smitsonit sözü azərbaycan dilində

smitsonit

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • smitsonit • 66.6667%
  • Smitsonit • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Smitsonit
Smitsonit – Zn [CO3] - triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Dəmirli və manqanlı smitsonitlər. Rəng – ağ, rəngsiz, boz, sarımtıl, yaşılımtıl, narıncı, mavi, qəhvəyi, qırmızı, çəhrayı; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,5; Sərtlik – 4,5-5; Kövrəkdir; Ayrılma – romboedr {1011} üzrə orta; Sınıqlar – qeyri-hamardan yarımqabıqvariyədək; Lüminessensiya – katod şüalarında çəhrayı; Morfologiya – kristallar: nadir rast gəlir; romboedrik, skalenoedrik; üzləri adətən əyilmiş və qeyri-hamar olur; Mineral aqreqatları: dənəvər, qabıq-, böyrək-, salxım- və torpaqvarı, sıx, şüşəyəoxşar, lifli, məsaməli, oyuqlu kütlələr, stalaktitlər. Sfaleritsaxlayan filiz yataqlarının oksidləşmə zonasında rast gəlir, sfaleritin, damarlardakı karbonatların və ya filizyerləşdirən əhəngdaşlarının və dolomitlərin əvəzlənməsi yolu ilə əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: sfalerit, qalenit, malaxit, azurit, kalsit, serussit, hötit, hidrohötit, hidrohematit və b. Mineralın tapıldığı yerlər: Ledvill, Kolli, İnyu (ABŞ); Meksika; Sumeb (Namibiya); Monteponi və İqlesias (İtaliya); Dalneqorski (Rusiya); Açısay (Qazaxıstan) və b. Azərbaycanın bir sıra filiz yataqlarının (Filizçay, Katex, Katsdağ, Mehmana, Ağdərə, Gədəbəy, Novoqorelovski və b.) oksidləşmə zonasında qeyd olunan smitsonit tapıntıları mineraloji əhəmiyyət kəsb edir. İri yığınlarının mühüm sink mənbəyi kimi böyük praktik əhəmiyyəti vardır. Azərbaycan mineralları.

Oxşar sözlər

#smitsonit nədir? #smitsonit sözünün mənası #smitsonit nə deməkdir? #smitsonit sözünün izahı #smitsonit sözünün yazılışı #smitsonit necə yazılır? #smitsonit sözünün düzgün yazılışı #smitsonit leksik mənası #smitsonit sözünün sinonimi #smitsonit sözünün yaxın mənalı sözlər #smitsonit sözünün əks mənası #smitsonit sözünün etimologiyası #smitsonit sözünün orfoqrafiyası #smitsonit rusca #smitsonit inglisça #smitsonit fransızca #smitsonit sözünün istifadəsi #sözlük