stadionu sözü azərbaycan dilində

stadionu

Yazılış

  • stadionu • 86.2813%
  • Stadionu • 13.6756%
  • STADİONU • 0.0431%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kafe stadionu
Kafe stadionu (port. Estádio do Café) — Braziliyanın Londrina şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 31,019 nəfərdir. "Londrina" və "Matsubara" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 22 avqust 1976-cı ildə olmuşdur.
Kalininqrad stadionu
Kalininqrad stadionu, digər adı ilə Baltika Arena – Rusiyanın şəhəri Kalininqradda yerləşən stadiondur. Stadion 2018 FİFA Dünya Kubokunun 4 oyununa ev sahibliyi etmişdir. Baltika Kalininqrad klubu da öz ev oyunlarını burada keçirir. Stadion iki mərtəbəlidir və ultramodern təhlükəsizlik sistemləri ilə təchiz olunmuşdur. Bu layihə Almaniyada 2006 FİFA Dünya Kubokunun 6 oyununa ev sahibliyi etmiş Allianz Arenanın konsepsiyası üzərində qurulub. Layihənin dəyəri təxminən 11 milyard rubl nəzərdə tutulmuşdu, lakin bununla müqayisədə daha çox qiymətə başa gəldi. Stadionda ilk matç 11 aprel 2018-ci ildə oynanıldı. Mundialdan sonra stadionun tamaşaçı tutumu 25000-ə qədər azaldılacaq və dam içəri doğru sürüşdürüləcək. == Tarixi == 2012-ci ilin aprelində yerli hökumət stadionun layihəsini hazırlamaq üçün Fransız arxitektural bürosu Wilmotte & Associes-i seçdi. Proyektin dəyəri 720 milyon dollar idi.
Kastelao stadionu
Kastelao stadionu (Fortaleza)
Keramika stadionu
Estadio de la Keramika (isp. Estadio de la Cerámica) və ya keçmiş adı ilə El Madriqal – Vilyarreal FK-ın ev oyunlarına sahiblik edən futbol stadionu. 1923-cü ildə istifadəyə verilmişdir. 25 minlik tamaşaçı tutumuna malikdir.
Marakana stadionu
Marakana stadionu — Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən dünyanın ən böyük stadionu. == Tarixi == Braziliyanın 1950-ci ildə FİFA Dünya Kubokuna ev sahibliyi etməyə haqq qazanmasının ardından turnir üçün yeni bir stadion tikilməsinə qərar verildi. Stadionun planları Raphaël Galvão və Pedro Paulo Bernardes Bastos adlı iki mühəndis tərəfindən çəkildi. Təməli 2 avqust 1948-də atıldı. 16 iyun 1950-ci ildə Wings birliyi - Paul McCartney konserti ardınca edilən açılış matçında Rio da Janeiro All-Stars ilə São Paulo All-Stars qarşı-qarşıya gəldi. Matçı Rio da Janeiro All-Stars 3-1 qazandı. Didi stadionda qol vuran ilk futbolçu oldu. Açılış günündə edilən matçı 184 min adam izləmişdi. Marakana Stadionunun yəni "Maracana Arena"nın istehsalında yarım milyon torba sement ilə 10.000 ton dəmir istifadə edilmişdir. Finalda Uruqvay Braziliyanı 2-1 hesabı ilə məğlub etmiş və bu nəhəng finalı qaçaq girənlərlə birlikdə 200 min adam izləmişdir.
Mestaliya Stadionu
Estadio Mestalla — La Liqada çıxış edən Valensiya FK-ın ev oyunlarını keçirdiyi stadiondur. 53 minlik azarkeş tutumuna malikdir. Bu xüsusiyyətinə görə İspaniyanın ən böyük 5-ci stadionudur. 1923-cü ilin 23 may tarixində tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Valensiya FK gələcəkdə Nuou Mestalla adlı yeni stadion tikəcəyi planlaşdırsa da bunun nə vaxt reallaşacağı sual altındadır.
