Qarpız stereotipi
Qarpız stereotipi — ABŞ-də afroamerikalılar haqqında stereotiplərdən biri. Bu stereotip guya afroamerikalıların qarpıza olan qeyri-adi dərəcədə iştahını ifadə edir. Bu stereotip hətta XXI əsr cəmiyyətində də geniş yayılmışdır.
Qarpızlara ABŞ-də rasizmin identifikasiyası üçün əsas simvol kimi baxılır. Bu stereotiplərin doğruluğu şübhə altına alındığından 1994–1996-cı illərdə afroamerikalılar arasında keçirilmiş sorğuda ölkə əhalisinin 12,5%-ni təşkil edən afroamerikalılardan yalnız 1,1%-nin qarpıza tələbatı müəyyən edilmişdir. Bu stereotipin mənşəyinin naməlum olmasına baxmayaraq, afroamerikalılarla qarpızın assosiasiyası ABŞ-də quldarlıq dövrünə gedib çıxır. Quldarlıq tərəfdarları qarpız yetişdirən sadəlövh afroamerikalıları bu meyvə ilə təsvir etməyi xoşlayırdılar. XIX əsrin son onilliklərindən XX əsrin ortalarına qədər afroamerikalıların qarpızla təsvir edilməsi karikaturalar, kino və musiqidə əbədiləşmiş və məişət mallarında ümumi dekorativ mövzu kimi məşhurlaşmışdır. Hətta, Barak Obamanın 2008-ci il prezident seçkiləri kompaniyası və ondan sonrakı administrasiya dövründə də onun siyasi rəqibləri tərəfindən irqi ayrı-seçkiliyin simvolu olan qarpızlardan istifadə olunmuşdur.
Afroamerikalılarla qarpız arasında əlaqə afroamerikalı menestrellərin oxuduğu mahnılar sayəsində məşhurlaşmışdır.