Sinq sözü azərbaycan dilində

Sinq

Yazılış

  • Sinq • 93.0233%
  • SİNQ • 4.6512%
  • sinq • 2.3256%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. == Tarixi == Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Amrita Sinqh
Amrita Sinqh (9 fevral 1958) — hind aktrisası. == Həyatı == 9 fevral 1958-ci ildə müsəlman ailəsində anadan olmuşdur. 1983-cü ildən filmə çəkilir. İlk filmi “Sevginin gücü” olmuşdur. 1991-ci ildə məşhur aktyor Saif Əli Xanla ailə həyatı qurmuşdur. İki övladı var. 2004-cü ildə Amrita Sinqh Saif Əli Xandan ayrılmışdır.
Azərbaycan–Sinqapur münasibətləri
Azərbaycan–Sinqapur münasibətləri — Azərbaycan Respublikası ilə Sinqapur Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ilin avqust ayının 15-də qurulmuşdur.
Bad (sinql)
Bad — Maykl Cekson tərəfindən ifa olunmuş mahnıdır. Epic Records tərəfindən 1987-ci ilin sentyabrında satışa çıxarılmış mahnı Ceksonun eyni adlı albomundan olan ikinci sinqldır. Mahnının sözləri və musiqisi Cekson tərəfindən yazılmışdır. Prodüsser kimi Kuinsi Cons və Maykl Cekson çalışmışdır. Cekson mahnını yazarkən real həyat hadisələrindən təsirləndiyini qeyd etmişdir. Ümumilikdə “Bad” müasir musiqi tənqidçiləri tərəfindən yaxşı qəbul edilmiş, bəzi tənqidçilər isə, bu mahnının Maykl Ceksonun yaradıcılığının “Bad” dövründə kəskin səhnə imicinin formalaşdırılmasında mühüm rol oynadığını qeyd etmişlər. Billboard Hot 100 hit paradında birinci yerə yüksəlmiş mahnı, mövqeyini iki həftə qorumaqla Maykl Ceksonun bu hit paradın zirvəsinə qalxmış ikinci sinqlı olmuş, ümumilikdə isə hit paradlarda birinciliyə yüksəlmiş yeddinci mahnısı olmuşdur. Beynəlxalq miqyasda da mahnı yaxşı gəlir gətirmiş, on bir ölkədə top onluğa, həmçinin, Birləşmiş Krallıq, Fransa, İtaliya, Norveç, İsveçrə və İsveç hit paradlarında ilk beşliyə daxil olmuşdur. Niderland və Avropa hit paradlarında isə mahnı birinciliyə yüksəlmişdir. Martin Skorsisin rejissorluğu ilə çəkilmiş Bad musiqi videosunda o zaman hələ kəşf edilməmiş Uisli Snayps ilk rollarından birini canlandırmışdır.
Brayan Sinqer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Con Sinqer Sarcent
Dangerous (sinql)
Dangerous — Maykl Ceksonun albomu.
Dəniz Həyatı Parkı (Sinqapur)
Dəniz Həyatı Parkı» (ing. Marine Life Park) — Sinqapurun Sentosa adasında yerləşən dünyanın ən böyük okeanariumu. Park 22 noyabr 2012 -ci ildə açılmış və iki hissədən ibarətdir: S.E.A Aquarium okeanariumu və Adventure Cove Waterpark su əyləncə mərkəzi. == Okeanarium == Okeanariumda 45 000 000 litr həcmində dəniz suyu cəmləşib. Parkda 100 000 dəniz canlısı, 800 növ məskunlaşıb. Okeanarium 10 yaşam sahəsinə və 49 dəniz arealından ibarətdir. Mərkəzi akvarium açıq okean bölməsidir. Məhz burda dünyanın ən böyük müşahidə aynası yerləşir. Eni 36 metr, hündürlüyü 8,3 metr olan bu bölmə ziyarətçilərdə əsil dəniz dibi illuziyası yaradır. Okeanariumda dünyanın ən böyük skatların sərgisi nümayiş olunur.
