Seyidzadə sözü azərbaycan dilində

Seyidzadə

Yazılış

  • Seyidzadə • 99.4509%
  • SEYİDZADƏ • 0.5491%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adil Seyidzadə
Adil Mirseyid oğlu (21 dekabr 1952, Ağdaş – 17 iyul 2014, Bakı) — rəssam, şair, tərcüməçi və esseist, Azərbaycan Yazıçılar Birliyinin (1993), Azərbaycan Jurnalistlər Birliyinin (1989) və Azərbaycan Rəssamlar İttifaqının üzvü (1992), prezident təqaüdçüsü. == Həyatı == Adil Mirseyid 1952-ci il dekabrın 21-də Ağdaş şəhərində ziyali ailəsində anadan olmuşdur. Ləki qəsəbə 6 saylı orta məktəbi bitirib. (1959-1969). İlk şeirləri məktəb illərində "Göyərçin" və "Pioner" jurnallarında çap olunub. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır (1970-1976). Bir müddət təyinatla göndərildiyi Dağıstan Respublikasında işləmişdir (1975-1978). Ağdaş rayonu Füzuli adına Mədəniyyət Evinin Xalq Teatrında rəssam (1983-1987), Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində rəssam (1990-1992), Bakıda müxtəlif vəzifələrdə çalışmışdır. "Xəzər" jurnalında məsul katib və baş redaktor müavini, "Bayatı" jurnalının redaktoru, "Palitra" qəzetinin ədəbiyyat və İncəsənət şöbəsində redaktor, Azərbaycan Tərcümə Mərkəzinin "Yol" ədəbiyyat qəzetində redaktor (1992-1993) olmuşdur. Uzun sürən xəstəlikdən sonra 17 iyul 2014-cü ildə Bakıda vəfat etmişdir.
Bağır Seyidzadə
Bağır Mirqasım oğlu Seyidzadə (9 avqust 1912, İrəvan – 24 mart 1968, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, diplomat, jurnalist, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi. == Həyatı == Bağır Qasım oğlu Seyidzadə 1912-ci ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olmuş və Bağır Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Azərbaycan Sənaye İnstitutuna daxil olmuşdur. Bağır Seyidzadə 1932–1939-cu illərdə "Gənc işçi" qəzetində işləmiş, 1939–1940-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. 1940–1943-cü illərdə Azərbaycan LKGİ Mərkəzi Komitəsinin katibi seçilmişdir. Moskvada birillik diplomatiya kursunu bitirdikdən sonra 1944–1949-cu illərdə Cənubi Azərbaycanın Maku və Təbriz şəhərlərindəki Sovet konsulluqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra 1950–1952-ci illərdə Azərbaycan SSR kinematoqrafiya naziri, sonralar isə Azərbaycan SSR mədəniyyət nazirinin müavini, Azərbaycan Dövlət Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olmuşdur. Bağır Seyidzadə sonralar Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində işləmiş, ömrünün son illərində isə Azərbaycan SSR Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. Rus, fransız və fars dillərini mükəmməl bilirdi.
Bədri Seyidzadə
Bədri Seyidzadə (tam adı: Bədrəddin Kərbəlayı Mir Cavad oğlu Seyidzadə; 20 yanvar 1882, Keşlə, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – noyabr 1945, Bakı) — Azərbaycan şairi. == Həyatı == İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə almışdır. "Seyid" təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş, klassik poeziya ilə tanış etmişdir. Bədri Seyidzadə 1909 ildə "Nəşri-maarif‖in darülmüəllimində təhsilini davam etdirmişdir. 1910-cu illərdən başlayaraq, "Tuti", "Övraqi-nəfisə", "Məzəli", "Babayi-Əmir" məcmuələrində "Bərqi-əyyar", "İgnə", "Sancaq", "Bayquş" imzaları ilə şeirlər çap etdirmişdir. Şeirlərində ("Bizə nə!..", "Şükür, xudaya" və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl, müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər etmişdir. 1918 ildə Azərbaycanda milli istiqlal hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-demokratiya ideallarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur.
Dilarə Seyidzadə
Dilarə Bağır qızı Seyidzadə (25 oktyabr 1939, Bakı) — Azərbaycan Respublikası Prezidenti Katibliyin rəisi (1999–2019), Azərbaycan Respublikası Prezidentin köməkçisi (1997–1998, 1999–2019), 1-ci dərəcə dövlət müşaviri (2004), tarix elmləri doktoru. == Həyatı == Dilarə Seyidzadə 1939-cu il oktyabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1961–1978-ci illərdə Azərbaycan EA-nın Tarix İnstitutunda Baş laborant, kiçik elmi işçi, 1978–1983-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasnda Baş müəllim, 1983–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda Baş elmi işçi, aparıcı elmi işçi, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində Böyük məsləhətçi, 1997–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, 1998–1999-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Katibliyi rəisinin müavini vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsinə təyin edilib. Dilarə Seyidzadə Dövlət qulluğunda xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 24 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub.
