Seyidəliyev sözü azərbaycan dilində

Seyidəliyev

Yazılış

  • Seyidəliyev • 98.0998%
  • SEYİDƏLİYEV • 1.9002%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ənvər Seyidəliyev
Ənvər Seyidəliyev (1950, Pirhəsənli, Ağsu rayonu) — Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2007–2019-cu illər). Seyidəliyev Ənvər Qasım oğlu 1950-ci ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olmuşdur. Azərbaycanlıdır. 1975-ci ildə Azərbaycan Politexnik İnistitutunu bitirmişdir. 1975–1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 1977–1983-cü illərdə Ağsu rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 1983–1985-ci illərdə Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuşdur. Ailəlidir, bir oğlu və üç nəvəsi var. 1985–1989-cu illərdə Ağsu rayon partiya komitəsində təlimatıçı, 1989–2003-cü illərdə Ağsu rayon Maddi-Texniki Təchizat və Mexanikləşdirmə İstehsalat Birliyinin müdiri, 2003–2007-ci illərdə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də idarə rəisi vəzifəsində işləmişdir. 2007–2019-cu illərdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Mir Məmmədrza Seyidəliyev
Seyidəliyev Mir Məmmədrza Abutalıb oğlu (1898, Şamaxı - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Bakı kişi gimnaziyasını bitirmişdir (1919). Parlamentin 1919-cu il 1sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Mir Məmmədrza Seyidəliyev 1923-cü ildə Türkiyəyə qaynatası Ələsgər bəy Mahmudbəyovun yanına getmişdi. Mir Məmmədrza Alya xanım Ələsgər bəy qızı Mahmudbəyova ilə ailə qurmuşdu.

Oxşar sözlər

#seyidəliyev nədir? #seyidəliyev sözünün mənası #seyidəliyev nə deməkdir? #seyidəliyev sözünün izahı #seyidəliyev sözünün yazılışı #seyidəliyev necə yazılır? #seyidəliyev sözünün düzgün yazılışı #seyidəliyev leksik mənası #seyidəliyev sözünün sinonimi #seyidəliyev sözünün yaxın mənalı sözlər #seyidəliyev sözünün əks mənası #seyidəliyev sözünün etimologiyası #seyidəliyev sözünün orfoqrafiyası #seyidəliyev rusca #seyidəliyev inglisça #seyidəliyev fransızca #seyidəliyev sözünün istifadəsi #sözlük