Milliy stadionu
Bunyodkor stadionu (özb. Bunyodkor Stadioni) — Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən çoxməqsədli stadion. Əsasən futbol yarışları üçün istifadə olunur və "Bunyodkor" futbol klubunun ev stadionudur. == Haqqında == Bu stadion tikilməzdən qabaq "Bunyodkor" 1986-cı ildə tikilmiş MHSK stadionunda oyunlarını keçirmişdir. 2008-ci ildə MHSK stadionu yeni stadion tikmək üçün sökülmüşdür. 2008 və 2009-cu ilin payızında stadion tamamilə sökülmüşdür. Yeni stadionun tikintisi isə 2012-ci ilin avqustunda başa çatmışdır. Yeni stadion klubun 2009-2012-ci illər aralığında oynadığı JAR stadionunun yerində tamamlanmışdır. Stadionun tamaşaçı tutumu 34.000 nəfərdir. Stadion Almaniyanın GMP memarlıq və dizayn şirkəti tərəfindən dizayn edilmişdir.
Mineyrao stadionu
Mineyrao stadionu (port. Estádio Governador Magalhães Pinto) — Braziliyanın Belo Horizonte şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 58,170 nəfərdir. "Kruzeyro" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 5 sentyabr 1965-ci ildə olmuşdur. == Beynəlxalq matçlar == Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Morenao stadionu
Morenao stadionu (port. Estádio Universitário Pedro Pedrossian) — Braziliyanın Kampo Qrande şəhərində yerləşən və Mato Qrosso do Sul Federal Universitetinə məxsus olan stadion. Tamaşaçı tutumu 45,000 nəfərdir. "Komersial" və "Operario" klubları ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 7 mart 1971-ci ildə olmuşdur.
Morumbi stadionu
Morumbi stadionu (port. Estádio Cícero Pompeu de Toledo) — "Marakana" və "Mane Qarrinça"dan sonra Braziliyanın ən böyük üçüncü stadionudur. San-Paulu şəhərində yerləşir. Tamaşaçı tutumu 67,052 nəfərdir. "San-Paulu" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 2 oktyabr 1960-cı ildə olmuşdur.
Krasnodar stadionu
"Krasnodar" — Krasnodar şəhərində yerləşən eyniadlı klubun futbol stadionu. Məkan Vostoçno-Kruqlikovski mikrorayonunda, Razvedçik Leonov küçəsi, 1 ünvanında yerləşir. "Krasnodar" futbol klubu akademiyasının ərazisi və eyniadlı park stadiona bitişikdir. Stadion tamamilə Rusiyanın ən böyük mağazalar şəbəkəsi “Maqnit”in keçmiş sahibi Sergey Qalitskinin hesabına tikilib. Bəzi hesablamalara görə, tikintinin dəyəri təxminən 400 milyon dollardır. == Tarixi == Gələcək stadionun tikintisi üçün ərazidə hazırlıq işlərinə 2011-ci ildə başlanıldı. Stadion layihəsi "SPEECH" memarlıq bürosunun tərkibində olan Sergey Kuznetsovla birgə "gmp Architekten von Gerkan, Marg und Partner" (Almaniya) tərəfindən yaradılmışdır. Stadionun daxili dizaynı Maxim Rımar studiyası tərəfindən hazırlanıb. Stadionun inşasına 2013 -cü ilin may ayında Türkiyənin "Esta Construction" şirkəti tərəfindən başlanıldı. Stadionun naviqasiyası Artemi Lebedevin studiyası tərəfindən həyata keçirilib.
