spektrometr sözü azərbaycan dilində

spektrometr

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • spektrometr • 84.6154%
  • Spektrometr • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Spektrometr
Spektrometr fiziki hadisənin spektral elementlərini ayırmaq və onları ölçmək üçün istifadə olunan elmi cihazdır. Spektrometr tez-tez spektral komponentlərin bir formada qarışdırıldığı bir fenomenin davamlı dəyişənini ölçən cihazları xarakterizə etmək üçün istifadə olunan termindir. Gözlə görünə bilən işıqda spektrometr parlaq işığı ayıra bilər. Həmçinin, bu cihaz spektr kimi adlanan fərdi dar işıq lentlərini ayırmaq gücünə malikdir. Bir kütlə spektrometr qazda mövcud olan atomların və ya molekulların kütlələrinin spekrini ölçür. İlk spekrometrlər işığı fərdi rənglərə ayırmaq üçün istifadə edilmişdir. Spekrometrlər fizika, astronomiya və kimya üzrə ilk tədqiqatlarda hazırlanmışdır. Spektroskopiyanın kimyəvi tərkibi müəyyən etmək qabiliyyəti onun inkişafına təkan verdi və onun əsas istifadələrindən biri olaraq qalır. Spekrometrlər ulduzların və planetlərin kimyəvi tərkibini analiz etmək üçün astronomiyada istifadə olunur və spekrometrlər kainatın yaranması haqqında məlumat toplayırlar. Spektromerlərə nümunə olaraq atomları, hissəcikləri və molekulları implus, kütlə və yaxud enerji ilə ayıran cihazları göstərmək mümkündür.
Alfa-spektrometr
Alfa-spektrometr(A.s) -radioaktiv nüvələrin buraxdığı α-zərrəciklərinin energetik paylanmasını ölçmək üçün cihazdır. Nüvə fizikası inkişafının ilkin mərhələlərində və radioaktivliyin tədqiqində geniş tətbiq olunmuşdur. α-spektrlərin incə quruluşunu tədqiq etmək və α-zərrəciklərin enerjisinə görə nüvələri aşkar etmək üçün tətbiq olunur. Müasir A.-s.-in işi α-zərrəciklərin ionlaşdırıcı xassəsinə (ionlaşma A.-s.), ya da onların maqnit sahəsi ilə qarşılıqlı təsirinə (maqnit A.-s.) əsaslanır. Ayırdetmə qabiliyyəti zəif və işıq qüvvəsi (cismi bucaq) çox böyük olan ionlaşma A.-s.-ləri uzun müddət yaşayan (yarımparçalanma dövrü 106 ildən böyük) və yeni yaranan nüvələri tədqiq etməyə imkan verir. Maqnit A.-s.-də enerji α -zərrəciklərin maqnit sahəsində meylinə görə təyin olunur. İonlaşma kameralarında α-zərrəciklərin enerjisi digər α-zərrəciklərin məlum enerjisi ilə müqayisə olunur. Alfa-spektroskopiya- Ana nüvənin parçalanması ilə yaranan α-zərrəciklərin spektri bala nüvənin müxtəlif səviyyələrinin keçidlərinə uyğun çoxlu monoenergetik xətlərdən ibarətdir. α -zərrəcik spinə malik olmadığından saxlanma qanunlarına uyğun hərəkət miqdarı momentinə görə seçmə qaydaları I=L və cütlük sadə olur. α-zərrəciyin bucaq momenti L aşağıdakı intervalda qiymət ala bilər: α-aktiv nüvələrin buraxdığı α-zərrəciklər axınının enerjisi və intensivliyinin ölçülməsi üçün qazboşalma və yarımkeçirici zərrəcik detektorlarından, həmçinin spektrometrlərdən istifadə olunur.
Mass-spektrometriya
Mass-spektrometriya - maddələrin ionlaşmış hissəciklərinin kütləyə görə xüsusi analizatorlarda ayrılmasına əsaslanan fiziki analiz növü. Mass-spektrometriya kütlə spektrlərini, atomların kütlə ədədlərini dəqiqləşdirməyə, yeni izotoplar aşkar etməyə, müxtəlif obyektlərdə izotopların yayılmasını müəyyən etməyə imkan verir. Kütlələrin spektrini qeydə almaq sistemindən asılı olaraq üsul mass-spektroskopiya (işıqlanan ekranda kütlələrin bütün spektrinin alınması) və ya mass-spektroqrafiya (fotoplastinkadan istifadə etdikdə) adlanır. Mass-spektrometriya yeni izotopların identifikasiyası üçün əlverişli üsuldur. Geologiyada süxur, mineral, filiz, sularda element izotoplarının yayılmasının anomal nisbətlərinin tədqiqinin bütün hallarında mass-spektrometriya izotop tədqiqatlarının əsas üsulu kimi istifadə edilir. İzotop tərkibinin variyasiyaları nümunədə radiogen izotopun yığılması, ya da müxtəlif geoloji proseslərinin təsiri, temperatur fərqləri, genezis və b. faktorlarla bağlıdır. Mass-spektrometriya (mass-spektroskopiya, mass-spektroqrafiya, mass-spektrometrik tədqiqat, analiz və.s) ionlaşma zamanı əmələ gələn təcrübə komponentlərinin marağını əks etdirən ionların kütlələrinin enerjiyə olan nisbətini təyin etməyə əsaslanan maddələrin tədqiqat metodudur. Maddənin keyfiyyət identifikasiyasının güclü üsullarından biri olub, kəmiyyəti təyin etməyə də imkan verir. Demək olar ki, mass-spektrometriya — təcrübədə olan molekulun "tərəzidə çəkilməsidir." Bütün mass-spektrometrlər – vakum cihazlarıdır, bir halda ki, ionlar yad molekulların iştirakı zamanı ionlar qeyri-sabitdirlər.

spektrometr sözünün rus dilinə tərcüməsi

"spektrometr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#spektrometr nədir? #spektrometr sözünün mənası #spektrometr nə deməkdir? #spektrometr sözünün izahı #spektrometr sözünün yazılışı #spektrometr necə yazılır? #spektrometr sözünün düzgün yazılışı #spektrometr leksik mənası #spektrometr sözünün sinonimi #spektrometr sözünün yaxın mənalı sözlər #spektrometr sözünün əks mənası #spektrometr sözünün etimologiyası #spektrometr sözünün orfoqrafiyası #spektrometr rusca #spektrometr inglisça #spektrometr fransızca #spektrometr sözünün istifadəsi #sözlük