sinematoqraf sözü azərbaycan dilində

sinematoqraf

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sinematoqraf • 95.0000%
  • SİNEMATOQRAF • 5.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sinematoqraf
Kinematoqraf (yun. κινημα, κινηματος — "hərəkət" və yun. γραφω — "yazıram" sözlərindən) — kinofilmlərin istehsalını və tamaşasını təşkil edən mədəniyyət və təsərrüfat sahəsi. Bəzən sinematoqraf (fr. cinématographe) və kinematoqrafiya (rus. кинематография) kimi də adlanır. İncəsənətin ən kütləvi növü olmaqla elmi və siyasi təbliğatın mühüm vasitəsidir. Kinematoqraf kino texnikası vasitələrinə malikdir. Filmlərin istehsalı kinostudiyalarda mərkəzləşmişdir. Kino plyonkası və aparatlarının hazırlanması ilə kino sənayesi məşğul olur.
Fenomen sinematoqrafının binası
Fenomen sinematoqrafının binası və ya Kukla Teatrının binası — 1910-cu ildə Bakıda tikilmiş ilk sinematoqraf binası. Bina İosif Ploşkonun layihəsi üzrə fransız renessansı üslubunda tikilib. Hazırda binada Azərbaycan Dövlət Kukla Teatrı fəaliyyət göstərir. == Tarixi == XX əsrin əvvəllərində Bakının planlaşmasına və tamaşa müəssisələri tikintisinə yeni memarlıq mövzusu - səssiz kino göstərilməsi üçün sinematoqraf binası daxil olmuşdur. Hamının üzünə açıq olan ucuz sinematoqraf tezliklə tamaşaçıların etimadını qazanır. Bakıda sinematoqrafların ilk binası 1909-1910-cu illərdə yeni bulvarda mülki mühəndis İosif Ploşkonun layihəsi üzrə tikilmişdir. Bu binanın tikilməsi çox müzakirələrə səbəb olmuşdur. Kinematoqrafın layihəsi şəhər rəisi tərəfindən təsdiq olunduqdan sonra 1909-cu ildə yeni binanın tikilməsinə başlanıldı. Lakin şəhər hakimiyyəti "gəzinti və istirahət üçün nəzərdə tutulan bulvarda belə tikintiyə icazənin mümkünsüzlüyünü bildirdilər. Pavilyon bulvarın yaraşığını pozar və sıxlıq yaradar, buna görə də sökülməlidir" Binanı bulvarın qurtaracağında, "Qafqaz və Merkuri" cəmiyyətinin anbarları ilə yanaşı ucaltdılar, 1910-cu ilin iyununda sinematoqraf "Fenomen" adı altında fəaliyyət göstərməyə başladı və əks fikirlərin yaranmasına səbəb oldu.
Mikado sinematoqrafının binası
Mikado sinematoqrafının binası və ya Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının binası — 1916-cı ildə Əliheydər Kərimov tərəfindən əvvəllər məhsul anbarı kimi sitifadə edilmiş bina çin-yapon üslubunda təmir edilərək sinematoqraf kimi fəaliyyət göstərməyə başlayıb. 1917-ci ildə Bakıda ilk dəfə bu teatrda orta məktəb şagirdlərinə elmi-təhsil mövzulu kinematoqrafik seans keçirilib. Binada müxtəlif dövrlərdə Pel mel teatrı, Bak azad tənqid-təbliğat teatrı, Bakı işçi teatrı fəaliyyət göstərib. 1937-ci ildən binada Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı fəaliyyət göstərir. == Tarixi == XIX əsrin sonlarında milyonçu Hacı Haşım bəy Kərimov Molokanskaya 7 (indiki Xaqani küçəsi) ünvanında yerləşən ərazidə məhsul ehtiyyatını saxlamaq üçün anbar tikdirir. Hacı Haşım bəyin oğlu Əliheydər Kərimov Çin və Yaponiyaya səyahət etdikdən sonra Bakıya qayıdır və gördüyü binalardan təsirlənərək anbarın yerləşdiyi yerdə şərq üslubunda bina tikdirir. Bu binada 26 dekabr 1916-cı ildən Mikado sinematoqrafı fəaliyyət göstərməyə başlayıb. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə binada “Pelmel” klub teatrı fəaliyyət göstərib. Burada əsasən rus və digər millətlərin teatr və musiqi həvəskarları, əcnəbi truppalar çıxış ediblər. Aprel işğalından sonra 1920-ci ildən 29 aprel 1923-cü ilə qədər binada Bakı azad tənqid-təbliğat teatrı fəaliyyət göstərib.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2009 •••••••••••••••••••• 0.16

sinematoqraf sözünün sinonimləri (yaxın mənalı sözlər)

sinematoqraf sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#sinematoqraf nədir? #sinematoqraf sözünün mənası #sinematoqraf nə deməkdir? #sinematoqraf sözünün izahı #sinematoqraf sözünün yazılışı #sinematoqraf necə yazılır? #sinematoqraf sözünün düzgün yazılışı #sinematoqraf leksik mənası #sinematoqraf sözünün sinonimi #sinematoqraf sözünün yaxın mənalı sözlər #sinematoqraf sözünün əks mənası #sinematoqraf sözünün etimologiyası #sinematoqraf sözünün orfoqrafiyası #sinematoqraf rusca #sinematoqraf inglisça #sinematoqraf fransızca #sinematoqraf sözünün istifadəsi #sözlük