münasibətləri — Serbiya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Yuqoslaviya Federativ Respublikası arasında diplomatik münasibətlər 14 yanvar 1993-cü ildə qurulmuşdur. Hər iki ölkə Yunanıstanın Afinadakı səfirlikləri vasitəsi ilə təmsil olunur və hər iki ölkə arasında yeganə diplomatik nümayəndə kimi fəaliyyət göstərən fəxri konsulluqlar qurmuşdur. Ermənistanın Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı Azərbaycanla münaqişəsi var, Serbiyada ATƏT-in Minsk qrupunu çərçivəsində münaqişənin sülh yolu ilə siyasi həll axtarışını dəstəkləyir. Serbiya Kosovanı öz ərazisi hesab edir. Ermənistanda bu məsələdə Kosovonun müstəqilliyini tanımır. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, NATO Sülh Tərəfdaşlığının, Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının üzvüdür. == Qondarma erməni soyqırımı == Həm serblər, həm də ermənilər xristian olduqları üçün, erməni soyqırımı serblər arasında geniş tanınır. Serbiya hökuməti, Türkiyənin ölkənin inkişafına yatırdığı sərmayələrdən asılı olduğu üçün hələ soyqırımı tanımamııdıe. Bu səbəbdən praqmatik bir yanaşmaya sadiq qalaraq tanınma qanununu rədd edir.
Monteneqro-Serbiya münasibətləri
Monteneqro–Serbiya (və ya Çernoqoriya–Serbiya) əlaqələri — Monteneqro ilə Serbiya arasındakı mövcud ikitərəfli əlaqələrə deyilir. 1918-ci ildən 2006-cı ilə qədər iki ölkə Yuqoslaviya Krallığı, Yuqoslaviya Sosialist Federativ Respublikası və Serbiya və Monteneqro dövlətlərində birləşmişdilər. Bölgədəki son siyasi inkişaflara bağlı olaraq, Çernoqoriyalılar və Serblər arasındakı etnik əlaqənin dərəcəsi tez-tez tarixçilər tərəfindən müzakirə edilir. Ancaq, əlaqələri səmimi olaraq xarakterizə olunur və keçmişdə iki ölkə arasında böyük bir müharibə yoxdur. == Tarixi == === Yuqoslaviyadan Əvvəl === Yuqoslaviyanın varlığından əvvəl, Serb Ortodoks Kilsəsinə asılı olduğu üçün Serblər və Çernoqoriyalılar arasında çox az fərq var idi, bu da 1697-ci ildə Monteneqro Şahzadə-Yepiskopluğu tərəfindən birbaşa təsir edilmişdi. Pitr II Pitroviç-Nyeqoş, ən çox teokratik Monteneqro Şahzadə-Yepiskopluğunun tarixi idarəçilərindən biri idi, daha sonra Serb ədəbiyyatının tarixinin bel sümüyünü meydana gətirəcək əsərləri hazırladı. === Birinci Dünya Müharibəsi Və Monteneqronun Yuqoslaviya Tərəfindən İhlaqı === Berlin Konqresi hərəkəti suveren dövlətlərin müstəqilliyini rəsmi olaraq tanıdığında, 1897-ci ildə rəsmi olaraq qurulana qədər iki ölkənin əlaq Monteneqro Krallığı, 1916-cı ildə Avstriya-Macarıstana təslim olana qədər Serbiyanın Birinci Dünya Müharibəsində ən yaxın müttəfiqi oldu. Monteneqro ilhaq edildi və daha sonra Yuqoslaviya Krallığı rəhbərliyində 1918-ci ilin Dekabr ayının 20-də elan edildi. Həftələr sonra, Kristo Zrinov Popoviç'ə rəhbərliyindəki separatist Çernoqoriyalı Yaşıllar, 1919-cu ilin Yanvar ayının 7-də Milad Üsyanı olaraq bilinən Yuqoslaviya tərəfdarı olan ittifaqcıların əleyhinə şiddətli bir qiyam başlatdı. === İkinci Dünya Müharibəsində === Yuqoslaviyanın işğalından sonra Serbiyanın kiçik bir hissəsində və Monteneqro torpaqlarında iki çətin müqavimət qrupu təsirli oldu.
