Sergey sözü azərbaycan dilində

Sergey

Yazılış

  • Sergey • 99.8914%
  • SERGEY • 0.0760%
  • sergey • 0.0326%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sergey
Sergey — Rus kişi adı. Sergey Senyuşkin — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Murtuzəliyev — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Sergey Mironov — Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri. Sergey Namyotkin — görkəmli üzvi kimyaçı, SSRİ Elmlər Akademiyasının akademiki (1939) Sergey Ojeqov — Məşhur rus linqvisti, leksikoqraf, filologiya elmləri doktoru, professor. Sergey Trubetskoy — Dekabristlər hərəkatının təşkilatçılarından. Sergey Çerenkeviç — Sovet və Belorus biofiziki. Sergey Filippov — Aktyor Sergey Ratnikov — rejissor Sergey Kirov — sovet dövlət xadimi Sergey Kozlov — SSRİ partiya xadimi, Sov.İKP üzvü (1947) Sergey Prokofiyev — rus bəstəkarı, pianoçusu və dirijoru. Sergey Trotski — Ssenari Müəllifi. Aktyor.
Sergey Adyan
Sergey İvanoviç Adyan (erm. Սերգեյ Հովհաննեսի Ադյան, rus. Серге́й Ива́нович Адя́н; 1 yanvar 1931, Quşçu, Dəstəfur rayonu – 5 may 2020, Moskva) — erməni əsilli Rusiya riyaziyyatçı, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2000-ci ildən, 1991-ci ildən Rusiya Elmlər Akademiyasının müxbir üzvü). Riyazi məntiq, alqoritmlər nəzəriyyəsi və onların cəbrə tətbiqi üzərində işləmişdir. Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülmüşdür. == Müfakatlar == SSRİ Elmlər Akademiyasının Pafnuti Çebışev mükafatı (1963). Rusiya Federasiyasının Dövlət mükafatı (1999). "Şərəf" ordeni (2011). "Riyaziyyata həsr olunmuş həyat" adlı "Dinastiya" fondu mükafatı (2014). == İstinadlar == == Xarici keçidlər == Профиль С. И. Адяна на официальном сайте РАН С. И. Адян к 75-летию со дня рождения Биография (англ.) в проекте Mac Tutor History of Mathematics archive Фотопортрет С. И. Адяна в галерее выдающихся учёных МГУ «Портрет интеллекта», созданной в 2005 г.
Sergey Aksakov
Sergey Timofeyeviç Aksakov (1 oktyabr 1791 - 12 may 1859) — Rusiya yazıçısı. == Həyatı == Sergey Aksakov 1791-ci ildə Ufada qədim zadəgan ailəsində anadan olmuşdu. Bütün yaşadıqları və başı çəkənlər onun əsərlərinin mövzusuna çevrildi. "Ailə xronikası", "Nəvə Baqrovun uşaqlıq illəri" və "Xatirələr" bu mənada trilogiya adlanmağa layiqdi. Çünki bu kitablarda da Baqrovların (Baqrov da türk əsilli rus soy adlarındandır; baqrovıy rus dilində tünd qırmızı, "bağır, ciyər" sözündən yaranmış türkizmdir) əslində müəllifin öz ailəsinin nəsilbənəsil tarixi açılır. Yazıçı bilərəkdən adları dəyişmişdi, çünki hadisələri, əhvalatları dəyişdirmədən elə təfərrüatı ilə təsvir etmişdi ki, həmin adamlar özlərini görüb, tanıyıb inciyə bilərdilər. Onsuz da özünü burada tanıyan tapılmışdı; müəllifi qınayırdılar. Ailənin başçısı yazıçının babası özünün bütün qəddarlığı, zalımlığı ilə təsvir olunmuĢdu. Ailə sirrini açıb-ağartdığına görə yazıçıdan küsənlər var idi. O isə ata ocağının nağıllarını bədii yaddaşlara köçürürdü, bunu isə hələ gözdə bilib qiymətləndirən yox idi.
Sergey Aksyonov
Sergey Valeryeviş Aksyonov (ukr. Аксьонов Сергій Валерійович, 26 noyabr 1972, Belsı) — Krım Muxtar Respublikasının Nazirlər Şurasının Sədri. == Həyatı == 26 noyabr 1972-ci ildə Moldova SSR-in Belsı şəhərində anadan olub. 1993-cü ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini bitirib. 1993—1998-ci illərdə "Ellada" kooperativi direktorunun müavini işləyib, biznesini ərzaq mallarının satışı üzərində qurub. 1998-ci ilin oktyabr ayından 2001-ci ilin mart ayına qədər "Asteriks" ASC-nin direktor müavinidir. 2001-ci ildən 2014-cü ilin fevralına qədər "Eskada" firması" ASC-nin direktor müavini. 2008-ci ildən Krım rus icmasının üzvü, "Krım Vətəndaş Aktivi" ictimai təşkilatının üzvü. 2009-cu ilsən "Krım Vətəndaş Aktivi"nin idarə heyətinin üzvü, "Krımda rus birliyi uğrunda !" koordinasiya şurasının həmsədri, "Rus birliyi" Ümumkrım ictimai-siyasi hərəkatının lideri. 2010-cu ildən seçkilərdə 4 % səs toplamış "Rus birliyi"ndən Krım Muxtar Respublikasının Ali Radasının deputatı..
