Seyidbəyli sözü azərbaycan dilində

Seyidbəyli

Yazılış

  • Seyidbəyli • 99.6639%
  • SEYİDBƏYLİ • 0.3361%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seyidbəyli
Seyidbəyli (Xocalı) — Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. Seyidbəyli (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Həsən Seyidbəyli
Həsən Mehdi oğlu Seyidbəyli (22 dekabr 1920, Bakı – 25 iyun 1980, Bakı) — Azərbaycan nasiri, kinodramaturq, kinorejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1946), Azərbaycan SSR xalq artisti (1976). == Həyatı == Həsən Seyidbəyli 22 dekabr 1920-ci ildə Bakı şəhərində anadan olmuşdur. Burada 132 saylı şəhər orta məkətbini bitirmişdir. Həsən Mehdi oğlu Seyidbəyli 1938–1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943–1951-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil almışdır. "Azərbaycanfilm" kinostudiyasında kinorejissor, 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmişdir. "İmtahan", "Qızıl axtaranlar", "Bağlı qapılar" adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulmuşdur. "Kür sahillərində" (1953), "Bizim Astrada" (1956), "Telefonçu qız" (1960) povestləri, "Cəbhədən-cəbhəyə" (1961), "İllər keçir" (1973, İ. Qasımovla birgə), "Tərsanə" (1975), "Çiçək" (1978) romanları, "Dəniz cəsurları sevir" (1954), "Sən nə üçün yaşayırsan" (1959, hər ikisi İ. Qasımovla birgə) pyesləri müasirlərinin əməyindən, mənəvi-əxlaqi saflığından bəhs edir. "Uzaq sahillərdə" (1954, İ. Qasımovla birgə) romanı Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadəyə həsr olunmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə edilmişdir. Həsən Seyidbəyli 1963–1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibi olmuşdur.
Məryəm Seyidbəyli
Seyidbəyli Məryəm Həsən qızı (3 oktyabr 1955, Bakı) — Azərbaycan tarixçisi, tarix üzrə elmlər doktoru (2013), professor (2021), AMEA Elm Tarixi İnstitutunun direktoru, Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının üzvü. == Həyatı == Məryəm Seyidbəyli 1955-ci il oktyabr ayının 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb dili və ədəbiyyatı şöbəsində təhsil almışdır. 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın qədim tarixi" şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlamışdır. 1983-cü ildə "Azərbaycanın Orta əsrlər tarixi (III–XII əsrlər)" şöbəsində öz fəaliyyətini davam etdirmişdir. 1980–1986-cı illərdə ərəb dili tərcüməçisi kimi dövri olaraq Əlcəzair, Suriya, Liviyada ezamiyyətlərdə olmuşdur. 2003-cü ildə "Azərbaycan diasporu" şöbəsinin müdiri təyin edilmişdir. O, həmçinin Bakı Multikulturalizm Mərkəzinin Beynəlxalq əlaqələr komissiyasının sədridir. AMEA-nın Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Elm Tarixi İnstitutu yaradılmış və Məryəm Seyidbəyli AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təyin olunub. == Elmi fəaliyyəti == 1996-cı ildə "XIII əsrin birinci yarısı — XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı" mövzusunda (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında) namizədlik dissertasiyasını müdafiə etmişdir.
Seyidbəyli (Meşkinşəhr)
Seyidbəyli (fars. سيدبيگ لو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (28 ailə).
Seyidbəyli (Xocalı)
Seyidbəyli (əvvəlki adı: Seyidişen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Seyidbəyli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Seyidişen kəndi Seyidbəyli kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Seyidbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. == Tarixi == Seyidbəyli kəndi Qarabağ silsiləsindədir. XIX əsrin əvvəllərində köçüb gəlmə erməni ailələri burada məskunlaşdıqdan sonra kəndi Seyidişen adlandırmışdılar. 1992-ci ildə kəndin keşmiş adı bərpa edilmişdir. Oykonim Seyidbəy adlı şəxsin adı ilə bağlıdır. Ərazidə eyniadlı çay da var. Ermənilər tərəfindən kənd Xaçın adlandırılır.
Cəbhədən cəbhəyə (Seyidbəyli)
