standartlar sözü azərbaycan dilində

standartlar

Yazılış

  • standartlar • 95.5392%
  • Standartlar • 4.4608%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amerika Milli Standartlar İnstitutu
Amerika Milli Standartlar İnstitutu (ing. American National Standards Institute, ANSI) Amerika Birləşmiş Ştatlarında standartların işlənib hazırlanması ilə məşğul olan işgüzar dairələrinin nümayəndələrindən ibarət qurum; == Tarixi == ABŞ-ni Beynəlxalq Standartlaşdırma Təşkilatında (ing. International Organizator for Standartization, ISO) təmsil edir. 19 oktyabr 1918-ci il tarixində yaradılıb. Baş idarəsi Vaşinqton şəhərində yerləşir . Demək olar ki, bütün sənaye sahələrinə aid rəsmi ANSI standartları mövcuddur və onların əksəriyyəti kompüterlərlə bağlıdır. Mikrokompüterlər sahəsində ANSI üç istiqamətə cavabdehdir: proqramlaşdırma dilləri, SCSI interfeysi və ANSI.SYS drayveri. Proqramlaşdırmada ANSI daha çox aşağıdakılardan birinə aid olur: FORTRAN, COBOL, C, yaxud başqa proqramlaşdırma dillərinin ANSI standart versiyaları. Adəti üzrə, dilin ayrıca istehsalçı versiyası ANSI standartında müəyyən olunmuş bütün özəlliklərə, eləcə də istehsalçının özünün əlavə planlaşdırdığı özəlliklərə malik olmalıdır. Bir kompüterdən başqasına asanca keçirilə bilməsi üçün proqram ANSI standartında olmayan hər hansı xüsusiyyətdən istifadə etməməlidir.
Alacahöyük tunc standartları
Alacahöyük tunc standartları Alacahöyük yaşayış yeri ərazisindəki hökmdar qəbirlərindən aşkarlanmış tunc standartlar seriyasıdır. Kult məqsədi ilə istifadə edildiyi düşünülən standartların arabalara bərkidilməsi ehtimal olunur. == Kəşfi == 1935–1939-cu illərdə türk arxeoloqlar Hamit Zübeyir Koşay və Rəmzi Oğuz Arık Çorum ilinin Alaca kəndi yaxınlığında yerləşən Alacahöyük yaşayış yerində arxeoloji tədqiqat işləri aparmışlar. Tədqiqatlar zamanı erkən tunc dövrünə aid 14 məzar aşkarlanmışdır ki, bunlar da "hökmdar məzarları" və ya "kral məzarları" adlandırılmışdır. Bu məzarlarda və onların ətrafında aparılmış tədqiqatlar zamanı çoxsaylı artefaktlar, o cümlədən iyirmi bürünc standart aşkarlanmışdır. == Təsvir == Arxeoloq Uinfrid Ortmann (ing.) standartları iki əsas qrupa ayırır. Qruplardan biri fərdi heyvanlardan, digəri isə disk və üzüklərdən (heyvan təsvirləri ilə və ya təsvirlərsiz) təşkil olunmuşdur. O, standartları formalarına və məzmununa görə qruplara bölmüşdür. Fərqi heyvanlar maral və ya öküzlərdir. Dörd ayaq üzərində təsvir olunmu heyvan fiqurlarının ayaqları aşağı uzanaraq birləşir və ehtimal ki, bu hissədə standartlar taxta özülə bərkidilirdi.
Avropa Telekommunikasiya Standartları İnstitutu
Avropa Telekommunikasiya Standartları İnstitutu (beynəlxalq qısa adı - ETSI) 32 dövlət tərəfindən formalaşdırılmış bir qurumdur. ETSI-nin gördüyü işlər Avropada informasiya şəbəkələrinin yaradılması və inkişafı problemlərini əhatə edir. Məsələn, İnstitut rəqəmli Avropa simsiz rabitə, GSM “mobil rabitə üzrə qlobal sistemini” və yerli şəbəkədə küyəbənzər siqnalların istifadəsinin standartlarını hazırlayıb. İnstitut mürəkkəb çoxnizamlı funksional profillərin və Euro-ISDN şəbəkəsinin işlənib hazırlanması üzrə vacib işlər aparır. ETSI aşağıdakı standartları hazırlayıb: rəqəmli simsiz avropa rabitəsi; ümumavropa TETRA radiomagistralı.
