* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Yağda qızardılmış soğan. Soğança hazırlamaq. – [Fərrux:] Mənzər, soğançanı ayrı qızart, özünü də çox elə. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / soğança1 Soğanı yağda qızartmaqla üstünə su töküb çörək doğrayır və dadlı xörək əldə edirlər. Sözün mənası “soğanla bişən” deməkdir (soğanı çox olur). Buğança sözü də olub və “buğda bişirilən” mənasında işlədilib. İndi buğança yerinə buğlama işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / soğança1 сущ. гъеридал тагънавай чичӀек; soğança hazırlamaq чичӀек тагъун.
Azərbaycanca-ləzgicə lüğəti / soğança(Bərdə, Borçalı, Çənbərək, Daşkəsən, Xanlar, Qazax, Tərtər, Tovuz) 1. xörək adı (soğan, yağ, su, kartof və quru çörəkdən hazırlanır) (Bərdə, Borçalı, Daşkəsən, Qazax, Tərtər, Tovuz). – Soğança soğannan yağdan olor (Borçalı); – Soğançanı əkinçilər sövir (Qazax); – Soğançeyi yedim usdadım (Daşkəsən) 2. yağda qovrulmuş soğan (Çənbərək, Xanlar). – İsdidə soğança ver uşax yesiη, yola çıxsın (Çənbərək); – Soğançanı ərişdədə də işdədirix’, qaşıx xingəlində də işdədirix’ (Xanlar)
Azərbaycan dilinin dialektoloji lüğəti.