siğə sözü azərbaycan dilində

siğə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • siğə • 88.7755%
  • Siğə • 9.1837%
  • SİĞƏ • 2.0408%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Siğə
Mütə və ya Mütə nikahı; (ərəb. نكاح المتعة‎ Nikāh əl-Mut'ah) - İslamda bir kişi ilə razılığı olan bir qadının, kişi tərəfindən qadına verilən müəyyən mehriyyə müqabilində, müəyyən bir vaxt ərzində evlənməsi. Bəzi mənbələrdə müvəqqəti nikah da deyilir. == Etimologiya == Ərəb dili lüğətində "özündən faydalanılan şey" mənasına gələn mütə, fiqhi bir termin olaraq boşanma və ya evliliyin ləğvindən sonra kişinin qadına verdiyi hər hansı mehriyyəyə deyilir. Bundan başqa müəyyən bir mehriyyə qarşılığında, müəyyən bir vaxta edilən nikaha da mütə deyilir. == Haqqında nəql olunan kəlamlar == Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2003 •••••••• 0.79
2004 •••• 0.34
2009 •••••••••••••••••••• 2.24
2012 0.09
2015 •• 0.17
2016 •• 0.17
2020 •• 0.13

siğə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Köhnə məişətdə: müvəqqəti nikah, evlənmə (çoxarvadlılığın bir növü). Qazı nikah siğəsini oxudu. M.S.Ordubadi. □ Siğə etmək (eləmək) – köhnə məişətdə: mollaya kəbin kəsdirərək müvəqqəti evlənmək. [Qadın:] Ağa, qulluq deyil, şəriətipeyğəmbərdir. Məni özünə siğə etməni xahiş edirəm. Çəmənzəminli. Seyid Səmədə təklik əl verməyib, on altı-on yeddi yaşında bir qız siğə eləyib ocağın qırağında əyləşdi. Ə.Haqverdiyev. // Siğə qardaş, siğə bacı – köhnə məişətdə: əslində qardaş və ya bacı olmayıb müəyyən dini mərasimlə əhd-peyman bağlama nəticəsində qardaş, ya bacı olmuş oğlan, ya qız. Qərvənddə Zaman xan oğlu Qaraynan Aşıq Ələsgər siğə qardaşıydılar. “Aşıq Ələsgər”. Deyilməyə görə, Usta Ağabala Ələsgər Ağa ilə siğə qardaş imiş və ağa ustanın xatirini belə istəyirmiş ki, onu özü ilə cənnətə aparmağı da vəd etmiş imiş. Çəmənzəminli. □ Siğə oxutdurmaq – siğələşmə ayini icra etmək. [Dursun:] Sabah şəhərə get, bir axunda bacı-qardaşlıq siğəsi oxutdur… C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti / siğə

siğə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 SİĞƏ (müvəqqəti evlənmə, müvəqqəti kəbin) ..həm də köməkçisinə işarə ilə başa salır ki, tək yata bilməz və siğəyə (müvəqqəti kəbinə) ehtiyacı var (N.Vəzirov); MÜTƏ [Qadın:] Ağa məni Xorasanın başqa qadınları kimi gündə neçə kişiyə mütə olan qadınlardan bilmə (C.Məmmədquluzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / siğə

siğə sözünün antonimləri (əks mənalı sözlər)

siğə sözünün rus dilinə tərcüməsi

  • 1 рел. временный брак

    Azərbaycanca-rusca lüğət / siğə
  • 2 сущ. устар. сига (в старом быту: временный брак – один из видов многоженства); siğə qardaş побратим, названый брат, siğə bacı названая сестра; siğə etmək (eləmək) kimi kimə совершить временный брачный акт, siğə oxutdurmaq просить (муллу) совершить временный брачный акт

    Azərbaycanca-rusca lüğət / siğə

siğə sözünün inglis dilinə tərcüməsi

siğə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. сигъа, вахтуналди тир некягь, кебин (полигамиядин-гзаф папар къачунин са жуьре); siğə etmək (eləmək) куьгьн. сигъа авун, фекьидив кебин атӀуз туна вахтуналди паб къачун.

    Azərbaycanca-ləzgicə lüğəti / siğə

siğə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) qrammatikada: zamanca dəyişən felin formalarından hər biri; 2) şiələrdə: müvəqqəti evlənmə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"siğə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#siğə nədir? #siğə sözünün mənası #siğə nə deməkdir? #siğə sözünün izahı #siğə sözünün yazılışı #siğə necə yazılır? #siğə sözünün düzgün yazılışı #siğə leksik mənası #siğə sözünün sinonimi #siğə sözünün yaxın mənalı sözlər #siğə sözünün əks mənası #siğə sözünün etimologiyası #siğə sözünün orfoqrafiyası #siğə rusca #siğə inglisça #siğə fransızca #siğə sözünün istifadəsi #sözlük