Açıq açarlı kriptoqrafiya standartları
Açıq açarlı kriptoqrafiya standartları– RSA Data Security şirkəti tərəfindən qeyri-formal konsorsiumla birlikdə yaradılmışdı. Konsorsiuma ilk vaxtlar Apple, Microsoft, DEC, Lotus, Sun və MIT daxil idi. Hazırda PKCS#1, PKCS#3, PKCS#5, PKCS#6, PKCS#7, PKCS#8, PKCS#9, PKCS#10, PKCS#11 standartları nəşr edilib. PKCS həm alqoritmdən asılı, həm də alqoritmdən asılı olmayan realizələri müəyyən edir. Bir çox alqoritm dəstəklənir, lakin yalnız Diffi-Helman və RSA alqoritmləri ətraflı təsvir olunur. PKCS standartları vaxtaşırı nəzərdən keçirilir və kriptoqrafiya sahəsində son nailiyyətlər izlənilir. == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Bucaq ölçmə standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Bucaq ölçümü standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Bucaqölçmə standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Federal Məlumat Emal Standartları
Federal Məlumat Emal Standartları (ing. Federal Information Processing Standards) - qeyri-hərbi dövlət orqanları və dövlət podratçıları tərəfindən kompüter sistemlərində istifadə üçün Amerika Birləşmiş Ştatları federal hökuməti tərəfindən hazırlanan standartlardır. Bir çox FMES Amerika Milli Standartlar İnstitutu (AMSİ), Elektrik və Elektronik Mühəndislər İnstitutu (EEMİ) və Beynəlxalq standartlaşdırma təşkilatı (BST) tərəfindən istifadə olunan standartların modifikasiyasıdır. Lakin bəzi standartlar ABŞ tərəfindən hazırlanmışdır. Bura əsasən yaşayış məntəqələri kodları, şifrləmə standartları daxildir.
Milli Televiziya Standartları Komitəsi (ABŞ)
Milli televiziya standartları komitəsi - ABŞ-də televiziya və video sahələrində standartlar üzrə qurum; qara-ağ görüntü ilə ABŞ-də ilk rəngli televiziya sisteminin uzlaşmasını təmin edən rəng kodlaşdırması üçün NTSC standartının sponsoru. Dünyada ilk dəfə rəngli televiziya yayımına 1953-cü ilin dekabrın 18-də məhz bu sistemin tətbiqi ilə başlanılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Milli televiziya standartları komitəsi
Milli televiziya standartları komitəsi - ABŞ-də televiziya və video sahələrində standartlar üzrə qurum; qara-ağ görüntü ilə ABŞ-də ilk rəngli televiziya sisteminin uzlaşmasını təmin edən rəng kodlaşdırması üçün NTSC standartının sponsoru. Dünyada ilk dəfə rəngli televiziya yayımına 1953-cü ilin dekabrın 18-də məhz bu sistemin tətbiqi ilə başlanılıb. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı
Zərərli Proqramların Testləşdirilməsi Standartları Təşkilatı (Anti-Malware Testing Standards Organization) — zərərli proqramların test edilməsi metodologiyalarının keyfiyyətini, uyğunluğunu və obyektivliyini yüksəltmək məqsədilə 2008-ci ildə yaradılmış beynəlxalq qeyri-kommersiya təşkilatıdır. == Məqsədlər == Təşkilat hazırda AMTSO saytına əsasən aşağıdakı vəzifələri göstərir: Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı müzakirələr üçün formun təmin olunması Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi üçün obyektiv standartlar və ən yaxşı təcrübələri inkişaf etdirmək və dərc etmək. Zərərli proqramlar və əlaqədar məhsulların sınaqdan keçirilməsi ilə bağlı məsələlərin öyrənilməsi və məlumatlandırılmasının təşviqi. Standartlara əsaslanan test metodologiyalarına yardım etmək üçün alətlər və resursların təmin edilməsi. == İş fəaliyyəti == Təşkilat, AMTSO -nun xaricində müvafiq sənədləri birbaşa geniş saxlanılmasını təmin edən bir səhifə də daxil olmaqla, test üçün bəzi potensial faydalı resurslar yaratmışdır. == Xarici keçidlər == AMTSO main site Twitter account AMTSO blog Arxivləşdirilib 2013-07-03 at Archive.today Facebook page == Ədəbiyyat == İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.