Monteneqro–Serbiya münasibətləri

Qazaxıstan-Serbiya münasibətləri
Qazaxıstan-Serbiya münasibətləri — Qazaxıstan ilə Serbiya arasında ilk diplomaik əlaqələr 1996-cı ilin dekabrında qurulmuşdur. 2015-ci ilin iyun ayında Belqradda Qazaxıstanın səfirliyi açılmışdır. Serbiyanın Astanadakı səfirliyi isə 23 iyun 2011-ci ildə təsis edilmişdir. == Tarixi == Müstəqillik dönəminə qədər Qazaxıstan SSRİ üzvü olaraq Yuqoslaviya ilə müəyyən diplomatik əlaqəlır qurmuşdur. Qazaxıstan ilə Yuqoslaviya Müttəfiq Respublikası arasında əlaqə 10 dekabr 1996-cı ildə qurulmuşdur. Hazırda Qazaxıstanın Serbiyadakı səlahiyyətli səfiri Nurbax Turaroviç Rüstəmovdur. Serbiyanın Qazaxıstandakı səfiri isə Vkadan Matiçdir (2017). == Əlaqələr == === İqtisadi əlaqələr === Serbiya ilə Qazaxıstan arasında mal dövriyyəsi: 2008 — $12,5 mln. 2009 — $18,5 mln. 2010 — $13 mln.
Qazaxıstan–Serbiya münasibətləri

Serbiya Dəmir Yolları
«Serbiya Dəmir Yolları» (serb. Железнице Србије) — Serbiyada dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşıyan yeganə dəmiryolu daşıyıcısı olan dövlət şirkəti. Serbiya Dəmir Yolları şirkətinin balansında 4347 kilometrlik Avropa rels standartına uyğun olan dəmir yolu vardır. Yolların 32 % elektrikləşdirilmişdir. Serbiya dəmir yollarının tarixi 1881-ci ilə aiddir. Bu zaman Serbiya kralı Milan IV Obrenoviç Serbiya Dəmir yollarının təşkili barəsində fərman imzalamışdır. İlk qatarın, 23 avqust 1884-cü ildə Belqraddan Nişə göndərilməsi şirkətin rəsmi təsis tarixi hesab edilir. 1920-ci illərdən Yuqoslaviyanın süqutuna qədər «Yuqoslaviya dəmir yolları» adı ilə fəaliyyət göstərmişdir. Şirkətin hazır ki, rəhbəri Draqolyub Simonoviçdir Dəmir yollarının elektrikləşdirilməsinə 1970-ci ildə başlanılmışdır. == Dəmir yolu xətlərinin istiqamətləri == Dəmir yolları Serbiyanın dünyanın digər dövətləri, ən əsası isə Avropa dövlətləri ilə əlaqənın mühüm vastələrindən biridir.
Serbiya Milli Bankı
Serbiya Milli Bankı (serb. Народна банка Србије / Narodna banka Srbije) və ya qısaca NBS (serb. НБС) — Serbiya Respublikasının mərkəzi bankı. Əsas mərkəzi Belqrad şəhərində yerləşir. Rəhbəri Yorqovanka Tabakoviçdir. Serb dinarının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Serbiyadakı bütün banklardan üstündür. Serbiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Serbiyanı beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir. == Tarixi == Serbiya Milli Bankının əsası 2 iyul 1884-cü ildə qoyulmuşdur.
