siyasi-maarif sözü azərbaycan dilində

siyasi-maarif

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • siyasi-maarif • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maarif
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslərMaarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Maarif Köçkün — şair. Maarif Məhərrəmbəyli — rejissor. Maarif Təmkin — şair.Yaşayış məntəqələriMaarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.DigərMaarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir."Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb. "Polis" sözünün mənası şəhər deməkdir.
Maarif (Gədəbəy)
Maarif — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Maarif oyk. Gədəbəy r-nunun Slavyanka i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1930-cu ildə həmin r-nun Söyüdlü kəndindən köçüb gəlmiş ailələr salmışdır. Kənd savadsızlığın ləğvi, maarif və mədəniyyətin yüksəlişi şərəfinə belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 910 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Maarif (ad)
Maarif — kişi adı. Bu adı olan tanınmış şəxslərMaarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru. Maarif Əkbərov — riyaziyyatçı, filosof Maarif Köçkün — şair. Maarif Məhərrəmbəyli — rejissor. Maarif Təmkin — şair.Yaşayış məntəqələriMaarif (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.DigərMaarif (təhsil) — bilik və təhsil yayımı. Maarif (nəşriyyat) — kitab çapı ilə məşğul olan nəşriyyat. Maarif (qəzet) — aylıq jurnal-qəzet. Maarif (telekanal) — Televiziya kanalı.
Maarif (qəzet)
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Maarif (təhsil)
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. == Həmçinin bax == Maarifçilik Maarifçilik dövrü == Mənbə == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Maarif Cəfərov
Maarif Cəfərov — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == == Elmi fəaliyyəti == 1989 — f.r.e.n. „Cd1-xZnx S nazik təbəqələrinin və n və p-tip SdS:Cu monokristallarının fotoelektrik xassələri" 2007 — f.r.e.d.
Maarif Həsənov
Maarif Rahim oğlu Həsənov (17 noyabr 1999; Göyçay, Azərbaycan — 12 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Maarif Həsənov 1999-cu il noyabr ayının 19-da Göyçay rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Maarif Həsənov Ağdərə Madagizin azad edilməsində savaşıb. 12 oktyabr 2020-ci ildə Öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, şəhid olur. Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır. 17 noyabr 2020-ci ildə Göyçay şəhəri Şəhidlər Xiyabanında dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Həsənov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Həsənov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Maarif Məmmədov
Maarif Məmmədov (yazıçı)
Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987). == Həyatı == Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986). Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir.
Maarif Səfərov
Maarif Mikayıl oğlu Səfərov (21 may 1997; Alar, Cəlilabad, Azərbaycan — 21 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Maarif Səfərov 1997-ci ildə Cəlilabadda anadan olub. O, Cəlilabad rayonu 5 saylı məktəbdə orta təhsilini almışdır. Təhsilini davam etdirmək üçün 2013-cü ildə Göytəpə şəhər Peşə liseyinə daxil olmuşdu. Həmin liseydə oxuduğu vaxtda 2015-ci ildə hərbi xidmətə yola düşmüşdü. 2015–2017-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Maarif Murov dağında xidmətdə olarkən general-mayor Polad Həşimov onun komandiri olub. Daha sonra Qum Ali Dini Elmi Hövzəsinin Cameətul-Mustafa (s) Beynəlxalq İslam Elmləri Akademiyasının Təbriz filialının tələbəsi olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Maarif Səfərov Cəbrayıl və Qubadlı şəhərlərinin işğaldan azad edilməsində iştirak edib. O, 21 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub.
Maarif TV
“Maarif” Televiziyası – Azərbaycanda yayımlanan televiziya kanalı.
Maarif Teymur
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən).İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s. qəzet, jurnallarda dərc olunmuşdur.
Maarif Teymurov
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən).İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s. qəzet, jurnallarda dərc olunmuşdur.
Maarif qəzeti
“Maarif” qəzeti — "hüquqi, elmi-metodik maarifləndirmə mərkəzi" ittifaqının azərbaycandilli milli məktəblərin müəllimlərinin aylıq jurnalı-qəzeti. == Haqqında == “Maarif” qəzeti 2001-ci ilin yanvar ayından Gürcüstanın paytaxtı Tiflisdə çap olunur. İlk əvvəllər dörd səhifəlik olub. Bu gün ayda bir dəfə olmaqla, 60 səhifə çap olunur. 14 bölmədən ibarətdir. Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, təhsilinə, milli-mənəvi dəyərlərinə, gürcü ziyalıları haqqında, Gürcüstanda yaşayan soydaşlarımızın milli-mədəni hüquqları mövzularına üstünlük verilir.
Maarif Əkbərov
Əkbərov Maarif Süleyman oğlu — riyaziyyatçı, filosof, riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, fəlsəfə elmləri doktoru, fizika-riyaziyyat elmləri doktoru.[mənbə göstərin] == Həyatı == Maarif Süleyman oğlu Əkbərov 1930-cu ildə Qərbi Azərbaycanda (Ermənistanın) Vedi rayonunun Goravan kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1947-ci ildə Böyük Vedi orta məktəbini gümüş medalla bitirmişdir. Maarif Əkbərov hələ ali məktəbə daxil olmamışdan əvvəl Vedi rayonunun Taytan kəndinin 7-illik məktəbində riyaziyyat müəllimi, kitabxana müdiri vəzifələrində çalışmışdır. O, Azərbaycanda Ucar rayonunun Qaradağlı kəndində ibtidai məktəb müəllimi işləmişdir. M.Əkbərov Böyük Vətən Müharibəsi illərində və məktəblərdə tətil müddətində şagird-əmək briqadası xətti ilə kolxozda işləyərək, yüksək əmək nümunəsi göstərərək "1941-1945-ci illər Böyük Vətən Müharibəsi illərində Fədakar Əməyə görə" medalı ilə təltif edilmişdir. Maarif Əkbərov 1953-cü ildə Gəncə Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və həmin universitetin Cəbr-həndəsə kafedrasında müəllim saxlanılmışdır. Alim 1953-1959-cu illərdə orada ali cəbr və elementar cəbr fənlərindən dərs demiş, "Elementar riyaziyyat" kafedrasının müdiri işləmişdir. Maarif Əkbərov 12 avqust 2006-cı ildə Bakıda vəfat etmişdir. == Elmi fəaliyyəti == Maarif Əkbərov 1959-cu ildə ümumi əsaslar üzrə müsabiqə yolu ilə "Riyaziyyat elminin fəlsəfi problemləri" ixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əyani aspiranturasına daxil olub, 1962-ci ildə oranı bitirib "Riyaziyyatda həqiqət problemi" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Alim təyinatla Azərbaycana qayıtmış və riyaziyyatın fəlsəfəsi ixtisası üzrə respublikada ilk və yeganə mütəxəssis kimi Bakı Dövlət Universitetinə işləməyə dəvət edilmiş, 1963-cü ildən Mexanika-riyaziyyat fakültəsində fəaliyyətə başlamışdır.
Maarif Əliyev
Maarif Təbriz oğlu Əliyev (9 sentyabr 1994; Neftçala, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Maarif Əliyev 1994-cü il sentyabrın 9-da Neftçala şəhərində anadan olub. == Hərbi xidməti == Maarif Əliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Maarif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Maarif Əliyev noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Neftçala şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Maarif Əliyev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Maarif Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Maarif Əsgərov
Maarif Əmir oğlu Əsgərov — Azərbaycanlı şəhid. == Həyatı == Əsgərov Maarif Əmir oğlu 1960-cı ildə Gədəbəy rayonun Şurakənd kəndində doğulub. Orta təhsili 1967-77-ci illərdə Şurakənd kəndində alıb. Keçmiş Sovet ordusu sıralarından tərxis olunduqdan sonra daimi yaşayıb-işləmək üçün Bakı şəhərinə üz tutub. 10 ilə yaxın Bakı Baştikinti idarəsinin LSTB “Bakıyaşayıştikinti” birliyinin nəznindəki 300 nömrəli tikinti idarəsində işləyib. Əsgərov Maarif cəbhəyə könüllü getmişdir. Füzuli uğrunda gedən döyüşlərdə, 1994-cü il yanvarın 13-də şəhid olmuşdur. Ailəli idi, 3 övladı var. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Nəşri-maarif
"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti. == Tarixi == Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər. "Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular.