Fuad Seyidzadə
Seyidzadə Fuad Bağır oğlu — azərbaycanlı memar. == Həyatı == Fuad Seyidzadə 1938-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olub. Fuadın atası Bağır Seyidzadə dövrünün məşhur ictimai-siyasi və mədəniyyət xadimlərindən biri idi. Bir müddət Təbrizdə konsul olan Bağır Seyidzadə ailəsi ilə birlikdə İranda yaşayıb. Məktəbə də ilk dəfə Təbrizdə gedən Fuad Seyidzadə sonralar Bakıdakı 6 nömrəli orta məktəbi bitirib. Sonra Ə.Əzimzadə adına Rəssamlıq məktəbində oxuyub, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində təhsil alıb. 1956-1957-ci illərdə Moskva Memarlıq İnstitutunda təhsilini davam etdirib. Hələ orta məktəbdə ikən onun çəkdiyi rəsmləri xalq rəssamı Mikayıl Abdullayev bəyənib. Görkəmli rəssamın rəyinə əsasən, Fuad rəssamlıq məktəbində birbaşa ikinci kursa götürülüb. Orta məktəb illərində musiqi təhsili də alan Fuadın bu sahədə güclü duyumu maestro Niyazinin diqqətini çəkib.
Hüseyn Seyidzadə
Hüseyn Əli oğlu Seyidzadə (15 oktyabr 1910, İrəvan, İrəvan quberniyası, Rusiya imperiyası – 2 iyun 1979, Bakı) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1970). Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir. == Həyatı == Hüseyn Mirəli oğlu Seyidzadə 1910-cu il, oktyabrın 15-də İrəvanda anadan olmuşdur. Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlamış, sonra fəhlə teatrına daxil olmuş, aktyor köməkçisi kimi fəaliyyət göstərmişdir. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olmuşdur. 1930-cu ildə Leninqradda rejissorluq kursunu bitirmiş və Bakıya qayıtmışdır. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. 1938-ci ildə "Bakılılar", "Böyük şəfəq", 1939-cu ildə "Ayna" filmlərinin çəkilişində rejissorluq etmişdir. Sonra o, "Lenfilm" studiyasında öz peşəsini təkmilləşdirmişdir.
Mirmehdi Seyidzadə
Mehdi (Mirmehdi) Həsən oğlu Seyidzadə (11 noyabr 1907, Aşqabad, Rusiya Türkistanı general-qubernatorluğu – 30 avqust 1976, Bakı) — Azərbaycan şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1936), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). Mirmehdi Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub. İbtidai təhsilini İranda Məşhəd şəhərində almışdır. 1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921–1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926–1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930–1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932–1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938–1939-cu illərdə yenidən təşkil olunmuş "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda "Qızıl əsgər" qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cü ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur.
Mirəziz Seyidzadə
Mirəziz Seyidzadə (Hacı Mirəziz Seyidzadə) — İlahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, idarənin fətva şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu ildə Masallı rayonunun Türkoba kəndində ziyalı ailəsində doğulub. 1968-1974-cü illərdə Özbəkistanın Buxara şəhərində Mir-Ərəb mədrəsəsində oxuyub. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda qiyabi təhsil alıb. 1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şöbəsini əla qiymətlə başa vurub. 1992-1997-ci illərdə Bakı İslam Universitetində təhsil alıb. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 12 sentyabr 2004-cü ildə "İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu" adlı (09.00.06 - Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə) namizədlik dissertasiyasını müdafiə edib. 20 oktyabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. Astarada Cümə məscidində axund, Bakı İslam Universitetində müəllim, Qafqaz Müsəlmanları İdarəsinin elm və təhsil şöbəsinin müdiri işləyib, fətva şöbəsinin müdiri olub. 1996-cı ildə Bakı İslam Məktəbini təsis edib.
Şahin Seyidzadə
Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978, Bakı) — İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri. Şahin Kamil oğlu Seyidzadə 1978-ci il aprelin 15-də Bakıda anadan olub. Ailəlidir, iki övladı var. İngilis və Rus dillərində sərbəst danışa bilir. 1995-ci ildə Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini bitirib. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Biznesin İdarəetməsi" ixtisası üzrə magistr dərəcəsini alıb. 2007-ci ildə Rusiya Federasiyası Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb. 2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsini alıb.
Şövkət Seyidzadə
Şövkət Veyis qızı Seyidzadə — şairə. Şövkət Veyis qızı Seyidzadə 5 sentyabr 1942-ci ildə Agdaşda anadan olub. 1959-cu ildə 10 illik məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1965-ci ildə İnstitutun "Avropa dilləri" fakültəsinin ingilis dili şöbəsini bitirib, Mingəçevir, Sumqayıt məktəblərində işləyib. 1976-cı ildən Bakı Xarici Dillər İnstitutunda müəllim işləyib. 1984-cü ildən 1996-cı ilə qədər Bakı Politexnik Texnikumunda və Bakı Maşınqayırma Texnikumunda işləyərək ildən təqaüdə çıxıb. Şövkət xanım şair təbiətlidir, poeziya duyumludur — şeirin müxtəlif janrlarında qələmini sınamışdır, bu sahədə çox yüksək istedada malik olduğunu sübut etmişdir. O, nəinki Azərbaycan dilində, hətta rus və ingilis dillərində də səviyyəli şerlərin müəllifidir. Bütöv Azərbaycan qəzeti, № 14(146), 25–30 aprel 2012-ci il.
Əliəjdər Seyidzadə
Əliəjdər Əhməd oğlu Seyidzadə (1899, Bakı, Bakı quberniyası, Rusiya imperiyası – 12 sentyabr 1970, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan sovet ədəbiyyatşünası və biblioqraf, Moskva hökumət darülfünun cünbündə (nəznində) biblioqrafi cəmiyyəti müxbir əzası (üzvü). 100-ə yaxın elmi əsərlərin müəllifi, həmçinin "Kitabxana işinin təşkili", "Ümumxalq kitabxanaları", "Xalq kitabxanalarında kitabların təsnif və təsvir olunması" və s. kimi kitabxana-biblioqrafiya metodik vəsaitlərini yazmışdır. Seyidzadə Azərbaycan mətbuatının biblioqrafik icmalların və kitab nəşri tarixinə dair məqalələrin müəllifidir. 1920-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü. Azərbaycanca: Kitabxana nədir və ümumən necə kitabxanalar olur. Bakı: Xalq maarif komissarlığı, 1922; Tofiq Fikrət və həyatına dair kitabiyyat. Bakı, 1923; Klub işlərinin quruluşu (klub işində çalışanlar və siyasi-maarif işçiləri hazırlayan kurslar üçün rəhbər). Bakı: Ali siyasi-maarif komitəsi, 1924; Rusca: Великий мыслитель и поэт из Ганджи — Мирза-Шафи «Вазех» : (жизнь и творчество). — Ганджа : Изд.
Mir Cəfər Seyidzadə
Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə (1852-1937)-pedaqoq, Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər Seyid Əzim oğlu Seyidzadə 1852-ci ildə Şamaxı şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı.
Mir İsmayıl Seyidzadə
Seyidzadə Mir İsmayıl Seyid Əhməd oğlu (30 yanvar (11 fevral) 1896, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 13 fevral 1982, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. Mir İsmayıl Seyidzadə Lənkəran kişi gimnaziyasını bitirmiş (1917), Kiyev Politexnik İnstitutunun Elektrotexnika şöbəsində 2-ci kursadək oxumuş, lakin maddi çətinlik üzündən təhsilini davam etdirə bilməmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini elektrotexnika sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Seyidzadənin təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə (film, 2012)
Kinoya böyük sevgilərlə... Hüseyn Seyidzadə — rejissor Elvin Vəlimətovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin 100 illik yubileyinə həsr olunur. == Film haqqında == Filmdə "Doğma xalqıma", "O olmasın, bu olsun", "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qayınana" filmlərinin kadrlarından həsr olunur.

Oxşar sözlər

#seyidzadə nədir? #seyidzadə sözünün mənası #seyidzadə nə deməkdir? #seyidzadə sözünün izahı #seyidzadə sözünün yazılışı #seyidzadə necə yazılır? #seyidzadə sözünün düzgün yazılışı #seyidzadə leksik mənası #seyidzadə sözünün sinonimi #seyidzadə sözünün yaxın mənalı sözlər #seyidzadə sözünün əks mənası #seyidzadə sözünün etimologiyası #seyidzadə sözünün orfoqrafiyası #seyidzadə rusca #seyidzadə inglisça #seyidzadə fransızca #seyidzadə sözünün istifadəsi #sözlük