Slovakiya sözü azərbaycan dilində

Slovakiya

Yazılış

  • Slovakiya • 99.7791%
  • slovakiya • 0.1325%
  • SLovakiya • 0.0442%
  • SLOVAKİYA • 0.0442%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Slovakiya
Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur. Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.
Martin (Slovakiya)
Martin (slovak. Martin, alm. Turz-Sankt Martin‎, mac. Turócszentmárton) — Slovakiyanın şimalında, Jilina bölgəsində şəhər. Əhalisi 659 449 nəfərdir (2004-cü il). Şəhər Mala və Velka Fatra dağ yamaclarının, Turyets və Vaq çaylarının qovuşduğu yerdə yerləşir. == Tarix == Martin ilk dəfə 1284-cü ildə Sklabinya panlığının qəsəbəsi kimi qeyd edilir. 1340-cı ildə Martin şəhər hüquqları alır. Şəhər ilk növbədə Slovak Milli dirçəliş mərkəzi kimi tanınırdı. 1861-ci ildə burada Slovak millətinin yığıncağı keçirilmişdi.
Slovakiya Cənnəti
Slovakiya cənnəti və ya Slovak cənnəti (slovak. Slovensko raj və ya slovak. Slovenský raj) — Şərqi Slovakiyada dağ silsiləsi. Spiş-Qemer Karstın bir hissəsidir. Spiş-Qemer Karst isə öz növbəsində Qərbi Karpatların böyük bir yarımşöbəsi olan Slovenske Rudohoriye dağları sisteminə daxildir. Şimaldakı Spişska Nova Ves qəsəbəsi ilə cənubdakı Dobşina qəsəbəsi arasında yerləşir. Xüsusilə dərələri və şəlalələri ilə tanınır. Dərələr şəlalələr arasından keçən qeyri-adi yollara sahib olduna görə, turistlər üçün çox məşhur bir yerdir. Sabit nərdivanların dırmaşmaq üçün istifadə edildiyi çox sayda hissələr var. Ərazi Slovakiya Cənnəti Milli Parkına (slovak.
Slovakiya Prezidenti
== Tarixi == 1992-ci il iyulun 17-də Slovakiya Milli Şurası "Slovakiya millətinin dövlət müstəqilliyi haqqında" Bəyannaməni qəbul etdi. 1992-ci il sentyabrın 1-də isə Slovakiya Konstitusiyası qəbul edildi. Konstitusiyaya əsasən Slovakiya Prezidenti vəzifəsi təsis edildi. 1992-ci il iyunun 5-də və 6-da 150 nəfərdən ibarət olan Milli Şuranın qurulması üçün seçimlər baş tutdu. Seçimlərin nəticələrinə əsasən qurulan Milli Şura, iyunun 24-də Vladimir Meçiar Baş nazir vəzifəsinə seçdi. 1993-cü il yanvarın 1-də Slovakiya rəsmən dövlət müstəqilliyini elan etdi. Konstitusiyaya əsasən isə Slovakiya Prezidenti seçilənə qədər, onun bütün səlahiyyətlərinin icra edilməsi Baş nazir Vladimir Meçiara verildi. Prezident seçimləri 1993-cü il yanvarın 26-da 1-ci turla, 27-də 2-ci turla, fevralın 15-də isə həlledici, 3-cü turla baş tutdu. Üç turdan ibarət olan seçimlərin nəticəsində Mixal Kovaç 5 il müddətinə Slovakiyanın Prezidenti seçildi. Onun andiçmə mərasimi martın 2-də baş tutdu.
Slovakiya Respublikası
Slovakiya (slovak. Slovensko) və ya rəsmi adı ilə Slovak Respublikası (slovak. Slovenská republika) — Mərkəzi Avropada dövlət. Slovakiya dənizə çıxışı olmayan ölkələrdəndir. Şimalda Polşa, şərqdə Ukrayna, cənubda Macarıstan, cənub-qərbdə Avstriya, şimal-qərbdə Çexiya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Bratislava, ümumi sahəsi 49,035 kvadrat kilometr, əhalisinin sayı 5,460,000 nəfərdən çoxdur. Dövlət dili slovak dili olan ölkə ərazisinə görə dünyada 127-ci, əhalisinə görə isə 117-ci yeri tutur. Unitar dövlət, parlament respublikası. 2020-ci ilin aprel ayından etibarən Zuzana Çaputova başçılıq edir, Eduard Heger isə baş nazirdir. 8 diyara bölünür.
