sikkələri sözü azərbaycan dilində

sikkələri

Yazılış

  • sikkələri • 98.6301%
  • Sikkələri • 1.3699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağsu sikkələri
Azərbaycanın son orta əsr şəhərləri içərisində əhalisinin sayına və tutduğu ərazinin böyüklüyünə görə fərqlənən Ağsu şəhəri 1735-ci ildən 1806-cı ilədək Şirvanın baş şəhəri olmuşdur. Ağsunun adı tarixi mənbələrdə ilkin olaraq XVI əsrdən etibarən ticarət-sənətkarlıq məntəqəsi kimi xatırlanır. 1734-cü ilin yayında Nadir xan öz qoşunu ilə Şamaxıya hücum edir. Şirvan hakimi Surxay xanın Şamaxını tərk etməsinə baxmayaraq, şəhər əhalisi iki ay müddətində müqavimət göstərir. Əhalinin belə ciddi müqavimətindən qəzəblənmiş Nadir xan 1734-cü il avqustun sonlarında Şamaxını ələ keçirdikdən sonra şəhəri yandıraraq darmadağın edir, əhalisini isə Şamaxı şəhərinin 4 ağaclığında (37 km) Ağsu adlanan yerə köçürür. Həmin dövrdən etibarən Ağsu şəhəri Şirvan hakimlərinin iqamətgahı oldu. 2010-cu il mart ayında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhər yerində tədqiqatlara başladı. Üç ay ərzində arxeoloji ekspedisiya iki min kvadrat metr ərazidə qazintı işləri apararaq coxlu miqdarda maddi-mədəniyyət nümunələri əldə etmişdir. 34 ha ərazini əhatə edən Ağsu şəhəri (Yeni Şamaxı) dörd bir tərəfdən kvadrat formaya malik, cay daşından tikilmiş qala divarı və dərin xəndək ilə əhatələnib. Arxeoloji tədqiqat zamanı qazıntı sahəsindən digər maddi mədəniyyət nümunələri ilə yanaşı çoxsaylı gümüş və mis sikkələr aşkar edilmişdir.
Elxanilər sikkələri
Elxani sikkələri- 1256–1353-cü illərdə mövcud olmuş Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətə məxsus pullar. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Elxanilər dövlətinin dövrünə aid dirhəmlər Elxani (və ya Hülakülər) xanları (1256 - 1358) dövrünə aid Azərbaycan zərbxanaları, uyğun dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir. == Səciyyəvi xüsusiyyətləri == Üst tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimə müvafiq zərb ili, arxa tərəfində Elxani xanlarının titulları və adları həkk edilmiş belə gümüş dirhəmlər Təbriz, Tus, Həmədan, Marağa, Bərdə, Şirvan, Əlincə, Naxçıvan və d. zərbxanaların fəaliyyətini təsdiq edir. Abaqa xanın sikkəsi Şəkil 1. Elxanilər. Abaqa (1265 - 1282), Təbriz, 678 = 1279/1280,2,5 q(üst tərəfində - 3 sətirdə “tovhid”, kənarında zərbxana və zərb ili, arxa tərəfində - 5 sətirdə uyğurca xanın titulları və adı həkk edilib).Əhməd Tekudarın sikkəsi Şəkil 2.Elxanilər. Əhməd Tekudar (1282-1284), Təbriz, 682 =1283/1284, 2,5 q(üst tərəfində mərkəzdə - 3 sətirdə “tovhid” kənarlarda zərb tarixi və zərb ili,arxa tərəfində 3 ədəd altıguşəli ulduzlar, aşağıdakı 4 sətirdə uyğurca xanın titulları,5-ci sətirdə ərəbcə: “Əhməd”).Ulcaytu xanın sikkəsi Şəkil 3.Elxanilər. Ulcaytu (1304-1317), Təbriz, 714 =1314/1315,3,9 q(üst tərəfində mərkəzdə: 6 sətirdə ərəb dilində - xan titulları və adı həkk edilib), ətrafında zərbxana, zərb ili; arxa tərəfində mərkəzdə: “tovhid”, “Muhəmmədən rəsulullah” sözlərindən aşağıda “Əliyyən vəliyullah”, 6-cı sətirdə -Təbriz; ətrafında: 12 imamın adları.
