Zəfər seçkisi
2024-cü il Azərbaycanda növbədənkənar prezident seçkiləri və ya hökumətyönümlü mənbələrcə Zəfər seçkisi — Azərbaycanda 2024-cü il fevralın 7-də Azərbaycan prezidentini müəyyən etmək üçün keçirilmiş növbədənkənar prezident seçkiləri.
== Zəmin ==
=== 2016-cı il referendumu və 2018-ci il seçkiləri ===
2016-cı ildə keçirilmiş Azərbaycanda konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçki qərarı almışdır. Beləliklə, 11 aprel 2018-ci ildə növbədənkənar seçkilər keçirilmiş və prezident İlham Əliyev 3 394 898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vurmuş, 4-cü dəfə və 7 illiyinə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
=== 2020-ci il parlament seçkiləri ===
=== COVID-19 pandemiyası ===
=== II Qarabağ müharibəsi ===
27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca qarşıdurmalar başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi.
Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı. Rusiya, Fransa və ABŞ-nin vasitəçiliyi ilə əldə olunan üç atəşkəs də müharibəni dayandıra bilmədi.
Dağlıq Qarabağdakı ən böyük ikinci şəhər olan Şuşanın azad edilməsindən sonra İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında 10 noyabr 2020-ci il, saat 00:00-dan (UTC+3) etibarən bütün döyüş əməliyyatlarını dayandıran atəşkəs bəyanatı imzalandı.