SOCAR-Energy sözü azərbaycan dilində

SOCAR-Energy

Yazılış

  • SOCAR-Energy • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
SOCAR
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ya qısaca SOCAR (ing. SOCAR - State Oil Company of Azerbaijan Republic) — dünyanın ən böyük milli neft şirkətlərindən biridir. Neftin çıxarılması, daşınması, emalı və istehlakında olduğu üçün inteqrasiya olunmuş şirkətdir. Azərbaycan Respublikasının neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədilə Azərbaycan respublika prezidentinin 13.09.1992-ci il Fərmanı ilə Azərineft Dövlət Konserninin və Azərnefkimya İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. Ümumiyyətlə, ayrı-ayrı vaxtlarda Azərbaycanda neft sənayesini özündə birləşdirən Azərneft birləşdirdiyi və idarə etdiyi müəssisələrin xüsusiyyətindən asılı olaraq İttifaq əhəmiyyətli trest və ya birlik kimi müxtəlif ittifaq və respublika təşkilatlarına (Azərbaycan SSR Xalq Komissarları Soveti, SSRİ Ali Xalq Təsərrüfatı Şurası, SSRİ Ağır Sənaye Nazirliyi, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası) tabe olmuş və "Azərneftkomitə", "Azərneftkombinat" (sonralar "Azərneft", "Azərneftzavodlar" və "Azərneftmaşınqayırma" birliklərinə ayrılmış), "Azərneftçıxarma" Birliyi adlanmışdır. Şirkətin nəzdində iki neftayırma zavodu, bir neçə beynəlxalq neft-qaz boru kəməri və bir neçə mühəndislik şirkəti var. Hal-hazırda ARDNŞ kapital həcminə görə dünyanın 68-ci ən böyük şirkətidir. == Tarixi == Azərneftin əsasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi (1954–1959), Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi (1965–1970) yaradılmışdır. 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır. Azərneft Azərbaycanın neft sənayesinə rəhbərliyi həyata keçirmək, dağıdılmış neft təsərrüfatını bərpa etmək, neft və neft məhsulları istehsalını artırmaq üçün yaradılmış bir təşkilatdır.
SOCAR-GPC
SOCAR-GPC — Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaradağ rayonu ərazisində inşa etməyi planlaşdırdığı qaz emalı və polimer kompleksi. İnşasına 2020-ci ilin I rübünün sonunda başlanılması və 2023-cü ilin III rübündə istismara verilməsi planlaşdırılır. 2019-cu ilin aprel ayında olan məlumata görə layihə üçün FEED (Front End Engineering Design - ilkin detallı qiymətləndirmə), geotexniki və topoqrafik işlər və digər işlər yekunlaşıb, Qaradağ rayonu ərazisində 250 hektar torpaq ayrılıb. Məhsullar üçün Türkiyə, İran, Mərkəzi və Qərbi Avropa, Çin, Rusiya və digər ölkələr ixrac bazarları olaraq nəzərdə tutulub. == Texniki göstəriciləri == SOCAR-GPC qaz emalı və polimer zavodlarından ibarət olacaq. Qaz Emalı Zavodunun illik gücü 10 mlrd. kubmetr həcmində (təmizlənmiş 9,1 mlrd.kubmetr) nəzərdə tutulub. Kompleksdə həmçinin ildə 600 min ton aşağı və yüksək sıxlıqlı polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin istehsalı nəzərdə tutulur. Bundan başqa, daxili istifadə üçün ildə 32 min ton buten, 1,21 min ton heksen-1 istehsalı planlaşdırılır. Layihədən ildə 1 milyard dollar gəlir əldə olunması proqnozlaşdırılır.
SOCAR Tower