Sergey Alekseyev
Sergey Alekseyev — futbolçusu. Moldova milli komandasının hücumçusu Sergey Alekseyev əsas yığmada keçirdiyi 4 oyunda 3 qol vurub. "Şerif"in yetirməsi olan Sergey bu klubda keçirdiyi (2002-2004, 2007-2009) 66 görüşdə 22 qol vurub. "Tiraspol"da (48 oyun, 13 qol) iki il yarım oynayan hücumçu 2008/2009 mövsümünün ikinci dövrəsini "İskra-Stal"da (8 oyun) keçirib. Alekseyev həm "Şerif", həm də "Tiraspol"la komandalarımıza qarşı oynayıb. İmişlinin "MKT-Araz" klubu 2006-cı ildə İntertoto kubokunda çıxış etdiyi zamanı Sergey hər iki görüşdə "Tiraspol"un əsas heyətində meydana çıxıb. İmişlililərin avrokuboklarda debüt mövsümündə ilk mərhələdə mübarizənin dayandırmasının baiskarı elə Alekseyev olub. Belə ki, Tiraspoldakı matçda məhz onun dublu (16 və 36-cı dəqiqələr) ilə meydan sahibləri 2:0 hesablı qələbə qazanaraq, "MKT-Araz"ı turnirdən kənarlaşdırıb. Alekseyev 2008-ci ilin qışında "Xəzər-Lənkəran" "MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku"nu qalibi olduğu turnirin 1/4 finalında "Şerif"in heyətində olub. 68-ci dəqiqədə meydana daxil olan Sergey komandasının oyun sonrası penaltilərlə uduzması ilə barışıb.
Sergey Aleynikov
Sergey Yevgeneviç Aleynikov (belar. Сяргей Яўгенавіч Алейнікаў; 7 noyabr 1961, Minsk, BSSR) — Sovet və Belarusiya SSRİ millisinin oyunçusu. Müdafiəçi və yarımmüdafiəçi mövqeyində oynamış. Oyun karyerasını başa vurduqdan sonra məşqçiliklə məşğul olmuşdur. == Bioqrafiyası == 11 yaşından etibarən Sergey bir çox məşhur futbolçunun oynadığı Minsk SDYŞOR-5-də futbol oynamağa başlamışdır. Tezliklə Minskin Dinamo klubunda düblunu həyata keçirdi. 1981-ci ildə 19 yaşlı Aleinikov əsas komandanın baş məşqçisi Eduard Malofeyevin rəhbərliyi altında məşq etmiş, ancaq mövsümün sonuna kimi bir neçə dəfə meydanda çıxa bilmişdir. 1982-ci ildə Minsk klubu tarixində ilk dəfə SSRİ çempionluğunu qazandı və Sergeyin bu uğurda əməyi böyük idi. Meydanda tez-tez görünməməsinə baxmayaraq (ümumilikdə 34 matçdan 21-də oynamışdı), 8 qol vurmağı bacarmışdır. "Spartak" klubuna qarşı keçirilən çempionatın son turunda qapıçı Rinat Dasayevin qoruduğu qapıya qol vuraraq hesabı 4: 1 çatdırdı.
Sergey Baqapş
Sergey Vasilyeviç Baqapş (abx. Сергеи Уасыл-иҧа Багаҧшь; 4 mart 1949, Suxumi – 29 may 2011, Moskva) — Abxaziyanın ikinci prezidentı (2005-2011).
Sergey Bağırov
Sergey Bağırov (rus. Сергей Владимирович Багиров) — Rusiyanın tanınmış prodüseri və rejissoru. == Həyatı == Sergey Bağırov Bakıda doğulub böyümüşdür. 18 yaşından Rusiyada yaşayır.S.Bağırov bir müddət “Kinotavr” festivalının baş prodüseri olub, müxtəlif telekanalların kino şöbəsinə rəhbərlik edib. Bir sıra filmləri beynəlxalq festivallarda mükafatlar qazanıb. Hazırda “NTV-KİNO”-nun baş prodüseri və “Üentral Partnerşip” kinokompaniyasının prodüseridir.
Sergey Bezrukov
Sergey Vitalyeviç Bezrukov — Rusiyanın tanınmış teatr və kino aktyoru.
Sergey Biryuzov
Sergey Biryuzov (rus. Серге́й Семёнович Бирюзо́в; 21 avqust 1904 – 19 oktyabr 1964, Belqrad) — İkinci dünya müharibəsi iştirakçısı, Sovet İttifaqı Qəhrəmanı və Sovet İttifaqı Marşalı. == Bioqrafiya == Sergey Biryuzov 1904-cü ildə Ryazan rayonun Skopin şəhərində anadan olmuşdur. 1926-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. 1922-ci ildə Qırmızı Orduya qatılaraq Frunze Hərbi Akademiyasına 1934-cü ildə gedənə qədər batolyon komandiri olmuşdur. 1937-ci ildə məzun olduqdan sonra silah diviziyasının rəisi olmuşdur. 1939-cu ildə Xarkov Hərbi Bölgəsində vəzifələndirilmişdir. Həmin ilin avqustunda 1932-ci Diviziyanın komandiri olmuşdur. Cənub-qərb və Bryansk cəbhələrində komandanlıq etmişdir. Döyüşlərdə özü diviziyaya əmrlər vermişdir.
Sergey Bodrov
Sergey Bodrov (ata) — sovet və Rusiya kinorejissoru, ssenarist, prodüser. Sergey Bodrov (oğul) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas.
Sergey Bondarçuk
Sergey Bondarçuk (25 sentyabr 1920[…], Belozorka[d], Xerson quberniyası[d] – 20 oktyabr 1994[…], Moskva) — Sovet aktyoru, rejissor və ssenarist, SSRİ xalq artisti (1952).
