* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [lat. stansia – duracaq] 1. Müəyyən marşrut üzrə hərəkət edən dəmiryol qatarlarının və digər nəqliyyat vasitələrinin dayanacağı. Metro stansiyası. Dəmiryol stansiyası. – …Stansiyada izdiham çox idi. Sərnişinlər əldə bilet oturacaq yerlərini axtarırdılar. T.Ş.Simurq. [Nuriyyə:] Düşdüyüm stansiya balaca bir yer idi. İ.Əfəndiyev. 2. Müəyyən əraziyə (hər hansı bir cəhətdən) xidmət edən və ya orada tədqiqat işi aparan xüsusi idarə, müəssisə. Meteoroloji stansiya. Seleksiya stansiyası. Meşəqoruma stansiyası. Telefon stansiyası. – Stansiya yenicə yaradılmışdı və rayonda ən cavan MTS hesab olunurdu. M.İbrahimov. Kənddə stansiya olandan bəri; Sular təslim olur, baş əyir ona. Z.Xəlil. □ Elektrik stansiyası – başqa enerji növlərindən elektrik enerjisi istehsal edən müəssisə. Gecənin bu vaxtı elektrik stansiyası həmişə işığı kəsirdi. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti / stansiya2 I сущ. станция: 1. пункт остановки железнодорожных поездов и др. транспортных средств, курсирующих по определённому маршруту. Dəmiryol stansiyası железнодорожная станция, metro stansiyası станция метро, stansiyanın rəisi начальник станции 2. специальное учреждение, обслуживающее определенную территорию или ведущее исследовательскую работу. Telefon stansiyası телефонная станция, qanköçürmə stansiyası станция переливания крови, meteoroloji stansiya метеорологическая станция, orbital stansiya орбитальная станция, planetlərarası avtomatik stansiya межпланетная автоматическая станция II прил. станционный. Stansiya müdiriyyəti станционное начальство, stansiya platforması станционная платформа, stansiya nəzarətçisi истор. станционный смотритель ◊ elektrik stansiyası электрическая станция (электростанция)
Azərbaycanca-rusca lüğət / stansiya1 I. i. station; qovşaq ~sı d.y. (railway) junction; axırıncı ~ terminal (station); yük ~sı goods station; təcrübə ~sı k.t. experiment station; elektrik ~sı electric station, power plant; telefon ~sı telephone exchange; yanacaq doldurma ~sı petrol station; service / filling station; texniki yardım stansiyası service station; planetlərarası ~ interplanetary station II. s. station; ~ rəisi station-master; ~ mehman xanası a station hotel
Azərbaycanca-ingiliscə lüğət / stansiya1 [lat. stansia-duracaq] 1. станция (1. тайин маршрутдалди гьерекат ийизвай поездар ва мс. транспортар акъваздай чка; dəmiryol stansiyası ракьун рекьин станция; 2. агьалийриз (гьи хьайитӀани са жигьетдай) къуллугъ авун ва я илимдин тадкъикъатар тухун патал туькӀуьрнавай чка, идара; meteoroloji stansiya метеорологиядин станция; // elektrik stansiyası электростанция); 2. станциядин (мес. дарамат).
Azərbaycanca-ləzgicə lüğəti / stansiya