Cəbhədən cəbhəyə — Azərbaycanlı məşhur kinorejissor və ssenari müəllifi kimi də tanınmış görkəmli yazıçı Həsən Seyidbəylinin romanı. Əsər Azərbaycan Sovet Ədəbiyyatının incilərindən sayılır. 1961-ci ildə çap olunan kitab Azərbaycan detektivinin şah əsəri də hesab edilir.Roman milis işçilərinin çətin, məsuliyyətli işinə həsr olunmuşdur. Əsərdəki hadisələr Böyük Vətən müharibəsi illərində Bakı şəhərində cərəyan edir. == Məzmun == Bu detektiv romanda faşizmə qarşı müharibə illərindən bəhs edilir. Cəbhədən yaralanaraq yarımçıq qayıdan Teymurun Bakıdakı sonrakı həyatı oxucunun gözləri qarşısında canlanır. Dövlət təhlükəsizlik orqanlarında işə girən Teymur dəfələrlə cinayətkarlarla üz-üzə dayanır və qalib gəlir. Əsərin fonunda Teymurun Ləman ilə məhəbbəti əsas planda verilib. == Nəşr == Roman ilk dəfə Bakıda kiril qrafikalı Azərbaycan əlifbası ilə 1961-ci ildə Uşaqgəncnəşrdə, 1979-cu ildə 555 səhifədə, 1988-ci ildə isə 272 səhifədə təkrar nəşr edilib.Hədəf Nəşrləri tərəfindən “XAN Milli Ədəbiyyat” layihəsi çərçivəsində latın qrafikalı Azərbaycan əlifbası ilə 372 səhifədə 2013, 2017 və 2020-ci illərdə təkrar nəşr edilib. == Qəbul == 2010-cu ildə filologiya üzrə fəlsəfə doktoru Baba Babayevin həm də "Cəbhədən-cəbhəyə" əsəri barədə olan Həsən Seyidbəylinin nəsri haqqında ilk tədqiqat əsəri "Həsən Seyidbəylinin bədii nəsri" monoqrafiyası yazıçının 90 illik yubiley tədbirləri ərəfəsində nəşr edilib.Məhərrəm Zeynal Həsən Seyidbəylidən bəhs edən "O ədəbiyyat üçün çalışırdı" başlıqlı məqaləsində "Cəbhədən cəbhəyə" romanını "kəskinsüjetli nəsr" adlandırır.
Kinorejissor Həsən Seyidbəyli (2002)
== Məzmun == Kinolent xalq artisti, görkəmli Azərbaycan kinorejissoru, yazıçı və dramaturq Həsən Seyidbəyliyə həsr olunmuşdur. Burada Azərbaycanın tanınmış sənətkarlarından Rüstəm İbrahimbəyov, Rasim Ocaqov, Rasim Balayev, Xalidə Quliyeva, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Həsən Seyidbəyli haqqında söz deyirlər. == Film haqqında == Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. Filmdə kino və foto arxiv sənədlərindən istifadə olunmuş, H.Seyidbəylinin çəkdiyi filmlərdən — "Nəsimi", "Sən niyə susursan?", "Möcüzələr adası", "Bizim Cəbiş müəllim", "Telefonçu qız" kinolentlərindən fraqmentlər verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Quliyev Ssenari müəllifi: Baba Vəziroğlu, Cəmil Quliyev Operator: Nizami Abbas Səs operatoru: Tağı Babayev == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
== Məzmun == Kinolent xalq artisti, görkəmli Azərbaycan kinorejissoru, yazıçı və dramaturq Həsən Seyidbəyliyə həsr olunmuşdur. Burada Azərbaycanın tanınmış sənətkarlarından Rüstəm İbrahimbəyov, Rasim Ocaqov, Rasim Balayev, Xalidə Quliyeva, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Həsən Seyidbəyli haqqında söz deyirlər. == Film haqqında == Film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. Filmdə kino və foto arxiv sənədlərindən istifadə olunmuş, H.Seyidbəylinin çəkdiyi filmlərdən — "Nəsimi", "Sən niyə susursan?", "Möcüzələr adası", "Bizim Cəbiş müəllim", "Telefonçu qız" kinolentlərindən fraqmentlər verilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Cəmil Quliyev Ssenari müəllifi: Baba Vəziroğlu, Cəmil Quliyev Operator: Nizami Abbas Səs operatoru: Tağı Babayev == Sponsor == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Kinonu sevən adam. Həsən Seyidbəyli (film, 2015)
Kinonu sevən adam — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Film yazıçı, ssenari müəllifi, görkəmli rejissor, Azərbaycanın xalq artisti Həsən Seyidbəylinin 95 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə, "Doğma xalqıma", "Qızmar günəş altında", "Uzaq sahillərdə", "Telefonçu qız", "Möcüzələr adası", "Sən niyə susursan?", "Litfçi qız", "Bizim Cəbiş müəllim", "Nəsimi", "Xoşbəxtlik qayğıları", "Onun bəlalı sevgisi" filmlərinin, "Toral və Zəri" animasiya, "Sovet Azərbaycanı" sənədli televiziya, "Kamillik" sənədli filmləri, eləcə də "Ömrün səhifələri" kinoalmanaxın kadrlarından istifadə edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.74 dəfə / 1 mln.
2003 •••• 0.39
2005 ••••••••••••• 1.35
2007 ••••••• 0.63
2008 •••••••••••• 1.22
2009 •••• 0.32
2010 •••••••••••••••••••• 2.09
2011 •••••••• 0.77
2012 ••••••• 0.69
2013 •••••••••••• 1.17
2014 ••••• 0.51
2015 •••••••••• 1.02
2016 ••••• 0.52
2017 •• 0.16
2018 ••••••••••• 1.05
2019 •••• 0.42

Oxşar sözlər

#seyidbəyli nədir? #seyidbəyli sözünün mənası #seyidbəyli nə deməkdir? #seyidbəyli sözünün izahı #seyidbəyli sözünün yazılışı #seyidbəyli necə yazılır? #seyidbəyli sözünün düzgün yazılışı #seyidbəyli leksik mənası #seyidbəyli sözünün sinonimi #seyidbəyli sözünün yaxın mənalı sözlər #seyidbəyli sözünün əks mənası #seyidbəyli sözünün etimologiyası #seyidbəyli sözünün orfoqrafiyası #seyidbəyli rusca #seyidbəyli inglisça #seyidbəyli fransızca #seyidbəyli sözünün istifadəsi #sözlük