skin sözü azərbaycan dilində

skin

Yazılış

  • skin • 53.5714%
  • Skin • 46.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Skin on Skin
Skin on Skin — almaniyalı müğənni və bəstəkar Sara Konnorun 2002-ci ildə çıxartdığı Unbelievable adlı studiya albomuna daxil etdiyi mahnıdır. Yazıçı və bəstəkar Rob Tayqer və Kay Denar tərəfindən hazırlanmışdır və 4 noyabr 2002-ci ildə albomun ikinci mahnısı olmuşdur.
Skin of Tears
Skin of Tears — 1991—2007-ci illərdə mövcud olmuş pank janrında ifa edən Alman qrupudur. 1991-ci ildə qrup 4 heyətdən, 1996-cı ildə isə 3 heyətdən ibarət idi. Qrup heyəti Bad Religion, Strung Out, No Use for a Name, Lagwagon, Rancid və Shelter Konzerte kimi məşhur rep qrupları ilə birgə səhnədə ifa edib. 2005-ci ilin yayında "Skin of Tears" qrupunun heyəti Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində konsert verirlər. 2007-ci ildə isə "Skin of Tears" qrupu solo karyerasına son verir.
Ksander Skinner
Ksander Skinner (d. 18 mart 1998) — Namibiyalı üzgüçü. Ksander Skinner Namibiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Ksander Skinner birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.00 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 56-cı oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Quercus skinneri
Quercus skinneri (lat. Quercus skinneri) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Skinhedlər
Skinhedlər, slenq. skinlər (ing. skinheads və ya skin — dəri və head — baş) — gənclərdən ibarət submədəniyyətin toplum adı. == Yaranma == Skinhedlər haqqında ilk məlumatlara hələ 1960-cı illərdə İngiltərə musiqisində və mətbuatında rast gəlmək olar. Bu submədəniyyətin ilk adlarından biri "Hard Mods" idi. Keçən əsrin 60-cı illərinin skinhedləri başqa bir submədəniyyət olan modlara və Yamaykanın rudboylarına çox bənzəyirdilər. Müasir Oi! və pank musiqi üslubları o zaman hələ mövcud deyildi. İlk modların və skinhedlərin ən sevdiyi musiqi əvvəlcə ska və soul, sonralar isə rokstedi və reggi olmuşdur. Submədəniyyət elə yarandığı müddətdən tamamilə apolitik idi.
Skinner qutusu
Skinner qutusu (ing. Skinner box) və ya operant tənzimləmə otağı (ing. operant conditioning chamber) – içərisindəki heyvanın (əsasən siçanın) qida və su əldə edə bilmək üçün basa biləcəyi bir düymənin olduğu aparat. Heyvanın tələb olunan hərəkəti etməsi və qarşılığında mükafatlandırılması prinsibi ilə işləyir.Təcrübənin əvvəlində qutunun içinə bir siçan qoyulur. Siçanın qutudakı hərəkətlərinə məhdudiyyət qoyulmur və rahatca dolaşmasına icazə verilir. Qutunun içində dolaşarkən qida əldə etməsini təmin edən düyməyə təsadüfən basan siçan sonrakı cəhdləri boyunca sürət qazanır və düyməyə basdıqca mükafatlandırıldığını öyrənir. Beləcə, operant tənzimləmə uğurla həyata keçirilmiş olur.Berres Frederik Skinner tərəfindən ixtira olunan bu qutuda bir heyvanın hər reaksiyasını qeydə alan cihaz var.Skinner qutusunun quruluşu heyvandan və təcrübənin formasından asılı olaraq dəyişdirilə bilər. Qutuda heyvanın reaksiya verəcəyi azı bir qol, düymə və qida olmalıdır.Bunlardan əlavə, qutuya xəbərdarlıqedicilər – işıqlar, səslər, videolar daxil edilə bilər. Bu zaman qutu elektriklə işləyir.Skinner qutusu ilə aparılmış təcrübələrdə heyvanın düyməyə basma sayına, basma müddətinə, basma sürətinə, basma aralığına baxılaraq təcrübələr sinifləndirilmişdir. == İstinadlar == == Xarici keçidlər == Pavlovdan Skinner qutusuna - arxa plan və təcrübə.
Tonye Skinnarland
Tonye Skinnarland (norv. Tonje Skinnarland; d. 21 dekabr 1967) — Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri; Norveç ordusunun general-mayoru. == Həyatı == Tonye Skinnarland 21 dekabr 1967-ci ildə anadan olmuşdur. Skinnarland 2016-cı ilin oktyabrından Per-Egil Rüqqün ölümündən sonra faktiki olaraq Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri vəzifəsini tuturdu. 2017-ci ilin yanvarında Norveç Krallığının Dövlət Şurası onu rəsmən bu vəzifəyə təyin etmişdir. Beləliklə 49 yaşlı Tonye Skinnarland Norveç Hərbi Hava Qüvvələrinin rəhbəri təyin olunan ilk qadın olmuşdur.
Burres Frederik Skinner
Burres Frederik Skinner (20 mart 1904 – 18 avqust 1990) — XX əsr Amerika psixologiya elminin görkəmli nümayəndəsi, Biheviorizmin tanınmış nümayəndələrindən biri olan amerikalı psixoloq. == Həyatı == Frederik Skinner Pensilvaniya ştatında Qreys və Uilyam Skinnerin ailəsində anadan olub. Atası hüquqşünas idi. O, yazıçı olmaq niyyəti ilə Nyu Yorkdakı Hamilton Kollecində İngilis ədəbiyyatı ixtisası üzrə təhsil almışdır. İntelektual xüsusiyyətlərinin yüksək olmasına görə Hamilton kollecində özünü sosial cəhətdən zəif hiss edirdi. Buna görə də yazıçılıq onu qane etmədiyindən elmlə məşğul olmağa başlayır. 1926-cı ildə İngilis ədəbiyyatı üzrə bakalavr dərəcəsi aldıqdan sonra, 1927-ci ildə o, biheviorizmlə tanış olur və Harvard Universitetinə daxil olur. Skinner Harvard Universitetini bitirir və 1931-ci ildə doktorluq dissertasiyası müdafiə edir. Sonrakı beş ili o, Harvard Tibb Məktəbində işləyir və heyvanların sinir sisteminin tədqiqi ilə məşğul olur. 1936-cı ildə Yvonne (Eve) Blue ilə evlənmiş və bu evlilikdən Julia Vargas və Deborah Buzan adlı 2 qızı dünyaya gəlmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.24 dəfə / 1 mln.
2006 ••••• 0.23
2010 •••••••••••••••••••• 1.00
2012 ••••••••• 0.43
2013 •••••••••••••••••• 0.88
2018 •••• 0.15
2019 •••••• 0.28
2020 ••• 0.13

Oxşar sözlər

#skin nədir? #skin sözünün mənası #skin nə deməkdir? #skin sözünün izahı #skin sözünün yazılışı #skin necə yazılır? #skin sözünün düzgün yazılışı #skin leksik mənası #skin sözünün sinonimi #skin sözünün yaxın mənalı sözlər #skin sözünün əks mənası #skin sözünün etimologiyası #skin sözünün orfoqrafiyası #skin rusca #skin inglisça #skin fransızca #skin sözünün istifadəsi #sözlük