Sinatra sözü azərbaycan dilində

Sinatra

Yazılış

  • Sinatra • 95.9184%
  • sinatra • 4.0816%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Frenk Sinatra
Frenk Sinatra (ing. Francis Albert "Frank" Sinatra; 12 dekabr 1915[…], Hoboken, Nyu Cersi – 14 may 1998[…], Los-Anceles, Kaliforniya) — ABŞ müğənnisi və aktyoru. Romantik ifa stili ilə məşhurdur. Onun ifasındakı mahnılar estradanın və caz musiqisinin svinq janrının klassikaları arasına daxil olmuş, amerikalıların bir neçə nəsli bu mahnılar üzərində tərbiyə olunmuşdur. == Fəaliyyəti == Svinq musiqisinin populyar olduğu dövrdə karyerasına başlayan Sinatra 1940-cı illərin əvvəllərində məşhurluq qazanmağa başladı və gənclərin sevimlisinə çevrildi. 50-ci illərin əvvəllərində karyerasında eniş dövrü yaşansa da, 1954-cü ildə "Bundan sonra əbədiyyətədək" (From Here to Eternity) filmindəki Ancelo Madjio roluna görə layiq görüldüyü "ən yaxşı arxa plan kişi roluna görə" Oskar mükafatı onun şöhrətini yenidən artırdı. 1965-ci ildə Frenk Sinatra 50 yaşını qeyd etdi, Emi mükafatına layiq görülmüş "Frenk Sinatra: İnsan və onun musiqisi" (Frank Sinatra: A Man and His Music) televiziya filmində çəkildi və özünün ən məşhur mahnılarından olan "Strangers in the Night" və "My Way" mahnılarını ifa etdi. 50 illik aktiv yaradıcılıq fəaliyyəti dövründə Sinatra 100-ə yaxın populyar sinql-disk yazdırmış, ABŞ-nin ən məşhur bəstəkarlarının – Corc Gerşvin, Kol Porter və İrvinq Berlinin əsərlərini ifa etmişdir. 1971-ci ildə karyerasını başa çatdırdığını elan etsə də, nadir hallarda konsertlər verməkdə davam edirdi. 1973-cü ildə bir neçə albom yazdırdı, 1979-cu ildə isə başqa bir məşhur mahnısını "New York, New York"u ifa etdi.
Nensi Sinatra
Nensi Sinatra (ing. Nancy Sandra Sinatra, d. 8 iyun, 1940, Nyu Cersi) - ABŞ-lı müğənni və aktrisa. Sinatra, 1940-cı ilə Nyu Cersidə doğuldu. Məşhur müğənni və aktyor Frenk Sinatranın ilk həyat yoldaşı Nensi Barbatodan olan qızıdır. Dördüncü yaş günündə Phil Silvers və Jimmy Van Heusen özünə "Nancy (With the Laughing Face)" mahnısını yazmışdır, atası da bu mahnını səsləndirmişdir. Nensi Sinatra, 1966-cı ilin sevilən mahnısı "These Boots Are Made for Walk" və Şerin ilk dəfə səsləndirdiyi "Bang Bang (My Baby Shot Me Down)" mahnısını yenidən səsləndirərək tanınmışdır. Daha sonra bu yenidən səsləndirmə Kventin Tarantinonun "Billi öldürmək" filminin açılış musiqisi olaraq istifadə edildi. Onun digər məşhur səsləndirmələri arasında "Sugar Town", "How Does That Grab You, Darlin' ?" və Ceyms Bond filmi You Only Live Twice'ın tema musiqisi də vardır. Sinatra karyerasına bir müğənni və aktrisa olaraq 1960-cı illərdə başladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.16 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.73
2009 •••••••••••••••••• 0.64
2010 ••••• 0.18
2011 •••••••••••• 0.43
2012 ••• 0.09
2013 •••• 0.15
2014 ••••• 0.17
2018 ••••• 0.15

Oxşar sözlər

#sinatra nədir? #sinatra sözünün mənası #sinatra nə deməkdir? #sinatra sözünün izahı #sinatra sözünün yazılışı #sinatra necə yazılır? #sinatra sözünün düzgün yazılışı #sinatra leksik mənası #sinatra sözünün sinonimi #sinatra sözünün yaxın mənalı sözlər #sinatra sözünün əks mənası #sinatra sözünün etimologiyası #sinatra sözünün orfoqrafiyası #sinatra rusca #sinatra inglisça #sinatra fransızca #sinatra sözünün istifadəsi #sözlük