stadi sözü azərbaycan dilində

stadi

Yazılış

  • stadi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
"İmarət" stadionu
İmarət stadionu — 1952-ci ildən 1993-cü ilə qədər Azərbaycanın Ağdam şəhərində yerləşən stadion. SSRİ-də sırf futbol üçün tikilmiş yeganə stadion. 1993-cü ilinin iyun ayında Ağdam uğrunda döyüş zamanı Ermənistan Silahlı Qüvvələrinin artilleriyası tərəfindən iki dəfə mərmi zərbərlərinə məruz qalaraq, yarasız vəziyyətə salınıb. == Tarixi == İmarətin əsas qapısı Kommunist küçəsi tərəfdən idi. Ora milli ornamentlərlə "İmarət" yazılmışdı. Köhnə ağacdan qapıda düzəldilmişdi. Stadionun əsas girişinə daxil olanda sol tərəfdə restoran və futbolçuların bazası idi. Stadionun arxa girişi isə Füzuli küçəsindən başlayırdı. Stadionun yaxınlığında Xurşidbanu Natəvanın heykəli var idi. Stadionun direktoru erkən illərdə şair Germanın Hüseynov atası Əli olmuşdu.
"İnşaatçı" stadionu
İnşaatçılar stadionu — Sumqayıt şəhərində yerləşən stadion. 1956-cı ildə tikilərək idmançıların istifadəsinə verilmiş İnşaatçı stadionu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundan sonra Sumqayıtın ikinci ən böyük arenasıdır. Stadionun eyni vaxtda buraxılma qabiliyyəti 164 nəfərdir. Sovet vaxtlarında stadionda otüstü xokkey oyunları da keçirilib. == Mövcud vəziyyəti == Stadionun ot örtüyünün bərbad vəziyyətdə olması texnikalı oyun nümayiş etdirməyə imkan vermir. Tribunalardakı taxta oturacaqlar hələ də dəyişdirilməyib. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqların təmirə ehtiyacı var. Hazırda (2016-cı il üçün) dağılmış vəziyyətdə olan stadionun gələcək taleyi müəmmalıdır.
"Şəfa" stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
AZAL stadionu
AZAL stadionu — Azərbaycan stadionu; Bakıda yerləşir. 2011-ci ildə açılmışdır. Azarkeş tutumu 3500 nəfərdir. == Tarixi == Tikintisinə 2009-cu ildə başlanılan stadion 2011-ci ildə açılıb. Açılış ünü 10 aprel 2011-ci ildə keçirilən oyunda AZAL PFK 1:0 hesabı ilə Bakı FK komandasına qalib gəlib. UEFA tərəfindən iki ulduz verilən stadionda beynəlxalq dərəcəli oyunlar da keçirilə bilər.
Afina Olimpiya Stadionu
Afina Olimpiya Stadionu — Yunanıstanın Afina şəhərində yeləşən idman stadionu. Afina Olimpiya İdman Kompleksinin bir hissəsidir və 1896-cı ildə ilk müasir Olimpiya marafonu qızıl medalçısı Spiridon Luisin adını daşıyır. Stadion Yunanıstanın ən böyük iki idman klubuna - Panatinaykos FK və AEK Afina FK-na ev sahibliyi edir. Arena 2004 Yay Olimpiya Oyunlarında əsas stadion kimi xidmət etmişdir. == Tarix == Afinanın Marousi bölgəsində yerləşən stadion əvvəlcə 1980-ci ildə dizayn edilmiş və 1980–1982-ci illərdə inşa edilmişdir. 1982 Atletika üzrə Avropa Çempionatına ev sahibliyi etmək üçün vaxtında tamamlandı. 8 sentyabr 1982-ci ildə Yunanıstan Prezidenti Konstantinos Karamanlis tərəfindən açılışı oldu. Bir il sonra, 1983-cü ildə, Afina Olimpiya Stadionunda Hamburger FK və Yuventus FK arasında (1-0) 1983 Avropa Kuboku Finalına ev sahibliyi etdi. 1987-ci ildə stadionda Ayaks AFK la Lokomotiv Leypsiq FK arasında 1986–1987 Avropa Kuboklar Kuboku finalı keçirildi (1-0). Olimpiya stadionu UEFA kateqoriyalı dörd stadiondur və Yunanıstanın ən böyük stadionudur.
Albertao stadionu
Albertao stadionu (port. Estádio Governador Alberto Tavares Silva) — Braziliyanın Teresina şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 44,200 nəfərdir. "Flamenqo" İK klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 26 avqust 1973-cü ildə olmuşdur.
