Stendal sözü azərbaycan dilində

Stendal

Yazılış

  • Stendal • 71.4286%
  • STENDAL • 14.2857%
  • stendal • 14.2857%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Stendal
Stendal (fr. Stendhal; 23 yanvar 1783 – 23 mart 1842) əsl adı Mari-Henri Beyle olan fransız yazıçı. Xarakterlərin daxili psixoloji vəziyyətini yaxşı aça bildiyi üçün realizm nümayəndələrindən biri sayılır. 1830-cu ildə yazılmış "Qırmızı və qara" və 1839-cu ildə yazılmış "Parmanın kartezian kilsəsi" romanları ilə tanınır. == Həyatı == 1783-cü ildə Qrönoblda dünyaya gəlmişdir. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən S. humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. 1799-cu ildə həribi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya safarind(1800) iştirak etmişdir.1806–14 illərdə intendant kimi Napaleonunir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının , Borodino düyüşünün fransız ordusunun Rusiyadan qaçmasının şahidi olmuşdur. Napaleonun süqutundan sonra İtalyaya getmiş, karbonarlar hərəkatının rəhbərləri ilə əlaqə saxlamış, italyan romantikləri ilə yaxınlaşmış, 1821-ci ildə Fransaya qayıtmış, ədəbi həyatda fəal iştirak etmişdir. 1814-cü ildə Milana köçmüşdür.
Stendal sindromu
Stendal sindromu — hiperkulturemiya və ya Florensiya sindromu incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri fövqəladə gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, başgicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir. Bu termin həmçinin digər şəraitlərdəki (məsələn, təbiətdəki mənzərələr) gözəllik bolluğunu görməyə olan reaksiyanı əks etdirə bilər. == Xəstəliyin adı == Sindrom 19-cu əsrdə yaşamış məşhur fransız yazıçı Stendalın (Henri Mari Beyl) şərəfinə belə adlandırılıb. Belə ki, yazıçı 1817-ci ildə Florensiyaya səyahət edir və bu hadisə ilə qarşılaşır. Bu haqda "Neapol və Florensiya: Milandan Reccoya səyahət" kitabında bəhs edir. O, Nikkolo Makiavelli, Mikelancelo Buonarroti və Qalileo Qalileyin dəfn olunduğu Santa Kroçe Baziliyasına səfər edir və ilk dəfə Cottonun freskalarını görəndən sonra emosiyaların əsirinə çevrilir. O yazırdı: == Tarixi == Florensiya incəsənətini görən bir çox adam bu başgicəllənmələri və ürəktutmaları yaşayıb, lakin bunun sindrom kimi qəbul olunması 1979-cu ilə təsadüf edir. Həmin ildə italyan psixiatrı Graziella Magherini Florensiyada səfərdə olan yüzdən çox turisti müşahidə etmiş və onların keçirdiyi hissləri təsvir etmişdi. == Mənbə == Word Spy definition Graziella Magherini. La Sindrome di Stendhal Arxivləşdirilib 2009-05-05 at the Wayback Machine.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 0.34
2007 ••••••••••••• 0.21
2012 •••••• 0.09
2014 ••••••••••• 0.17

Oxşar sözlər

#stendal nədir? #stendal sözünün mənası #stendal nə deməkdir? #stendal sözünün izahı #stendal sözünün yazılışı #stendal necə yazılır? #stendal sözünün düzgün yazılışı #stendal leksik mənası #stendal sözünün sinonimi #stendal sözünün yaxın mənalı sözlər #stendal sözünün əks mənası #stendal sözünün etimologiyası #stendal sözünün orfoqrafiyası #stendal rusca #stendal inglisça #stendal fransızca #stendal sözünün istifadəsi #sözlük