Solta sözü azərbaycan dilində

Solta

Yazılış

  • Solta • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adi soltanquş
Soltanquş - Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşmüş quş növü, durnakimilər dəstəsinə və sığırçınlar fəsiləsinə daxildir. == Təsviri == Ümumi rəngi bənövşəyi çalarlı yaşıltəhər—mavidir. Dimdiyi parlaq qırmızıdır. Quyruğunun alt tərəfi ağdır. Ayaqları və barmaqları uzun, rəngi qırmızıtəhərdir. == Yayılması == Avropa, Asiya, Afrika, Avstraliya, Yeni Zelandiyada yayılıb. Azərbaycanda Lənkəran, Kür-Araz və Samur-Şabran ovalıqlarında geniş yayılıb. == Həyat tərzi == Düzən rayonlarının su hövzələrindəki qamışlıq, yulğunluq yaşayır. Cil, Kələdəhnə, Şilyan, Qarasu və s. göllərin qurudulması nəticəsində yaşayış yerləri xeyli azalıb.
Arzu Soltan
Arzu Soltan (tam adı:Arzu Əli qızı Həsənli) — Azərbaycanlı jurnalist, ssenari müəllifi.[mənbə göstərin] == Həyatı == Arzu Soltan 1971-ci il fevralın 2-də Bakıda anadan olub. 1988-ci ildə Bakıdakı 250 saylı orta məktəbi medalla bitirib. 1995-ci ildə isə, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1988-ci ildən Azərbaycan mətbuatında çalışır. "İnşaatçı", "Ordu", "Azadlıq" qəzetlərində və "Olaylar" informasiya agentliyində müxbir, şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1989-cu ildə 18 yaşında ikən SSRİ Jurnalistlər İttifaqının üzvlüyünə qəbul edilib. 2000-ci ildə İsveçdə, 2003-cü ildə ABŞ-də, 2004-cü ildə Polşada jurnalistlər üçün keçirilən kursların iştirakçısı olub. Beynəlxalq Jurnalistlər Federasiyasının (Brüssel) Cənubi Qafqazda gender məsələləri üzrə regional koordinatorudur. Azərbaycanda, Gürcüstanda, Monqolustanda bir sıra təlimlərin aparıcısı olub. "Azərbaycanda qadın mətbuatı" adlı tədqiqat işi, "Cənubi Qafqazda gender situasiyası" mövzusunda çıxışı Azərbaycanda və xaricdə bir sıra mətbuat orqanlarında nəşr olunub.
Bala Soltanlı
Balasoltanlı və ya Bala Soltanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Balasoltanlı kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Etnotoponimdir. Oykonim "Soltanlı yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Adı Cəbrayıl rayonundakı Soltanlı kəndi ilə bağlıdır. == Tarixi == Yaşayış məntəqəsini XIX əsrin ortalarında indiki Cəbrayıl rayonundakı Soltanlı kəndindən köçmüş ailələr salmışlar.28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 7 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir. == Coğrafiyası == Balasoltanlı kəndi Həkəri çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. == Əhalisi == 1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.
