* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Uşağı, övladı olmayan. Sonra Tutu xala, mənim bu sonsuz mehriban xalam, ayağa qalxıb işığı yandırdı. Ə.Məmmədxanlı. Sonsuz, dul kişi [Sultan Əmirli] çox zaman evə baş salmaq belə istəməzdi. İ.Hüseynov.
Azərbaycan dilinin izahlı lüğəti / sonsuz2 sif. Sonu, nəhayəti, axırı olmayan; hədsiz, bitməz-tükənməz. Sonsuz qayğı. Sonsuz boşluq. Sonsuz bir maraq. Sonsuz məhəbbət. – Bu bəxtiyar üzlərdə nə nadir yaraşıq var! Sonsuz sevinc doğurur işıqların yanması. R.Rza. Sən açdın beləcə son səhərini; Son səhər bir sonsuz gecəyə döndü. N.Xəzri.
Azərbaycan dilinin izahlı lüğəti / sonsuz3 \ – sonunun düşünülməsi çətin olan. Sərhədləri qoyulmayan, verilmiş olan hər böyüklükdən daha böyük olan.
Fəlsəfə terminlərinin izahlı lüğəti / sonsuz1 Əsli soysuz kimi olub və digər türk dillərində indi də belə işlədilir. Məsələn, qaqauz dilində soysuz kəlməsi var və ruscaya “безродный”, “неродовитый” kimi tərcümə olunur. Bizdə qəbilə (род) və tayfa (племя) sözləri işlədilir, hər ikisi ərəbcədir, soy “nəsil”, boy “qəbilə”, oymaq isə “tayfa” deməkdir. Soysuz soyu artıra bilməyən (uşağı olmayan) adamlara deyilir. Sonsuz sözü müasir dilimizdə “hədsiz”, “bitməz-tükənməz” mənasında işlədilir. Tarixi mənbələrdə soysuz sözünün sinonimi kimi sonsuz kəlməsi də qeydə alınıb. Görünür, ikinci söz birincinin dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sonsuz2 I SONSUZ (sonu, həddi olmayan) Onun iri gözləri sonsuz bir qəzəblə alışıb yandı (M.Hüseyn); AQİBƏTSİZ Aqibətsiz olan karvansaradır; Bilmirsən əvvəli, sonu haradır (M.Rahim); NAMÜTƏNAHİ (köhn.) [Nizami Qətibəyə:] Dünyaya namütənahi deyənlər də yanılırlar (M.S.Ordubadi); İNTƏHASIZ, NƏHAYƏTSİZ (bax). II SONSUZ (yalnız qadın haqqında: uşağı, övladı olmayan) Sonra Tutu xala, mənim bu sonsuz mehriban xalam, ayağa qalxıb işığı yandırdı (Ə.Məmmədxanlı); DOĞMAYAN [Əhməd:] Bu iplər nəzir sahibləri tərəfindən bağlanmış, beşiklər isə doğmayan qadınlar tərəfindən asılmışdır, – dedi (A.Şaiq); ƏRƏMİK (məc.) Arvadların xısınlaşmasına görə Maro yasavul Kəlbalının ərəmik arvadı Göyərçinə uyuxmuşdu (S.Rəhimov). III sonsuz bax övladsız IV sonsuz bax ucsuz-bucaqsız
Azərbaycan dilinin sinonimlər lüğəti / sonsuz1 SONSUZ I sif. Uşağı olmayan kişi və ya arvad. SONSUZ II sif. Hədsiz, nəhayətsiz. Ürəklərə od verən; Sonsuz atəş kimiydin (Ə.Kürçaylı).
Azərbaycan dilinin omonimlər lüğəti / sonsuz2 1 прил. безграничный, беспредельный, бесконечный: 1. не имеющий видимых границ. Sonsuz səxra безграничная степь, sonsuz meşələr бесконечные леса 2. не ограниченный в своих проявлениях. Sonsuz məhəbbət безграничная любовь, sonsuz kədər безграничная скорбь, sonsuz sevinc беспредельная радость; физ. sonsuz müqavimət бесконечное сопротивление; мат. sonsuz hasil бесконечное произведение, sonsuz ardıcıllıq бесконечная последовательность, sonsuz düz xətt бесконечная прямая, sonsuz kəsr бесконечная дробь, sonsuz silsilə бесконечная прогрессия, sonsuz çoxluq бесконечное множество; sonsuz dərəcədə безгранично, беспредельно, бесконечно 2 прил. 1. бездетный (не имеющий своих детей) 2. бесплодный (не способный производить потомство); sonsuz olmaq не иметь своих детей
Azərbaycanca-rusca lüğət / sonsuz1 s. 1. endless, infinite; (i.s.) without an end; everlasting; ~ yol endless road / way; ~ cəhdlər endless attempts; ~ mübahisələr / müzakirələr endless debates / discussions; ~ ərazi infinite space; ~ vaxt infinite time; ~ miqdar infinite number; ~ çəkişmələr everlasting quarrels; 2. (övladsız) childless
Azərbaycanca-ingiliscə lüğət / sonsuz2 прил. 1. эхир авачир, и кьил, а кьил авачир, сергьят авачир (мес. цав); 2. кьадар авачир, акьалтӀ тийир, куьтягь тежер (мес. ашкъи, къайгъу).
Azərbaycanca-ləzgicə lüğəti / sonsuz