Silsiləvarilik
Silsiləvarilik — (ərəb. تسلسل) Lüğəvi baxımdan “tamın parçalarını silsiləvari şəkildə bir-birinə əlavə etmək, arası kəsilmədən ard-arda davam etmək” mənalarına gəlir.
Kəlam alimlərinin Allahın varlığını sübut etmək məqsədilə irəli sürdüyü “hüdus” və ya İslam filosoflarının istinad etdikləri “imkan” dəlilinə görə, hadis
(əzəli olmayan, sonradan olan) və mümkün varlıqların meydana gəlməsi üçün qədim (əzəli) və vacib (zəruri) bir illətin (səbəbin) mövcudluğunu qəbul etmək lazımdır. Əks təqdirdə, təsəlsülün, yəni sonsuz səbəb-nəticə münasibətini qəbul etmək zərurəti yaranır. Bunun mümkün olmadığını qəbul edən İslam alimləri təsəlsül düşüncəsini tənqid etmişlər.