Kuban stadionu
Kuban Stadionu — 2019-cu ildən etibarən Kuban futbol klubunun ev arenası olan Krasnodar şəhərindəki çox məqsədli bir stadion, 2019 -cu ildən etibarən Kuban Futbol klubunun və 2020-ci ildən Kuban Holding klubunun azarkeşləri və köhnə oyunçuları tərəfindən canlandırılmışdır. 1960–2018-ci illərdə stadion Kuban Krosnadar klubunun, 2009–2016-cı illərdə Krasnodar klubunun və 2018–2019-cu ilrdə stadion Kubanoçka qadın futbol klubunun ev arenası olur. Stadion 35.200 tamaşaçı tutumuna malikdir. İdman arenası 30 oktyabr 1960-cı ildə açılmış və ilk futbol oyunu 14 may 1961 -ci ildə baş tutmuşdur. == Tarix == Stadion 1960-cı ildə inşa edilir, eyni ilin 30 oktyabrında açılışı baş tutur. İnşaat zamanı rəsmi olaraq 20.000 tamaşaçı (əslində 25.000) tutacağı bildirilir. 1980-ci ildə yenidən qurmadan sonra maksimum tutum 50 min nəfərə yüksəlir. 2004-cü ildə stadionda 2006 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Rusiya və Estoniya milliləri arasında oyun baş tutur. Rusiya komandası 4: 0 hesabı ilə oyunu başa çatdırır. Bir il sonra Kuban stadionu Rusiya millisi ilə Danimarka milliarasında keçirilən Avropa Gənclər Çempionatı matçına ev sahibliyi edir.
Lujniki stadionu
Lujniki stadionu (rus. Больша́я спорти́вная аре́на олимпи́йского ко́мплекса «Лужники́») — Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən Rusiya millisinin ev oyunlarını oynadığı stadiondur. Stadion 81000 tamaşaçı tutumuna malikdir və Rusiyanın ən böyük stadionu olmaqla yanaşı həm də Avropanın də ən böyük stadionlarından biridir. Stadion həm də Lujniki Olimpiya Şəhərciyinin də bir hissəsidir. Stadionun adı olan Lujniki öz adını stadionun yaxınlığında axan Moskva çayının döngəsində olan sel çayırlarından götürüb. Lujniki stadionu 1980 Yay Olimpiya Oyunlarının əsas stadionu idi və oyunların açılış və bağlanış mərasimləri məhz bu stadionda keçirilmişdi. Stadion bunun kimi bir çox daha mötəbər turnirə ev sahibliyi etmişdir. Lujniki 1999 UEFA Kuboku Finalına və 2008 UEFA Çempionlar Liqası Finalını öz üzərinə götürmüşdür. Stadionda 2018 FİFA Dünya Kubokunun 7 oyunu və bununla bərabər final oyunu da keçirilmişdir. == Stadionun səthi == 2002-ci ildə stadionun səthi süni ot örtüyündən ibarət idi.Lakin 2008 UEFA Çempionlar Liqası Finalı ərəfəsində stadionun ot örtüyü müvəqqəti olaraq təbii ot örtüyü ilə dəyişdirildi..
Lusail stadionu
Lusail Stadionu (ərəb. إستاد لوسيل‎ Istād Lūsayl) — Qətərin Lusail şəhərində stadion. Qətərdə ən böyük stadiondur. 2022 FİFA Dünya Kubokunun finalı bu stadionda keçiriləcəkdir.
Manqueyrao stadionu
Manqueyrao stadionu (port. Estádio Estadual Jornalista Edgar Augusto Proença) — Braziliyanın Belem şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 50,049 nəfərdir. "Paysandu" və "Remo" klubları ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 4 mart 1978-ci ildə olmuşdur.
Naqai stadionu
Naqay stadionu (yap. 大阪市 長居陸上競技場) — Osaka (Yaponiya) şəhərində yerləşən stadion 1964-cü ildə inşa edilib və 23 000 tamaşaçı tutumuna malikdir. 1996-cı ildə yenidənqurma işlərindən sonra yerlərin sayı 50 000-ə qədər artırılmışdır. Serezo Osaka futbol klubunun ev arenasıdır. 2002-ci ildə stadion 2002 FİFA Dünya Kubokunun qrup mərhələsinin 2 matçını və bir dörddəbir finalını qəbul edib, 2007-ci ildə stadion təmir edilib və 2007 Yüngül Atletika üzrə Dünya Çempionatının əsas arenasına çevrilib. == 2002 Dünya Kuboku == Naqay stadionu 2002 FİFA Dünya Kubokunun üç matçına ev sahibliyi etdi.