Serbiya Milli Kitabxanası
Serbiya Milli Kitabxanası (serb. Народна библиотека Србије) paytaxt Belqradda yerləşir. Serbiyanın ən böyük kitabxanası və ən qədim institutudur. == Tarixi == 1832-ci ilin fevral ayında ilk serb qəzetinin naşiri Dimitri Davidoviç şahzadə Miloş Obrenoviçə məktub göndərərək, kitabxananın təməlini qoyur. Elə həmin ilin noyabrında şahzadə vacib nüsxələri Milli Kitabxanaya göndərilməsini əmr etdi.Birinci Dünya Müharibəsi illərində kitabxana binası və kitab kolleksiyaları bombardman nəticəsində zərər gördülər, buna görə də qalan topluları qorumaq üçün onları Belqraddan Niş və Kraquyevats şəhərlərinə apardılar. Müharibə başa çatdıqdan sonra, 1919-cu il Milli Kitabxana və Çap haqqında akt və qanuna əsasən, kitabxana mərkəzi dövlət statusunu əldə etdi və Yuqoslaviya Krallığının hər yerindən nəşr olunan kitabların nüsxələrini almaq hüququnu qazandı 1941-ci ilin aprel ayında, Ox ölkələrinin Yuqoslaviyaya hücumundan sonra nasistlərin Belqradı bombardmanı zamanı kitabxana binası tamamilə dağıldı və onunla birlikdə 500.000 nüsxə kitab toplusu, 1,424 kiril əlyazmaları və nizamnamələrinin qiymətsiz toplusu, qədim xəritələr toplusu və qravyuralar, 4000 jurnal kolleksiyası, 1800 qəzet başlıqları, türk sənədlərinin zəngin və bənzərsiz arxivi və çox sayda siyahılar və kataloqlar məhv olundu. 1944-cü ildə Belqradın azad edilməsindən sonra dəyişən sosial şəraitdə intensiv yenidənqurma dövrü başladı. Hazırda Serbiya Milli Kitabxanası müasir milli kitabxanadır. Onun məqsədlərinə dünya məlumat axınlarına daxil olmaq, başqa ölkələrin Milli Kitabxanaları tərəfindən tanınması, həmçinin Serbiya cəmiyyətinin inkişafı üçün bir məlumat mənbəyi və hərəkətverici qüvvəyə çevrilmək daxildir. == İstinadlar == == Xarici keçidlər == "Rəsmi saytı" (serb).
Serbiya mətbəxi
Serbiya mətbəxi (serb.српска кухиња/srpska kuhinja) ənənəvi mətbəx olub, Balkan xalqlarının (xüsusən keçmiş Yuqoslaviyanın) xüsusiyyətlərini özündə əks etdirir. Tarixən, Serbiya yeməyi Bizans-Yunan, Aralıq dənizinin təsirləri ilə xarakterizə olunur. Eyni zamanda Türk və daha az dərəcədə Mərkəzi AvropaSerbiya qanunu ilə uzun müddətdir davam edən mübahisəyə səbəb olan genetik dəyişdirilmiş qida (GMO) istehsalını və idxalını qadağan edir. Bu səbəbdən Ümumdünya Ticarət Təşkilatı, ölkənin bu təşkilata üzv olmasına mane olur. == Ümumi == Milli yeməklərə qibanika (kövrək xəmirdən hazırlanmış yumurta və pendir piroqu), pljeskavica (çəkilmiş mal əti və ya donuz əti), ćevapi (qızardılmış ət) və Karađorđeva šnicla (Karađorđe's schnitzel) daxildir. Milli içki rakiadır. Serbiya Şərqlə Qərbin kəsişməsində yerləşdiyindən, mətbəxi zəngin ət, tərəvəz, çörək, pendir, təzə xəmir və bənzərsiz balansa sahib olan öz qastronomiyasını inkişaf etdirmək üçün Yaxın Şərq və Avropada müxtəlif yemək tərzlərindən elementlər toplayır. Qonşu Balkan ölkələrinin mətbəxləri ilə çox oxşarlığı var. Dadları təzə və təbii olur. Ədviyyatlar duz, qara bibər və paprika təzə və keyfiyyətlidir.
Serbiya valaxları
Serbiya valaxları (özlərini: Vlasi, Vlaxi/Rumını/Yumyi; serb. Власи) — Serbiya ərazisində yayılmış milli azlıqlardan biri. Serbiya valaxları balkan-roman dil ailəsinə daxil olan Arumınlar, Melqenitlər, istrorumınlar, rumınlar və Moldovanlarla qohum xalqlardır. Əsasən Serbiya ərazisində yayılmışlar. Serbiyada 2011-ci ildə sayları 35 000 nəfər təşkil edirdi. Üstəlik onlar Bolqarıstanda da rastlanırlar. Hansı ki, sayları 10 500 nəfərdir. Serbiyada əsasən ölkənin şimal-şərqində və Voevodina ərazisində yayılmışlar. Əsasən provaslav mənsəbində etiqat edirlər. Müasir Tikoka valaxları orta əsrlərdə Valaxiya tarixi vilayətindən Dunayı keçərək Timok çayı rayonu ərazisinə gələrək məskən salmış valaxların törəmələridir.