Beynəlxalq Maliyyə Hesabatı Standartları
Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS; IFRS ing. International Financial Reporting Standards) — xarici istifadəçilərin müəssisə ilə bağlı iqtisadi qərarlar qəbul etmələri üçün zəruri olan maliyyə hesabatlarının hazırlanması qaydalarını tənzimləyən sənədlər toplusu (standartlar və şərhlər). == Tarixi == Beynəlxalq səviyyədə maliyyə hesabatlarının istifadəsini təkmilləşdirmək və yaxınlaşdırmaq məqsədilə 1973-cü ildə bir sıra ölkələrin ictimai mühasibat uçotu və audit təşkilatları beynəlxalq peşəkar qeyri-hökumət təşkilatını - Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsini (IASC) yaratdılar. 1981-ci ildən etibarən IASB beynəlxalq maliyyə hesabatı standartlarının tətbiqində və beynəlxalq mühasibat uçotu ilə bağlı sənədlərin müzakirəsində tam müstəqildir. 2005-ci ildən etibarən Avropa Komissiyasının 2002-ci il qərarına əsasən, səhmləri Avropa birjalarında listinqdə olan bütün şirkətlər BMHS əsasında konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayırlar. 2001-ci ilin aprelində yenidən təşkilin bir hissəsi olaraq Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (IASB) IASB-ni əvəz etdi. 1973-cü ildən 2001-ci ilə qədər IASB standartları işləyib hazırlamış və onları Beynəlxalq Mühasibat Uçotu Standartları (BMS) adı altında buraxmışdır, 2001-ci ildən isə IASB Beynəlxalq Maliyyə Hesabatlarının Standartları (BMHS) adı altında yeni yaradılmış standartları buraxmışdır. 2002-ci ilin sentyabrında Norvolk sazişi baş tutdu, buna əsasən IASB və ABŞ Mühasibat Uçotu Standartları Şurası BMHS və ABŞ GAAP arasında yaxınlaşma memorandumu qəbul etdi və 2009-cu ildən etibarən BMHS üzrə hesabatların ABŞ GAAP ilə uyğunlaşdırılması tələbi oldu. == Standartların məqsədləri == Maliyyə hesabatı standartlarının məqsədi maliyyə hesabatlarının təqdim edilməsində fərqləri və şərh seçimlərini azaltmaq, məlumatların keyfiyyətini və müqayisəliliyini artırmaq, standartları birləşdirməkdir. Vahid standartlar müxtəlif şirkətlərin, o cümlədən beynəlxalq səviyyədə fəaliyyətini daha effektiv qiymətləndirməyə və müqayisə etməyə imkan verir.
Beynəlxalq Maliyyə Hesabatı Standartları Fondu
Beynəlxalq Maliyyə Hesabatı Standartları Fondu (BMHS Fondu) (ing. International Financial Reporting Standards Foundation (IFRS Foundation)) — 2001-ci ildə yaradılmış qeyri-kommersiya təşkilatı. == Yaradılma məqsədi == BMHS Fondu ictimai maraqlara xidmət edəcək müstəqil, qeyri-kommersiya təşkilatı kimi yaradılmışdır. Standartların qəbulunun xüsusi maraq qruplarından müstəqilliyini və dünya üzrə tərəfdaşlar qarşısında hesabatlılığı qorumaq üçün idarəetmə və standartların təsdiqi prosesi hazırlanır. == BMHS fondunun tarixi == BMHS Fondu 2001-ci ildə keçmiş BMHS sisteminin yenidən təşkili çərçivəsində yaradılıb və 2010-cu ilin yanvarında adını BMHS Fonduna dəyişib. BMHS Fondunun London (Böyük Britaniya) və Tokioda (Yaponiya) ofisləri var. BMHS fondunun strukturu: Müşahidə Şurası; IFRS Fondunun qəyyumları;— Standartlar üzrə Məşvərət Şurası; — IASB; — BMHS Şərhlər Komitəsi. == Müşahidə Şurası == Müşahidə Şurası 2009-cu il yanvarın 15-də Yeni Dehlidə (Hindistan) keçirilən iclasda maliyyə hesabatlarının forma və məzmununa cavabdeh olan kapital bazarı tənzimləyiciləri ilə BMHS Fondu arasında qarşılıqlı fəaliyyət məqsədi ilə yaradılmışdır. Müşahidə Şurasının funksiyaları: qəyyumların təyin edilməsində və təsdiqində iştirak, qəyyumların hərəkətlərinin məqsədəuyğunluğunun və qanuniliyinin qiymətləndirilməsi, məsuliyyət sahələrinin qəyyumlarla müzakirəsi, IASB-nin gündəliyinə ictimai maraq doğuran maliyyə hesabatlarının daxil edilməsi.Müşahidə Şurasının tərkibi: Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı, Avropa Komissiyası, Maliyyə Xidmətləri Agentliyi (Yaponiya), Qiymətli Kağızlar və Birja Komissiyası, Qiymətli Kağızlar Komissiyası (Braziliya), Cənubi Koreya Maliyyə Xidmətləri Komissiyası, Bank Nəzarəti üzrə Bazel Komitəsi müşahidəçi qismində. Müşahidə Şurasına hazırda Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatı sədr müavini, həmçinin Maliyyə Xidmətləri və Belçika bazarları.