SOCAR Tower — Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən çoxmərtəbəli bina. == Tarixi == 2010-cu ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının Heydər Əliyev prospektində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin yeni inzibati binasının təməlqoyma mərasimi keçirilib. ARDNŞ-nin müasir ofis binasının layihələndirilməsi ilə əlaqədar işlərə 2007-ci ildən başlanıb, bununla bağlı müsabiqə elan olunub, dünyanın, eləcə də Azərbaycanın bir sıra nüfuzlu şirkətlərinin təkliflərinə baxılıb. Müasirlik, funksional xüsusiyyətlərinin əlverişliliyi, paytaxtın arxitekturasına, habelə ARDNŞ-nin qoyduğu texniki şərtlərə uyğunluğu baxımından Cənubi Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "külək-alov" konsepsiyası daha cəlbedici hesab edilib. Layihələndirmə işlərinin həmin konsepsiya əsasında aparılması məqsədəuyğun sayılıb. 2007-ci ilin sentyabrında ARDNŞ ilə layihələndirmə müsabiqəsinin qalibi olan "Heerim Architects & Planners Co. Ltd" şirkəti arasında müvafiq müqavilə imzalanıb. 2010-cu ilin martında tikinti üzrə xidmətlərin göstərilməsi üçün açıq müsabiqə elan edilib və dünyanın səkkiz nüfuzlu tikinti şirkəti arasında Türkiyənin "TEKFEN İnşaat və Təchizat" şirkəti qalib gəlib və həmin şirkətlə ARDNŞ arasında müqavilə imzalanıb. == İnşası == Binanın inşasına müəllif nəzarətini və tikintinin idarəetmə işlərini "Heerim" şirkəti həyata keçirəcək.
Socar AQŞ
SOCAR-AQS 2007-ci ildə SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətlərini göstərən birgə müəssisə olaraq təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətdir. == Tarixi == Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür.[1] SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. 2017-ci ildə SOCAR-AQŞ dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılmışdır. Hal-hazırda SOCAR-AQŞ dayaz sulu "Günəşli" yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, ‘’Ümid’’ yatağının 1 saylı və ‘’Bulla’’ yatağında 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.[2] == Mükafatlar == 2010-cu ildə Yeni Qazma Texnologiyalarının və yeni İdarəetmə Metodlarının Tətbiqi nominasiyası üzrə Caspian European Club tərəfindən İLİN ŞİRKƏTİ adına layiq görülmüşdür. 2011- 2013-cü illərdə də Caspian European Club tərəfindən İLİN QAZMA ŞİRKƏTİ mükafatına layiq görülmüşdür 2015-ci ildə BP Azərbaycanın yerli müəssisələr arasında elan etdiyi Qabaqcıl Texnologiyaların Uğurlu Tətbiqi nominasiyası üzrə İLİN ŞİRKƏTİ Mükafatını almışdır. "Caspian Business Award - 2016" mükafatına layiq görülərək İLİN QAZMA ŞİRKƏTİ elan edilmişdir.
Energy Star
Energy Star – ABŞ hökumətinin Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Environmental Protection Agency, EPA) 1992-ci ildə "Energy Star" adı ilə dərc etdirdiyi tövsiyələrə uyğun olaraq monitorların və fərdi kompüterlərin enerji sərfi. Bu tövsiyyələrə görə fərdi kompüter "yatma" rejimində 30 vattdan artıq enerji sərf etməməlidir. Bu proqramda iştirak könüllüdür. Bu tövsiyələrə əməl edən şirkət öz məhsullarını xüsusi işarə ilə damğalamaq (markalamaq) hüququ qazanır.
Hell Energy
Hell Enerji (ing. Hell Energy) — ilk növbədə Avropa və Asiyada yayılmış məşhur bir enerji içki markasıdır. Hell Enerji MMC, 2006-cı ilin aprel ayında xüsusi bir şirkət olaraq quruldu. Üç ildən sonra isə Macarıstanda bazar lideri oldu. Brendin populyarlığı üçün əhəmiyyətli dönüş nöqtəsi isə AT&T Williams Martini Formula 1 Yarış Komandası ilə iki illik sponsorluq müqaviləsi oldu. Burada, Hell Energy, Formula 1 Yarışında iştirakçılara sponsorluq etmiş olan ikinci enerji içkisi olmuşdur. Hell Energy, Rumıniya, Bolqarıstan, Slovakiya, Kipr və Azərbaycanda bazar lideridir və dünyanın 40-dan çox ölkəsində satış etməkdədir. Hell Energy'nin Macarıstan, Türkiyə, Rumıniya, Böyük Britaniya, Rusiya və Kiprdə mərkəzi ofisləri vardır. Hell Energy bir qutusunun kofein miqdarı 90 mg / 250 ml (32 mg / 100 ml) təşkil edir. Bu bir fincan qəhvə ilə eynidir.
Tesla Energy