Serbiya üsyanları
Serbiya üsyanları – 19-cu əsrin əvvəllərində Serblərin Osmanlı Dövlətinə qarşı başladıqları və 1878-ci ildə Serbiyanın müstəqilliyi ilə nəticələnmiş üsyan. == Osmanlı Serbləri == Tarixən Serbiya ərazisinin Osmanlı Dövlətinə qatılması 14-cü əsrdə başlamış 15-ci əsrin ortalarında başa çatmışdır.Osmanlı Dövləti Serb Knyazlığı ilə 1371-ci ildə apardığı Çirmən döyüşü və 1389-cu ildəki I Kosova Müharibəsinin Serblərin məğlubiyyəti ilə nəticələnməsi Serbləri zəiflətmiş və bir çox Serbiya ərazisinin Osmanlılara keçməsinə səbəb olmuşdur. Osmanlı dövründə Serblərdən yığım üsulu dövlətin yüksək pillələrinə çatmış bir çox dövlət adamı mövcuddur. Bunlardan ən mühümü, şübhəsiz, yüksəlmə dövründə əvvəl donanma komandiri və sonra da 14 illik müddətlə sədrəzəmlik etmiş olan Sokollu Məmməd Paşadır. == Üsyanın səbəbləri == Serbiya üsyanlarının səbəbləri arasında aşağıdakılar göstərilə bilər: Rusiya və Avstriyanın qızışdırmaları, 17-ci əsrdə Osmanlı idarəçiliyindəki nüfuz zəifliyi, Serbiyadakı yeniçərilərin xalqa yaxşı davranmaması, Fransa İnqilabından sonra ortaya çıxan millətçilik cərəyanları, Osmanlı-Avstriya müharibələri zamanı Serbiya ərazilərinin müharibə sahəsi halına gəlməsidir. == 1804 və 1805-ci il üsyanları == 19-cu əsr əvvəllərində Avstriya və Rusiya, Serbiyada xalqı Osmanlı hakimiyyətinə qarşı təxribat siyasəti həyata keçirməyə başlamışdılar.Həmçinin buradakı yeniçərilər Müsəlman və Xristian xalqa qarşı çox pis hərəkət edərək xalqın əməlli-başlı zəhləsini tökürdülər.Bu şəraitdə Serblər adi bir çoban olan Qara Yorkun başçılığı ilə üsyan qaldırdılar. Ruslardan da aldığı dəstəklə Qara Yorkun 13 Dekabr 1806-cı ildə Belqrada girdi.1806-1812 Osmanlı-Rus Müharibəsi gedişində Belqrad Qara Yorkunun rəhbərlik etdiyi üsyançıların əlində qaldı.Osmanlı dövləti və Rusiya arasında imzalanan Buxarest sülh müqaviləsi ilə Serblərə bəzi imtiyazlar verildi.Osmanlılar Ruslarla bağlanan sülhdən sonra Serbiyadakı üsyançıları məğlub edərək Belqradı yenidən ələ keçirdilər.Qara Yorku 21 Sentyabr 1813-cü ildə digər üsyançılarla birlikdə canını xilas etmək üçün Avstriyaya qaçdı. Beləliklə, ilk Serb üsyanı məğlubiyyətlə başa çatdı. Müstəqilliklərini qazanmaq istəyən Serblər 1814-ci ildəki Vyana konqresinə bir heyət göndərdilər. Ancaq bir nəticə vermədiyi üçün 1815-ci ildə Miloş Obrenoviçin liderliyi altında ikinci bir qiyam başladı və hərəkətləri Ruslar tərəfindən dəstəkləndi.Bu üsyan da uğursuz oldu, amma 1817-ci ildə Rusiya ilə yeni bir müharibə istəməyən və bölgəyə yönəlik mümkün bir Rus müdaxiləsinə mane olmaq istəyən Osmanlı Dövləti Serblərə bəzi muxtariyyət hüququ verməyə razı oldu.Osmanlı valisi Maraşlı Əli Paşa Miloş Obrenoviçle razılığa gələrək Serbiyanın daxili işlərində müstəqil olmasını təmin etdi.1828-1829 Osmanlı-Rus Müharibəsində məğlub olan Osmanlılar Ruslarla imzaladıqları Ədirnə müqaviləsi ilə Serbiyanın yarı müstəqil bir hala gəlməsini qəbul etdilər.1830 və 1833-ci illərdə Osmanlı padşahı II. Mahmudun imzaladığı Xətti Şəriflərlə Miloş Obrenoviçin əlindəki torpaqlar artırılıb və özü Osmanlılar tərəfindən rəsmən Serbiya şahzadəsi kimi tanınıb.