Slovakiya almanları
Slovakiya almanları və ya Karpat almanları (alm. Karpatendeutsche‎, slovak. karpatskí Nemci, mac. kárpátnémetek или Felvidéki németek) — Slovakiya torpaqlarında eləcə də onlara bitişik olan ərailərdə alman dilli azlıqların qrupları üçün verilən ümumi bir ad. Uzun müddət almanlar macarlarla yanaşı Slovakiyada iki ən böyük etnik azlıqdan biri idilər. Beneşin 1945-ci il tarixli fərmanları ilə Çexoslovakiya almanları vətəndaşlıqdan məhrum dildi və onların müharibədən əvvəlki (128 min nəfər) saylarının 85% -i Slovakiyadan Avstriya və Almaniyaya köçürüldü. Qalan 15% -i Slovakiyadan deportasiyaya olunmaqdansa slovakiyalılaşmanı üstün tutdu. Çexiya almanlarından fərqli olaraq Slovakiyadan olanlar XIX əsrin əvvəllərindən XX əsrin əvvəllərinə qədər güclü şəkildə macarlaşdı. Slovakiyalı almanlar Avstriya-Macarıstanın Macar hissəsində yaşayırdılar. Buna görə də mədəni və linqvistik olaraq Macarıstan almanları və Transvilansiya saksonlarına daha yaxın idilər.
Slovakiya bayrağı
Slovakiya bayrağı — Slovakiyanın Dövlət bayrağı
Slovakiya coğrafiyası
Slovakiya — əsasən dağlıq ərazilərdən ibarət olan ölkə. Mərkəzi Avropa yerləşən və dənizlərə çıxışı olmayan dövlət. Slovakiyanın. sahəsi 49 035 km², sərhədlərinin ümumi uzunluğu isə 1 474 km təşkil edir. Sahəsinə görə dünyada 128-ci sıradadır. Ərazisinin 98,1 % quru, 1,9 % su sahələri təşkil edir. Qonşu dövlətlərlə sərhədləri:Avstriya 91 km, Çexiya 197 km, Macarıstan — 676 km, Polşa 420 km, Ukrayna — 90 km. == Relyef == Relyefi əsasən dağlıqdır. Ərazisinin böyük hissəsini Karpat dağları tutur. Karpat dağlarının ən hündür hissəsi ölkənin şimalında yerləşir və Tatra adlanır.
Slovakiya iqtisadiyyatı
Slovakiya iqtisadiyyatı — Slovakiya Respublikasının iqtisadiyyatı. == Tarixi == XX əsrin 90-cı illərində Slovakiyada iqtisadi sistem dəyişikliyi baş vermişdir. Belə ki, Çexoslovakiyanın dağılması ilə daha çox inkişaf etmiş vəziyyətdə olan Çex Respublikasından ayrılması nəticəsində qardaş ölkədən mal və pul axınının əhəmiyyətli ölçüdə azalması səbəbindən ölkə iqtisadiyyatı çətin vəziyyətə düşmüşdür. Buna baxmayaraq daxili imkanları sayəsində Slovakiyanın öz iqtisadi sistemi formalaşmışdır. == Əsas istiqamətləri == Slovakiya iqtisadiyyatı ilk növbədə sənaye, əkinçilik və heyvandarlığa söykənir. Bundan başqa meşəçilik və turizm də inkişaf etmişdir. === Sənaye === Sənaye üzrə daha çox kimya və maşın sənayesi inkişaf etmişdir. Dağlıq bölgələrdə olan mədənlər çıxardılaraq işlənir. Kömür və neft yataqları tapılmamasına baxmayaraq sənayenin təməl enerji ehtiyacı çaylar üzərindəki hidroelektrik stansiyaları vasitəsilə qarşılanar. Yaslovske Bohunisedə bir atom elektrik stansiyası vardır.