Tesla Energy — baş ofisi Kaliforniya ştatının Frimont şəhərində yerləşən fotovoltaik sistemlər, batereya enerjisinin saxlanması məhsulları, eləcə də yaşayış, ticarət obyektləri üçün digər əlaqəli məhsul və xidmətlər istehsal edən, satan və quraşdıran avtomobil istehsalçısı Tesla Motors-un törəmə şirkəti.2021-ci ildə şirkət 2020-ci ilə nisbətən 68% artımla 345 meqavatlıq (MVt) günəş enerji sistemləri istehsal edirdi. == Tarixi == Şirkət 30 aprel 2015-ci ildə Tesla Motors-un icraçı direktoru İlon Mask tərəfindən qurulmuşdur. Tesla 2016-cı ilin noyabr ayında SolarCity-ni aldı və Tesla Energy ilə birləşdirdi.
CenterPoint Energy Plaza
CenterPoint Energy Plaza — Hyustonda yerləşən 226 m hündürlüyü olan 47 mərtəbəli binadır. Qüllənin tam tikilməsi 1996-cı ildə başa çatdırılmışdır.
Devon Energy Tower
Devon Energy Tower (başqa adı Two Allen Center) — 159 metr hündürlüyü olan ABŞ-nin Hyuston şəhərində yerləşən göydələn. Tikintisi 1978-ci ildə başa çatmışdı, binada 36 mərtəbə var. Hündürlüyünə görə şəhərdə 25-ci yeri tutur.
Reliant Energy Plaza
Reliant Energy Plaza - Texasın Hyuston şəhərində yerləşən göydələndir. Hündürlüyü 158 metrdir, binanın sahəsi 74,000 m². Bina 2001-ci ildən 2003-cü ilə qədər tikinirdi. Göydələndə 36 mərtəbə var, hündürlüyünə görə şəhərdə 27-ci yeri tutur.
Bluetooth Low Energy
Bluetooth Low Energy, həmçinin Bluetooth LE, əvvəllər Bluetooth Smart — səhiyyə, fitness, mayaklar, təhlükəsizlik və ev əyləncəsi sahələrində yeni tətbiqlərə yönəlmiş, "Bluetooth Special Interest Group" (Bluetooth SIG) tərəfindən dizayn edilmiş və bazara çıxarılmış simsiz şəxsi şəbəkə texnologiyası. Klassik "Bluetooth"dan müstəqildir və uyğunluğu yoxdur, lakin "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) və LE birlikdə mövcud ola bilərlər. Orijinal spesifikasiya "Nokia" tərəfindən 2006-cı ildə "Wibree" adı altında işlənib hazırlanmışdır. 2009-cu ilin dekabrında "Bluetooth Low Energy" adı ilə "Bluetooth 4.0"a inteqrasiya edilmişdir. Klassik "Bluetooth" ilə müqayisədə "Bluetooth Low Energy" oxşar rabitə diapazonunu qoruyur. Bu, əhəmiyyətli dərəcədə azaldılmış enerji istehlakı və xərci təmin etmək üçün nəzərdə tutulmuşdur. iOS, "Android", "Windows Phone" və "BlackBerry", həmçinin "macOS", "Linux", "Windows 8", "Windows 10" və "Windows 11" daxil olmaqla mobil əməliyyat sistemləri lokal olaraq "Bluetooth Low Energy"ni dəstəkləyirlər. == Uyğunluq == "Bluetooth Low Energy" əvvəlki (çox vaxt "klassik" adlanır) "Bluetooth Basic Rate/Enhanced Data Rate" (BR/EDR) protokolundan fərqlidir, lakin iki protokolun hər ikisi bir cihaz tərəfindən dəstəklənə bilər. "Bluetooth 4.0" spesifikasiyası cihazlardan hər hansı birini, ya da LE və BR/EDR sistemlərinin hər ikisini həyata keçirməyə icazə verir. "Bluetooth Low Energy" klassik "Bluetooth" ilə eyni 2,4 GHz radio tezliklərindən istifadə edir.
El Paso Energy Building
El Paso Energy Building - 153 metr hündürlüyü olan Texasın Hyuston şəhərində göydələn. Tikintisi 1963-cü ildə bitmişdi, binada 33 mərtəbə var. Əvvəlcə binanın adı Tenneco idi. Bu göydələn Hyuston şəhərində hündürlüyünə görə 28-ci binadır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.03 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.26

Oxşar sözlər

#socar-energy nədir? #socar-energy sözünün mənası #socar-energy nə deməkdir? #socar-energy sözünün izahı #socar-energy sözünün yazılışı #socar-energy necə yazılır? #socar-energy sözünün düzgün yazılışı #socar-energy leksik mənası #socar-energy sözünün sinonimi #socar-energy sözünün yaxın mənalı sözlər #socar-energy sözünün əks mənası #socar-energy sözünün etimologiyası #socar-energy sözünün orfoqrafiyası #socar-energy rusca #socar-energy inglisça #socar-energy fransızca #socar-energy sözünün istifadəsi #sözlük