Sergey Borodin
Sergey Borodin (rus. Сергей Петрович Бороди́н; 12 (25) sentyabr 1902 və ya 8 oktyabr 1902, Moskva – 22 iyun 1974, Daşkənd) — rus sovet yazıçısı, məşhur tarixi romanların müəllifi. 1941-ci ilə qədər "Amir Sarqican" (rus. Амир Саргиджан) təxəllüsü ilə ədəbi fəaliyyət göstərmişdi. Özbəkistan SSR-in Xalq yazıçısı (1973), 2-ci dərəcəli Stalin mükafatı laureatı. 1943-cü ildən ÜİK(b)P-nın üzvü idi. Ən məşhur əsəri "Dmitriy Donskoy" romanıdır. Bu romanın 1941-1994-cü illər arasındakı iyirmi beşə yaxın nəşrində ümumi tiraj milyon nüsxəni ötmüşdür. Sergey Borodin həm də tanınmış özbək, qazax, tacik yazıçılarının əsərlərini, o cümlədən, Özbəkistanın rəhbəri olmuş Şərəf Rəşidovun "Kəşmir əfsanəsi"ni rus dilinə tərcümə etmişdi. == Həyatı və yaradıcılığı == Sergey Borodin 25 sentyabr 1902-ci il tarixində Moskva şəhərində anadan olmuşdur.
Sergey Boyarski
Sergey Boyarski (rus. Боярский, Сергей Михайлович; d.24 yanvar 1980, Leninqrad, RSFSR, SSRİ) — Rus siyasətçisi. VII çağırış Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının üzvü, Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin birinci müavini, 5 oktyabr 2016-cı ildən "Vahid Rusiya" Partiyası Tərəfdarları Mərkəzi Şurasının həmsədri. == Həyatı == Sergey Boyarski 24 yanvar 1980-ci ildə Leninqradda aktyor və müğənni Mixail Boyarski və aktrisa Larisa Luppianın ailəsində anadan olub. S.Boyarski Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası musiqi məktəbinin fortepiano sinfində oxuyub. Sankt-Peterburq Gimnaziyasını xarici dillərini oxuyub. Məktəbdən sonra Rusiya Federasiyası Prezidenti yanında Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasına daxil oldu, iqtisadiyyat və maliyyə fakültəsini bitirdi. Magistratura təhsilini Şimal-Qərb Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetmə şöbəsində almışdır."Baltonexim" Bankda işləyib. Cənub Qütbü ticarət və əyləncə kompleksi, 2008-ci ildə açılan Promenade ticarət kompleksi kimi bir sıra iİvestisiya layihələrində iştirak edib. Bir qrup sahibkarla birlikdə idarəetmə fəaliyyəti ilə məşğul olan S.Boyarski eyni zamanda Modorama onlayn jurnalının həmtəsisçisidir.
Sergey Boçkov
Sergey Boçkov (20 avqust 1979) — Azərbaycanı təmsil edən yüngül atlet. == Həyatı == Sergey Boçkov 1979-cu il avqustun 20-də anadan olub. == Karyerası == Sergey Boçkov Azərbaycanı 2000-ci ildə Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə uzunluğa tullanma turnirində 16.02 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 30-cu pillədə başa vurdu.Daha sonra Sergey Boçkov Azərbaycanı 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. Amma olimpiadada məşq zamanı zədə aldığına görə o, turnirdə mübarizə apara bilmədi.
Sergey Brin
Sergey Brin (21 avqust 1973[…], Moskva, SSRİ) — amerikalı biznesmen, Google veb axtarış sisteminin yaradıcılarından biri. == Həyatı == Sergey Brin hazırda Google-nin texnologiya sahəsi üzrə müdiridir. O, Forbes jurnalının 2017-ci ildə dərc etdiyi dünyanın ən zəngin şəxsləri reytinqində 39.8 milyard ABŞ dolları ilə 13-ci, ABŞ milyarderləri arasında isə 5-ci yerin sahibi idi. Sergey Brin həm də dünyanın 4-cü gənc milyarderidir.
Sergey Brızqalin
Sergey Nikolayeviç Brızqalin (rus. Сергей Николаевич Брызгалин; 1917, Moskva – 11 aprel 1977, Moskva) — Azərbaycan-sovet kənd təsərrüfatı qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı (1966), Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi (1970–1975), Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü. == Həyatı == Sergey Nikolayeviç Brızqalin 1917-ci ildə Voronej quberniyasının Voronej şəhərində kəndli ailəsində doğulmuşdur. Orta ixtisas təhsilli olmuşdur. 1938-ci ildən Qırmızı Ordu sıralarında hərbi xidmət keçmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1942-ci ildə ordudan tərxis edilmişdir.1943–1955-ci illərdə neft sənayesində işləmiş — SSRİ Neft Sənayesi Nazirliyi Qərb Rayonlarında Baş Tikinti İdarəsinin Bakı şəhərindəki tikinti idarəsində rəis müavini, sənaye müəssisələri tikintisi idarəsinin rəisi olmuşdur. 1955-ci ilin avqust ayında Masallı rayonundakı "1 May" kolxozunun, 1965-ci ilin yanvar ayında isə həmin rayondakı eyniadlı sovxozun sədri seçilmişdir.Sergey Brızqalin sonralar Voronej Dövlət Universitetini bitirmiş və 1970–1975-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Tərəvəz və Meyvə Tədarükü, Emalı və Satışı İdarəsinin rəisi vəzifəsində çalışmışdır.Sergey Brızqalin 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 6–8-ci çağırış deputatı, eləcə də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd olmuşdur.Sergey Brızqalin 1977-ci il aprelin 11-də vəfat etmişdir. Moskvadakı Vaqankovo qəbiristanlığında dəfn olunmuşdur.