Slovakiya italyanları
Slovakiya italyanları (slovak. Taliani na Slovensku) — milli azlıqlardan biri hesab olunur. 2011-ci il siyahıyaalmasına görə, Slovakiyada rəsmi olaraq "digər" millətlərə (9825 nəfər) daxil olan 687 italyan mənşəli insan yaşayırdı (onlardan 65-i Slovakiyada doğulmuşdur). Siyahıyaalma zamanı 551 nəfər italyan dilini ana dili adlandırmış, 2033 nəfər iş və məktəbdə italyan dilində danışır, daha 1436 nəfər isə evdə italyan dilində danışır. == Tarixi == Son orta əsrlərdə Slovakiyanın Macarıstan tərəfindən idarə edildiyi zaman, roman dillərində danışan insanlar arasında italyanlar böyük rol oynamışlar. Tokay-Hedyalya və Srem bölgələrində, Eger şəhərində məskunlaşan Valloniyanın yerli sakinlərindən fərqli olaraq, zaman-zaman italyanlar Macarıstana köçdülər. İtalyan mənşəli Macarıstan padşahları Andras III (Venesiya) və Karl Robert (Neapol) özü ilə bərabər bir çox inşaatçı, elm adamı, sənətkar, tacir və burjua nümayəndələrini gətirir. 14-cü əsrdə Apennin yarımadasından ticarətlə məşğul olan çox sayda mühacir (mədənçilik, duz sənayesi, sikkə) Macarıstanda və Slovakiyada meydana çıxdı. Koşitsedə italyanların görünməsi şaxt və bankların yaradılması ilə əlaqələndirilir. XIV-XV əsrlərin sonunda sənədlərə əsasən şəhərdə "qaliki" roman mənşəli mühacirlərin əksəriyyəti italyanlar idi.
Qazaxıstan–Slovakiya münasibətləri
Qazaxıstan–Slovakiya münasibətləri — Slovakiya və Qazaxıstan arasında ikitərəfli diplomatik əlaqələr. == Tarixi == Diplomatik əlaqələr 1 yanvar 1993-cü ildə qurulmuşdur. 2005-ci ildə Slovakiya Respublikasının Qazaxıstandakı səfirliyi açıldı. 2006-cı ildə Bratislavada Qazaxıstan Respublikasının səfirinin Praqadakı daimi iqamətgahı ilə Qazaxıstan Respublikasının diplomatik nümayəndəliyi açıldı. 2009-cu ildə Çexiya və Slovakiyada Qazaxıstan Respublikasının Səfirliyinin Konsulluq Bölümü açıldı. 2019-cu ildə Qazaxıstan Respublikasının Slovakiyadakı səfirliyi açıldı. 2018-ci ilin iyun ayından etibarən Milan Kollar Slovakiya Respublikasının Qazaxıstan Respublikasındakı səfiridir. 2019-cu ilin dekabrından Roman Vasilenko Qazaxıstan Respublikasının SR -dəki səfiridir. == Parlamentlərarası əməkdaşlıq == === Slovakiyaya səfərlər === — Qazaxıstan Respublikası Məclisi və Parlamenti Senatının deputatları (1999-cu ildən 2017-ci ilə qədər 6 dəfə); -Qazaxıstan Respublikası Parlamenti Məclisinin deputatı K. Sultanov, 2017–2018-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərinə Qazaxıstan Respublikasının namizədliyini irəli sürmək üçün Qazaxıstan Respublikası Prezidentinin xüsusi nümayəndəsi olaraq. (23–24 fevral 2015); — Bratislavada NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Qazaxıstan Respublikası Məclisi və Senatının deputatları (31 may-3 iyun 2019).
Quş adası (Slovakiya)
Quş adası (slovak. Vtáčí ostrov) — Slovakiyanın qərbində yerləşən ada. Adanın sahəsi 6,86 ha təşkil edir. Ada Qruşov su anbarının ərazisində yerləşir. Su anbarının sahəsi 2518 hektar təşkil edir. Qabçikov kaskadına daxildir. Ada isə Slovakiyanın Şamiron şəhərindən cənub-qərbdə qərar tutur. Suni şəkildə meydana gəlmişdir. Belə ki, Dunay çayıda dambanın inşası ilə ortaya çıxmışdır. Qabçikov-Nadmaroş bəndinin inşasının əsas səbəbi Dunyarın ətraf əraziləri basmasınln qarşısını almaqdlr.