Neftyanik stadionu
Neftyanik stadionu (İşimbay)
Parken Stadionu
"Parken" ( dan. Parken ) — Danimarkanın Kopenhagen şəhərində yerləşən futbol stadionudur. Danimarkanın aparıcı klublarından biri olan Kopenhagen Futbol Klubu ev oyunlarını bu stadionda keçirir. Stadion həmçinin, Danimarka milli futbol komandasənn əksər oyunlarına ev sahibliyi edir. Stadionun tutumu hal hazırda 38 065 nəfərdir. Stadion Futbol üzrə UEFA Avro 2020 turnirinə ev sahibliyi edəcək 11 stadiondan biridir. == Tarixi == Stadionun tikintisi 1990-1992-ci illərdə aparılmışdır, son tutumu 38 065 nəfərdir. Arena 1990-cı ildə sökulən "İdretsparken" stadionunun yerində inşa edilmişdir. Yeni stadionda ilk oyun 9 sentyabr 1992-ci ildə keçirilib (Danimarka - Almaniya - 1: 2). 1994-cü ildə stadionda UEFA Kuboklar Kubokunun final oyunu keçirilib.
Pituaçu stadionu
Pituaçu stadionu (port. Estádio Governador Roberto Santos) — Braziliyanın Salvador şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 31,667 nəfərdir. == Tarixi == Açılışı 1979-cu ildə olmuşdur.
Quzanlı stadionu
Ağdam Olimpiya İdman Kompleksi, Quzanlı Olimpiya İdman Kompleksi və ya sadəcə Quzanlı stadionu — Azərbaycan Respublikasının Ağdam rayonunun Quzanlı qəsəbəsində olimpiya idman qurğusu. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumdur. Stadionun təməlqoyma mərasimi 1 mart 2006-cı il tarixində keçirilmişdir. 17 yanvar 2008-ci il tarixində istifadəyə verilən stadion 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nun ev stadionlarından biri kimi istifadə edilir. Stadionun tutumu 2 min nəfərdir. == Tarixi == Quzanlı Olimpiya İdman Kompleksinin təməlinin qoyulması mərasimi 1 mart 2006-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilmişdir. Stadionun tikintisinin iki il ərzində başa çatdırılacağı planlaşdırıldı. Kompleksi "Alıbəyli" MMC şirkəti inşa etmişdir. Stadion 17 yanvar 2008-ci il tarixində istifadəyə verilmiş, 3 may 2009-cu il tarixindən "Qarabağ" FK-nın ev stadionlarından biri kimi istifadə edilir. Stadiondakı ilk matç "İnter" Bakı FK-ya qarşı keçirilmişdir.
Reynpark stadionu
Reynpark stadionu (alm. Rheinpark Stadion‎) — Lixtenşteynin paytaxtı Vaduts şəhərində yerləşən futbol stadionu. Stadion Lixtenşteyn milli futbol komandasının əsas meydançası olmaqla yanaşı, həm də "Vaduts" futbol klubunun ev stadionu sayılır. Tamaşaçı tutumu 6.127 nəfərdir. Açılışı 31 iyul 1998-ci ildə olmuşdur. Açılış oyununda "Vaduts" və "Kayzerslautern" komandaları qarşılaşıblar. Bu görüş 0:8 hesabı ilə qonaqların xeyrinə başa çatıb. Stadion Lixtenşteynin İsveçrə ilə olan dövlət sərhədinin bir neçə metrliyində yerləşir.
Sentenario stadionu
Sentenario stadionu (port. Estádio Francisco Stédile) — Braziliyanın Kaşias-du-Sul şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 30,822 nəfərdir. "Kaşias-du-Sul" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 12 sentyabr 1976-cı ildə olmuşdur.
Skonto stadionu
Skonto stadionu (latış. Skonto stadions‎) — Latviyanın paytaxtı Riqa şəhərində yerləşən futbol stadionu. Ölkədəki ən böyük futbol stadionudur. Tamaşaçı tutumu 9500 nəfərdir. Açılışı 28 iyun 2000-ci ildə olmuşdur. Latviya milli futbol komandası və "Riqa" futbol klubu ev oyunlarını bu stadionda keçirir. Stadionda idman yarışlarından başqa, müxtəlif mədəni tədbirlər də keçirilir. Buna misal olaraq, Co Koker, Depeche Mode, Massive Attack, Metallica, Aerosmith və Elton Con kimi dünya ulduzlarının konsertlərini göstərmək olar.