Sədaqət Maarif
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Siyasi elm
Politologiya və ya Siyasi elm — Politologiya siyasətin elmi tədqiqidir. Bu, idarəetmə və güc sistemləri, siyasi fəaliyyətlərin, siyasi düşüncələrin, siyasi davranışların və əlaqəli konstitusiyaların və qanunların təhlili ilə məşğul olan sosial elmdir.Siyasi elm sosial elmlər içərisində nisbətən yeni olsa da, öz başlanğıcını tarix, siyasi fəlsəfə, siyasi iqtisad kimi elmlərdən götürmüşdür. Elmin yeni olmasına baxmayaraq, bir çoxları onun banisi kimi Aristoteli qəbul edirlər. Siyasi elmin kökündə duran fikirlərə hələ qədim Çin və Hindistanda, Aristotel və Platonun əsərlərində rast gəlinsə də bir elm kimi onun formalaşmağı XIX əsrin 60-cı illərinə təsadüf edir. 1903-cü ildə Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının 1906-cı ildə isə Amerika Siyasi Elm Jurnalının əsasının qoyulması ilə bu sahədə tədqiqatlar daha da genişlənmişdir. 1950–1960-cı illərdə elm aləmində baş vermiş Biheviorist inqilab nəticəsində Siyasi elm daha da təkmilləşərək insanların fərd və qrup halında davranışına doğru istiqamətlənmişdir. Müasir politologiyanı ümumiyyətlə müqayisəli siyasət, beynəlxalq münasibətlər və siyasi nəzəriyyə kimi üç alt fənnə bölmək olar. Digər alt fənlər dövlət siyasəti və idarəetmə, daxili siyasət və hökumət (çox vaxt müqayisəli siyasət çərçivəsində öyrənilir), siyasi iqtisadiyyat və siyasi metodologiyadır. Bundan əlavə, iqtisadiyyat, hüquq, sosiologiya, tarix, fəlsəfə, coğrafiya, jurnalistika, antropologiya, psixologiya və sosial siyasət. Bugün siyasi elm qərarların qəbulu prosesini, hakimiyyətin dövredilməsini, siyasi idarəetmə sistemlərini, eləcə də siyasi davranışı öyrənir.
Siyasi fəlsəfə
Siyasi fəlsəfə - Fəlsəfə və siyasi elmin qovşağında yerləşən, siyasətə, siyasi dəyərlərə, siyasi gerçəkliyin mahiyyətinə və siyasi analizin ilkin intellektual şərtlərinə dair fikirləri öyrənən elm sahəsidir. Siyasi fəlsəfənin tədqiq etdiyi mövzulara siyasət, azadlıq, ədalət, mülkiyyət, hüquqlar, qanunlar və səlahiyyət sahibləri tərəfindən hüquqi bazanın gücləndirilməsi aiddir. Onlar nədirlər, onlara nəyə görə (bəzən ümumiyyətlə) ehtiyac var, siyasi gücü legitim edən nədir və o hansı hüquqlar və azadlıqları qorumalıdır və niyə, bu hansı formada olmaldıır və niyə, qanunla nədir, əgər varsa, vətəndaşların legitim hökumət qarşısında öhdəlikləri nədir və əgər mümkünsə, bu öhdəliklərdən nə zaman imtina etmək olar. Sadə dillə desək, "siyasi fəlsəfə" termini dedikdə fəlsəfənin texniki fənlərinə aid olması hökmən olmayan, siyasət haqqında ümumi baxışlara və ya spesifik etikaya, siyasi inanca və ya yanaşmaya istinad edilir.Başqa sözlə, siyasi fəlsəfə siyasi hadisələrin və proseslərin mahiyyətini, onların qarşılıqlı təsirini araşdırır. Onun predmetinə siyasət ilə hakimiyyətin qarşılıqlı əlaqələri, onun maddi və ideal formaları – dövlət, vətəndaş cəmiyyəti, siyasi şüur və digər məsələlər daxildir. Yuxarıda qeyd edildiyi kimi bu elm fəlsəfə ilə siyasi elmin qovşağında yaranan sahədir. O, siyasət dünyasının mənəvi və dünyagörüşü səpkilərini öyrənir. Digər tərəfdən siyasət insanların dünyagörüşü, normativ xarakterli dəyərlərinin formalaşdığı fəaliyyət sahəsi olduğundan siyasi fəlsəfə də cəmiyyətin siyasi sistemi və təşkilinin prinsiplərini təhlil edir. Siyasət fəlsəfəsinin tədqiqat sahəsi – siyasi münasibətlər üzərində qurulan siyasi ideyalar və institutlardır. Sosial – siyasi fikir fəlsəfənin tərkib hissəsi kimi uzun müddət ərzində əsasən hüquq və dövlət haqqındakı ideya və nəzəriyyələr çərçivəsində öyrənilirdi.