Slovakiya Dəmir Yolları
Slovakiya Dəmir Yolları (slovak. Železnice Slovenskej republiky, ŽSR) — Slovakiyada dəmiryol infrastrukturunun idarə olunmasını həyata keçirən dövlət müəsissəsi. 1993-cü ilin 1 mayında təsis edilmişdir. Ona qədər «Çexslovakiya Dəmir Yolları» dövlət müəssisəsinin balansında olmuşdur (çex. Československé státní drahy). 1996-cı ilədək şirkət ölkədə dəmir yolu nəqliyyatında de-fakto monopoliyaya sahib idi. 2002-ci ildə bu sahə iki hissəyə bölünmüşdür: dəmir yolu infrastrukturu həminatı Slovakiya Dəmir Yolları şirkətində qalmış və nəqliyyat idarəçiliyi isə ""Železničná spoločnosť, a. s."" şirkətinə verilmişdir. 2005-ci ildə yenidən bölünmə həyata keçirilmişdir: «Železničná spoločnosť Slovensko, a. s.» (ZSSK) sərnişin daşıma sahəsində,«Železničná spoločnosť Cargo Slovakia, a.
Slovakiya Milli Bankı
Slovakiya Milli Bankı (slovak. Národná banka Slovenska) və ya qısaca NBS — Slovakiya Respublikasının mərkəzi bankı; hansı ki, bu ölkə Avropa İttifaqının və Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Bankın əsas mərkəzi Bratislava şəhərində yerləşir. Rəhbəri Yozef Makuxdur. Slovak korunasının banknot və metal pullarının yeganə istehsalçısı olmuşdur. Hökumətin pul və kredit siyasətindən məsuldur. == Tarixi == Slovakiya Milli Bankının əsası 1 yanvar 1993-cü ildə qoyulmuşdur. Həmin vaxt Çexoslovakiya Dövlət Bankı 2 yerə ayrılmışdır ki, onlardan biri Çex Milli Bankı, digəri isə Slovakiya Milli Bankı idi. 1 yanvar 2009-cu ildən Avrosistemə üzvdür. == Fəaliyyəti == 9 regional filialı var və Slovakiyadakı bütün banklardan üstündür.
Slovakiya Sosialist Respublikası
Slovakiya Sosialist Respublikası (slovak. Slovenská socialistická republika), SSR — Slovakiyanın 1969-1990-ci illər ərzindəki rəsmi adı. Çexoslovakiya Federasiyasına daxil olan iki respublikadan biri olmuşdur. == Slovakiya İkinbci Dünya müharibəsində == 1944-cü ilin avqust ayında Slovakiyada Slovak Milli Şurasının rəhbərliyi altında xalq hərəkatı başlayır. 1945-ci ilin martında Londonda olan mühacir hökuməti və Slovak Milli Şurasının nümayəndələri arasında, çex və slovakların milli birlik cəbhəsinin təşkili, hökumətin formalaşdırılması və onun proqramı haqqında razılaşma əldə edirlər. 4 aprel 1945-ci ildə slovak şəhəri olan Koşisdə Çexoslovakiyanım sürgündə olan prezidenti Edvard Benes Milli Cəbhəni hökiumət təyin edir. Onlarsa növbəti Koşis proqramını dərc edirlər. Proqramda Çexoslovakiyada milli və demokratik dəyişikliyi nəzərdə tuturdu. Koşis proqramı həm Slovakiya milli orqanlarının tanımağı, çex və slovaklar arasındakı münasibətlərin "birəbir" olmasını nəzərdə tutur. Praqanın alman işğalından azad olmasından sonra 10 may 1945-ci ildə Beneş hökuməti paytaxta daxil olur.
Slovakiya Sovet Respublikası
Slovak Sovet Respublikası, (slovak. Slovenská republika rád, mac. Szlovák Tanácsköztársaság, ukr. Словацька Радянська Республіка) Rusiya və Macarıstandan sonra elan edilən üçüncü kommunist dövlətdir. Dövlətin paytaxtı Prešov şəhəri olmuşdur. Dövləti yaradan Çexoslovak jurnalist Antonín Janousek olmuşdur. Slovakiyanın müttəfiqləri Macarıstan Sovet Respublikası ilə Ukrayna Sovet Sosialist Respublikası olmuşdur. Yaradılmış bu dövlət çox uzun bir ömür yaşaya bilməmişdir. 16 iyun 1919-cu ildə yaradılmış və 7 iyul 1919-cu ildə süquta uğramışdır. Macarıstan Qırmızı Ordusu çexləri məğlub edə bilməmiş və bu ərazi Çex ordusunun əlinə keçmişdir.