Sergey Bubka
Sergey Nazaroviç Bubka — hündürlüyə tullanmaq üzrə olimpiya və dünya çempionu. Sovet və Ukrayna idmançısı. == Həyatı == Bubka Voroşilovqradda (indiki Luqansk) anadan olmuşdur. 1983-cü ildə o, beynəlxalq səviyyədə tanınmasa da Finlandiyanın Helsinki şəhərində dünya çempionatında qalib gəlmişdir.Həmin il 5.85 m (19 ft 2 in)hündürlüyə tullanaraq özünün ilk dünya rekordunu qırdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasına qədər Bubka Sovet komandasında mübarizə aparmışdır. Sovet İttifaqının idman sistemi yeni dünya rekordu qazanan idmançıları mükafatlandırırdı, beləcə, o, çox kiçik fərqlərlə dünya rekordunu qırması ilə məşhurlaşdı. 1992-ci ildə o, artıq Sovet sisteminin tərkibində deyildi və Nayk ilə hər bir yenilədiyi dünya rekorduna görə 40000 dollar qazanacağı müqavilə bağlamışdı. == Fəaliyyəti == O, 1991-ci ildə Sovet İttifaqının süqutuna kimi onu təmsil etmişdir. Bubka iki dəfə Trak and Fild Nyus tərəfindən ilin idmançısı seçilmişdir və Beynəlxalq Atletizm Federasiyası Assosiasiyasının 24 fəxri idmançı üzvündən biri olmuşdur. Bubka altı dəfə ardıcıl BAFA Dünya çempionatında qızıl medal qazanmış və hündürlüyə tullanmaq üzrə kişilərin dünya rekordunu 35 dəfə qırmışdır (17 xarici və 18 daxili).
Sergey Bədəlyan
Sergey Qriqoryeviç Bədəlyan (erm. Սերգեյ Գրիգորի Բադալյան, rus. Сергей Григорьевич Бадалян; 4 iyul 1947, İrəvan, Ermənistan SSR – 25 noyabr 1999, Moskva) — Ermənistan fiziki, siyasətçisi və dövlət xadimi, 1992–1999-cu illərdə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1996-cı və 1998-ci illərdə Ermənistan prezidentliyinə namizəd. == Həyatı == Sergey Qriqoryeviç Bədəlyan 4 iyul 1947-ci ildə Ermənistan SSR-nin İrəvan şəhərində anadan olmuşdur. O, 1965–1970-ci illərdə İrəvan Politexnik İnstitutunun Texniki Kibernetika fakültəsində riyaziyyat mühəndisi ixtisası üzrə təhsil almışdır. Bədəlyan 1970–1973-cü illərdə İrəvan Politexnik İnstitutunda assistent işləmişdir. O, 1973–1980-ci illərdə Dubnadakı Birgə Nüvə Tədqiqatları İnstitutunda riyaziyyatçı mühəndis olmuşdur. Bədəlyan 1980–1982-ci illərdə İrəvan Fizika İnstitutunda tədqiqat qrupunun rəhbəri olmuşdur. O, 1982–1991-ci illərdə İrəvan Fizika İnstitutunun İPK Komitəsinin katibi olmuşdur. Bədəlyan 1991-ci ildə Ermənistan Kommunist Partiyası (EKP) İrəvan Şəhər Komitəsinin birinci katibi olmuşdur.
Sergey Cikiya
Sergey Cikiya (gürc. სერგი ჯიქია; 20 oktyabr 1898 – 6 dekabr 1993) — gürcü şərqşünası və gürcü türkologiyasının banisi. 200-dən çox yazılı tədqiqat və məqaləsi olan Cikia, Gürcüstan Milli Elmlər Akademiyasının üzvüdür. == Həyatı == Cikiya Tiflis Universitetinin dilçilik fakültəsini bitirib. 1927-ci ildə Türkologiya mütəxəssisi olmaq üçün Türkiyəyə gəlmiş və İstanbul Ədəbiyyat Fakültəsində Türk Dili və Ədəbiyyatı bölməsində iki illik təhsil alıb. Universitetdə Fuad Köprülü, Ali Ekrəm, Hulûsi bəy və Orxan Şaiq Gökyay kimi müəllimlərdən dərs alıb. İstanbuldakı arxivlərdə türk dili və tarixi mənbələr üzərində işləyib. Türk dili üzərində etdiyi çalışmalara 1929-1936-cı illər arasında Rusiyadakı Türkologiya dairələrində davam edib. 1936-cı ildə Tiflis Universiteti Şərq Dilləri Bölməsinin müdiri seçilən Cikia, universitetdə türkologiya fənni tədris edən ilk akademik olub. 1945-1953-cü illər arasında Tiflis Universiteti Şərq Elmləri Fakültəsinin ilk dekanlığını yaradıb.