Böyük simfonik orkestr üçün konsert (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün konsert — 1964-cü ildə bəstəkar Soltan Hacıbəyov tərəfindən simfonik orkestr üçün yazılmış kompozisiya əsəri. "Böyük simfonik orkestr üçün konsert" əsəri – təzadların parlaqlığı, orkestr rənglərinin zənginliyi ilə seçilən kompozisiya əsəridir. Digər əsərlərində olduğu kimi, konsert əsərində də Soltan Hacıbəyovun yaradıcılıq üslubunun xarakterik xüsusiyyətləri – obrazların janr məişət səciyyəsi və təsviriliyi öz ifadəsini tapır. Lakin bəstəkarın "Karvan" simfonik lövhəsi və "Simfonik orkestr üçün üvertura" əsərlərindən fərqli olaraq, konsert əsərində janr-məişət təsviri fon rolunu oynayır. Bu fonda psixoloji hadisələrdə – bəstəkarın həyat haqqında, sənətkarın cəmiyyətdəki yeri barədə fikirləri, onun dünyada baş verən mürəkkəb prosesləri düşünmə cəhdləri öz əksini tapır. Birhissəli konsert əsərinin ideya-bədii konsepsiyası dörd bölmədə açıqlanır. El şənliyinin çoxrəngli mənzərəsi – birinci və ikinci bölmələr, subyektiv-lirik düşüncə – üçüncü bölmə, daim hərəkətə çağıran həyat burulğanı – dördüncü bölmə bir-birini əvəz edir. Konsert əsərinin quruluşunu əmələ gətirən bu dörd bölmə sonata-simfonik silsilənin hissələrinə uyğun gəlir. Birinci bölmə əsərin ideya-məna mərkəzidir, ikinci bölmə əvvəlkinin obrazlı inkişafını davam etdirərək, onun yeni cəhətlərini açır. Üçüncü bölmə əsas dramaturji xətti gərginləşdirir, dördüncü bölmə isə silsiləni yekunlaşdırır.
Böyük simfonik orkestr üçün uvertüra (Soltan Hacıbəyov)
Böyük simfonik orkestr üçün uvertüra və ya "Bayram" uvertürası — bəstəkar Soltan Hacıbəyov tərəfindən 1956-cı ildə simfonik orkestr üçün yazılmış uvertüra əsəri. Milli simfonik uvertüra nümunələri arasında bəstəkər Soltan Hacıbəyovun böyük simfonik orkestr üçün yazdığı uvertürasında xüsusi seçilir. Bu uvertüra musiqinin sevincli koloriti ilə, inkişaf prosesinin ümumi dinamik məqsədyönlülüyü ilə, forma yığcamlığı və orkestrovkası ilə seçilir. Uvertüra əsərinin tematizminin parlaqlığı, inkişafın ümumi obrazlı-məna istiqaməti əsərdə proqramlılıq keyfiyyətlərini aşkar edir. Uvertürada bütün ideyanın ümumiləşdirilməsi ayrı-ayrı obrazların konkretliyi ilə uzlaşır. İdeyanın ümumiləşdirilməsi əsərin əsas mövzusunun – vətənin məhd edilməsinin geniş təcəssümü vasitəsilə həyata keçirilir. Konkret obrazlılıq, xalq-məişət musiqisinin müxtəlif janrlarının ifadə vasitəsilə üzə çıxır. Bəstəkarın proqram fikri simfonik uvertüra janrı üçün ənənəvi olan sonata allegro formasındadır. Uvertüra iki mövzunun obrazlı kontrastı üzərində qurulur. Eyni zamanda, şən oyun havası ilə lirik mahnıvariliyin qarşılaşdırılmasından ibarətdir.
Elnur Soltanov
Elnur Zabit oğlu Soltanov (1974, Mingəçevir) — Azərbaycan energetika nazirinin müavini. == Həyatı == Elnur Zabit oğlu Soltanov Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Zərdabın Məlikli kəndindəndir. Atası Zabit Soltanov 70-ci illərin tanınmış qarmon ifaçılarından olmuşdur. O məşhur "Gecələr" mahnısının müəllifi olsa da, bu günədək müəlliflik hüququnu bərpa edə bilməmişdir. Həyatı keşməkeşli olmuş, 10 yaşlı böyük qardaşını 1981-ci ildə, atasını 1995-ci ildə, özündən kiçik 31 yaşlı qardaşını isə 2012-ci ildə itirmişdir. == Təhsili == Elnur Soltanov 2003-cü ildə Orta Şərq Texniki Universitetində Beynəlxalq Əlaqələr üzrə magistr dərəcəsi və 2003-cü ildə Texas Texnologiya Universitetində (2009) Siyasət elmləri namizədi adını almışdır. == Fəaliyyəti == O, 2000–2003-cü illər ərzində Türkiyənin Ankara şəhərində Avrasiya Strateji Araşdırmalar Mərkəzi (ASAM) nəzdində araşdırmaçı vəzifəsində çalışmışdır. ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru olmuş Elnur Soltanov universitetdə çalışmağa başlamazdan öncə,Truman Dövlət Universitetində çalışmışdır. Eyni zamanda, O, ADA universitetinin "Diplomatik və beynəlxalq əlaqələr" fakültəsinin dekanı vəzifəsində çalışmışdır.↵Elnur Soltanov 28 dekabr 2018-ci ildə Azərbaycanda energetika nazirinin yeni müavini təyin olunmuşdur.
