sterilizasiya sözü azərbaycan dilində

sterilizasiya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sterilizasiya • 82.5065%
  • Sterilizasiya • 17.4935%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sterilizasiya
Sterilizasiya — dezinfeksiyanın mühüm komponentlərindən biri sayılır. Sterilizasiya zamanı maddələrin və əşyaların mikroorqanizmlərdən tam azad olması, yəni patogen və qeyri-patogen törədicilərin vegetativ və spor formaları məhv edilir. Adətən, sterilizasiyadan əvvəl sterilizasiyaönü işləmə aparlır ki, onu mexanikləşdirilmiş və ya əl üsulu ilə həyata keçirirlər. Mexanikləşdirilmiş yuma iynə, şpris, müxtəlif alətlər üçün nəzərdə tutulan xüsusi təyinatlı yuyucu maşınlarda, əl üsulu ilə yuma yuyucu vasitələrdən istifadə etməklə aparılır. Bu zaman əvvəlcə alət 0,5 dəqiqə axar su altında yuyulur, sonra yuyucu məhlulda 15 dəqiqə 50 °C-də isladılır (yuyucu məhlullar hidrogen peroksidlə birlikdə), pambıq-tənzif tamponla və ya şotka vasitəsilə yuyulur, axar su və distillə olunmuş suda yaxalayır, quruducu sterilizatorlarda isti hava ilə 80–85 °C-də rütubət tam itənə qədər qurudurlar. Sterilizasiyaönü işləmənin keyfiyyətini qiymətləndirmək məqsədilə 1 %-ə qədər məmulatlar qalıq qan (benzidin, ortolidin, amiidopirin sınağı) və yuyucu vasitələrin qalığma (fenoftalein sınağı) görə yoxlanılır. Sterilizasiyanın növü zərərsizləşdirilən obyektin keyfiyyətindən asılı olub, buxar, isti quru hava, kimyəvi maddələrin məhlulları, qazlar və ionlaşdırıcı şüalar vasitəsilə aparılır. Ağların, sarğı materiallarının, cərrahi alətlərin, korroziyaya davamlı metal və xəlitələrdən hazırlanmış alət və cihazların hissələrinin, üzərində 200 °C yazılmış şprislərin, şüşə qabların, rezin məmulatların (kateter, zond, borucuq, əlcəklər) işlənməsi üçün buxar sterilizatorlarından istifadə edilir. Sterilizasiyadan əvvəl cərrahi ağlar və alətlər, sarğı materialı bikslərdə sərbəst şəkildə yığılır. Cərrahi və ginekoloji alətlərin, cihaz və aparatların hissə və detallarının, o cümlədən korroziyaya davamsız materiallardan hazırlanmış, üzərində 220 °C yazılmış şprislərin, kəsici alətlərin zərərsizləşdirilməsi üçün hava sterilizatorlarından istifadə edilir.
Məcburi sterilizasiya
Məcburi sterilizasiya şəxsin bioloji nəsilartırma qabiliyyətindən onun razılığı olmadan və tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan məhrum edilməsində ifadə olunur. Burada tibbi müalicəvi səbəblərlə bəraət qazandırılmadan şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi onun hər hansı formada razılığı əsasında olmuş və bu razılıq aldatma formasında baş vermişdirsə, təbii ki, buna heç bir halda bəraət qazandırıla bilməz. Məcburi sterilizasiya Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 7-ci maddəsinin g) bəndində insanlıq əleyhinə cinayət kimi öz əksini tapmışdır. Statutun 8-ci maddəsində də məcburi sterilizasiyadan bəhs olunur, lakin insanlıq əleyhinə cinayət kimi yox, müharibə cinayəti kimi. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi 8-ci maddəsinin (2) a) bəndinin II variantında bioloji eksperimentlər də daxil olmaqla işgəncələr, yaxud qeyri-insani rəftar və 2-ci hissənin e) bəndinin VI variantında, o cümlədən 4 Cenevrə Konvensiyalarının konkret müddəalarının pozulması olan zorlama, seksual kölə kimi istifadə etmə, fahişəliyə məcburetmə, 7-ci maddənin 2 (1) bəndinə müəyyən edilmiş qaydada məcburi hamiləlik, məcburi sterilizasiya və bütün digər növ seksual zorakılıqlar müharibə cinayətləri kimi göstərilmişdir. Bu əməlin müharibə cinayəti kimi tövsif olunmasına əsas verən hallar BHH normalarının və Cenevrə Konvensiyalarının pozulmasıdır. Lakin burada məcburi sterilizasiya insanlıq əleyhinə cinayət kimi nəzərdən keçirilir. Odur ki, məcburi sterilizasiya həm müharibə dövründə, həm də dinc dövrdə genişmiqyaslı və ya sistematik hücumun tərkib hissəsi kimi mülki əhaliyə qarşı baş verdiyi halda insanlıq əleyhinə cinayət hesab olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.26 dəfə / 1 mln.
2003 •••• 0.39
2004 ••• 0.34
2005 ••••••••••• 1.35
2006 •• 0.23
2007 •• 0.21
2008 •••••••••• 1.22
2009 •••••••••••••• 1.76
2010 •••••••• 0.91
2011 ••••••• 0.86
2012 •••••• 0.69
2013 ••••••••• 1.02
2014 ••••••• 0.86
2015 •••••••••••••••••••• 2.55
2016 ••••• 0.52
2017 ••••••••••••••••• 2.11
2018 •••••••••••••••••••• 2.55
2019 ••••••••••••••• 1.81
2020 •••••••••••••••••••• 2.52

sterilizasiya sözünün leksik mənası və izahı

  • 1 [lat.] Suda qaynatma, filtrdən keçirmə və ya kimyəvi maddələrin təsirilə mikroorqanizmlərin məhv edilməsi; mikrobsuzlaşdırılma. Südün sterilizasiyası. Cərrahi alətlərin sterilizasiyası.

    Azərbaycan dilinin izahlı lüğəti / sterilizasiya

sterilizasiya sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. стерилизация: 1. уничтожение микроорганизмов действием высоких температур, химических веществ, фильтрацией. Cərrahiyyə alətlərinin sterilizasiyası стерилизация хирургических инструментов 2. мед. оскопление, кастрация (мужчин)

    Azərbaycanca-rusca lüğət / sterilizasiya

sterilizasiya sözünün inglis dilinə tərcüməsi

"sterilizasiya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sterilizasiya nədir? #sterilizasiya sözünün mənası #sterilizasiya nə deməkdir? #sterilizasiya sözünün izahı #sterilizasiya sözünün yazılışı #sterilizasiya necə yazılır? #sterilizasiya sözünün düzgün yazılışı #sterilizasiya leksik mənası #sterilizasiya sözünün sinonimi #sterilizasiya sözünün yaxın mənalı sözlər #sterilizasiya sözünün əks mənası #sterilizasiya sözünün etimologiyası #sterilizasiya sözünün orfoqrafiyası #sterilizasiya rusca #sterilizasiya inglisça #sterilizasiya fransızca #sterilizasiya sözünün istifadəsi #sözlük