silkələmək sözü azərbaycan dilində

silkələmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • silkələmək • 95.0000%
  • Silkələmək • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

silkələmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Təkan verərək, dartaraq bu tərəfdən-o tərəfə bərk tərpətmək, yerindən oynatmaq, sarsıtmaq. Gənc sərt əlilə Bayramı silkələdi. M.Hüseyn. Arvad [Aydının] üstünə atılıb bərk silkələdi. H.Seyidbəyli. // Meyvələri salmaq üçün ağacı bərk tərpətmək, əsdirmək. Tut ağacını silkələmək. // Bir şeyin üstündəki tozu, zibili və s.-ni təmizləmək üçün çırpmaq, bərk əsdirmək, silkib təmizləmək. Süfrəni silkələmək. Xalçanı silkələmək. – Pinəçi bir də Gülnaza baxıb fikrə getdi. Ayağa durub çirkli döşlüyünü silkələdi və: – Dalımca gəlin, – deyib, dükanın arxasına keçdi. M.İbrahimov. [Bəy] çubuğun külünü silkələyərək dik-dik rəncbərin üzünə baxırdı. Mir Cəlal. 2. Atıb-tutmaq, yırğalamaq. Araba bizi yaman silkələdi. – Bir dəfə maşın nəyin isə üzərindən tullanaraq bizi bərk silkələdikdə dodaqlarım [leytenantın] kürəyinə toxundu. İ.Əfəndiyev. 3. Oynatmaq, o tərəf-bu tərəfə əsdirmək, tərpətmək. Seyid Səməd başını bir silkələdi: – Bilirsənmi, dadaş! Burada başqa bir sirr yoxdur. Ə.Haqverdiyev. Boz at qəşəng başını silkələyib səkdi. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / silkələmək

silkələmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

silkələmək sözünün rus dilinə tərcüməsi

  • 1 трясти, шатать, качать, раскачивать

    Azərbaycanca-rusca lüğət / silkələmək
  • 2 глаг. 1. трясти, потрясать, потрясти: 1) толчками, рывками качать, шатать, колебать из стороны в сторону или вверх и вниз. Əlini silkələmək трясти руку, stolu silkələmək трясти стол 2) толкая, раскачивая деревья, кусты, вызывать падение плодов, ягод. Tut ağacını silkələmək трясти тутовник 3) раскачивать, подбрасывать при езде по неровной дороге. Maşın sərnişinləri silkələyirdi машина трясла пассажиров 4) встряхивать что-л., очищая от пыли, сора и т.п. Xalçanı silkələmək трясти ковёр, süfrəni silkələmək трясти скатерть 5) часто двигать, махать, качать чем-л. Başını silkələmək трясти головой 2. встряхивать, встряхнуть: 1) держа в руке, тряхнуть или заставить качнуться. Saatı silkələmək встряхивать часы 2) быстрым, порывистым движением качнуть, тряхнуть головой, рукой и т.п. 3) взяв, тряхнуть, распрямить, очищая от пыли, мусора

    Azərbaycanca-rusca lüğət / silkələmək

silkələmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. to shake* (d.); (maşın və s.) to jolt (d.); ağacı ~ to shake* the tree; başını ~ to shake* one’s head; (at) to toss head; yalını ~ to toss mane; bir kəsin əlini ~ to shake* smb.’s hand; Maşın silkələyir The car jolts

    Azərbaycanca-ingiliscə lüğət / silkələmək

silkələmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. юзурун, агъурун (мес. тутун, шуьмягъдин ттар); юзурна авудун (винел алай руг, емишар ва мс.); юзурна михьун (мес. суфра, гам); palazı silkələmək рух агъурун; 2. инихъ-анихъ юзурун, эчӀягъун; чкадилай юзурун, къарсурун (мес. арабади); 3. галтадун, юзурун, инихъ-анихъ юзурун (мес. кьил).

    Azərbaycanca-ləzgicə lüğəti / silkələmək

silkələmək sözünün türk dilinə tərcüməsi

Oxşar sözlər

#silkələmək nədir? #silkələmək sözünün mənası #silkələmək nə deməkdir? #silkələmək sözünün izahı #silkələmək sözünün yazılışı #silkələmək necə yazılır? #silkələmək sözünün düzgün yazılışı #silkələmək leksik mənası #silkələmək sözünün sinonimi #silkələmək sözünün yaxın mənalı sözlər #silkələmək sözünün əks mənası #silkələmək sözünün etimologiyası #silkələmək sözünün orfoqrafiyası #silkələmək rusca #silkələmək inglisça #silkələmək fransızca #silkələmək sözünün istifadəsi #sözlük