* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2004 | •••• | 0.34 |
2007 | •••••••••••• | 1.27 |
2008 | •••••••••••••••• | 1.71 |
2009 | ••••• | 0.48 |
2010 | •••••••••• | 1.00 |
2011 | ••••••••••••••• | 1.54 |
2012 | •••••••••• | 1.03 |
2013 | •••••••••••••••••••• | 2.19 |
2014 | •••••••••••••••••• | 1.89 |
2015 | ••••••••••••• | 1.36 |
2016 | ••••••• | 0.69 |
2017 | ••••••••••• | 1.14 |
2018 | •••••••••••••• | 1.50 |
2019 | ••••••••••• | 1.11 |
2020 | •••• | 0.40 |
1 [yun. symbolon] Hər hansı bir anlayışın, ideyanın şərti əlamətini ifadə edən işarə; rəmz. Göyərçin sülh simvoludur. Gənclik cəsarət simvoludur. – Gözəl Əlhəmra sarayları, həqiqət və mərdlik simvolu olan Madrid tar-mar edilirkən … bəşəriyyət Münhen oyununun şahidi oldu. M.İbrahimov. Sevil Gülüşün köməyilə əsarətin simvolu olan çadranı Balaşın üzünə çırpıb evdən çıxır. M.Arif. // ədəb. Hər hansı fikri, duyğunu, hissiyyatı ifadə edən bədii obraz. Sevgi simvolu. Xalq qüdrətinin simvolu. Qəhrəmanlıq simvolu. // xüs. Hər hansı bir elmdə qəbul olunmuş kəmiyyətin şərti işarəsi, rəmzi. Kimyəvi elementlərin simvolu. Kristalloqrafiya simvolları.
Azərbaycan dilinin izahlı lüğəti / simvol1 сущ. символ: 1. предмет, действие и т.п., служащие условным обозначением какого-л. понятия, идеи. Sülhün simvolu (rəmzi) символ мира, xoşbəxtlik simvolu (rəmzi) символ счастья 2. лит. художественный образ, условно передающий какую-л. мысль, переживание. Qəhrəmanlıq simvolu (rəmzi) символ геройства 3. условное обозначение какой-л. величины, принятое той или иной наукой. Kimya simvolları химические символы, riyaziyyat simvolları символы математики
Azərbaycanca-rusca lüğət / simvol1 i. symbol; riyazi ~lar mathematical symbols; Boz qurd türklərin simvoludur The grey wolf is the symbol of the Turks
Azərbaycanca-ingiliscə lüğət / simvol1 [yun. symbolon] символ (са фикир, са кар къалурдай шартӀлу лишан, ишара; ярж; // лит. образ; qəhrəmanlıq simvolu къагьриманвилин символ); göyərçin sülh simvoludur лиф ислягьвилин символ я.
Azərbaycanca-ləzgicə lüğəti / simvol1. Ardıcıl tərcümədə: 1) anlayışların əlamətlərinə görə qənaətli və əyani şəkildə göstərilməsi. Simvol yalnız öz təyinatını yerinə yetirərkən simvoldur. O, qənaətcilliyi, əyaniliyi və universallığı ilə seçilməlidir. Mənbə dilindən asılı olmadan simvollar leksik mənanın daşıyıcısı olur. Yazı zamanı bəzi zəruri qrammatik informasiyanın verilməsində, sözlərin ardıcıllığında şərti işarələrdən istifadə olunur; 2) simvollar üçün şərti işarələr, hərflər, yaxud ixtisarlardan istifadə olunur ki, onlar anlayışların hərfi, assosiativ və törəmə simvollarına bölünür; 3) öz başlıca təyinatına görə simvollar predikativ simvollara, zaman simvoluna, modal simvollara və keyfiyyət simvollarına bölünür; bütün digər simvollar isə ümumi təyinatlı predmet simvolunun geniş qrupunu təşkil edir. 2. Sürətli tərcümə yazısı zamanı predmet və hadisələrin qrupunu işarə etmək üçün istifadə olunan şərti işarələr. 3. Konkret, verilmiş referentlə motivasiyası olan əlaqə işarəsi. Adətən, ümumi anlayış qrupu üçün simvol əlamət bildirir. Əyanilikdən başqa, simvol həm də qənaətcillik və universallıqla seçilir, xarakterizə olunur. Simvolların əyaniliyi nəinki Sözün hərfi ifadələrindən görmə qavrayışı üçün asandır, həm də simvol üçün seçilmiş əlamət anlayışla bağlı olan assosiasiyalara səbəb olur. 4. Ardıcıl tərcümədə yazı zamanı istifadə olunan şərti informasiya işarəsidir; simvollar işarə üsuluna görə tərcümədə assosiativ, hərfi və törəmələrə bölünür.
İzahlı tərcüməşunaslıq terminləri lügəti\ – hər hansı bir insan təbəqəsinin uzlaşma yolu ilə özünə müəyyən bir məna verdiyi işarə. Yaxud da bir şeyi göstərən, bir mənanı bir düşüncəni müşahidə edilə bilən qılan işarə.
Fəlsəfə terminlərinin izahlı lüğəti