Aleppo Beynəlxalq Stadionu
Hələb Beynəlxalq Stadionu (ərəb. ملعب حلب الدولي‎) — Olimpik bir standartlara uyğun, çoxlu imkanlara malik, tamamilə üstü bağlı olan və Hələb şəhərindəki stadiondur. Suriyanın ən böyük stadionudur və hal-hazırda əksər futbol oyunları üçün istifadə edilir. Əl-ittihad Hələb klubu öz ev oyunlarını bu stadionda keçirir. Eyni zamanda Suriya Milli futbol komandasının bəzən ev sahibliyi etdiyi stadiondur. Stadion 2007-ci ildə açılmışdır və 75000 tamaşaçı tutumuna malikdir. Stadion Hələbin cənub bölgəsində, Əl-Həmədani İdman Şəhərciyinin yaxınlığında yerləşmişdir. == Tarixi == Stadiounun inşasına Polşalı inşaatçı-memar Stanislav Kus ilə memar Fevzi Xəlifənin köməyi ilə dizaynlara əsaslanaraq 1980-ci ildə başlanılmışdır. Aralıq Dənizi oyunları üçün 1987-ci ildə inşasının başa çatması planlaşdırılırdı. Suriya hökumətinin səlahiyyətliləri bütün çətinliklərin öhdəsindən gəlmək üçün ciddi bir proqramı tətbiq etdi, ancaq tikinti müddəti 2003-ci ilə qədər dayandı və maliyyə çətinliklər səbəbiylə 2 il gecikdi.
Alfredo Di Stefano stadionu
Alfredo Di Stefano stadionu (isp. Estadio Alfredo Di Stéfano) — İspaniyanın Madrid şəhərində 2006-cı ildə inşa edilən çox məqsədli stadion. Real Madridin rezerv komandası olan Real Madrid B komandasının ev oyunlarını keçirdiyi stadiondur. Stadion klubun keçmiş futbolçusu, komandanın əfsanələrindən hesab olunan Alfredo Di Stefanonun adını daşıyır. Real Madridin ev oyunlarını keçirdiyi, klubun əsas stadionu olan Santyaqo Bernabeu stadionunun təmirə bağlanmasından və bütün dünyada kütləvi hal alan COVID-19 pandemiyasından sonra Real Madridin əsas komandası da 2019–20 mövsümünün ev oyunlarının qalan hissəsini məhz bu arenada bağlı qapılar arxasında keçirməyə başladı.
Alfredo Jakoni stadionu
Alfredo Jakoni stadionu (port. Estádio Alfredo Jaconi) — Braziliyanın ən böyük dördüncü stadionudur. Kaşias-du-Sul şəhərində yerləşir. Tamaşaçı tutumu 30,519 nəfərdir. "Juventude" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 23 mart 1975-ci ildə olmuşdur.
Alparslan Türkeş Stadionu
Alparslan Türkeş Stadionu Kocaelinin Körfəz rayonunda yerləşən futbol stadionudur. “Kocaeli Birliy”in matçlarına ev sahibliyi edir. Stadion, tamamilə oturacaqlı olmaqla 1,790 (min yeddi yüz doxsan) nəfər tutuma malikdir. Stadionda futbol matçlarından əlavə bayram şənlikləri də keçirilir.
Amiqao stadionu
Amiqao stadionu (port. Estádio Governador Ernani Sátyro) — Braziliyanın Kampina Qrande şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 35,000 nəfərdir. "Treze" və "Kampinense" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 1975-ci ildə olmuşdur.
Anatoli Banişevski adına stadion
Anatoli Banişevski adına stadion — Masallı şəhərində fəaliyyət göstərən idman obyekti. Tutumu 7,500 nəfərdir. "Viləş Masallı" FK ev oyunlarını bu stadionda keçirir.
Arruda stadionu
Arruda stadionu (port. Estádio José do Rego Maciel) — Braziliyanın ən böyük dördüncü stadionudur. Resife şəhərində yerləşir. Tamaşaçı tutumu 60,044 nəfərdir. "Santa Kruz" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 4 iyun 1972-ci ildə olmuşdur.
Artemio Françi Stadionu
"Artemio Françi" stadionu — İtaliyanın Florensiya şəhərində yerləşir.
Atatürk Olimpiya Stadionu
Atatürk Olimpiya Stadionu (Türkcə: Atatürk Olimpiyat Stadyumu) - İstanbul'un Başakşehir ilçəsində yerləşir.UEFA-nın 5 ulduzlu stadionlarından biridir. 2006-cu il UEFA kubokunun finalı bu stadionda keçirildi.
Aybroks stadionu
Aybroks stadionu — ilk adı Ibrox Park olan stadion Şotlandiyanın Qlazqo şəhərində yerləşir.
