siniflər sözü azərbaycan dilində

siniflər

Yazılış

  • siniflər • 99.2674%
  • Siniflər • 0.7326%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ― peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.[1] == Tarixi == Peşə təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə yaradılmışdır. == Rəhbərlik == Agentliyin direktoru Ceyhun Kərəmovdur. == Fəaliyyət istiqamətləri == Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır: ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədilə tabeliyindəki peşə təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir; peşə təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir; peşə təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür; peşə təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir; qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir; peşə təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir. === "Peşə təmayüllü siniflərin təşkili" layihəsi === Agentliyin 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihəsidir. Layihə çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı. Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir. Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.
Hava sinifləri
Kompleks iqlimşünaslığın bir tədqiqat üsulu kimi bütün dünyada mövcud olan müxtəlif hava şəraiti 16 hava sinifinə bölünür . Bu siniflərə tropiklər və ya səhralarda müşahidə olunan kəskin istilərdən tutmuş Antarktidanın dözülməz şaxtalarınadək bütün havalar daxildir. Hava siniflərinə aşağıdakılar aid edilir: Günəşli çox isti və çox quru hava (I hava sinifi) — yüksək termik şəraiti, quraqlığı, aydın və ya azbuludlu vəziyyəti ilə səciyyələnir. Günəşli isti və quru hava (II hava sinifi) — düzənlik ərazilərin yay mövsümü üçün səciyyəvidir, dağlarda yüksəklik artdıqca tədricən yox olur. Azbuludlu hava (III hava sinifi) — dənizsahili ərazilərdə ən çox yaz, payız və qış aylarında, dağlarda isə yayda müşahidə olunur. Gündüz buludlu hava (IV hava sinifi) — III hava sinifindən az fərqlənməklə bütün il boyu müşahidə edilir. Gecə buludlu hava (V hava sinifi) — isə ən çox Böyük Qafqazın cənub ətəkləri üçün səciyyəvidir. Tutqun (VI hava sinifi) və yağışlı (VII hava sinifi) havalar — yay aylarında düzənlik ərazilərdə seyrək hallarda qeyd edilsə də, dağlarda daha çox müşahidə olunur. Çox isti və çox rütubətli hava (XVI hava sinifi) — sahilboyu sahil zonasında müşahidə olunur. Temperaturu 0°-dən keçən gündüz buludlu (VIII hava sinifi) və temperaturu 0°-dən keçən gündüz aydın (IX hava sinifi) havalar — düzən və dənizsahili ərazilərində daha çox qış aylarında, yüksək dağlıq zonada isə yaz və payız aylarında müşahidə olunur.

siniflər sözünün leksik mənası və izahı

  • 1 \ – tarixən müəyyən ictimai istehsal siste-mində tutduqları mövqeyə görə, istehsal vasitələrinə olan \ münasibət-lərinə görə, ictimai əməyin təşkilindəki rollarına görə, deməli, ictimai sərvətdən malik olduqları payı almaq üsuluna və bu payın miqdarına görə fərqlənən böyük insan qrupları.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / siniflər

"siniflər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#siniflər nədir? #siniflər sözünün mənası #siniflər nə deməkdir? #siniflər sözünün izahı #siniflər sözünün yazılışı #siniflər necə yazılır? #siniflər sözünün düzgün yazılışı #siniflər leksik mənası #siniflər sözünün sinonimi #siniflər sözünün yaxın mənalı sözlər #siniflər sözünün əks mənası #siniflər sözünün etimologiyası #siniflər sözünün orfoqrafiyası #siniflər rusca #siniflər inglisça #siniflər fransızca #siniflər sözünün istifadəsi #sözlük