Slovakiya avtomobil yolları
Slovakiya avtomobil yolları standart avtomagistrallar (slovak. Diaľnica, uzunluğu — 432 km) və yüksək sürətli məhdud istifadədə olan şoselərdən (slovak. Rýchlostné cesty uzunluğu 288 km) ibarətdir. İdarəedici orqan — Slovakiya Milli Avtomobil yolları və ya NDS şirkəti. Şirkət 2005-ci ildə qurulmuşdur. Slovakiyada ilk müasir formalı yolların inşasına 2 may 1939-cu ildə başlanmışdır. 2008-ci ilə olan məlumata görə ölkədə 43761 km avtomobil yolu vardır. Bunun 432 kilometri avtomagistralların payına düşür. Yüksək sürətli yolların uzunluğu, 288 kilometrdir. == Qaydalar və hərəkət məhdudiyyətlər == === Sürət === Avtomagistrallarda və şoselərdə maksimal sürət adi avtomobil və motosikletlər üçün 130 km/saat təşkil edir.
Slovakiya xorvatları
Slovakiya xorvatları (xorv. Hrvati u Slovačkoj, slovak. Chorváti na Slovensku) — Slovakiyada yaşayan milli azlıq. 2001-ci il siyahıyaalınmasına görə ölkədə 850 nəfər xorvat yaşayır (Slovakiyada yaşayan xorvat icmasının təxminən 3500 üzvü vardır). Xorvat azlığı Slovakiya Milli Azlıqlar Şurasının üzvüdür. Xorvatlar əsasən Bratislava diyarında yaşayırlar. == İcma haqqında == Xorvatlar Osmanlı ilə müharibə başlayandan sonra Slovakiyaya köçürlər. Miqrasiya əsas 1530-1570-ci illərdə baş verir. Miqrasiyanın başlanğıcı Mohaç döyüşü idi. Torpaqlarını tərk edən xorvatların çoxu Sisak, Kostainitsa, Krijevtsey, Slunya və Slavoniyadan idi.
Slovakiya şəhərləri
Slovakiyada 141 yer var.
Slovakiya əhalisi
Slovakiya əhalisi - Slovakiyada son siyahıya alınma 2011-ci ildə aparılmışdır. === Slovakiya əhalisinin 1919-cu ildən 2016-cı ilə olan əhali dinamikası === == Mili tərkib == Slovaklar 85,8 % Macarlar 9,7 % Qaraçılar 1,7 % Çexlər 0,8 % Ukraynalılar 0,6 % digərləri 1,4 % == Ana dili == Slovak 83,9 % Macar 10,7 % Qaraçı 1,8 % Ukrayn 1,1 % Çex 0,9 % digərləri 1,6 % == İnanc == Katolizm 68,9 % Lüteran 6,9 % Yunan-katolizmi 4,1 % Reformatçılar 2,0 % Provaslav 0,9 % Ateislər 13,0 % digərləri 4,2 % == Milli azlıqlar == Slovakiya ərazisində yayılmış milli azlıqlar arasında macarlar üstünlük təşkil edir. Onlar əsasən ölkənin cənubunda yayılmışlar. İki rayonda isə əhalinin böyük hussəsini təşkil edirlər. Ümumi əhalinin isə 9% təşkil edirlər. Macarların sıx yaşadığı rayonlar: Dunayska-Streda rayonu 83 % Komarno rayonu 69 % Rimavska-Sobota rayonu 41 % Qalanta rayonu 39 % Nove-Zamki rayonu 38 % Malya rayonu 36 % Rojnyava rayonu 31 % Trebişov rayonu 29 % Lusenes rayonu 28 % Levişe rayonu 28 % Velki-Krtiş rayonu 27 % Revuşa rayonu 22 % Senes rayonu 20 % Koşise-Okole rayonu 13 % Mixalovse rayonu 12 % Nitra rayonu 7 % Rusinlər isə Preşovski diyarı ərazində yayılmışlar.
Trnava (Slovakiya)
Trnava (slovak. Trnava, alm. Tyrnau‎, mac. Nagyszombat) — Slovakiyanın qərbində şəhər. Trnava bölgəsinin inzibati mərkəzidir. Əhalisi 68 828 nəfərdir (2005-ci il). Kiçik Karpat dağ yamaclarının cənubunda yerləşir. Trnava kilsələrin çoxluğu ilə fərqlənir, burada slovak arxiyepiskopluğunun iqamətgahı yerləşdiyinə görə, buranı "Slovakiya Roması" adlandırılar. == Əhali == 2001-ci ilə əsasən, şəhərin etnik mənsubiyyatı belə idi: Slovaklar – 96,91 % Çexlər – 0,79 % Qaraçılar – 0,27 % Macarlar – 0,21 % Almanlar – 0,05 % Ukraynalılar – 0,03 % digərlər konfessiyaya görə roma katolikləri – 71,85 % ateistlər – 18,37 % protestantlar (əsasən yevangelizm) – 2,93 % yunan katolikləri - 0,20 % pravoslavlar – 0,11 % digərlər == Şəhərin icra başçıları == 1990 – 1994 – İmrix Borbelı 1994 – 2010 – Ing. Ştefan Boşnyak 2010– ?
