sosioloq-ekspert sözü azərbaycan dilində

sosioloq-ekspert

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sosioloq-ekspert • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ekspert
Ekspert (lat. expertus — təcrübəli) – müəyyən edilmiş proqnoz vəzifəsi üzrə rəyin çıxarılması üçün tədqiqatlar aparılması, məsləhətlərin verilməsi, qərarların, rəylərin, hazırlanması, ekspertizanın aparılması üçün cəlb olunan müəyyən sahənin təcrübəli ixtisaslı mütəxəssisi. == Həmçinin bax == Ekspert sistemlər == Mənbə == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Ekspert sistemlər
Ekspert sistemlər - konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır. Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə ərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər. Ekspert sistemi – müəyyən bilgilərə və tətbiq olunduğu sahənin (məsələn, maliyyə və tibb) ekspertləri tərəfindən qoyulmuş analitik qaydalara əsaslanmaqla həmin sahədə problemləri həll edən, tövsiyələr (məsləhətlər) verən və hətta qərarlar qəbul edən tətbiqi proqramın bir növü. Ekspert-insanlar problemləri həll edərkən mühakimə yürütmək qabiliyyətlərindən istifadə edərək faktoqrafik biliklərini tətbiq edirlər. Ekspert sistemində bu iki əsas prinsip bir-biri ilə əlaqəli olan iki ayrıca komponent kimi gerçəkləşdirilib: biliklər bazası və məntiqi nəticə (çıxarma) mexanizmi. Biliklər bazası verilmiş mövzuya aid olan spesifik fakt və qaydaları təqdim edir, məntiqi nəticə (çıxarma) mexanizmi isə ekspert sisteminə nəticə çıxarmağa imkan verən mühakiməyürütmə qabiliyyətini gerçəkləşdirir. Ekspert sistemləri istifadəçi interfeysi və həllin (qərarın) əsaslandırılması kimi əlavə vasitələri də özündə birləşdirir. İstifadəçi interfeysləri, başqa tətbiqi proqramlarda olduğu kimi, sorğuları formalaşdırmağa, informasiyanı təqdim etməyə və sistemlə özgə yollarla qarşılıqlı əlaqədə olmağa imkan verir. Ekspert sistemlərin ən maraqlı komponentlərindən biri olan əsaslandırma vasitələri sistemə çıxardığı nəticələri izah etməyə imkan verir; bu vasitələr sistemi hazırlayanlara həmin sistemlərin işini yoxalmağa imkan verir.
Vaqif Bayramov (sosioloq)
Vaqif Deyruş oğlu Bayramov (28 yanvar 1957, Tbilisi) — Rusiya alimi; Sosiologiya elmləri doktoru, professor. Moskva Dövlət Humanitar‑İqtisad Universitetinin rektoru. == Həyatı == Bayramov Vaqif Deyruş oğlu 1957-ci il yanvarın 28-də Tbilisi şəhərində anadan olub. 1986-cı ildə Moskva Metallurgiya İnstitutunu “metallurgiya sobalarının istilik texnikası və avtomatlaşdırılması” ixtisası üzrə, 2002-ci ildə A.S.Puşkin adına Leninqrad Dövlət Vilayət Universitetini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin dissertasiya şurası 2003-cü ilin may ayında V.Bayramova siyasi elmlər namizədi elmi dərəcəsi verib. O, 2004-cü ildən Moskva Dövlət Humanitar-İqtisad İnstitutunda (2014-cü ildən Moskva Dövlət Humanitar-İqtisad Universiteti) əvvəlcə dekan, sonra institutun birinci prorektoru vəzifəsində çalışıb. 2006-cı ildən həmin institutun rektorudur.2009-cu ilin aprel ayında sosiologiya elmləri doktoru elmi dərəcəsini, 2010-cu ildə isə professor elmi adını alıb. Onun 30 ildən çox ümumi əmək stajı var. V.Bayramov institutun maddi-texniki bazasını genişləndirmiş təcrübəli rəhbərdir. Onun rektor işlədiyi dövr ərzində institutun bütün binalarında, qurğularında və ərazisində miqyaslı təmir-bərpa və abadlıq işləri aparılıb.
Elxan Nuriyev (ekspert)
Elxan Eldar oğlu Nuriyev (15 may 1969, Bakı) — siyasi elmlər doktoru, Azərbaycan Republikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru (2008-2011). == Həyatı == Elxan Eldar oğlu Nuriyev 15 may 1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir. 1993-cü ildə Pakistan Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında, 1993-1996-cı illərdə Rusiya Elmlər Akademiyasında, 2000-ci ildə Almaniyadakı Höte İnstitutunda və 2002-ci ildə Corc Marşal adına Avropa Təhlükəsizlik Mərkəzində təhsil alıb. 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı olub. 1996-1997-ci illər ərzində ABŞ-nin Fulbrayt Təqaüd Proqramının iştirakçısı kimi Corc Vaşinqton Universitetinin baş elmi işçisi vəzifəsində çalışıb.1998-1999-cu illərdə Kaliforniyadakı Beynəlxalq Araşdırmalar üzrə Monterey İnstitutunda və Vudro Vilson adına Beynəlxalq Mərkəzdə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2000-ci ildə Almaniyanın Aleksandr von Humboldt adına elmi tədqiqat mükafatına layiq görülmüşdür. 2000-2003-cü illərdə Almaniyanın Sülh və Münaqişələr İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışmışdır. Eyni zamanda, 2001-2004-cü illər ərzində Corc Marşal adına Təhlükəsizlik Məsələlərinin Araşdırılması üzrə Avropa Mərkəzinin nəzdindəki Cənubi Qafqaz üzrə beynəlxalq ekspert qrupunun həmsədri olub. 2005-2006-cı illərdə Almaniyanın Beynəlxalq Siyasət və Təhlükəsizlik İnstitutunda aparıcı ekspert kimi işləmişdir.2004-2010-cu illərde Qərb Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının professor vəsifəsində çalışmışdır.

Oxşar sözlər

#sosioloq-ekspert nədir? #sosioloq-ekspert sözünün mənası #sosioloq-ekspert nə deməkdir? #sosioloq-ekspert sözünün izahı #sosioloq-ekspert sözünün yazılışı #sosioloq-ekspert necə yazılır? #sosioloq-ekspert sözünün düzgün yazılışı #sosioloq-ekspert leksik mənası #sosioloq-ekspert sözünün sinonimi #sosioloq-ekspert sözünün yaxın mənalı sözlər #sosioloq-ekspert sözünün əks mənası #sosioloq-ekspert sözünün etimologiyası #sosioloq-ekspert sözünün orfoqrafiyası #sosioloq-ekspert rusca #sosioloq-ekspert inglisça #sosioloq-ekspert fransızca #sosioloq-ekspert sözünün istifadəsi #sözlük