Ermənistan–Sinqapur münasibətləri
Sinqapur—Ermənistan münasibətləri — Sinqapur və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələrin ikitərəfli münasibətlərdə daimi səfirlikləri yoxdur. Ermənistanın Pekindəki səfirliyi Sinqapurda akkreditə olunmuşdur. Sinqapurun Ermənistanda nümayəndəliyi yoxdur. == Tarix == Malay yarımadasında ermənilərə aid ilk xatırlatmalar 1669-cu ilə aiddir. O dövrdə Sinqapurda 87 erməni yaşayırdı. XIX əsrin sonunda İrandan Sinqapura köçən Sarkis soyadlı dörd qardaş - Martin, Tiqran, Avet və Arşak həyatları boyunca otel işinin əsl əfsanəsinə çevrilir. 23 yaşındakı Tiqran Sarkis otel işində ilk addımlarını atmağa başlayır. Bir müddət sonra Martin və Avet ilə birlikdə, qısa müddətdə E. & O. adlanan The Eastern and Oriental Otelini qururlar. Ütəlik Sinqapurdakı ən qədim xristian kilsəsi erməni köçkünlər tərəfindən tikilmişdir.
Kubik sinqoniya
Kubik sinqoniya — ali kateqoriyalı kristalloqrafik sinqoniya. Bir-birinə perpendikulyar və eyni ölçü vahidinə malik üç kristalloqrafik oxla səciyyələnir (α=β=γ=90°, α=b=c). Kubik sinqoniya kristallarında məchul həndəsi sabit yoxdur. Kubik sinqoniya kristallarının fəza şəbəkəsində elementar özək kubdur. 5 sinfi var. Bunların hər birində 4 üçlük simmetriya oxunun (4L³) iştirakı zəruridir. Kubik sinqoniya kristalları elektrik və istilikkeçirmələrinə, həmçinin optik xassələrinə görə izotropdur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006. Кубик сингонија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ].
Lady Marmalade (sinql)
Lady Marmalade (azərb. Ledi Marmelad‎) — 1974-cü ildə ABŞ qrupu "Labelle" tərəfindən ifa edilən sinqldır. == Kompozisiyaların siyahısı == Labelle 7" sinql #1"Lady Marmalade" — 3:14 "It Took a Long Time" — 4:04Labelle 7" sinql #2"Lady Marmalade" — 3:14 "Space Children" — 3:04 === Hit-paradlarda tutduğu yerlər === == Sabrina Salerno versiyası == "Lady Marmalade" sinqlının kaver versiyası Sabrina Salerno tərəfindən 1987-ci ildə ifa edilmişdir. === Kompozisiyaların siyahısı === 7" maksi"Lady Marmalade" — 3:55 "Boys, Hot Girl, Sexy Girl" (7" megamix) — 4:1012" maksi"Lady Marmalade" (12" remix) — 5:57 "Boys, Hot Girl, Sexy Girl" (12" megamix) — 6:04CD maksi"Lady Marmalade" (12" remix) — 6:08 "Boys, Hot Girl, Sexy Girl" (megamix) — 6:04 "Lady Marmalade" — 3:55 === Hit-paradlarda tutduğu yerlər === == All Saints versiyası == "Lady Marmalade" sinqlının kaver versiyası "All Saints" qrupu tərəfindən 1998-ci ildə ifa edilmişdir. === Kompozisiyaların siyahısı === All Saints CD maksi sinql"Lady Marmalade" (98 mix) — 4:02 "Lady Marmalade" (Mark’s Miami Madness mix) — 7:55 "Lady Marmalade" (Sharp South Park vocal remix) — 8:09 "Lady Marmalade" (Henry & Hayne’s La Jam mix) — 6:47All Saints CD 1"Under the Bridge"5.03 "Lady Marmalade" 4.04 "No More Lies" 4.08 "Lady Marmalade" (Henry & Haynes La Jam mix) — 9:23 "Under the Bridge" (promo video) 5.00All Saints CD 2"Lady Marmalade" (Mark!'s Miami Madness mix) — 7:56 "Lady Marmalade" (Sharp South Park vocal remix) — 8:10 "Under the Bridge" (Ignorance remix featuring Jean Paul e.s.q) — 4:55 "Get Bizzy" — 3:45 === Hit-paradlarda tutduğu yerlər === == Mulen Ruj! versiyası == "Lady Marmalade" sinqlının Mulen Ruj! filmi üçün kaver-versiyası 2001-ci ildə yazılmışdır.