Slovakiya şəhərlərinin siyahısı
Slovakiyada 141 yer var.
Ukraynanın Slovakiya səfirliyi
Ukraynanın Slovakiya səfirliyi (ukr. Посольство України в Республіці Словаччина) — Ukraynanın Slovakiyanın Bratislava şəhərində yerləşən səfirliyi. == Vəzifələri == Səfirliyinin vəzifələri öz səlahiyyətləri daxilində qəbul edən dövlətdə Ukraynanın təmsil edilməsi, Ukraynanın vahid xarici siyasət xəttinin aparılması, Ukraynanın milli maraqlarının, o cümlədən siyasi, iqtisadi və digər maraqlarının diplomatiya üsulu ilə təmin edilməsi, Ukraynanın, onun vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarının müdafiə edilməsidir. == Tarixi == 1991-ci il avqustun 24-də Ukraynanın dövlət müstəqilliyini bərpa eləməsindən sonra xarici dövlətlərlə münasibətlərin qurulmasına başlanıldı. 1993-ci il yanvarın 10-də Ukrayna və Slovakiya dövlətləri arasında diplomatiya sahəsində münasibətlərin qurulmasına dair birgə sənəd imzalandı. 1993-cü ildə isə Ukraynanın Slovakiya səfirliyi yaradıldı. Ukraynanın Slovakiyada olan fövqəldə və səlahiyyətli səfiri Yuri Muşxadır. O, 2016-cı ildən bu vəzifədədir.
Slovakiya Futbol Assosiasiyası
Slovakiya Futbol Assosiasiyası (slovak. Slovenský futbalový zväz) — Slovakiyada futbola nəzarət edən və idarə edən təşkilat. Mərkəzi ofisi Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşir. == Tarixi == 4 noyabr 1938-ci ildə təsis edilib və ilk olaraq 1939-cu ildə FİFA-ya üzv olur, lakin ikinci Dünya Müharibəsindən sonra Çexiya və Slovakiya birləşdiyi üçun, bu ölkələrin futbol federasiyaları və milli komandalar da birləşir. Çexoslovakiyanın parçalanmasından sonra təşkilat yenidən təşkil edilir. Slovakiya Futbol Assosiasiyası 1993-cü ildə Avropanın idarəetmə orqanı olan UEFA-ya, 1994-cü ildə isə yenidən FİFA-ya qoşulur. == Fəaliyyəti == Slovakiya Futbol Assosiasiyası Slovakiya milli futbol komandasını, həmçinin 21 yaşadək, 19 yaşadək, 18 yaşadək, 17 yaşadək, 16 yaşadək və 15 yaşadək kişi gənclər komandalarını idarə edir. Bundan əlavə, Slovakiya qadınlardan ibarət milli futbol komandasını da təşkil edir. Slovakiya Futbol Assosiasiyasının himayəsi altında Futbol üzrə Slovakiya çempionatı, Slovakiya Birinci Liqası, Slovakiya Kuboku və Slovakiya Superkubokunda yarışlar keçirilir.
Slovakiya xalq muzeyi
Slovakiya xalq muzeyi (slovak. Slovenské národné múzeum, SNM) — Slovakiyada 18 muzeydən ibarət şəbəkə. Qərargahı Bratislavada yerləşir. Muzelər şəbəkəsi 1925-ci ildə qurulmuşdur. Muzey Slovakiyanın flora, fauna və geoloji quruluşundan bəhs edən Təbiət Tarixi Muzeyinin (slovak. Prírodovedné múzeum) zəngin ekspozisiyasını təqdim edir. Bina tez-tez müxtəlif mövzularda müvəqqəti sərgilər təşkil edir, rəsm sərgiləri təşkil olunur. Slovakiya Milli Muzeyi Slovakiyada muzeyşünaslıq sahəsində elmi tədqiqat və mədəni təhsil üçün ən mühüm qurumdur. Onun başlanğıcı "slovak xalqının milli azadlıq və öz müqəddəratını təyin etmək istəyi ilə bağlıdır". Qərargahı Bratislavada yerləşən Slovakiya Milli Muzeyində 18 ixtisaslaşdırılmış muzey fəaliyyət göstərir, onların əksəriyyəti şəhərdən kənarda yerləşir.