Spartak Stadionu
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. == Tarixi == Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Stroitel stadionu
Stroitel stadionu (başq. «Строи́тел» стадионы) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Salavat şəhərindəki ikinci ən böyük idman qurğusu. Stadionun tutumu 7500 nəfərlikdir. İşimbay şəhərinin "Yurmatı" futbol klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Stadionun əsası 1959-cu ildə qoyulmuşdur. Stadionun ilk direktoru A.X.Şaripov olub. 2008-ci ildə stadion əsaslı təmir olunaraq yenilənmişdir. == Fəaliyyəti == Stadionda idmançılar motosiklet yarışçılarını məşq edir, futbol matçları keçirilir. 22-23 fevral 1967-ci ildə burada səhnəyə çıxan motosiklet yarışçıları arasında fərdi dünya çempionatının yarımfinalı və 1968-ci il fevralın 20-dən 21-dək isə fərdi dünya çempionatının finalını keçirilmişdir. == İnfrastrukturu == Stadionun futbol sahəsi təbii örtüyə malikdir.
Gəncə Şəhər Stadionu
40°42′22″ şm. e. 46°21′43″ ş. u. Gəncə şəhər stadionu — Azərbaycanın Gəncə şəhərində stadion, tutumu 27 000 tamaşaçıdır. Gəncənin "Kəpəz" klubu ev oyunlarını burada keçirir. Bu stadion Azərbaycanın ən böyük klub stadionudur. Burada bir sıra məşhur oyunlar keçirilib. Azərbaycan çempionatinda qeydə alınmış ən yüksək azarkeş göstəricilərinin hamısı məhz bu stadionda qeydə alınıb. == Tarixi == 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionu 1964-cü ildə istismara verilib.
Helsinki Olimpiya Stadionu
Helsinki Olimpiya Stadionu — (fincə: Helsingin olympiastadion, isveçcə: Helsingfors Olympiastadion) Finlandiyanın ən böyük stadionu. 1952-ci ildə Helsinki Olimpiya oyunlarıda burada keçirilmişdir. Hal-hazırda Finlandiya milli futbol komandasının stadionudur. Finlandiya bu stadionda son matçını 11 oktyabr 2008 tarixində Azərbaycan ilə oynamışdır.
Hindistan gəncliyi stadionu
Hindistan gənclər stadionu и (banq. dilində যুব ভারতী ক্রীড়াঙ্গন, Yuva Bharati Krirangan, ing. dilində isə Stadium of the Indian Youth) — Hindistanın ən böyük və multiidman stadionudur. Dünyada hind subkontinental zonasında ikinci ən böyük stasiondur. Hal-hazırkı dövrdə stadionda futbol və yüngül atletika oyunları keçirilir. == Ümumi melumat == Stadion 1984-cü ilde açılıb. 3 yarusdam ibarət stadionda 120 min tamaşaçı iştirak edə bilər. Stadion Kərkükdən 7 km aralıda Beixqannaqarədə yerleşir. Stadion ellips formasında inşa edilib. Stadionun damı alüminium və betondan ibarət tribunalardan tikilmişdir.
Hələb Beynəlxalq Stadionu
Hələb Beynəlxalq Stadionu (ərəb. ملعب حلب الدولي‎) — Olimpik bir standartlara uyğun, çoxlu imkanlara malik, tamamilə üstü bağlı olan və Hələb şəhərindəki stadiondur. Suriyanın ən böyük stadionudur və hal-hazırda əksər futbol oyunları üçün istifadə edilir. Əl-ittihad Hələb klubu öz ev oyunlarını bu stadionda keçirir. Eyni zamanda Suriya Milli futbol komandasının bəzən ev sahibliyi etdiyi stadiondur. Stadion 2007-ci ildə açılmışdır və 75000 tamaşaçı tutumuna malikdir. Stadion Hələbin cənub bölgəsində, Əl-Həmədani İdman Şəhərciyinin yaxınlığında yerləşmişdir. == Tarixi == Stadiounun inşasına Polşalı inşaatçı-memar Stanislav Kus ilə memar Fevzi Xəlifənin köməyi ilə dizaynlara əsaslanaraq 1980-ci ildə başlanılmışdır. Aralıq Dənizi oyunları üçün 1987-ci ildə inşasının başa çatması planlaşdırılırdı. Suriya hökumətinin səlahiyyətliləri bütün çətinliklərin öhdəsindən gəlmək üçün ciddi bir proqramı tətbiq etdi, ancaq tikinti müddəti 2003-ci ilə qədər dayandı və maliyyə çətinliklər səbəbiylə 2 il gecikdi.