Sergey Denisov
Sergey Evdokimoviç Denisov (10 avqust 1914-cü il — 19 mart 1945-ci il) — Baş Leytenant, Sovet İttifaqı Qəhrəmanı (1943). == Həyatı == Sergey Denisov 10 avqust 1914-cü ildə anadan olub. Natamam orta təhsil alıb. O, SSRİ Qırmızı Orduda çalışıb. Denisov 1940-cı ildə Kəndli — Fəhlə Qırmızı Orduya xidmətə çağırılıb. O, 1942-ci ildə "təkmilləşdirmə" kurs: hərbi — siyasi məktəbini bitirmişdir. 1942-ci ilin noyabrında Böyük Vətən müharibəsi cəbhələrində Stalinqrad döyüşündə iştirak edib. Denisov 1943-сü ildə Mərkəzi cəbhə 207-ci qvardiya atıcı artilleriya qızdırıcıya komandanlıq edirdi. O, döyüşlər zamanı fərqlənib.O, 1943-cü ilin iyun ayında tank bölmələrinin düşmənin hücumu əks edərək onlara böyük itkilər qazandırmışdır.Qvardiya leytenantı Sergey Denisov "komandanlıqda döyüş tapşırıqlarını nümunəvi yerinə yetirdiyinə və alman işğalçıları ilə mübarizə cəbhəsində göstərdiyi mərdlik və qəhrəmanlıq" üçün "Lenin" ordeni və "Qızıl Ulduz" medalına Şuranın 7 avqust 1943-cü il 1088 nömrəli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri adına, yüksək vəzifəyə layiq görülmüşdür.O, SSRİ, Polşa döyüşlərində iştirak edib. 19 mart 1945-ci ildə arxasından vurulan güllə nəticəsində şəhid olmuşdur.«Qırmızı Ulduz», «2-ci dərəcəli Vətən Müharibəsi Ordeni», «Stalinqradın müdafiəs uğrunda» medalı ilə də təltif olunmuşdur.Denisovun şərəfinə küçə adlandırılıb və burada onun abidəsi ucaldılıb.
Sergey Dovlatov
== Həyatı == 1941-ci il, 3 sentyabrda Başqırdıstanın paytaxtı Ufa şəhərində anadan olub. 1959-cu ildə Leninqrad Dövlət Universitetinin fin dili fakültəsində oxumağa başlayıb. Fakültədən qovulan S. Dovlatov üç il hərbi xidmətdə olub. Sonra Komi respublikasında həbsxanada çalışıb. SSRİ-nin dağılmasından sonra hekayələri Rusiyada nəşr olunub. == Mühacirət həyatı == 1978-ci ilin avqustunda hakimiyyətin təqiblərinə görə Dovlatov SSRİ-dən mühacirət etdi və Nyu-Yorkun Forest Hills bölgəsində məskunlaşdı və burada New American həftəlik qəzetinin baş redaktoru oldu. Onun redaksiya heyətinin üzvləri Boris Metter, Aleksandr Genis, Pyotr Veyl, balet və teatr fotoqrafı Nina Alovert, şair və esseist Qriqori Rıskin və başqaları idi. Qəzet tez bir zamanda mühacirlər arasında populyarlıq qazandı. Bir-birinin ardınca onun nəsr kitabları nəşr olunurdu. 1980-ci illərin ortalarına qədər Dovlatov bir oxucu kimi böyük uğur qazandı, "Partisan Review" və "The New Yorker" jurnallarında dərc olunub.
Sergey Eyzenşteyn
Seegey Mixayloviç Eyzenşteyn (10 (22) yanvar 1898, Riqa – 11 fevral 1948[…], Moskva) — sovet teatr və kino rejissoru, ssenarist, rəssam və pedaqoqu, RSFSR əməkdar incəsənət xadimi (1935). == Həyatı == 1898-cu il 23 yanvarda Riqada dünyaya gəlmişdir. Atası Mixail Osipoviç Eyzenşteyn alman-yəhudi və isveç əsilli şəhər memarı idi, anası isə Yuliya İvanovna Konetskaya provaslav ailəsindən olan tacir qızı idi. Dəbdəbəli həyatına baxmayaraq Eyzenşteyn öz uşaqlıq illərindən kədərlə bəhs edirdi. Valideynləri Sergeyi sevirdilər lakin öz işləri ilə məşğul olmaqdan ona kifayət qədər diqqət ayıra bilmirdilər. 1907-ci ildə Rusiyadakı ilk inqilab vaxtında ailə Parisə köçür. Lakin Sergeyin elə həmin il Riqa Texniki Liseyinə qəbul olması ilə geri qayıdırlar. Əsas təhsillə yanaşı o, fortepianoda ifa etməyi, 3 dildə danışmağı bacarırdı: ingilis, alman, fransız. Sergey eyni zamanda foto sənətini mənimsəyirdi. Karikatura çəkməyi çox sevirdi.
Sergey Filippov
Sergey Nikolayeviç Filippov (rus. Серге́й Никола́евич Фили́ппов; 24 iyun 1912, Saratov, Rusiya imperiyası — 19 aprel 1990, Leninqrad, SSRİ) — Sovet komediya aktyoru. RSFSR-in xalq artisti (1974). == Həyatı == == Filmoqrafiya == Karnaval gecəsi (film, 1956) Gitaralı qız (film, 1958) Avtomobildən qorun (film, 1966) 12 stul (film, 1971) İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973) Alma almaya bənzər (film, 1975) (tammetrajlı bədii film) — rol: üç idarədə işləyən şəxs Peterburqdan anonim adam (film, 1977) Petya və Qırmızı Papaq (cizgi filmi, 1958) İdman lotosu-82 (film, 1982) Həyat üçün təhlükəlidir!
Sergey Gerasimov
Sergey Gerasimov (rus. Серге́й Апполина́риевич Гера́симов; 21 may (3 iyun) 1906 – 26 noyabr 1985, Moskva) — Rus-sovet kinorejissoru.