Siyasi hakimiyyət
Siyasi hakimiyyət — bir nəfərin və ya elitanın vətəndaşların və cəmiyyətin davranışını milli maraqlardan irəli gələrək idarə etmə imkanları. Bu anlayış bir qayda olaraq "dövlət hakmiyyəti" anlayışı ilə bir anlamda işlənir.
Siyasi inteqrasiya
Siyasi inteqrasiya (ing. Political Integration) — qarşılıqlı əməkdaşlığa yönəlmiş iki və ya daha çox siyasi quruluşun daha dar mənada yaxınlaşma prosesi, dövlətlərarası səviyyədə müəyyən bir ayrılmaz siyasi sistem kompleksinin meydana gəlməsidir . Bu cür inteqrasiyanın xarakterik nəticələrindən biri də bu strukturların birləşdirilməsidir. Eyni zamanda, hər hansı bir məsələnin ortaq şəkildə həlli üçün həm rəsmi, həm də qeyri-rəsmi qurumların olması lazımdır. İnteqrasiya olunmuş cəmiyyətdə inteqrasiya iştirakçıları arasındakı əməliyyat səviyyəsinin artdığı və maraqlar və dəyərlər birliyinin artdığı güman edilir. == Nəzəriyyə == Karl Doyç inteqrasiyada dövlətlərin qarşılıqlı gözləntiləri sabit olduğu təqdirdə dövlətlər arasındakı ziddiyyətlərin sülh yolu ilə həll ediləcəyini görür. Beləliklə, inteqrasiyanı həm dövlət, həm də bir proses olaraq görür. Dövlət olaraq inteqrasiyaya ən yaxşı şəkildə siyasi bir toplum kimi baxılır. İnteqrasiya prosesi, iştirak edən bütün təşkilatlar üçün minimum xərclərlə maksimum qarşılıqlı fayda əldə etməyə imkan verir. Buna baxmayaraq, inteqrasiya bütün aktyorların bu proses üçün əhəmiyyətli dərəcədə hazırlaşmasını və idarəetmələrinin yaxşı keyfiyyətini tələb edir.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.

siyasi-maarif sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#siyasi-maarif nədir? #siyasi-maarif sözünün mənası #siyasi-maarif nə deməkdir? #siyasi-maarif sözünün izahı #siyasi-maarif sözünün yazılışı #siyasi-maarif necə yazılır? #siyasi-maarif sözünün düzgün yazılışı #siyasi-maarif leksik mənası #siyasi-maarif sözünün sinonimi #siyasi-maarif sözünün yaxın mənalı sözlər #siyasi-maarif sözünün əks mənası #siyasi-maarif sözünün etimologiyası #siyasi-maarif sözünün orfoqrafiyası #siyasi-maarif rusca #siyasi-maarif inglisça #siyasi-maarif fransızca #siyasi-maarif sözünün istifadəsi #sözlük