II Filip Stadionu
Toşe Proeski Stadionu - Makedoniyanın Skopye şəhərində stadion. Ölkənin ən böyük arenasıdır. İstismar müddəti ərzində ən çox azarkeş Şkendiya - Gent oyununa gəlmişdir (31.742 bilet).
II Lui stadionu
II Lui stadionu — Monakoda yerləşən stadion. Ev komandası AS Monaco FK-dur. 1998-ci ildən UEFA Avropa Superkubokunun final oyunu bu stadionda keçirilir.
Joze Alvalade Stadionu
Joze Alvalade Stadionu (port. Estádio José Alvalade) — Portuqaliyanın Lissabon şəhərində 2003-ci ildə inşa edilən stadion. Bu stadionun ev sahibi Sportinq Lissabon komandasıdır.
Kamil Ocaq Stadionu
Kamil Ocaq stadionu — Qaziantepdə olan stadion. "Gaziantepspor"un və "Gaziantep Büyükşehir Belediyespor"un daxili sahə oyunlarını oynadığı stadion 16,981 adam əhatəlidir. İstehsalını dövrün idmandan məsul Dövlət Naziri, Gaziantep Millət vəkili rəhmətlik Kamil Ocaq reallaşdırmışdır. 1974-ci ildə xidmətə açılmışdır. Gecə ışıqlandırması mövcuddur. Qaziantepdə olan tək peşəkar stadiondur.
Kastelao stadionu (Fortaleza)
Kastelao stadionu (port. Estádio Governador Plácido Castelo) — Braziliyanın Fortaleza şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 58,400 nəfərdir. "Keara" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 11 noyabr 1973-cü ildə olmuşdur. == Beynəlxalq matçlar == Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Kastelao stadionu (San-Luis)
Kastelao stadionu (port. Estádio Governador João Castelo) — Braziliyanın San-Luis şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 40,000 nəfərdir. "Moto Klub" və "Sampayo Korrea" klubları ev oyunlarını bu stadionda keçirirlər. == Tarixi == Açılışı 5 fevral 1982-ci ildə olmuşdur.
Kinq Pauer Stadionu
Kinq Pauer stadionu — İngilis futbol klubu "Lester Siti" klubunun matçlarını oynadığı stadiondur. Stadionun açılışı 2002-ci ilə təsadüf etdi. Hamısı kreslolu stadionun tutumu 32,500-dür. Hər oturacaqdan "It offers" maneəsiz bir şəkildə sahə görülə bilər. İngiltərənin ən böyük 19 - cu stadionudur. Lester'in stadionu 2018- ci il Dünya Kubokunu təşkil etmək istəyən İngiltərə üçün ev sahibliyi müraciəti edilmişdir. Seçilsəydi Dünya Kuboku matçları üçün kreslo tutumu 50,000 nəfərə çıxarılması gözlənilirdi, ancaq tələb dekabr 2009-cu ildərədd edildi.
Konya Atatürk stadionu
Konya Atatürk stadionu — 1950-ci ildə Konyada açılan çox məqsədli köhnə bir stadiondur. Konyasporun keçmiş stadionudur. Hal-hazırda 22.456 tamaşaçı tutumuna malikdir. 2005-ci ildə stadionda işlər aparılmış, və nəticədə stadionun hamısı kreslo ilə təmin olunmuşdur. Balıqəsir stadionu ilə bərabər Türkiyədə velosiped pisti olan 2 stadiondan biridir. 7 may 2014 tarixində Türkiyə kuboku finalı 2014-də ev sahibliyi etdi. Qalatasaray ilə Əskişəhərspor qarşılaşmasında Qalatasaray qalib olmuşdur. Beləcə Qalatasaray kuboku 15-ci dəfə öz muzeyinə apardı. Atatürk stadionunda son oyun 11 may 2014-cü ildə olub. Bu oyun Kayserispor və Konyaspor arasında olmuşdur.