Slovakiya 2012 Avroviziya Mahnı Müsabiqəsində
Slovakiya 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edəcək.
Slovakiya 2015 Avropa Oyunlarında
Slovakiya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Slovakiya ümumilikdə 176 idmançı ilə təmsil olunub.
Slovakiya 2018 Qış Olimpiya Oyunlarında
Slovakiya 2018 Qış Olimpiya Oyunlarında 5 idman növü üzrə 56 idmançı ilə təmsil olunacaqdır. == Medallar == == Millinin tərkibi == === Biatlon === Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Slovakiyanın kişilərdən ibarət yığması 16-cü yeri tutmuşdur. Qadınlardan ibarət yığma isə 17-ci yeri tutmaqla 5 idmançı ilə təmsil olunmaq hüququ əldə etmişdir Kişilər qadınlar Qarışıq estafet ==== Fiqurlu konkisürmə ==== Bu yarışma üzrə lisenziyalar 2017-ci dünya çempionatına əsasən müəyyən edilir. Bunun nəticəsi olaraq Slovakiya 2 nominasiya üzrə lisenziya əldə edə bilmişdir. ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Slovakiya 5 olimpiya lisenziyası qazanmışdır Kişilər Qadınlar ==== Xizək yürüşü ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır.
Slovakiya Avroviziya Mahnı Müsabiqəsində
Slovakiya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və cəmi 7 dəfə müsabiqədə iştirak etmişdir. Ölkənin müsabiqədə ilk iştirak cəhdi 1993-cü ildə olmuşdur. Lakin həmin il iştirakda maraqlı olan ölkələrin sayının çoxluğu və yayım vaxtının yetərli olmaması səbəbindən iştirak etmək istəyən ölkələr arasında seçim turu keçirilmişdir. Slovakiya həmin seçim turunda məğlub olmuş və iştirak hüququ əldə edə bilməmişdir. Slovakiya Avroviziyanın ən az uğur qazanan ölkələrindən biridir. Ölkənin müsabiqədə əldə etdiyi ən yüksək nəticə 1996-cı ildəki 18-ci yerdir. Müsabiqədə əldə etdiyi zəif nəticələr səbəbindən Slovakiya 1995, 1997 və 1999-cu illərdə Avropa Yayım İttifaqının qərarı ilə Avroviziyadan kənarlaşdırılmışdır. 2000-ci ildə isə ölkə müsabiqədə iştirakdan könüllü olaraq imtina etmiş və bir daha 2009-cu ildə Avroviziyaya qayıtmışdır. 2012-ci ilə kimi fasiləsiz olaraq müsabiqədə iştirak edən Slovakiya hər dörd cəhdində yarımfinalda məğlub olaraq, 2013-cü ildə Avroviziyadan kənarlaşmışdır. == Təmsilçilər == == Səsvermə tarixçəsi == QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Slovakiya Cənnəti Milli Parkı
Slovakiya Cənnəti Milli Parkı (slovak dili. Národný park Slovenský raj)- Slovakiyanın doqquz milli parkından biridir. Milli Park SLovakiya Cənnəti dağlarının təbiətinin qorunması ilə məşğul olur. == Tarixi == 21 avqust 1964-cü ildə Slovakiya Cənnəti Milli Parkı yaradılıdı. Bu Milli Park Slovakiyada yaradılan ilk milli parkdır. Ərazi 18 yanvar 1988-ci ildə milli park statusunu alır və 2000-ci ildə burada yerləşən Dobşinskaya mağarası YUNESKO-un ümumdünya mirasına daxil edilir. 2004-cü ildə parkın ayrı-ayrı rayonları Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsi olur. == Coğrafiyası == Milli Park Banska Bistritsa diyarı (Brezno rayonu), Preşov diyarı (Poprad rayonu) və Koşitse diyarı (Roznava və Spiska Nova Ves rayonu) ərazisində yerləşmişdir. Slovakiya Cənnəti Milli Parkı Spiska-Qemerskiy Karst regionun şimalında yerləşmişdir. Bu ərazi qərbdən Aşağı Tatra ilə, cənubdan Rudoqorem dağı ilə və şərqdən, şimal-şərqdən isə Xornadskoy çuxuru ilə həmsərhəddir.