Fətəli-i Soltanlı (Kəleybər)
Fətəli-i Soltanlı (fars. فتحعلي سلطان لو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (61 ailə).
Gəray Soltanov
Gəray Xəlil oğlu Soltanov (29 oktyabr 1993; Beyləqan rayonu, Azərbaycan — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Gəray Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. Ailəli idi. İki qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Gəray Soltanov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Gəray Soltanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Həbibə Soltanova
Həbibə Soltanova Bayraməli qızı (d. 4 sentyabr 1948-ci ildə Bakının Maştağa qəsəbəsi) — coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Soltanova Həbibə Bayraməli qızı 1948-ci ildə Bakının Maştağa qəsəbəsində doğulmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsində təhsil almışdır. coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir. == Elmi fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlamışdır. 1972-ci ildən BDU-nun «Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası» kafedrasında(2004-cü ilin iyul ayından «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrası adlanır) baş laborant. 1980-ci ildən assistent.1985-ci ildən baş müəllim.1988-ci ildən dosent vəzifələrində çalışmışdır.1996-cı ildən həmin kafedranın müdiridir.Elmi fəaliyyəti əsasən xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası istiqamətində olmuşdur. Respublika, regional və beynəlxalq konfranslarda (Türkiyə Respublikasının Çanaqqala Universiteti-1997-ci il, İran İslam Respublikasının Yəzd şəhəri-2000-ci il) məruzələrlə çıxış etmişdir.
Köhnə Soltanqol (Baltas)
Yeni Yaxşıy (başq. Иҫке Солтанғол, rus. Старосултангулово) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Köhnə Yanbay kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Starobaltas): 27 km., kənd sovetliyindən (Köhnə Yanbay): 4 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 93 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (66 %), tatarlar üstünlük təşkil edir.
Maarif Soltan
Qəniyev Maarif Soltan oğlu (Maarif Soltan; 10 aprel 1956, Burovdal, İsmayıllı rayonu) — şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1987). == Həyatı == Maarif Soltan 1956-cı il aprelin 10-da İsmayıllı rayoununun Brovdal kəndində müəllim ailəsində doğulmuşdur. İsmayıllıda 3 saylı şəhər orta məktəbini bitirmişdir (1973). Əmək fəaliyyətinə İsmayıllı tikinti idarəsində fəhlə kimi başlamışdır (1973-1974). Hərbi xidmətdə olmuş (1974-1976), sonra Bakıda 23 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmişdir (1976-1977). Bakı metro tikintisində qazmaçı işləmişdir (1977-1979).Moskvada A.M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsində təhsil almışdır (1979-1984). Yazıçıların Şüvəlandakı yaradıcılıq evində təlimatçı işləmişdir (1984-1986). Hazırda "Qobustan" incəsənət toplusununda baş redaktor müavinidir (1988-ci ildən). Eləcə də, çağdaş şairlərin əsərlərindən ibarət olan illik "Poeziya Günü" tolusunun tərtibçisi və redaktorudur.İlk şeirləri 1973-cü ildə İsmayıllı rayonunun "Zəhmətkeş" qəzetində çap olunsa da, ciddi yaradıcılıqla 1976-cı ildən məşğuldur. Respublika və keçmiş ümumittifaq mətbuatında müntəzəm çıxış edir.