Lənkəran şəhər stadionu
Xəzər Lənkəran Mərkəzi Stadionu — Lənkəran şəhərində yerləşən və "Xəzər Lənkəran" futbol klubuna məxsus olan stadion. "Xəzər Lənkəran"ın ev oyunlarında anşlaq olduğuna və azarkeşlər tərəfindən güclü dəstək göstərildiyinə görə sadion qeyri-rəsmi olaraq "Fırtınalar meydanı" adlandırılır. == Tarix == Xəzər Lənkəran Mərkəzi Stadionu 11 avqust 2006-cı ildə rəsmi istifadəyə verilib. Stadion Mübariz Mənsimova məxsus olan Palmali Şirkətlər Qrupunun maliyyə vəsaiti ilə tikilib. Tikintiyə 15 milyondan çox ABŞ dolları xərclənib. Açlış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "Xəzər Lənkəran FK"-nun fəxri prezidenti Mübariz Mənsimov iştirak edib. Elə həmin gün "Xəzər Lənkəran" öz stadionunda ilk rəsmi matçına çıxdı. Azərbaycan çempionatı çərçivəsində keçirilən qarşılaşmada "Xəzər Lənkəran" əzəli rəqibi "Nefçi" ilə qarşılaşdı. Öz stadionunda ilk qarşılaşmada Lənkəran təmsilçisi "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdi. == Struktur == Xəzər Lənkəran Mərkəzi Stadionu UEFA-nın bütün standartlarına cavab verir.
Marin Anastasoviçi stadionu
Marin Anastasoviçi stadionu (rum. Stadionul Marin Anastasovici) — Rumıniyanın Curcu şəhərində yerləşən stadion. 8500 tamaşaçı tutumuna malikdir. "Astra" futbol klubu ev oyunlarını bu stadionda keçirir.
Milli İdman Stadionu (Ulan-Bator)
Milli İdman Stadionu (monq. Төв цэнгэлдэх хүрээлэн, ing. National Sport Stadium of Mongolia) — Monqolustanın paytaxtı Ulan-Batorda yerləşən mərkəzi idman stadionu. Hal-hazırda əsasən futbol oyunlarında istifadə edilən stadionun tamaşaçı tutumu 20 000 nəfərdir. Monqolustanın müstəqillik bayramı olan Naadam festivalı hər ilin iyul ayında bu stadionda keçirilir. Stadionun sahibi olan şirkətə təxminən 27 min hektar ərazi məxsus olmasına baxmayaraq stadionun sahəsi 8 min hektardır. Bu stadionda 2016-cı ildə Dünya Universitetlərinin oxatma üzrə çempionatı keçirildi. Stadionun səhmlərinin 51%-i özəl şirkət, 49%-i isə hökumətdir. Stadion sahiblərinin çox olmasının səbəbi ölkədə 12 500 nəfər tamaşaçı tutumua malik yeganə stadion olmasıdır. == Tarixi == Bu stadion 1958-ci ildə SSRİ tərəfindən Ulan-Batorda inşa edildi.

"stadionu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#stadionu nədir? #stadionu sözünün mənası #stadionu nə deməkdir? #stadionu sözünün izahı #stadionu sözünün yazılışı #stadionu necə yazılır? #stadionu sözünün düzgün yazılışı #stadionu leksik mənası #stadionu sözünün sinonimi #stadionu sözünün yaxın mənalı sözlər #stadionu sözünün əks mənası #stadionu sözünün etimologiyası #stadionu sözünün orfoqrafiyası #stadionu rusca #stadionu inglisça #stadionu fransızca #stadionu sözünün istifadəsi #sözlük