Seylon sözü azərbaycan dilində

Seylon

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Seylon • 76.1905%
  • seylon • 23.8095%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seylon
Şri-Lanka (sinhal. ශ්‍රී ලංකා; tamil. இலங்கை) və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası (sinhal. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය; tamil. இலங்கை சனநாயக சோசலிசக் குடியரசு), tarixi mənbələrdə Sərəndib (سرنديب‎) adı ilə tanınırdı — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir.
Seylon bəbiri
Seylon bəbiri (lat. Panthera pardus kotiya) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Seylon fili
Seylon fili (lat. Elephas maximus maximus) — Asiya filinin üç geniş yayılmış yarımnövündən biri. Seylon adasının (Şri-Lanka) endemikdir. 1986-cı ildən bəri Elephas maximus IUCN Qırmızı Siyahısına daxil edilmişdir. Səbəb isə son 60–75 il ərzində sayının ən azından 50% azalmasıdır. Yaşayış arealının insanlar tərəfindən mənimsənilməsi müşahidə olunur. == Təsviri == Asiya filləri Afrika fillərindən daha kiçik olur. Dişilər bir qayda olaraq ölçü baxımından erkəklərdən kiçikdir və iri fil dişlərinə sahib olmurlar. Erkəklərin yalnız 7% -nin iri dişləri olur. Asiya filinin müasir yarımnövlərinin ən böyüyü olan Seylon fili 2–3,5 m hündürlüyə malik olur.
Seylon çayı
Seylon çayı — Şri-Lankada yetişdirilən çay. Seylon çayı Şri-Lankanın əsas gəlir mənbələrindən biridir. Bu ölkənin ÜDM-nin 2%-ni təşkil edir. 2013-cü ildə Şri-Lankaya 1,5 milyard dollar vəsait gətirmişdi. Təxminən 1 milyona yaxın insan çay tarlalarında işləyir. Bundan əlavə, kiçik sahibkarlar tərəfindən çay əkilməsi minlərlə insan üçün yaşayış mənbəyidir. Şri-Lanka dünyanın dördüncü ən böyük çay istehsalçısıdır. 1995-ci ildə dünyanın çay ixracatının 23%-nə sahib olub. 2013-cü ildə çay hasilatı 340 milyon kiloqramı keçərək ən yüksək həddə çatmışdır.Ölkənin mərkəzi dağlıqlarının rütubəti, sərin temperaturu və yağışları yüksək keyfiyyətli çay istehsalına kömək edən iqlimi təmin edir. Digər tərəfdən, Matara, Qalle və Ratanapura rayonlarında yüksək yağışlı və isti temperaturda olan aşağı yüksəkliklərdə istehsal edilən çay yüksək səviyyəli büzücü xassələrə malikdir.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon darçın ağacı
Seylon darçın ağacı (lat. Cinnamomum zeylanicum) - darçın ağacı cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.05 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2012 •••••• 0.09
2013 ••••••••• 0.15
2014 ••••••••••• 0.17
2019 ••••••••• 0.14
2020 •••••••• 0.13

seylon sözünün rus dilinə tərcüməsi

seylon sözünün inglis dilinə tərcüməsi

Oxşar sözlər

#seylon nədir? #seylon sözünün mənası #seylon nə deməkdir? #seylon sözünün izahı #seylon sözünün yazılışı #seylon necə yazılır? #seylon sözünün düzgün yazılışı #seylon leksik mənası #seylon sözünün sinonimi #seylon sözünün yaxın mənalı sözlər #seylon sözünün əks mənası #seylon sözünün etimologiyası #seylon sözünün orfoqrafiyası #seylon rusca #seylon inglisça #seylon fransızca #seylon sözünün istifadəsi #sözlük