Slavyanlar sözü azərbaycan dilində

Slavyanlar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Slavyanlar • 67.7083%
  • slavyanlar • 32.2917%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Slavyanlar
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Müsəlman slavyanlar
Müsəlman slavyanlar və ya Slavyan müsəlmanları — slavyanlar arasında İslam dininin davamçıları olan etnik və ya subetnik qrup. Bu termin əksər hallarda Balkan xalqlarına aid olunur. == Cənub slavyan müsəlmanları == Boşnaklar və ya "Bosniya müsəlmanları" Bosniya və Hersoqovinada çoxluq təşkil edən millət, həmçinin Serbiya, Şimali Makedoniya, Xorvatiya, Sloveniya, Monteneqro və Kosovoda etnik milli azlıqlar hesab olunurlar. Müsəlmanlar (etnik qrup) keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasında təsisçi millət. Bolqarıstan müsəlmanları və ya pomaklar Torbeşlər — Makedoniya müsəlmanları Goralılar — Kosovo, Albaniya və Makedoniyada kiçik etnik qrup Xorvat müsəlmanları Serb müsəlmanları Sloven müsəlmanları Qərbi Balkanlarda yaşayan etnik slavyan müsəlmanlar sünni məzhəbinin altkateqoriyası olan Hənəfi məzhəbinin davamçılarıdılar.
Cənub slavyanları
Cənub slavyanları — müasir slavyan xalqları və əsasən Balkanlarda yaşayan cənubi slavyan dillərində danışan tayfaların bir qrupu. == Cənub-şərq qrupu == bolqarlar makedonlar == Cənub-qərb qrupu == serblər xorvatlar bosniyalılar monteneqrolular slovenlər Tarixən, xüsusilə vahid Yuqoslaviya dövründə, cənub slavyanlarının cənub-qərb alt qrupunu "Yuqoslavlar" adlı vahid millətçi ünsürə birləşdirmək cəhdi görülmüşdür. === Müsəlman slavyanlar === Osmanlı dövründə türklərin güclü təsiri altında yaşayan cənub slavyanlar qrupunda müsəlman slavyanlar önə çıxır. == Ölkələr == Cənub slavyanlarının əsas əhali olduğu yeddi ölkə var: Bolqarıstan (84 % bolqarlar) Serbiya (82 % serblər, 2 % boşnaklar, 1 % yuqoslavlar, 1 % xorvatlar, 1 % monteneqrolular) Xorvatiya (90 % xorvatlar, 4 % serblər, 1,7 % boşnaklar) Bosniya və Herseqovina (48 % boşnaklar, 37 % serblər, 14 % xorvatlar) Şimali Makedoniya (65 % makedonlar, 2 % serblər, 1 % boşnaklar) Sloveniya (83 % slovenlər, 2 % serblər, 2 % xorvatlar 1 % boşnaklar) Monteneqro (44,98 % monteneqrolular, 28,73 % serblər, 8,65 % boşnaklar, 3,31 % müsəlman slavyanlar, 0,97 % xorvatlar, 0,34 % serblər-monteneqrolular, 0,19 % yuqoslavlar, 0,15 % makedonlar, 0,07 % boşnaklar, 0,06 % slovenlər, 0,04 % müsəlman monteneqrolular, 0,03 % qoralılar) Bundan əlavə, qeyri-slavyan qonşu ölkələrdə ənənəvi olaraq xeyli cənub slavyan azlıqları yaşayır: İtaliya: (slovenlər, xorvatlar) Avstriya: (azlıq kimi tanınan slovenlər və xorvatlar.
Slavyanların Azərbaycana yürüşləri
Rusların Xəzər yürüşləri — qədim rusların 864–1041-ci illərdə Xəzər dənizi sahillərinə etdiyi hərbi basqınlardır. Ruslar IX əsrdə Serklandda ortaya çıxdılar. Onlar Volqa ticarət yolu boyunca tacir kimi səyahət edir və xəz, bal və kölə satırdılar. İlk kiçik miqyaslı basqınlar IX əsrin sonları-X əsrin əvvəllərində baş verdi. Ruslar 914-cü ildə ilk böyük miqyaslı basqınlarını etdilər; 500 gəmi ilə gələrək müasir İran ərazisindəki Qorqanı və qonşu əraziləri talan etdilər və qul və qənimət əldə etdilər. Qayıdanda müsəlman xəzərlər şimal basqınçılarına Volqa deltasında hücum etdi və onları məğlub etdi. Qaçanlar orta Volqada yerli tayfalar tərəfindən öldürüldü. 944-cü il ekspedisiyasında ruslar müasir dövrdə Azərbaycanda yerləşən Arranın paytaxtı Bərdəni işğal etdi. Ruslar bir neçə ay burada qaldı. Bu müddətdə onlar şəhərin sakinlərini öldürdü və böyük qənimət ələ keçirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.19 dəfə / 1 mln.
2004 •••••• 0.34
2007 •••• 0.21
2011 •• 0.09
2012 ••••• 0.26
2013 •••••••••••••••••• 1.02
2014 •••••••••••••••••••• 1.20
2017 ••• 0.16

slavyanlar sözünün leksik mənası və izahı

  • 1 cəm Avropada yaşayan, dil və mədəniyyətcə bir-birinə yaxın böyük xalqlar qrupu. Slavyanlar üç qola bölünür: şərqi slavyanlar (ruslar, ukraynalılar, beloruslar), qərbi slavyanlar (polyaklar, çexlər, slovaklar, lujiçanlar), cənubi slavyanlar (bolqarlar, serblər, xorvatlar, slovenlər, makedoniyalılar).

    Azərbaycan dilinin izahlı lüğəti / slavyanlar

slavyanlar sözünün etimologiyası

  • 1 Murad Aci yazır ki, slavyanlarla rusların heç bir etnik əlaqəsi olma­yıb, slavyanlar ruslara tabe olub, vergi ödəyiblər. Slavyan sözü лобить feili ilə ba­ğlıdır, “əsir” deməkdir. Yalnız XI əsrdən ruslar slavyanlarla etnik qohumluq haqqında fikir irəli sürüblər ki, bu da uydurmadan başqa bir şey deyildir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / slavyanlar

slavyanlar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гз. славянар (Европада яшамиш жезвай, чӀалар ва культура сад-садаз гзаф мукьва тир чӀехи халкьарин группа, славян халкьар; мес. урусар, украинвияр, белорусар, полякар, чехар, словакар, болгарар, сербар, словенар ва мсб.).

    Azərbaycanca-ləzgicə lüğəti / slavyanlar

"slavyanlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#slavyanlar nədir? #slavyanlar sözünün mənası #slavyanlar nə deməkdir? #slavyanlar sözünün izahı #slavyanlar sözünün yazılışı #slavyanlar necə yazılır? #slavyanlar sözünün düzgün yazılışı #slavyanlar leksik mənası #slavyanlar sözünün sinonimi #slavyanlar sözünün yaxın mənalı sözlər #slavyanlar sözünün əks mənası #slavyanlar sözünün etimologiyası #slavyanlar sözünün orfoqrafiyası #slavyanlar rusca #slavyanlar inglisça #slavyanlar fransızca #slavyanlar sözünün istifadəsi #sözlük