Serbiya şəhərləri
Əlifba sırasıyla Serb şəhərləri
Serbiya əhalisi
Serbiya əhalisi-məqalə Serbiya əhalisinin demoqrafik xüsusiyyətləri haqqındadır. == Demoqrafiya tarixi == Serbiyada əhalinin siyahıya alınması 10 ildən bir aparılır və Serbiya Respublikasının Statistika Təşkilatı tərəfindən təşkil edilir. Serbiya Krallığı ilk dəfə əhalinin siyahıya alınmasını 1834-cü ildə həyata keçirmişdir; bunu 1841, 1843, 1846, 1850, 1854, 1859, 1863, 1866 və 1874-ci illərdəki əhalinin sayı ilə izləmişdir. Serbiya Krallığı dövründə 1884, 1890, 1895, 1900, 1905 və sonuncusu 1910-ci ildə olmaq üzrə altı dəfə siyahıyaalma təşkil edilmişdir. Sonra Yuqoslaviya Krallığı 1921 və 1931-ci illərdə əhalinin siyahıya alınmasını həyata keçirmişdir. 1941-ci ildə keçirilməsi planlaşdırılan siyahıya alma İkinci Dünya Müharibəsi üzündən baş tutmamışdır. Yuqoslaviya dövründə 1948, 1953, 1961, 1971, 1981 və 1991-ci ildə əhali siyahı alınmışdır. 2002 və 2011-ci illərində iki siyahıyaalma daha edilmişdir. == Təxminlər == Mənbə:Serbiya Respublikasının Statistika Təşkilatının gələcəkdəki Serbiya əhalisiylə əlaqədar təxminləri aşağıdakı kimidir. == Əhali sayının dinamikası == === 1880–1887 === Mənbə: === 1900–1912 === Mənbə: === 1950–2014 === Kosovonun daxil olduğu Serbiya məlumatları.
Serbiya knyazlığı
Serbiya knyazlığı (serb. Кнежевина Србија) — İkinci Serb üsyanı nəticəsində qurulan Balkan dövləti. Əvvəlcə dövlət keçmiş Belqrad paşalığının ərazisini əhatə etsə də, 1831–1833-cü illərdə sərhədlərini qərbə, şərqə və cənuba doğru genişləndirdi. 1829-cu ildə osmanlılar Serbiyanın muxtariyyətini tanıdılar. 1867-ci ildə Osmanlı qoşunları knyazlığın ərazisini tərk etdi. 1869-cu ildə yeni konstitusiya Serbiyanı müstəqil dövlət kimi müəyyənləşdirdi. 1878-ci ildə Serbiya knyazlığı sərhədlərini cənub-şərqə doğru daha da genişləndirdi, elə həmin il Serbiyanın böyük dövlətlər tərəfindən tanınmasına və Osmanlı imperiyasından tam müstəqilliyinə zəmanət verən Berlin konqresi baş tutdu. 1882-ci ildə Serbiya knyazlığı krallıq elan edildi. == Tarixi == 1815-ci ildə Belqrad paşalığında osmanlı hakimiyyətlərinin repressiyaları Miloş Obrenoviçin başçılıq etdiyi yeni, ikinci serb üsyanına səbəb oldu. Üsyançılar Osmanlı ordusunu məğlub edə bildilər və Rusiyanın notasından sonra osmanlı qoşunları geri çəkildi.
