Imperator sovkası
İmperator sovkası — (lat. Schinia imperialis) Pulcuqluqanadlılar dəstəsinin növüdür. Çox nadir növdür, Qafqazın yüksək dağları üçün endemikdir.
Qanadları açılmış halda 23–25 mm-dir. Ön qanadları al-qırmızıdır, ön kənarları enli, yaşılımtıl-qırmızı, azacıq göyümtülə çalan eninə uzanmış sarımtıl-boz rəngli sarğı vardır. Arxa qanadları məxməri-qara, ətrafı və orta hissəsi qırmızımtıl-sarıdır. Bədəni yaşılımtıl-bozdur və azacıq albalı rəngindədir.
Şimali Qafqaz, Gürcüstan, Azərbaycanda isə Böyük və Kiçik Qafqazın dağlıq və yüksək dağlıq hissəsində yayılmışdır. Nəsli kəsilmək üzrədir. Cəmi 2 kəpənəyi tutulmuşdur.