Beynəlxalq maliyyə hesabatı standartları şurası
Beynəlxalq maliyyə hesabatı standartları şurası (ing. International Accounting Standards Board) — 2001-ci ildə yaradılmış Beynəlxalq Maliyyə Hesabatlarının Standartları Fondunun (BMHS) müstəqil orqanı. BMHSŞ-nin üzvləri BMHS-ların işlənib hazırlanmasına və dərc edilməsinə və onların şərhlərinin təsdiqinə cavabdehdirlər. İnkişaf prosesində müzakirə üçün sənədlər, standartların layihələri dərc olunur, şərhlər qəbul edilir. == Tarixi == Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası 2001-ci ildə Beynəlxalq Mühasibat Uçotu Standartları Komitəsinin yenidən təşkili yolu ilə yaradılmışdır . Ofis Londonda, Böyük Britaniyada yerləşir. == BMHSŞ-nin tərkibi == Şura BMHS Fondunun Qəyyumları tərəfindən təyin edilən 12 daimi üzvdən ibarətdir: == BMHSŞ məqsədləri == BMHSŞ-nin məqsədləri mühasibat uçotu standartları toplusunu hazırlamaq və qəbul etmək, həmçinin bütün dünyada maliyyə hesabatı standartlarının maksimum yaxınlaşmasını təmin etmək üçün milli orqanlarla fəal əməkdaşlıq etməkdir. == BMHSŞ funksiyaları == Məqsədlərə əsasən IASB-nin funksiyaları müəyyən edilir: nəticə çıxarmaq üçün əsasların nəşri, şərhlərə baxılması üçün qaydaların hazırlanması və dərc edilməsi, standart layihələrinin və standartların özlərinin hazırlanması və nəşri. == Məsləhətçi orqanlar == BMHSŞ müxtəlif sənaye və coğrafiyalardan olan maraqlı tərəflərlə məsləhətləşmələr aparmaq üçün birgə işləmək üçün müntəzəm olaraq rəsmi məsləhət orqanları yaradır. Bu qurumlarla birgə iclaslar açıq keçirilir və qeydə alınır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 24.21 dəfə / 1 mln.
2002 ••••••• 17.13
2003 •••••••••• 24.01
2004 ••••••••••• 27.62
2005 •••••••• 19.57
2006 ••••••• 16.89
2007 •••••••••• 26.01
2008 ••••••••• 23.87
2009 •••••••• 19.20
2010 •••••••• 20.79
2011 •••••••• 19.99
2012 ••••••••• 22.03
2013 ••••••• 17.36
2014 ••••••••••• 27.80
2015 •••••••••••••••••••• 53.08
2016 •••••••••• 25.68
2017 •••••••••••••• 35.44
2018 ••••••••• 21.72
2019 ••••••••••• 29.07
2020 •••••• 14.72

"standartlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#standartlar nədir? #standartlar sözünün mənası #standartlar nə deməkdir? #standartlar sözünün izahı #standartlar sözünün yazılışı #standartlar necə yazılır? #standartlar sözünün düzgün yazılışı #standartlar leksik mənası #standartlar sözünün sinonimi #standartlar sözünün yaxın mənalı sözlər #standartlar sözünün əks mənası #standartlar sözünün etimologiyası #standartlar sözünün orfoqrafiyası #standartlar rusca #standartlar inglisça #standartlar fransızca #standartlar sözünün istifadəsi #sözlük