sivilizasiyaları sözü azərbaycan dilində

sivilizasiyaları

Yazılış

  • sivilizasiyaları • 68.7324%
  • Sivilizasiyaları • 31.2676%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut
Şərqi Dilləri və Sivilizasiyaları üzrə Milli İnstitut (fr. Institut national des langues et civilisations orientales) və ya qısaca INALCO — Fransanın Paris şəhərində yerləşən institut. Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Mərkəzi və Şərqi Avropa, Asiya, Sakit okean hövzəsi, Afrika və Amerikanın aborigen xalqlarının dilləri, həmin ərazilərdəki ölkələrin coğrafiyası, tarixi, siyasi, iqtisadi və ictimai həyatı tədris olunur. 1669-cu ildə, Fransa kralı XIV Lüdoviqin hakimiyyəti dövründə əsası qoyulmuş Gənclər Dil Məktəbi XX əsrdə institut statusu almışdır. İkinci dünya müharibəsindən sonra institutda tədris olunan dillərin sayı 50-yə çatmışdı. 1971-ci ildən indiki adla adlanan institut 3-cü Paris Universitetinin nəzdində idi. 1985-ci ildən isə müstəqildir. Hazırda institutda 11 mindən çox tələbə təhsil alır, burada Asiya, Afrika, Şərqi Avropa və Amerikanın yerli xalqlarına məxsus 96 dil və mədəniyyət tədris edilir. Tədris olunan fənlərin sayı isə 1500-ə çatır. Azərbaycan dili institutun Avrasiya departamentinə daxildir.
Sivilizasiyaların toqquşması
“Sivilizasiyaların toqquşması” Samuel Hantinqton tərəfindən hazırlanmış olan bir tezisdir ki, bu tezisə görə Soyuq müharibədən sonrakı dövrə müvafiq olaraq, yəni 1990-cı illərdən etibarən beynəlxalq ittifaqlarda və ya münaqişələrdə müəyyənedici amil siyasi və ya iqtisadi ideologiyalar deyil, sivilizasiyalardır və bu tendensiya XXI əsrdə də davam edəcəkdir. Hantinqton bu tezisə ilk dəfə 1993-cü ildə “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində toxunmuş, daha sonra bu tədqiqat işini genişləndirərək 1996-cı ildə kitab halında nəşr etdirmişdir. == Sivilizasiyalar == Qərb sivilizasiyasının mərkəzi Qərbi Avropa (Avropa İttifaqı) və Şimali Amerikadadır, lakin Avstraliya və Yeni Zelandiya kimi avropalıların məskunlaşdığı ölkələrdə də mövcuddur. Hantinqtona görə Sakit Okean adaları, Şərqi Timor, Surinam, Fransız Qvianası və şimali və mərkəzi Filippin də bu mədəniyyətin təsiri altındadır. Pravoslav ölkələri Ermənistan, Belarusiya, Bolqarıstan, Kipr, Gürcüstan, Yunanıstan, Moldova, Monteneqro, Makedoniya, Rumıniya, Rusiya, Serbiya və Ukraynadır. Latın Amerikası Qərb sivilizasiyası ilə yerli mədəniyyətlərin qarışığıdır. Argentina kimi bəzi Cənubi Amerika ölkələri bəziləri tərəfindən qərb sivilizasiyasının bir hissəsi kimi göstərilmişdir. İslam sivilizasiyası Mərkəzi Asiya, Şimali Afrika, Cənub-Qərbi Asiya, Əfqanıstan, Albaniya, Azərbaycan, Banqladeş, İndoneziya, Malayziya, Maldiv adaları, Pakistan, Somali, Mindanao, Türkiyə və Hindistanın bir hissəsində geniş yayılmışdır. Hindistan sivilizasiyası, Hindistan, Nepal və Hindistan diasporunun mövcud olduğu regionlarda yayılmışdır. Çin sivilizasiyası Çin, Koreya, Sinqapur, Tayvan və Vyetnamda mövcuddur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.23 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••••••••••••••••• 2.70
2006 •••••••••• 1.58
2007 •••••••••••••••••••• 3.17
2008 •• 0.24
2009 •••••••••••• 1.76
2010 •••••• 0.91
2011 ••••• 0.69
2012 •••••••••• 1.46
2013 ••••• 0.73
2014 •• 0.17
2015 •••••••••••• 1.87
2016 ••••••• 1.04
2017 ••••••••••••••• 2.28
2018 ••••••••••• 1.65
2019 ••••••••• 1.39
2020 ••• 0.40

"sivilizasiyaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sivilizasiyaları nədir? #sivilizasiyaları sözünün mənası #sivilizasiyaları nə deməkdir? #sivilizasiyaları sözünün izahı #sivilizasiyaları sözünün yazılışı #sivilizasiyaları necə yazılır? #sivilizasiyaları sözünün düzgün yazılışı #sivilizasiyaları leksik mənası #sivilizasiyaları sözünün sinonimi #sivilizasiyaları sözünün yaxın mənalı sözlər #sivilizasiyaları sözünün əks mənası #sivilizasiyaları sözünün etimologiyası #sivilizasiyaları sözünün orfoqrafiyası #sivilizasiyaları rusca #sivilizasiyaları inglisça #sivilizasiyaları fransızca #sivilizasiyaları sözünün istifadəsi #sözlük