Seuta sözü azərbaycan dilində

Seuta

Yazılış

  • Seuta • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seuta
Seuta (isp. Ceuta; ərəb. سبتة‎) - İspaniyanın Şimali Afrikada yerləşən ərazisi. İspaniya konstitusiyasına görə Melilya ilə birlikdə muxtar statusa malikdir. Mərakeş ilə sərhəd olan şəhərin ərazisi 19 km²'dir. Aralıq dənizi ilə 20 km, Mərakeş ilə 8 km sərhəd zonası mövcuddur. Pireney yarımadasına 14 km məsafədə yerləşir. Seuta 1995-ci ilin 14 mart tarixinə qədər Kadiz muxtar bölgəsinin tərkibində olmuş və həmin tarixdən sonra muxtar ərazi statusu almışdır. İspaniya Avropa İttifaqına daxil olmamışdan əvvəl Seuta, Melilya və Kanar adaları azad liman statusuna malik idi. 2011-ci ilin məlumatına əsasən 82 min nəfər əhalisi vardır.
Seuta Kral Divarları
Seuta Kral Divarları (isp. Murallas Reales de Ceuta) - İspaniyanın Şimali Afrikada yerləşən muxtar bölgəsi olan Seuta şəhərində yerləşən tarixi abidə kompleksi. Seuta Kral Divarları müxtəlif dövrlərdə tikilmiş çoxlu sayda müdafiə və gözətçi qalalarından ibarətdir. Ən qədim tikilinin 962-ci ilə aid olduğu təxmin edilir və bu rəqəm XVIII əsrə qədər uzanmaqdadır. == Tarixi == Seuta Qədim Roma və Karfagen dövləti zamanlarında hərbi gəmilərin keçid və gözləmə məntəqəsi kimi istifadə olunurdu və ərazidən oxşar məqsədlərlə 5-ci əsrə qədər istifadə edildiyi məlumdur. İlkin müdafiə və gözətçi qüllələri V-VI əsrlərdə inşa edilməyə başlanmışdır. Müxtəlif səbəblərdən həmin tikililərin demək olar ki, heç biri günümüzə qədər gəlib çatmamışdır. Müasir Kral Divarlarının inşası portuqalların 1415-ci ildə Seutanı fəth etməsindən sonra başlamışdır. Portuqaliya krallığının maliyyə vəsaiti hesabına ərazinin müdafiə gücünün gücləndirilməsi və Aralıq dənizindən keçən düşmən gəmilərinin rahat müşahidə edilməsi məqsədi ilə indiki kral divarlarının inşası başlanılır. Qala divarının ətrafında xəndəklərdə qazılmışdır və inşaat işləri 1540-cı ilə qədər davam etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2010 •••••• 0.18
2013 ••••• 0.15
2017 •••••••••••••••••••• 0.65

Oxşar sözlər

#seuta nədir? #seuta sözünün mənası #seuta nə deməkdir? #seuta sözünün izahı #seuta sözünün yazılışı #seuta necə yazılır? #seuta sözünün düzgün yazılışı #seuta leksik mənası #seuta sözünün sinonimi #seuta sözünün yaxın mənalı sözlər #seuta sözünün əks mənası #seuta sözünün etimologiyası #seuta sözünün orfoqrafiyası #seuta rusca #seuta inglisça #seuta fransızca #seuta sözünün istifadəsi #sözlük