Lal Sinqx Çadha (film, 2020)
Lal Sinqx Çadha (hindcə:Laal Singh Chaddha) filmi Advait Çandan tərəfindən 2020-ci ildə çəkilişi bitəcək Hindistan Absurd Komediya filmidir.Film 1994-cü ildə çəkilən Forrest Qamp filminin hind versiyasıdır.Baş rolda Əmir Xan,Karina Kapur oynayırlar.Filmin ilk baxış tarixi 25 dekabr 2020-ci ildə olacaq. == Məzmun == Film Hindistanda cərəyan edir.IQ-sü az olan,səfeh və sevimli Lal Sinqx Çadhanın həyatından bəhs edir.Forrest Qamp necədirsə,Lal Sinqx də elədir. == Film haqqında == 3 axmaq filmindən sonra ikinci Karina Kapurla Əmir Xanın kino işidir. Avqustda Əmir Xan filmin çəkilişi üçün Türkiyəyə getdi. Burada Türkiyənin birinci xanımı Əminə Ərdoğanla görüşdü.
Manmohan Sinqh
Manmohan Sinqh (pənc. ਮਨਮੋਹਨ ਸਿੰਘ, hind मनमोहन सिंह; 26 sentyabr 1932[…]) — Hindistan dövlət və siyasi xadimi, 22 may 2004-cü ildən 26 may 2014-cü ilədək Hindistanın Hindistan Milli Konqresi (HMK) partiyasından olan 15-ci Baş naziri. İnancına görə, Hindistanın ilk qeyri-hinduist baş naziri olmuşdur. 1982-1985-ci illərdə Hindistan Ehtiyat Bankının meneceri, 1991-1996-cı illərdə Hindistanın maliyyə naziri olub. 2005-2006-cı illərdə eyni zamanda Baş nazir olaraq Hindistanın Xarici İşlər Naziri vəzifəsini icra etmişdir. 2008-ci ilin dekabrı və 2009-cu ilin yanvar aylarında Baş nazir vəzifəsindən ayrılmadan yenidən maliyyə naziri olmuşdur (maraqlıdır ki, 2006-cı ildə də Xarici İşlər Naziri olaraq çalışmışdır və 2009-cu ildə Maliyyə Naziri olaraq, Sinqhi Pranab Mukerci əvəz etmişdi). İqtisadiyyat sahəsində bir sıra mükafatlar laureatı, elmlər doktoru, iqtisad üzrə elmi işlərin müəllifidir. 1993-cü ildə Euromoney jurnalı onu ilin ən yaxşı maliyyə naziri, Asiamoney jurnalı isə onu iki dəfə (1993 və 1994) bu ad ilə tanımışdır.
Mediasiya üzrə Sinqapur Konvensiyası
BMT-nin Mediasiya / Vasitəçilik səbəbindən ortaya çıxan beynəlxalq məskunlaşma haqqında Konvensiyası, yəni BMT-nin vasitəçilikdən irəli gələn məskunlaşma müqavilələrinin icrası haqqında Konvensiyası, BM-nin vasitəçilik / vasitəçilikdən irəli gələn beynəlxalq məskunlaşma müqavilələri haqqında Konvensiyası 20 dekabr 2018-ci il tarixində qəbul edildi və açıq 7 avqustda imza üçün. 12 sentyabr 2020-ci il tarixində qüvvəyə minən Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq beynəlxalq ticarətdə ticarət mübahisələrin alternativ həllini tənzimləyir və məhkəmə qərarları kimi qüvvəyə minən beynəlxalq həll razılaşmalarına və bağlanan mübahisələrin həllinə dair müqavilələrə daxili / ailə / şəxsi məqsədlər, həmçinin miras, ailə, əmək qanunvericiliyi şamil edilmir.
Mərcan adası (Sinqapur)
Mərcan adası (ing. Coral Island) — Sinqapur dövlətinin ərazisinə daxil olan təbii ada. Sentosa adasından cənub-qərbdə yerləşir. Ada bahalı istirahət ərazilərdindəndir. Burada burada villalar, kazinolar, çimərliklər, Kempinq üçün yerlər vardır.
Qobind Sinqh
Siqhlərin onuncu və son qurusudur. (ਗੁਰੂ ਗੋਬਿੰਦ ਸਿੰਘ. 1666-1708). Quru Teqh Bahadurun oğludur.