Məhəmməd Soltanəhməd oğlu
Məhəmməd Soltanəhməd oğlu (Biqələm) — şair. == Həyatı == 1860-cı ildə Bakı şəhərinin Hökməli kəndində anadan olmuşdur.Atası Soltanəhməd Bakı kəndlərində məşhur pəhlivan idi.Qardaşı Soltanəhməd də atası kimi pəhlivan olmuşdur.Məhəmmədin isə kiçik yaşlardan marağı şeir,qəzələ idi. Təhsil ala bilməyən Məhəmməd şeirlərini kəndin savadlı mollası sayılan Fərruxa yazdırmışdır.Bu səbəbdən də şeirlərini ``Biqələm`` təxəllüsü ilə yazmışdır.Savad ala bilməməsinin əsas səbəbi maddi durumla bağlı olmuşdur.O Hökməli kənd sakini Qızbacı ilə ailə həyatı qurnuşdur.Onun üç övladı olmuşdur. Qızı Gəlinxanım hal-hazırda Siyəzən rayonunda yaşayır. Lakin,atası həyatdan köçərkən Gəlinxanım azyaşlı olduğundan atası ilə bağlı xatirələri elə də çox deyildir.Məhəmməd Soltanəhməd oğlu qış aylarında qazanc məqsədilə Hökməli kəndi ətrafında qazılmış neft quyularından neft çıxararaq şəhərdə və digər kəndlərdə satırmış.Biqələmin Sərdar adlı oğlu vəfat etmiş,Balacaxanım adlı qızı isə Hökməlidə yaşamır.Biqələm 1930-1935-ci illər arasında vəfat etmiş və Hökməli kənd məzarlığında dəfn edilmişdir. == Yaradıcılığı == Biqələm müxtəlif mövzulu qəzəllər, həcvlər yazmışdır.Tez-tez el şənliklərinə dəvət olunduğu üçün şeirləri də elə bu məclislər vasitəsilə xalq arasında yayılmışdır.O təkcə Bakıda deyil,ölkənin bir çox bölgələrində tanınırdı.Hətta Əliağa Vahid Biqələmin yanına tez-tez gələr və onu özünə ustad bilərmiş. Biqələm məşhur şair Dilqəmlə də dostluq etmişdir. Təhsil almasa belə,yazdığı əsərlərin filoloji təhlili zamanı ərəb-fars tərkiblərindən istifadə etdiyini görürük.Güclü hafizəsi olduğundan o bu sözləri şifahi öyrənmişdir.Lakin,o şeirlərini sadə dildə yazaraq təbii ifadələr işlətmişdir. == Şəxsi keyfiyyətləri == Son dərəcə məğrur insan olan Biqələm çətin günlər keçirməsinə baxmayaraq heç kimdən yardım istəməmişdir.O şeirlərini,qəzəllərini maddi ehtiyacını ödəmək üşün satmamışdır.O şeirlərinin məclislərdə təmənnasız oxunması üçün şərait yaratmışdır.Kiçik həcmli lirik qəzəllərlə yanaşı,dini mövzulara da toxunan Biqələmin şeirlərindən onun dindar şəxs olmasını görmək olur.Biqələm kənd əhalisinə yardım edən,hər kəslə ünsiyyət qurmağı bacaran kamil bir insan olmuşdur. == Elmi əsərlərdə ``Biqələm`` == Həyat və yaradıcılığı haqqda ətraflı tədqiqat aparılmamışdır.Şair haqqında ilk məlumat və bir neçə şeiri ``Deyilən söz yadigardır`` şeir toplusunda nəşr edilmişdir.2006-cı ildə isə Məmmədağa Ağarzaoğlu "Hökməlinin iftixarı Biqələm" adlı kitab çap etdirmişdir.