Serbiya krallığı
Serbiya krallığı (serb. Краљевина Србија) — 1882-ci ildə Knyaz IV Milan Obrenoviçin tacqoymasından sonra Serbiya knyazlığından yerində yaranmış Balkanlarda tarixi dövlət. Ən böyük coğrafi ərazisi 1913-cü ildə olub. == Tarixi == İkinci Serb üsyanı nəticəsində serblər uzun sürən Osmanlı imperiyası əsarətindən azad oldular. Yeni dövlət Serbiya knyazlığı adlanırdı. O, keçmiş Belqrad paşalığının ərazisini əhatə edirdi. Knyazlıq Osmanlı mülkləri hesabına 1831-1833-cü illərdə sərhədlərini qərbə, şərqə və cənuba doğru genişləndirdi. 1829-cu ildə osmanlılar Serbiyanın muxtariyyətini tanıdılar. 1867-ci ildə Osmanlı qoşunları knyazlığın ərazisini tərk etdi. 1869-cu ildə yeni konstitusiya Serbiyanı müstəqil dövlət kimi müəyyənləşdirdi.
Serbiya və Monteneqro
Serbiya və Monteneqro — 2003–2006-cı illərdə Balkan yarımadasının mərkəzində, Serbiya və Monteneqro azad ittifaqı kimi mövcud olmuş Avropa dövləti.
Serbiya və Çernoqoriya
Serbiya və Monteneqro — 2003–2006-cı illərdə Balkan yarımadasının mərkəzində, Serbiya və Monteneqro azad ittifaqı kimi mövcud olmuş Avropa dövləti.
Serbiya İnkişaf Partiyası
Serbiya İnkişaf Partiyası — 2008-ci ilin oktyabrında Serb Radikallarının keçmiş lideri Tomislav Nikoliç tərəfindən Nikoliç və Vojislav Şeselj arasında Radikal Partiyasında partiya münaqişəsi nəticəsində yaradılmış Serb siyasi partiyası. Serbiya İnkişaf Partiyası 2014-cü il martın 16-da Serbiya parlamentinə keçirilən növbədənkənar seçkilərdə böyük qələbə qazanıb. Partiya seçicilərin demək olar ki, 50%-nin dəstəyini qazana bilib və bununla da parlamentdə 250 yerdən 160-na sahib olub. İdeologiyası mühafizəkar və serb millətçi hesab edilir, lakin o, Serbiyanın Aİ-na daxil olmasını müdafiə edir. == Tarix == Serbiya İnkişaf Partiyasını Tomislav Nikoliçin rəhbərlik etdiyi Serbiya Radikal Partiyasından (SRP) keçmiş deputatlar qrupu qurub. Partiya rəhbərliyindən məyus olan avropapərəst üzvlər ayrılaraq “İrəli Serbiya” parlament qrupunu qurur. Partiya 21 oktyabr 2008-ci ildə təsis edilib və ilk qurultay iclasını keçirib. 2011-ci ildə Serbiya İnkişaf Partiyası 2012-ci il seçkilərində iştirak etmək üçün Yeni Serbiya, Serbiyanın Gücü Hərəkatı və Sosialistlər Hərəkatının iştirakı ilə seçki koalisiyası qurur. 2012-ci il parlament seçkilərində partiya “Gəlin Serbiyaya Hərəkət edək” koalisiyasına rəhbərlik edib və koalisiyanın Milli Assambleyada qazandığı 73 yerdən 55-ni qazanıb. Partiya lideri Tomislav Nikoliç 2012-ci il prezident seçkilərinin ikinci turunda Demokratlar Partiyasından Boris Tadiçə qalib gəlib.