Sinqa
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Sinqa xəstəliyi
Sinqa - Qidada vitaminlərin, xüsusilə də C vitamini (abskorbik turşusu), çatışmaması nəticəsində meydana gələn və diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik. Xəstəliyin erkən əlamətlərinə zəiflik, yorğunluq hissi və qol və ayaq ağrısı göstərilə bilər. Müalicə edilmədən qırmızı qan hüceyrələrinin azalması, diş əti xəstəliyi, saçlarda dəyişiklik və dəridən qanaxma baş verə bilər. Xəstəlik irəlilədikcə yaraların sağalmasında zəiflik, şəxsiyyət dəyişikliyi və nəhayət infeksiya və ya qanaxma nəticəsində ölüm baş verməsi mümkündür.Simptomlar ortaya çıxması üçün ən az bir ay qidalanma rejimində C vitaminin olmamalıdır. Müasir dövrdə sinqa ən çox zehni pozğunluqları, qeyri-adi yemək vərdişləri, alkoqolik olanlarda və tək yaşayan yaşlı insanlarda baş verir. Digər risk faktorlarına bağırsaq malabsorbsiyası və dializ daxildir. Bir çox heyvan öz C vitaminini istehsal etsə də, insanlar və bir sıra canlılarda bu funksiya yoxdur. Kollagenin formalaşması üçün C vitamini tələb olunur. Diaqnozu, ümumiyyətlə, fiziki əlamətlərə, rentgen şüalarına və müalicədən sonrakı yaxşılaşmaya əsaslanır. Müalicəsi C vitaminin ağız yolu vasitəsi ilə qəbul edilməsidir.
Sinqal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Sinqapur
Sinqapur, rəsmi adı ilə Sinqapur Respublikası — Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsi və şəhər-dövlət. Qərbdə Malakka boğazı, cənubda Sinqapur boğazı, şərqdə Cənubi Çin dənizi və şimalda Cohor boğazı ilə həmsərhəddir. Ölkənin ərazisi bir əsas adadan, 63 kiçik adadan və bir kənar adadan ibarətdir; bu adaların ümumi sahəsi müstəqillik əldə edildikdən sonra həyata keçirilən geniş meliorasiya layihələri nəticəsində 25% artmışdır. Sinqapur əhali sıxlığına görə dünyada üçüncü yerdədir. Çoxmədəniyyətli əhaliyə malik olan Sinqapurda dörd rəsmi dil var: ingilis, malay, mandarin və tamil. İngilis dili linqva frankadır və bir çox dövlət xidmətləri yalnız ingilis dilində mövcuddur. Çox irqçilik konstitusiyada təsbit olunub və təhsil, mənzil və siyasət sahələrində milli siyasəti formalaşdırmağa davam edir. Sinqapurun tarixi ən azı minilliklərə qədər uzanır. Tarixdə Tumasik [en] kimi tanınan dəniz emporiumu və sonradan ardıcıl olaraq bir neçə talassokratik imperiyaların əsas tərkib hissəsi olmuşdur. Müasir Sinqapur 1819-cu ildə Stemford Rafflz tərəfindən Britaniya imperiyasında ticarət limanı kimi qurulmuşdur.
Sinqapur (ada)
Sinqapur (malay Pulau Ujong («yarımadanın qurtaracağındakı ada») — Sinqapur dövlətinin əsas adası. Ada ölkə ərazisinin böyük hissəsini təşkil edir. Əhalinində çoxu məhs bu adada məskunlaşıb. == Ucqar nöqtələri == Ən ucqar şimal nöqtəsi Sembavanqdır. Ucqar qərb və cənub nöqtəsi isə Tuasdır. Canqi Bay isə ucqar şərq nöqtəsidir. == Coğrafiyası == Ekvatordan 137 km şimalda yerləşib. Malay yarımadasından Cohor boğazı ilə ayrılıb. Boğazın eni 1 km-dir. Cənubdan İndoneziyadan adanı Sinqapur boğazı ayırır.
Sinqapur (dəqiqləşdirmə)
Sinqapur — Cənub-Şərqi Asiyada yerləşən şəhər-dövlət. Sinqapur adası — Sinqapur dövlətinin əsas adası. Sinqapur çayı — Sinqapur adasında olan çay.