Elxanilərin sikkələri
Elxani sikkələri- 1256–1353-cü illərdə mövcud olmuş Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətə məxsus pullar. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Elxanilər dövlətinin dövrünə aid dirhəmlər Elxani (və ya Hülakülər) xanları (1256 - 1358) dövrünə aid Azərbaycan zərbxanaları, uyğun dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir. == Səciyyəvi xüsusiyyətləri == Üst tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimə müvafiq zərb ili, arxa tərəfində Elxani xanlarının titulları və adları həkk edilmiş belə gümüş dirhəmlər Təbriz, Tus, Həmədan, Marağa, Bərdə, Şirvan, Əlincə, Naxçıvan və d. zərbxanaların fəaliyyətini təsdiq edir. Abaqa xanın sikkəsi Şəkil 1. Elxanilər. Abaqa (1265 - 1282), Təbriz, 678 = 1279/1280,2,5 q(üst tərəfində - 3 sətirdə “tovhid”, kənarında zərbxana və zərb ili, arxa tərəfində - 5 sətirdə uyğurca xanın titulları və adı həkk edilib).Əhməd Tekudarın sikkəsi Şəkil 2.Elxanilər. Əhməd Tekudar (1282-1284), Təbriz, 682 =1283/1284, 2,5 q(üst tərəfində mərkəzdə - 3 sətirdə “tovhid” kənarlarda zərb tarixi və zərb ili,arxa tərəfində 3 ədəd altıguşəli ulduzlar, aşağıdakı 4 sətirdə uyğurca xanın titulları,5-ci sətirdə ərəbcə: “Əhməd”).Ulcaytu xanın sikkəsi Şəkil 3.Elxanilər. Ulcaytu (1304-1317), Təbriz, 714 =1314/1315,3,9 q(üst tərəfində mərkəzdə: 6 sətirdə ərəb dilində - xan titulları və adı həkk edilib), ətrafında zərbxana, zərb ili; arxa tərəfində mərkəzdə: “tovhid”, “Muhəmmədən rəsulullah” sözlərindən aşağıda “Əliyyən vəliyullah”, 6-cı sətirdə -Təbriz; ətrafında: 12 imamın adları.
Səfəvilərin sikkələri
Səfəvilərin sikkələri - Səfəvilər dövründə istehsal edilmiş və dövriyyədə olmuş gümüş pullar. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan və ekspozisiyasında nümayiş olunan Səfəvilər dövrünə (907-1169 = 1502 - 1755) aid gümüş (şahi, abbası, muhəmmədi, larin) və mis sikkələr (qazıbəyi) - uyğun dövrün Azərbaycan zərbxanaları (Təbriz, İsfahan, Şamaxı, Dərbənd, Naxçıvan,Ərəş, Zəyəm, Marağa, Ərdəbil, Şabran, İrəvan, Ordubad, Tiflis, Gəncə və s.) və pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edən faktiki tapıntılardır. == Sikkələrin səciyyəvi xüsusiyyətləri və iqtisadi əhəmiyyəti == Səfəvi sikkələrinə hicri-qəməri təqvimə müvafiq zərb ili (rəqəmlərlə),zərbxana, Səfəvi hökmdarlarının şərəfli titulları və müxtəlif dini ifadələr (İslam inancı ifadələri, 12 imam adları, dini şeirlər və s.) həkk edilmişdir.2014-cü ildə rus dilində nəşr edilmiş yeddi fəsildən ibarət “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi” əsərində (elmi redaktor: akademik Nailə Vəlixanlı; rəyçilər: AMEA-nın müxbir üzvü, professor İlyas Babayev, t.ü.e.d.,professor Şahin Fərzəliyev, mətnin texniki yığımı və tərtibatı: “Numizmatika və epiqrafika” elmi fond şöbəsinin əməkdaşları - t.ü.f.d. Aygün Məmmədova, böyük laborant Gülnar İsmayılova. Bakı: Ziya NPM, 232 s.) əsərində muzeyin fond materialarrına istinadən XVI – XVIII əsrin əvvəllərində Səfəvilər dövlətində pul təsərrüfatı, Azərbaycan Respublikası ərazisində aşkarlanan Səfəvi sikkələrinin topoqrafiyası, qızıl, gümüş, mis sikkələrin metroloji, tipoloji xüsusiyyətləri, zərb texnikası və d. məsələlər araşdırılmış, xarici ticarət əlaqələri nəticəsində Səfəvilər dövlətinə daxil olan Avropa sikkələri (Venesiya və d. qızıl dukatları,Burqundiya, Prussiya, Saksoniya, Avstriya, Moraviya, Tirol və Polşa gümüş talerləri)haqqında məlumat verilmişdir. == Səfəvi sikkələrinin etiketləri == Şəkil 1. Səfəvilər. I İsmayıl (907 – 930 = 1502 - 1524), Təbriz, 907 = 1502, gümüş şahi, 9,1 q Şəkil 2.
Şəddadilərin sikkələri
Şəddadilərin sikkələri — Şəddadilər dövlətində pul təsərrüfatında istifadə olunan sikkələr AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda Şəddadilər (951–1174) dövrünə aid dirhəmlər "gümüş böhranı" adlandırılan uyğun dövrün Azərbaycan zərbxanarı və Yaxın Şərqin pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir. == Səciyyəvi xüsusiyyətləri == Aversin mərkəzi hissəsinə — "tovhid" ifadələri, Abbasi xəlifəsinin titulu, ətrafına hicri tarixinə müvafiq zərb ili və zərbxana; reversin mərkəzi hissəsinə -Muhəmməd rəsulullah, Şəddadi əmirinin titulu və adı, ətrafına — Quran ayəsinin ("Tövbə" surəsi, ayə 33) həkk edildiyi belə dirhəmlər Gəncə, Ani, Dəbil və d.zərbxanalarda istehsal edilmişdir. Belə tapıntılar Bərdə və Qəbələ rayonlarında aşkarlanmışdır. Şəkil 1. Şəddadilər. I Fədl bin Muhəmməd (375–422 = 985–1031), Gəncə,404 = 1048, gümüş dirhəm, 4,2 q Şəkil 2. Şəddadilər.