Aleksandr Sergeyev
Aleksandr Mixayloviç Sergeyev (rus. Александр Михайлович Сергеев; 2 avqust 1955, Buturlino[d], Nijeqorod vilayəti) — sovet və Rusiya fiziki, Rusiya Elmlər Akademiyasının akademiki (2016), 26 sentyabr 2017-ci ildən Rusiya Elmlər Akademiyasının Prezidenti. 2015-ci ildən Rusiya Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutunun direktoru. Professor. Fiziki plazma, femtosaniyə optikası, optik sistemlərin qeyri-xətt dinamikası və yüksək həssaslı optik ölçmə üzrə mütəxəssisdir. Hirşa indeksii — 48-dir. == Tərcümeyi — halı == Aleksandr Sergeyev 2 avqust 1955-ci ildə Qorki vilayətinin Buturlino şəhərində anadan olub. 1977-ci ildə N.İ. Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin radiofizika fakültəsini bitirib. 1977-ci ildən Rusiya Elmlər Akademiyasının Tətbiqi Fizika İnstitutuda sınaq müddətinə tədqiqatçı, kiçik (1979-cu ildən) və böyük elmi işçi (1985-ci ildən) işləyib. 1982-ci ildə Aleksandr Litvakın rəhbərliyi altında "Aktiv maqnit plazmasında intensiv elektromaqnit dalğalarının qarşılıqlı təsiri və transformasiyası" adlı namizədlik dissertasiyasını müdafiə edib.
Aleksandr Sergeyev (fizik)
Aleksandr Sergeyeviç Puşkin
Aleksandr Sergeyeviç Puşkin (26 may (6 iyun) 1799, Moskva[…] – 29 yanvar (10 fevral) 1837, Sankt-Peterburq[…]) — rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri. Puşkin sağlığında ən böyük rus şairi kimi şöhrət qazandı. Puşkin müasir rus ədəbi dilinin banisi hesab olunur. == Həyatı == === Mənşəyi === Aleksandr Sergeyeviç Puşkinin mənşəyi, şəcərə əfsanəsinə görə, "vicdanlı ər" Ratşeyə qayıdan Puşkinlərin adsız nəcib ailəsindən gəlir. Puşkin öz şəcərəsi haqqında şeir və nəsrdə dəfələrlə yazıb; o, öz əcdadlarında əsl "aristokratiya" nümunəsini, vətənə vicdanla xidmət edən, lakin hökmdarların rəğbətini qazanmayan, "təqiblərə" məruz qalan qədim ailəni görürdü. O, dəfələrlə (o cümlədən bədii formada) I Pyotrun qulluqçusu və şagirdi, sonra isə hərbi mühəndis və general olmuş anası tərəfdən ulu babası — Afrikalı Abram Petroviç Hannibalın obrazına müraciət etdi. 17-ci əsrdə Puşkinin ata-babaları stüard rütbəsindən yuxarı qalxmadılar. I Pyotrun dövründə yaşamış ulu baba Aleksandr Petroviç Puşkin qarovulda çavuş idi və 1725-ci ildə dəlilik halında arvadını öldürdü; babası Lev Aleksandroviç artilleriya polkovniki, qvardiya kapitanı idi. Ata — Sergey Lvoviç Puşkin (1770–1848), dünyəvi ağıl və həvəskar şair. Puşkinin anası — Nadejda Osipovna (1775–1836), Hannibalın nəvəsi.
Mixail Sergeyeviç Qorbaçov
Mixail Sergeyeviç Qorbaçov (rus. Михаил Сергеевич Горбачёв, 2 mart 1931[…], Privolnoye[d], Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ – 30 avqust 2022[…], Moskva) — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 89-cu şəxs olaraq daxil edilib. Qorbaçovun Sovet İttifaqında dövlət başçısı və Sov. İKP rəhbəri kimi fəaliyyəti dövründə bütün dünyaya təsir edən və aşağıdakı tarixi hadisələrin nəticəsi olan ciddi dəyişikliklər baş verdi: sovet sistemini islahat üçün genişmiqyaslı cəhd ("Yenidənqurma"); qlasnost siyasəti, "yeni siyasi təfəkkürün", söz və mətbuat azadlığının, demokratik seçkilərin tətbiqi; sosialist iqtisadiyyatından bazar iqtisadiyyatı modeli istiqamətində islahatların aparılması; Sovet İttifaqında yeni siyasi və iqtisadi azadlıqlar, Şərqi və Mərkəzi Avropada marksist-leninist administrasiyaların süqutu, Almaniyanın yenidən birləşməsi, soyuq müharibənin sonu; sovet qoşunlarının Əfqanıstandan çıxarılması (1989); Varşava Müqaviləsi Təşkilatı və Sovet İttifaqının dağılması. == Həyatı == === Uşaqlığı və gəncliyi === 1931-ci il martın 2-də Stavropol vilayətində kəndli ailəsində anadan olmuşdur. Atası-Serqey Andreyeviç Qorbaçov (1909–1976) Anası- Mariya Panteleyevna Qorbaçova (1911–1993). Yoldaşı- Raisa Maksimovna Qorbaçova. M. V. Lomonosov adına MDU-nin hüquq fakultəsini (1955) və Stavropol Kənd-təssərüffatı İnstitutunu aqronom-iqtisadçı kimi qurtarmışdır.(1967) 31.08.2022 ci ilde gorbagor olub.