Nadir Soltanov
Nadir Nəzir oğlu Soltanov (11 yanvar 1984; Şamaxı rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nadir Soltanov 1984-cü il yanvarın 11-də Şamaxı Şəhərində anadan olub. 1990-2001-ci illərdə Şamaxı şəhərində M. Hadi adına 9 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı və 1 oğlu yadigar qaldı. == Hərbi xidməti == Nadir Soltanov 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2005-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun giziri olan Nadir Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nadir Soltanov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Oruc Soltanov
Oruc Fərhad oğlu Soltanov (1 yanvar 1999; Kürdəmir rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Oruc Soltanov 1999-cu il yanvarın 1-də Kürdəmir rayonunun Sovla kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Oruc Soltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oruc Soltanov oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Kürdəmir rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Oruc Soltanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Soltan Qara
Qarayev Sultanəli Balaca oğlu (Soltan Qara) (2 iyul 1962 – 11 oktyabr 2011) — Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam. == Həyatı == Soltan Qara 1962-ci il iyul ayının 2-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 226 saylı orta məktəbdə almış, 1978 – 1982 illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinində (indiki İncəsənət Kolleci) oxumuşdur. 1986-cı ildən bir çox respublika daxili və beynəlxalq sərgilərin iştirakçısı olmuşdur. 1988-ci ildən Yaradıcı Gənclər Assosiyasiyası və Bakı İncəsənət Mərkəzinin, 1990-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Rəssam 2011-ci il oktyabrın 11-də Türkiyənin Konya şəhərində yaradıcılıq ezamiyyətində olarkən faciəli şəkildə həlak olmuşdur. Konya Səlcuk Universitetinin dəvətilə «Səlcukluda elm və sənət» mövzulu böyük bir monumental-dekorativ divar əsərinin mozaika hissələrini işləmək üçün gələn Soltan Qara qonağı olduğu rəssam dostunun emalatxanasının damından yıxılmış, ağır yaralı vəziyyətdə Səlcük Universiteti Məram Tibb Fakültəsi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı. 49 yaşlı rəssamın cənazəsi 13 oktyabr 2011-ci il Bakıya gətirilmiş, doğulduğu Əmircan kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == 1980-ci illərin axırlarında yaradıcı gənc ziyalıların nümayəndələrinin təşəbbüsü ilə Yaradıcı Gənclər Assosiasiyası, sonra isə Bakı İncəsənət Mərkəzi təşkil edilir. Rəssam Soltan Qaranın yaradıcılıq karyerası da həmin dövrdə başlanmışdır.
Soltan Qəribov
Soltan Qəribov (azərb. Qəribov Soltan Xəlfə oğlu‎) — "Şuri" ləqəbi ilə tanınan muğam ifaçısı 26 dekabr 1946-cı İldə Abşeron rayonu Hökməli qəsəbəsində Anadan olmuşdur 3 qızı 2 oğlu var 18 dekabr 2020-ci ildə 73 yaşında Vəfat etmişdir == Həyatı == Soltan Qəribov 26 dekabr 1946-cı ildə Hökməli kəndində anadan olmuşdur. Gənc yaşlarında Əlibaba Məmmədovun dəvəti "Humayun" ansamblında ifa etmişdir. Soltan Qəribov 1961-ci ildə Abşeronda keçirilmiş muğam müsabiqəsinin qalibi olmuşdur. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi məktəbinə daxil olmuşdur.Muğam ustadı Hacıbaba Hüseynovdan dərs alaraq gələcəyin xanəndəsi kimi muğam sənətinin incəliklərini öyrənmişdir. 1973-cü ildən Əhməd Bakıxanovun adını daşıyan ansamblda çıxış etməsi təklif edilir. Əhməd Bakıxanovun təklifi ilə 2 il ansanbılında çıxış etmişdir. Abşeronun muğam məktəbinin tanınmış xanəndəsi kimi tanınırdı. == Vəfatı == 18 Dekabr 2020-ci ildə vəfat etmişdir.