Macarıstan forintinin sikkələri
Macarıstan forintnin sikkələri (mac. forint érmék) — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir.1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu. Valyutanı sabitləşdirmək yalnız XXI əsrin əvvəllərində mümkün olmuşdur. Müxtəlif dövrlərdə 2, 5, 10, 50 filler və 1, 2, 5, 10, 20, 50, 100, 200 forint nominalında sikkələr dövriyyədə idilər. Bundan əlavə, 1948-ci ildən geniş dövriyyəyə xatirə sikkələri buraxılır, 1949-cu ildən isə investisiya sikkələri və dövriyyə üçün nəzərdə tutulmayan sikkələr buraxılmağa başlandı. == Dövr sikkələri == === Macarıstan Respublikası (1946–1948) === II Dünya müharibəsi bitdikdən sonra Macarıstanın əvvəlki pul vahidi olan pengö hiperinflyasiyaya məruz qaldı.
Münke xaqanın sikkələri
Münke xaqanın sikkələri - Monqol imperatoru Münke xaqanın hakimiyyəti illərində (1251 – 1259)dövriyyədə olan pul sikkələri. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Monqol imperatoru Munqke qaan (1251 – 1259) dövrünə aid Təbriz dirhəmləri XIII əsrin I yarısına dair Azərbaycan zərbxanaları,eləcə də, həmin dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir . == Səciyyəvi xüsusisiyyətləri == Üst tərəfinə altıguşəli sikkə möhüründə “qaan əl-adil” (ədalətli qaan), arxa tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimi ilə zərb ili olan bu sikkələrin zərbi, bəzi fasilələrlə, hicri 683 = 1284-cü ilədək davam etmişdir. Şəkil 1. NF 7935. Çingizilər. Təbriz, 652 = 1254 - 1255, d – 24-25 mm, 2,48 q Şəkil 2. NF 10890. Çingizilər. Təbriz, d – 24 mm, 2,6 q (“həzə dinar” – “bu dinar” sözləri ilə) == Tapılma yerləri == Azərbaycan Respublikası ərazisində aşkarlanan numizmatik tapıntılar, Çingizilər dövründə Təbriz, Gəncə, Laçın, Beyləqan, Kiran (Naxçıvan MR, Ordubadda yaşayış yeri) və d.
Azərbaycan Respublikasının xatirə sikkələri
Azərbaycan Respublikasının xatirə sikkələri — Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən buraxılmış xatirə sikkələri
Sikkələrin dəyərinin aşağı salınması
Sikkələrin dəyərinin aşağı salınması, qiymətli metalların içərisinə daha az qiymətli olanları əlavə edərək həqiqi dəyərinin azaldılması prosesidir. Beləliklə də, üzərində yazılan dəyəri eyni qalsa da, faktiki dəyəri azalır. Məsələn, qızıl üçün "Ayar" anlayışına daxil olan xarici metalların nisbətini də ifadə edir. Ayar nə qədər yüksək olarsa, qızılın nisbəti də bir o qədər yüksəkdir. (24 ayar ən yaxşı keyfiyyətdir.) Qızıla adətən mis əlavə edilir. Ancaq bu vəziyyət, qızılın rəngini dəyişərək qırmızıya çevrilməsinə səbəb olur. Dəyəri aşağı salınmış olan Sikkələrin əsl dəyəri bu gün nəzərə alınmır. Çünki onlar nisbətən dəyərsiz metallardan hazırlanırlar. Əhəmiyyətli olan onun üzərindəki nominal dəyərdir. Osmanlı İmperiyasında XIX əsrə qədər metal pul və sikkələrdən istifadə edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.91 dəfə / 1 mln.
2003 •• 0.39
2004 •• 0.34
2005 •••••••••••••••••••• 4.72
2006 ••••• 1.13
2007 •• 0.42
2009 ••• 0.64
2010 0.18
2011 •• 0.26
2012 ••••••••••• 2.50
2013 •••••••• 1.75
2014 •••••••• 1.89
2015 •••• 0.85
2016 ••••• 1.04
2017 •• 0.33
2018 •• 0.30
2019 ••• 0.70
2020 •••• 0.80

"sikkələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sikkələri nədir? #sikkələri sözünün mənası #sikkələri nə deməkdir? #sikkələri sözünün izahı #sikkələri sözünün yazılışı #sikkələri necə yazılır? #sikkələri sözünün düzgün yazılışı #sikkələri leksik mənası #sikkələri sözünün sinonimi #sikkələri sözünün yaxın mənalı sözlər #sikkələri sözünün əks mənası #sikkələri sözünün etimologiyası #sikkələri sözünün orfoqrafiyası #sikkələri rusca #sikkələri inglisça #sikkələri fransızca #sikkələri sözünün istifadəsi #sözlük