Mixail Sergeyiviç Qorbaçov
Mixail Sergeyeviç Qorbaçov (rus. Михаил Сергеевич Горбачёв, 2 mart 1931[…], Privolnoye[d], Şimali Qafqaz diyarı[d], RSFSR, SSRİ – 30 avqust 2022[…], Moskva) — Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985–1991), SSRİ-nin ilk və son prezidenti (1991), Nobel sülh mükafatı laureatı (1990), Sosial-iqtisadi və siyasi tədqiqatlar fondunun (Rusiya) prezidenti. Azərbaycanda 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 89-cu şəxs olaraq daxil edilib. Qorbaçovun Sovet İttifaqında dövlət başçısı və Sov. İKP rəhbəri kimi fəaliyyəti dövründə bütün dünyaya təsir edən və aşağıdakı tarixi hadisələrin nəticəsi olan ciddi dəyişikliklər baş verdi: sovet sistemini islahat üçün genişmiqyaslı cəhd ("Yenidənqurma"); qlasnost siyasəti, "yeni siyasi təfəkkürün", söz və mətbuat azadlığının, demokratik seçkilərin tətbiqi; sosialist iqtisadiyyatından bazar iqtisadiyyatı modeli istiqamətində islahatların aparılması; Sovet İttifaqında yeni siyasi və iqtisadi azadlıqlar, Şərqi və Mərkəzi Avropada marksist-leninist administrasiyaların süqutu, Almaniyanın yenidən birləşməsi, soyuq müharibənin sonu; sovet qoşunlarının Əfqanıstandan çıxarılması (1989); Varşava Müqaviləsi Təşkilatı və Sovet İttifaqının dağılması. == Həyatı == === Uşaqlığı və gəncliyi === 1931-ci il martın 2-də Stavropol vilayətində kəndli ailəsində anadan olmuşdur. Atası-Serqey Andreyeviç Qorbaçov (1909–1976) Anası- Mariya Panteleyevna Qorbaçova (1911–1993). Yoldaşı- Raisa Maksimovna Qorbaçova. M. V. Lomonosov adına MDU-nin hüquq fakultəsini (1955) və Stavropol Kənd-təssərüffatı İnstitutunu aqronom-iqtisadçı kimi qurtarmışdır.(1967) 31.08.2022 ci ilde gorbagor olub.
Nikita Sergeyeviç Xruşşov
Nikita Sergeyeviç Xruşşov (rus. Никита Сергеевич Хрущёв; 3 (15) aprel 1894, Kalinovka[d], Kursk quberniyası[d], Rusiya imperiyası – 11 sentyabr 1971[…], Moskva, SSRİ) — 1953-cü ildən 1964-cü ilə kimi Sovet İttifaqı Kommunist Partiyası MK Baş katibi, 1958-ci ildən 1964-cü ilə kimi SSRİ Nazirlər Sovetinin sədri. Sovet İttifaqı Qəhrəmanı, Üçqat Sosialist Əməyi Qəhrəmanı. == Həyatı == Stalinin şəxsiyyətə pərəstişini tənqid etmişdir, ölkənin idarəetmə aparatında bir neçə demokratik reforma aparmışdır, SSRİ ilə kapitalist ölkələr arasındakı münasibəti nisbətən yaxşılaşdırmışdır, SSRİ və Çin arasında gərgin münasibət yaratmışdır, siyasi məhbusların böyük bir hissəsi bəraət qazanmışdır.
Piano və orkestr üçün konsert No.2 (Sergey Raxmaninov)
Piano və orkestr üçün konsert No.2 , Op. 18 (C minor), 20-ci əsrin dahi rus bəstəkarı Sergey Raxmaninov tərəfindən, 1900 və 1901-ci illər arasında yazılmış konsertdir. Əsərin ikinci və üçüncü hissələri ilk dəfə, bəstəkarın özü soloist olaraq, 2 dekabr 1900 tarixində ifa edilmişdir. Bütün əsər ilk dəfə, bəstəkarın qohumu Aleksandr Siloti dirijor, bəstəkarın özü pianist olaraq, 9 Noyabr 1901 tarixində ifa olunmuşdur. Bu əsər, Raxmaninovun ən məşhur əsərlərindən biri olmaqla yanaşı, onu konsert bəstəkarı olaraq tanıdan ən böyük əsəridir. == Arxa plan == Bəstəkarın 1897-ci ildə premyerası baş tutan birinci simfoniyası günümüzdə böyük nailiyyət olaraq görülsə də, o dövrün tənqidçiləri tərəfindən bəyənilməmiş və rişxənd edilmişdi. Bu hadisə, şəxsi həyatındakı problemlər ilə birlikdə, bəstəkarın illərlə davam edəcək depressiyaya düşməsinə səbəb olur. Bəstələdiyi ikinci konsert, hipnoterapiya, psixoterapiya və ailəsinin də dəstəyi ilə onun kliniki depressiyadan çıxmasına və yenidən musiqi bəstələməyə başlamasına kömək olur. Konsert, Raxmaninovun depressiyadan çıxmasına kömək edən Nikolai Dahl adında terapevtə həsr olunmuşdur. == Bəstə == Əsər, 2 fleyta, 2 qaboy, 2 klarnet, 2 faqot, 4 valtorn, 2 truba, 3 trombon, tuba, timpani, baraban, simbal, fortepiano və simli alətlər üçün yazılmışdır.
Scream (Sergey Lazarev mahnısı)
Scream (azərb. Qışqırıq‎) — Rusiyanın 2019 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sergey Lazarev "Scream" mahnısı ilə Rusiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Mahnının musiqisi Filipp Kirkorov və yunan bəstəkarı Dimitris Kantopulosa, sözləri isə Şeron Vona aiddir.
Sergey Abramov (riyaziyyatçı)
Sergey Mixayloviç Abramov (rus. Сергéй Миха́йлович Абра́мов; 25 mart 1957, Moskva) — informasiya texnologiyaları və kompüter sistemləri sahəsində Rusiya alimi, Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2006-cı ildən), fizika-riyaziyyat elmləri doktoru (1996).1980-ci ildə Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirmişdir. 1986-cı ildən Proqram Sistemləri İnstitutunda (Pereslavl-Zalesski), 1991-ci ildən bu İnstitutun Çoxprosessorlu Sistemlər üzrə Tədqiqat Mərkəzinin direktoru; Rusiya Federasiyası Təhsil Nazirliyinin Rusiya Regional Problemlər Elmi-Tədqiqat İnstitutunun direktor müavini olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Абрамов, Сергей Михайлович (учёный) на официальном сайте РАН Биография Сергея Михайловича Абрамова Электроника — Наука. Технология. Бизнес. 2009, № 1, с.