Soltan Soltanlı
Soltan Soltanlı (tam adı: Soltan Qalib oğlu Soltanlı; d. 1976, Kalva, Ağsu rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanı rəngkarı, qrafiki, karikaturaçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (2006). == Həyatı == Soltan Soltanlı 1976-cı ildə Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kəndində müəllim ailəsində doğulub. 1993-cü ildə o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur və 1997-ci ildə oranı bitirir. 1997–2000-ci illərdə isə həmin universitetin dilçilik üzrə magistraturasında oxuyur. O, 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Soltan Soltanlı 1995-ci ildə keçmiş Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə öyrənmək məqsədilə dərslərə gedir və oradakı ənənəvi təhsilin xəyallarındakı yaradıcılıq üçün yetərsizliyini görür, onda qəti olaraq rəssamlıq təhsili almamaq düşüncəsi yaranır. O, özündən öyrənməyə üstünlük verir. Rəssamın yaradıcılığı üçün fəlsəfilik başlıca özəllikdir. Soltan rəngkar, qrafik və karikaturaçıdır.
Soltan Yusif
Yusifov Soltan Sərdar оğlu (Soltan Yusif) (1935-2003) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Soltan Yusif 29 noyabr 1935-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olub. Erkən yaşlarından eşitmək qabiliyyəti itirib. Kərimbəyli kənd 7 illik orta məktəbi bitirib, bir müddət kənddə qalıb kolxozda işlədikdən sonra Bakıya gələrək karlara məxsus axşam fəhlə-gənclər məktəbinin 8-ci sinfində təhsilini davam etdirib, gündüzlər çəkmə tikməklə məşğul olaraq axşamlar dərsə gedib. Atasının vəfat etməsi, böyük qardaşının hərbi xidmətdə olmağı və sonra Neft Sənaye İnstitutunda oxumağı, anası Güllər xanımın evdar qadın olması onu işləmək məcburiyyəti qarşısında qoyub. Bununla belə 8-ci sinifdə dərslərindən əla qiymətlər aldığı üçün yanvar imtahanından sonra komissiyanın qərarı ilə onu 8-ci sinifdən 10-cu sinifə keçiriblər. Dərsliklər ayrı, fənnlər ayrı olsa da, çətinliyə baxmayaraq, o, əlaçı olaraq qalıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini N.K. Krupskaya adına Bakı Kitabxanaçılıq Texnikumunun qiyabi Mədəni-maarif şöbəsinə verib. Texnikumu bitirəndən sonra Karlar cəmiyyətinin Bakı şəhər şöbəsinin sədri, Azərbaycan Karlar Cəmiyyətinin mərkəzi idarə heyətinin sədri, sədr müavini, direktor müavini, direktoru, hüquqşünası vəzifələrində işləyib, özünün təşəbbüsü ilə nəşrə başlamış cəmiyyətin orqanı "Bizim həyat" qəzetinin şöbə müdiri, sonra isə baş redaktoru olub. Soltan Yusifin 7 şeirlər və poemalar kitabı nəşr edilib, şeirlərinin çoxu müxtəlif dillərə çevrilib.
Soltan quşunun sorağında (film, 1988)
== Məzmun == Filmin mövzusu təbiətin mühafizəsi ilə bağlıdır. Kinolentdə Azərbaycanın səfalı guşələrindən olan Qızılağac Dövlət Təbiət Qoruğundan, onun vəziyyətindən danışılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Toğrul Cuvarlı, Zaur Məhərrəmov Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov ????: S.Məmmədov ????: K.Məmmədov Filmdə çəkilən: Səadət Tağıyev (Qızılağac Dövlət Qoruğunun müdiri), Sabir İsrafilov (Azərbaycan SSR Təbiəti Mühafizə Komitəsinin əməkdaşı) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Soltan Şıxəliyev
Soltan Şixəliyev (tam adı:Şixəliyev Soltan Hümbət oğlu;22 sentyabr 1904, Göyçay qəzası – 1972, Bakı) — Sosialist Əməyi Qəhrəmanı, Kürdəmir rayon İcraiyyə Komitəsinin sədri == Həyatı və təhsili == 22 sentyabr 1904-cü ildə Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdir. Qusar polkunda siyasi rəhbər kimi xidmət etmişdir. Hərbi xidməti bitirdikdən sonra Azəriittifaqın Gəncə şəhərində təsis etdiyi mühasibat məktəbinə oxumağa göndərilmişdir. Leninqradda ali təhsil almışdır. === Vəfatı === 17 noyabr 1972-ci ildə vəfat etmişdir. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Təhsilini başa vurduqdan sonra Kürdəmir rayon Kooperativlər İttifaqının baş mühasibi təyin olunmuşdur. İlk kəndli kooperativinin fəal təşkilatçılarından biri olMmuşdur. Bir il ərzində 100 nəfərdən çox kəndli kooperativinə üzv cəlb etmişdir. Rayon mərkəzində və bir çox kəndlərdə kəndli kooperativləri açmışdır.
