Aleksandra Smirnova-İskəndər
Aleksandra Vasilyevna Smirnova-İskəndər (rus. Смирнова-Искандер, Александра Васильевна; 18 (30) noyabr 1896 – 2000, Sankt-Peterburq) — teatr rejissoru, Vsevolod Meyerholdun tələbəsi. Meyerholdun emalatxanası, mühasirəyə alınmış Leninqradın rəssamları haqqında xatirələrin, teatr haqqında “Yadımda qalanlar haqqında” xatirələr kitablarının müəllifi. Uşaq yazıçısı və tənqidçisi Vera Smirnovanın bacısı.
== Həyatı ==
Aleksandra Vasilyevna Smirnova 1896-cı ildə Ryazan quberniyasının Solçino kəndində kəndli ailəsində anadan olub.
1898-ci ildə atası İmperator Rəssamlıq Akademiyasında komendant kimi işləməyə başlayanda Aleksandra anası ilə birlikdə Sankt-Peterburqa köçüb.
1903-cü ildə atası Rus-Asiya Bankında işləmyə başladı və ailəni Yeni Margelana (hazırda Fərqanə; 1907-1924-cü illərdə şəhər Skobelev adlanırdı) köçürüb.
1911-ci ildə Aleksandra Skobelevski adına qadın gimnaziyasını qızıl medalla bitirərək təhsilini Sankt-Peterburqa davam etdirməyə gedir. Bir il Psixonevrologiya İnstitutunda oxuyur, sonra təhsilini Bestujev adına Qadınlar üçün Ali Kurslarda davam etdirir.
1914-1917-ci illərdə Aleksandra və onun gələcək həyat yoldaşı, Rəssamlıq Akademiyasının tələbəsi Aleksey Maksimoviç Smirnov Borodinskaya küçəsindəki Vsevolod Meyerholdun studiyasında teatr sənəti üzrə təhsil alırlar.