Azərbaycan futbol stadionlarının siyahısı
Azərbaycan futbol stadionlarının siyahısı:
Azərbaycan stadionlarının siyahısı
Azərbaycan futbol stadionlarının siyahısı:
Ağsu şəhər stadionu
Ağsu şəhər stadionu — Azərbaycanın Ağsu şəhərində yerləşən futbol stadionu. Açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur. Üç min tamaşaçı yeri olan stadionun süni örtük döşənmiş meydançası müasir standartlara cavab verir. Tribunaların üstünə metal konstruksiyalardan ibarət örtük quraşdırılmışdır. Kompleksə 4 işıqlandırma lövhəsi, elektron tablo, kafe, inzibati bina və digər yardımçı obyektlər daxildir."Ağsu" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Baba Yara stadionu
Baba Yara stadionu (ing. Baba Yara Stadium) və ya əvvəlki adı ilə Kumasi Sports stadionu (ing. Kumasi Sports Stadium) — Qananın Kumasi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,528 nəfərdir ki, bu göstəriciyə görə Qananın ən böyük stadionudur. "Asante Kotoko" komandası ev oyunlarını burada keçirir. 2008-ci ildə təşkil olunmuş Afrika Millətlər Kuboku matçlarının keçirildiyi stadionlardan biridir.
Bakı Milli Stadionu
Bakı Olimpiya stadionu — UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur. 650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri Fevral, 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart, 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol Komandasıdır. Stadion İyun, 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Əlavə olaraq, stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək. 2019-cu ildə isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir.
Bakı Olimpiya Stadionu
Bakı Olimpiya stadionu — UEFA, FİFA və IAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandaki ən böyük stadiondur. 650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri Fevral, 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor Gölünün yanında salınmışdır və 6 mart, 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol Komandasıdır. Stadion İyun, 2015-də baş tutan Bakı-2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Əlavə olaraq, stadionda UEFA-2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçiriləcək. 2019-cu ildə isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir.
Barradao stadionu
Barradao stadionu (port. Estádio Manoel Barradas) — Braziliyanın Salvador şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 35,632 nəfərdir. "Vitoria" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 1989-cu ildə olmuşdur.
Bayıl stadionu
ASCO Arena — Azərbaycanın Bakı şəhərində stadion; tutumu 3,200 tamaşaçıdır. Vaxtilə Rəvan Bakı və "Sumqayıt" qonaq komandaları burada qəbul edirdi. Keçmiş adı Bayıl stadionu yaxud Bayıl Arena olmuşdur. 2019-cu ilini aprel ayında adı dəyişdirilərək ASCO Arena adlandırılıb.ASCO Arena AFFA tərəfindən inşa edilmişdir. Açılışı 2012-ci ilin sentyabrında olmuşdur Burada FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012-nin bir neçə oyunu, müxtəlif yaş qruplarına aid Azərbaycan yığma komandalarının beynəlxalq yoldaşlıq görüşləri təşkil olunub. Hazırda Topaz Premyer Liqasında çıxış edən Səbail klubu ev oyunları zamanı bu stadionda keçirir. == Yubiley matçları == 100-cü matç: 13.05.2013.
Berlin Olimpiya Stadionu
Berlin Olimpiya stadionu (alm. Olympiastadion) — Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən futbol və atletika stadionu. == Haqqında == 1934-cü ildə alman memarı Albert Şpeerin dizaynı əsasında stadionun əsası qoyulmuşdur . 1936-cı ildə Berlin olimpiya oyunlarına və 1974-cü ildə Dünya çempionatına ev sahibliyi edən stadionda 2006-cı ildə Dünya çempionatının finalı keçirilib. Herta Berlin stadionda ev oyunlarını keçirir və tutumu 74.064 nəfərdir 2004-cü ildə stadion müasirləşdirilmişdir. Yenilən stadionda ilk baş tutan oyun 1 avqust 2004-cü ildə Herta Berlin-Beşiktaş olub. 1985-ci ildən Almaniya kubokunun finalları bu stadionda keçirilir. Həmçinin stadion hər ili 6 Avropa şəhərinində keçirilən Dünya Qızıl Liqası atletika oyunlarının Berlin mərhələsinə ev sahibliyi edir.

"stadi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#stadi nədir? #stadi sözünün mənası #stadi nə deməkdir? #stadi sözünün izahı #stadi sözünün yazılışı #stadi necə yazılır? #stadi sözünün düzgün yazılışı #stadi leksik mənası #stadi sözünün sinonimi #stadi sözünün yaxın mənalı sözlər #stadi sözünün əks mənası #stadi sözünün etimologiyası #stadi sözünün orfoqrafiyası #stadi rusca #stadi inglisça #stadi fransızca #stadi sözünün istifadəsi #sözlük