Soltan Əli Mirzə Qacar
Şahzadə Soltan Əli Mirzə Qacar — "Qacar Şah Ailəsi"nın başçısı. == Həyatı == Şahzadə Soltan Əli Mirzə Qacar 16 noyabr 1929-ci ildə Livanın Beyrut şəhərində anadan olmuşdur. Atası Şahzadə Məcid Mirzə Qacar, babası isə 1907-1909-cu illərdə Qacar Dövlətinin şahı olmuş Məhəmmədəli şah Qacardır. Qacar Dövlətinin sonuncu şahı Sultan Əhməd şah Qacarın qardaşı oğludur. Soltan Əli Mirzə Qacarın rəhbərliyi ilə 1999-cu ildə Prof. M.Tehranian (Havay Universiteti), Prof. M.M.İsgəndəri Qacar (Santa Barbara Şəhər Kolleci) və Barjesteh van Vaalvijk van Doorn tərəfindən Beynəlxalq Qacar Araşdırmalar Assosiasiyası (International Qajar Studies Association) yaradılmışdır. Soltan Əli Mirzə Qacar assosiasiyanın fəxri prezidenti idi.
Soltan Əzizov
Soltan Hümmət oğlu Əzizov (18 dekabr 1920, Nuxa qəzası – 2009) — Azərbaycan dövlət xadimi. == Həyatı == 1959-cu il avqust ayının 18-də Ağdam Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd təsərrüfatında rəhbərlik sahəsində və partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə yolverdiyindən tutduğu vəzifədən azad edilmiş, Soltan Hümmət oğlu Əzizov birinci katib seçilmişdi. 1962-ci ilin iyul ayında Ağdam RPK-nın növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir.Meyvə, Tərəvəz, Çay Subtropik Bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonralar sovxozlar naziri, tədarük naziri vəzifələrində işləmişdir. Qeyd olunub ki, S. Əzizovun xidmətləri yüksək qiymətləndirilmişdir. O, Lenin ordeni, üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni, bir çox medallarla, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanları ilə təltif olunmuş, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan KP MK-nın üzvü seçilmişdir. Şəki şəhərində küçələrdən birinə S. Əzizovun adı verilmişdir.
Soltanabad
Soltanabad (Ənzəl) — Soltanabad (Urmiya) — Soltanabad (Çaroymaq) ‎Soltanabad (Qürvə) Soltanabad (İran) — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Xoşab şəhristanının mərkəzidir. Soltanabad (Saatlı) — Saatlı rayonunda kənd.
Soltanabad-i Qızıltəpə (Bicar)
Soltanabad-i Qızıltəpə (fars. سلطان آباد قزل تپه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 214 nəfər yaşayır (50 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Soltanabad (Hurand)
Soltanabad (fars. سلطان اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (11 ailə).

"solta" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#solta nədir? #solta sözünün mənası #solta nə deməkdir? #solta sözünün izahı #solta sözünün yazılışı #solta necə yazılır? #solta sözünün düzgün yazılışı #solta leksik mənası #solta sözünün sinonimi #solta sözünün yaxın mənalı sözlər #solta sözünün əks mənası #solta sözünün etimologiyası #solta sözünün orfoqrafiyası #solta rusca #solta inglisça #solta fransızca #solta sözünün istifadəsi #sözlük