"Ağ qartal" ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. == Növləri == Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
Azərbaycan-Serbiya futbol matçlarının siyahısı
Serbiya futbolu Azərbaycanda təkcə komandaları ilə oyunlarımıza görə deyil həm də futbolçularına görə tanınır. Artıq 6 ildir ki, hər transfer dövründə onlarla serbiyalı klublarımıza keçir. Daha artığı baxışa dəvət olunur, danışıqlar aparır. 2004/05 mövsümündə başlayan axın ərzində 100-ə yaxın serbin çıxış etdiyi Azərbaycanda ən məşhurları Branimir Subaşiç, Vladimir Miçoviç, Milan Zaqoratsdır. Ölkəmizdə 5 il çıxış edən sonuncularla müqayisədə vətənində daha tez qayıdan Branimir yığmamızın da şərəfini qoruyub. Serbiya millisindən imtina edən 28 yaşlı hücumçu hətta həmvətənlərinə 1:6 uduzduğumuz görüşün iştirakçısı olub. Millimizdə keçirdiyi 26 qarşılaşmada 6 qol vurmaqla, komandanın ən məhsuldar oyunçuları siyahısına da düşüb. Hazırda "Srvena Zvezda"da çıxış edən Subaşiç artıq neçə vaxtdır nə klub, nə yığmada oynayır. Azərbaycanda serbiyalı baş məşqçiyə də təsadüf olunub. 2005/06 mövsümünün ilk 7 turundan sonra "Olimpik"in "sükanı arxasına" keçən Peter Kurçubiçin fəaliyyəti 19 matçdan ibarət olub.
Azərbaycan–Serbiya futbol matçları

Ağ Qartal Ordeni (Serbiya)
Ağ Qartal Ordeni— Serbiya krallığında (1883–1918) və Yuqoslaviya krallığında (1918–1945) Kral ordeni idi. Serbiya Monarxı I Milan Obrenoviç 23 yanvar 1883-cü ildə Müqəddəs Sava Ordeni ilə eyni vaxtda Ağ Qartal Ordenini təsis etdi. Ordenin beş dərəcəsi var və dövlət, millət və Krallıq üçün xüsusi xidmətlərinə görə və ya müharibə və sülhdəki nailiyyətlərinə görə Serbiya və Yuqoslaviya vətəndaşları təltif olunub. 1883–1889-cu illərdə Ağ Qartal Ordeni Serbiya Krallığının ən yüksək mükafat idi. 1898-ci ildə Böyük Miloş Ordeni Ağ Qartal Ordenindən üstün sayılırdı və 1904-cü ildə Karađorđenin Ulduz Nişanı ilə əvəz edildi. == Növləri == Ağ Qartal Ordeninin beş dərəcəsi var və vətəndaş xidmətlərinə və hərbi xidmətlərinə görə verilə bilər. Orden beş dərəcədə təşkil olunub.
Serbiya 2015 Avropa Oyunlarında
Serbiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Serbiya ümumilikdə 133 idmançı ilə təmsil olunur.
Serbiya 2018 Qış Olimpiya Oyunlarında
Serbiya 2018 Qış Olimpiya Oyunlarında xizəklə yürüş olmaqla 2 idman növündə 4 idmançı ilə təmsil olunacaqdır. == Millinin tərkibi == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Serbiya «A» kateqoriyası üzrə 2 idmançı ilə təmsil olunmaq hüququ əldə edir. Bir müddət sonra isə 3-cü lisenziyanə qazanır. KişilərQadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər. Təsnifata əasən Serbiya 10 və 15 km-lik yarışlar üzrə 3 idmançı ilə təmsiol olunmaq hüququ əldə etmişdir.
Serbiya Avroviziya Mahnı Müsabiqəsində
Serbiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2007-ci ildə qoşulmuş və ümumilikdə 12 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə daha öncə 1961-ci ildən 1991-ci ilə kimi Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində, 2004-cü ildən 2006-cı ilə kimi isə Serbiya və Monteneqronun tərkibində Avroviziyada iştirak etmişdir. İlk dəfə 2007-ci ildə müsabiqəyə müstəqil respublika kimi qoşulan Serbiya elə həmin müsabiqədə Mariya Şerifoviçin ifa etdiyi "Molitva" mahnısı ilə qələbə qazanmışdır. Ölkənin Avroviziyadakı ikinci ən yaxşı nəticəsi 2012-ci ildə Jelko Yoksimoviçin ifa etdiyi "Nije ljubav stvar" mahnısı ilə qazandıqları üçüncü yer olmuşdur. Serbiya maliyyə problemləri səbəbi ilə 2014-cü ildə Avroviziyada iştirak etməmiş və növbəti ildə müsabiqəyə geri dönmüşdür. Həmin ilədək müsabiqədə yalnız serb dilində səslənən mahnılarla təmsil olunan ölkə 2015-ci ildən 2017-ci ilə kimi Avroviziyada ingilis dilində mahnılarla çıxış etmişdir. == Təmsilçilər == QEYD: a. ^ Serbiya SMS səsverməsi ilə yarımfinalda 10-cu yeri tutduğu halda münsiflər heyətinin qərarı ilə Xorvatiya finala vəsiqə qazanmışdır. == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Serbiya Avroviziya Uşaq Mahnı Müsabiqəsində
Serbiya 2006-cı ildən etibarən Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak edir. Ölkə iştirak etdiyi illər ərzində müsabiqədə heç vaxt qələbə qazanmamışdır. Müsabiqədə Serbiyanın indiyədək qazandığı ən yaxşı nəticə 2007 və 2010-cu ildə əldə etdikləri 3-cü yerdir.