Sinqapur (çay)
Sinqapur — Sinqapur adasında olan çay. Şəhərin Mərkəzi regionu boyunca axaraq Sinqapur boğazına tökülür. == Tarixi == Sinqapur çayı şəhərin tarixi ərazisi hesab edilir. Əfsanəyə görə məhz bu çay yaxınlığında şahzadə Sanq Nila Utama şiri görmüş və burdanda adanın, çayın və şəhərin adı meydana gəlmişdir — sinqa pura, "şir şəhəri". 1819-cu ildə Rafflz Stemford çayda britaniya ticarət bazası yaratmış və müasir şəhərin əsası olmuşdur. Çay əsas magistral nəqliyyat vasitəsi kimi ərazinin məskunlaşmasında böyük rol oynamışdir. Şəhərin böyüməsi və çaydan intensiv istifadə sonda çayın güclü çirklənməsinə gətirib çıxarmış. Müstəqillik qazandıqdan sonra görülən ilk işlərdən biri bu tarixi ərazinin və çayın əvvəlki vəziyyətinin bərpası oldu. 1960-cı illərdə şəhərin yenidən planlaşdırılması həyata keçirildi, 1970-ci ildən çayda yük daşınması digər çaya — Keppele keçirilidi və bununla da şəhərin su nəqliyyat xətlərinin yenidən bərpasına başlanıldı. 1977-ci ildən Ətraf mühütün müdafiəsi nazirli çox çətin bir işə başladı: Sinqapur çayının təmizlənməsi.
Sinqapur 2018 Qış Olimpiya Oyunlarında
Sinqapur 2018 Qış Olimpiya Oyunlarında 1 idman növündə 1 idmançı ilə təmsil olunacaqdır. Bu ölkənin ilk qış olimpiya oyunları olacaqdır. == Millinin tərkibi == Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Nəticədə Sinqapur bir qadın olmaqla yarışmada təmsil olunacaqdır. Ölkəni Şayenn Qox təmsil edəcəkdir.
Sinqapur Milli Universiteti
Sinqapur Milli Universiteti və ya qısaca: NUS (malay Universiti Kebangsaan Singapura; çin. 新加坡國立大學) — Sinqapurun ən məşhur universitetlərindən biri; ölkədə yaranmış ilk ali təhsil müəssisəsi. Sinqapurun Kent Ric rayonunda yerləşir. Dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb. == Tarixi == 1904-cü ilin sentyabrında Tan Jiak Kim bir qrup Çin və digər icma nümayəndələrinə rəhbər təyin edilir. T.J.Kim Streyts Settlmentsin (Böyük Britaniyanın Cənub-Şərqi Asiyadakı müstəmləkəsi) qubernatoru Con Andersona müraciət edərək Sinqapurda tibb məktəbi yaratmaq istədiyini bildirir. 3 iyul 1905-ci ildə tibb məktəbi yaradılır və onun adı bütövlükdə Streyts və Malayziya Federativ Hökumətinin Tibb Məktəbi kimi qeyd olunur. Məktəbin binası ilə birgə tibb kitabxanasının binası da tikilir. 1912-ci ildə kral VII Edvard Tibb Məktəbinə 120000 dollar dəyərində yardım edir. 1913-cü ildə Tibb Məktəbi Kral VII Edvard adına Tibb Məktəbi, 1921-ci ildə isə təhsil müəssisəsinin akademik statusunu vurğulamaq üçün məktəb Kral VII Edvard adına Tibb Kolleci adlandırılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.44 dəfə / 1 mln.
2005 ••••••••••••••• 1.35
2006 ••••• 0.45
2008 ••• 0.24
2010 •••• 0.36
2011 ••••••••••• 0.94
2012 •••••• 0.52
2013 ••••••• 0.58
2014 •••••••• 0.69
2015 •••••••••••••••••••• 1.87
2019 •••••• 0.56
2020 •• 0.13

"sinq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sinq nədir? #sinq sözünün mənası #sinq nə deməkdir? #sinq sözünün izahı #sinq sözünün yazılışı #sinq necə yazılır? #sinq sözünün düzgün yazılışı #sinq leksik mənası #sinq sözünün sinonimi #sinq sözünün yaxın mənalı sözlər #sinq sözünün əks mənası #sinq sözünün etimologiyası #sinq sözünün orfoqrafiyası #sinq rusca #sinq inglisça #sinq fransızca #sinq sözünün istifadəsi #sözlük