Slovakiya Respublikası (1939-1945)
Slovakiya Respublikası (slovak. Slovenská republika; tarixi ədəbiyyatda «Birinci Slovakiya Respublikası» slovak. prvá Slovenská republika) — 1939—1945-ci illərdə, indiki Slovakiya ərazisinin böyük hissəsini əhatə edən respublika. Üçüncü Reyxin təsir dairəsində olan, Klient dövlət. İkinci Dünya müharibəsi başladıqdan sonra Slovakiyanın müstəqilliyini ancaq Berlin-Roma-Tokio oxu və bir neçə neytral ölkə tanımışdır. SSRİ isə Slovakiyanın müstəqilliyini 1941-ci ilə kimi tanıyır. == Tarixi == Qlinkova Slovak Xalq Partiyası Hitlerlə əməkdaşlığa Çexoslovakiyaya hücumdan öncə başlamışdır. Onların qarşıya qoyduqları hədəf Slovakiyanın Çexoslovakiya tərkibindən çıxaraq müstəqil olması olur. Bu səbəbdən Almaniya Slovakiyaya öz müttəfiqi kimi baxırdı. 9 mart 1939-cu ildə Çexoslovakiya ordusu Sloveniyaya daxil olaraq Yozef Tisonu hakimiyyətdən uzaqlaşdırır.
Slovakiya Xarici İşlər Nazirliyi
Slovakiya Xarici İşlər Nazirliyi (slovak. Ministr zahraničných vecí Slovenskej republiky) — Slovakiya hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri dövlətin xarici işlərindən məsul hesab edilir. Nazirlik 1990-cı ildə "Slovakiya Respublikasının Beynəlxalq Əlaqələr Nazirliyi" kimi yaradılıb. 1992-ci ildən "Slovakiya Xarici İşlər Nazirliyi" adı ilə tanınır. == Slovakiya dövlətini xarici işlər nazirləri 1939 — 1945 == Ferdinand Dürçanski — (14 mart 1939 — 20 iyul 1940); Voytex Tuka — (20 iyul 1940 — 5 noyabr 1944); Ştefan Tiso — (5 noyabr 1944 — 4 aprel 1945). == Çexoslovakiyanın bir hissəsi olan Slovakiyanın Beynəlxalq Əlaqələr Nazirləri 1990 — 1992 == Milan Knyajko — (6 sentyabr 1990 — 22 aprel 1991); Yan Çarnoqurski — (22 aprel — 6 may 1991) Pavol Demeş — (6 may 1991 — 24 iyun 1992). == Slovakiya Xarici İşlər Nazirləri 24 iyun 1992 == Milan Knyajko — (24 iyun 1992 — 19 mart 1993); Yozef Moravçik — (19 mart 1993 — 15 mart 1994); Eduard Kukan — (15 mart — 13 dekabr 1994); Yuray Şenk — (13 dekabr 1994 — 27 avqust 1996); Pavol Qamjik — (27 avqust 1996 — 11 iyun 1997); Jdenka Kramplova — (11 iyun 1997 — 6 oktyabr 1998); Yozef Kalman — (6 oktyabr — 30 oktyabr 1998); Eduard Kukan — (30 oktyabr 1998 — 4 iyul 2006); Yan Kubiş — (4 iyul 2006 — 26 yanvar 2009); Miroslav Layçak — (26 yanvar 2009 — 9 iyul 2010); Mikulaş Dzurinda — (9 iyul 2010 — 4 aprel 2012); Miroslav Layçak — (4 aprel 2012 —).
Slovakiya milli futbol komandası
Slovakiya milli futbol komandası — Slovakiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.

slovakiya sözünün fransız dilinə tərcüməsi

"slovakiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#slovakiya nədir? #slovakiya sözünün mənası #slovakiya nə deməkdir? #slovakiya sözünün izahı #slovakiya sözünün yazılışı #slovakiya necə yazılır? #slovakiya sözünün düzgün yazılışı #slovakiya leksik mənası #slovakiya sözünün sinonimi #slovakiya sözünün yaxın mənalı sözlər #slovakiya sözünün əks mənası #slovakiya sözünün etimologiyası #slovakiya sözünün orfoqrafiyası #slovakiya rusca #slovakiya inglisça #slovakiya fransızca #slovakiya sözünün istifadəsi #sözlük