Serbiya Xarici İşlər Nazirliyi
Serbiya Xarici İşlər Nazirliyi (serb. Министарство спољних послова Републике Србије) — Serbiya konsulluq işlərinin və xarici əlaqələrinin idarə etməkdən məsul olan orqan. 2001-ci ildən sonra Çili, Kolumbiya, Konqo Demokratik Respublikası və Qana, Qvineya, Livan, Monqolustan, Şimali Koreya, Pakistan, Tayland, Venesuela, Vyetnam və Zimbabve kimi ölkələrdəki səfirliklər, maliyyə və digər səbəblərdən bağlandı.Xarici İşlər Nazirliyi hazırda xaricdə aşağıdakı ofisləri dəstəkləyir: 64 səfirlik 14 ölkədə 22 ümumi konsulluq Serbiyanın Beynəlxalq Millətlər Təşkilatında daimi missyası mövcuddurːVyana, Cenevrə və Nyu. Həm də YUNESKO, Avropa İttifaqı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi daimi nümayəndəlikləri vardır.
Serbiya krallığı (orta əsrlər)
Serbiya krallığı (serb. Краљевина Србија) — 1217-ci ildən 1346-cı ilə qədər Nemaniçlər sülaləsinin hakimiyyəti altında mövcud olmuş serb krallığı. Serbiya torpaqlarını birləşdirən Stefan Nemaniçin taclandırılmasından sonra Raşka dövləti dağıldı. 1219-cu ildə müqəddəs Savanın başçılıq etdiyi Serb Pravoslav Kilsəsi avtokefal arxiyepiskopluğa çevrildi. 1346-cı krallıq imperiya elan olunsa da krallıq statusu itmədi, kral titulu hakimiyyət şəriki olan şəxsə deyilirdi. == İstinadlar == == Mənbələr == Peić, Sava. Medieval Serbian Culture. London: Alpine Fine Arts Collection. 1994. Ćirković, Sima.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 36.32 dəfə / 1 mln.
2002 •• 3.43
2003 ••• 8.66
2004 ••••• 11.79
2005 ••••••• 18.22
2006 ••••••••••• 30.18
2007 •••••••••• 26.64
2008 •••••••••• 27.77
2009 ••••••••••• 31.52
2010 ••••••••••••••• 41.57
2011 •••••••••••••••••••• 55.76
2012 •••••••••••••••••••• 58.43
2013 •••••••••• 27.42
2014 ••••••••••••• 37.75
2015 •••••••••••••••• 44.91
2016 •••••••• 23.25
2017 ••••••••• 25.04
2018 ••••••••••••••••••• 53.79
2019 ••••••••• 25.18
2020 •••••••• 21.35

"serbiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#serbiya nədir? #serbiya sözünün mənası #serbiya nə deməkdir? #serbiya sözünün izahı #serbiya sözünün yazılışı #serbiya necə yazılır? #serbiya sözünün düzgün yazılışı #serbiya leksik mənası #serbiya sözünün sinonimi #serbiya sözünün yaxın mənalı sözlər #serbiya sözünün əks mənası #serbiya sözünün etimologiyası #serbiya sözünün orfoqrafiyası #serbiya rusca #serbiya inglisça #serbiya fransızca #serbiya sözünün istifadəsi #sözlük