Sergey Arsenyeviç Nevski
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 1908—1938) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. == Nevskinin botaniki adlandırmaya dair işləri == Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski == Nevskinin şərəfinə adlandırılan taksonlar == === Bitki yarımnövü === Bromus L. subg. Nevskiella === Bitki növləri === Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Sergey Arsenyeviç Nevskiy
Sergey Arsenyeviç Nevski (rus. Серге́й Арсе́ньевич Не́вский; 1908—1938) — Rusiya botaniki, səhləmkimilər və taxıllar üzrə mütəxəssis. == Nevskinin botaniki adlandırmaya dair işləri == Nevski tərəfindən əsasən Paxlakimilər (Leguminosae), Səhləbkimilər (Orchidaceae), Qırtıckimilər (Poaceae) fəsiləsindən 30-a yaxın cins və bir neçə yüz bioloji növ təsnif edilmişdir. Bəzi növlər: Taeniatherum caput-medusae (L.) Nevski Psathyrostachys juncea (Fisch.) Nevski == Nevskinin şərəfinə adlandırılan taksonlar == === Bitki yarımnövü === Bromus L. subg. Nevskiella === Bitki növləri === Agropyron nevskii N.A.Ivanova ex Grubov Agrostis nevskii Tzvelev Allium nevskianum Vved. Astragalus nevskii Gontsch. Cancrinia nevskii Tzvelev Corydalis nevskii Popov Critesion nevskianum (Bowden) Tzvelev Dactylorhiza × nevskii H.Baumann & Künkele Delphinium nevskii Zakirov Elymus nevskii Tzvelev Elytrigia nevskii (N.A.Ivanova ex Grubov) N.Ulziykh. ex Tzvelev Ferula nevskii Korovin Hordeum nevskianum Bowden Impatiens nevskii Pobed. Juncus nevskii V.I.Krecz. & Gontsch.
Sergey Bodrov (ata)
Sergey Bodrov (rus. Сергей Бодров) — sovet və rus kinorejissoru, ssenaristi, prodüseri və aktyoru. "Qafqaz əsiri" və "Monqol" filmlərinə görə iki dəfə "Xarici dildə ən yaxşı film" nominasiyası üzrə "Oskar" mükafatına namizəd olub.Aktyor və kinorejissor Sergey Bodrovun (27 dekabr 1971 — 20 sentyabr 2002) atası. == Həyatı == Sergey Bodrov 28 iyun 1948-ci ildə Xabarovskda anadan olub. Karyerasını jurnalist kimi başlayıb. 1970-ci ildə o, "Krokodil" jurnalının keçirdiyi "Ən yaxşı satirik və yumoristik hekayə" müsabiqəsində üçüncü yeri tutub. 1974-cü ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsini bitirib. Elə həmin ildə də Kommunist Partiyasına üzv olub.1978-ci ildə Sergey Bodrovun ssenarist kimi debütü baş tutub ("Boşboğaz"). Sonralar onun ssenariləri əsasında iyirmidən çox film çəkilib.Sergey Bodrov 1980-ci illərdə özünü rejissor kimi sınamağa başlayır və "Otun içində şirin şirə" (1984), "Qeyri-peşəkarlar" (1985) (Turində keçirilən festivalda münsiflər heyətinin xüsusi mükafatını qazanıb), "Mən sənə nifrət edirəm" (1986), "Dələduz" (1989) və "SER" (1989) filmlərini çəkir. Sergey Bodrov 90-cı illərdə ABŞ-yə köçür və orada öz həyat yoldaşı Kerolin Kavalero ilə birlikdə işləməyə başlayır.
Sergey Bodrov (oğul)
Sergey Sergeyeviç Bodrov (rus. Сергей Сергеевич Бодров; 27 dekabr 1971, Moskva – 20 sentyabr 2002, Şimali Osetiya) — rusiyalı aktyor, televiziya aparıcısı, rejissor, ssenarist, tarixçi-mədəniyyətşünas. == Həyatı == == Filmoqrafiya == Morfi (film, 2008) / rus.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 67.14 dəfə / 1 mln.
2002 ••••••••••••••• 71.95
2003 ••••••••••• 51.18
2004 ••••••••••••••• 69.40
2005 ••••••••••••••••• 80.30
2006 ••••••••••••••• 70.95
2007 •••••••••••••••••• 85.42
2008 •••••••••••••••• 74.79
2009 •••••••••••••••••• 87.51
2010 ••••••••••••••••• 80.88
2011 •••••••••••••••••••• 98.06
2012 •••••••••••••••• 77.70
2013 ••••••••••••••• 69.58
2014 •••••••••••••••••• 85.98
2015 ••••••••••• 50.36
2016 •••••••••••• 56.40
2017 ••••••• 34.31
2018 ••••••••••• 49.89
2019 •••••••• 35.19
2020 •••••• 27.05

Oxşar sözlər

#sergey nədir? #sergey sözünün mənası #sergey nə deməkdir? #sergey sözünün izahı #sergey sözünün yazılışı #sergey necə yazılır? #sergey sözünün düzgün yazılışı #sergey leksik mənası #sergey sözünün sinonimi #sergey sözünün yaxın mənalı sözlər #sergey sözünün əks mənası #sergey sözünün etimologiyası #sergey sözünün orfoqrafiyası #sergey rusca #sergey inglisça #sergey fransızca #sergey sözünün istifadəsi #sözlük