Siçanlar və insanlar (əsər)
İnsanlar və siçanlar (ing. Of Mice and Men) — ABŞ yazıçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəri.
Əsərin orijinal variantı Steynbekin Maks adlı iti tərəfindən yeyilmişdir.
Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki nəfərin – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. 1920-ci illərdə kənd təsərrüfatı ilə məşğul olan Steynbek bu kitabda öz şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsün şeirindən götürülüb: "kotanımdan yuvası xaraba qalmış siçana" (ingiliscə "To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough")
"Siçanlar və insanlar haqqında" romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərlə sadə insan qəlbinə təsir göstərdi.
Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Plümün, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil.