Strang sözü azərbaycan dilində

Strang

Yazılış

  • Strang • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Life is Strange
Life Is Strange (azərb. Həyat qəribədir‎) — Fransanın Dontnod Entertainment şirkəti tərəfindən hazırlanan və Square Enix tərəfindən Linux, Microsoft Windows, OS X, PlayStation 3, PlayStation 4, Xbox One və Xbox 360 platformaları üçün nəşr edilən interaktiv macəra oyunudur. Videooyun 5 hissədən ibarət olub, 2015-ci il boyunca periodik olaraq yayımlanmışdır. Oyunun əsas mövzusu 18 yaşlı tələbə-fotoqraf Maks Kolfildin (ing. Max Caulfield) zamanda səyahət edə bilməsini kəşf etməsindən və aldığı hər bir qərarın Kəpənək effekti yaratmasından təşkil olunmuşdur. Yaşadığı şəhərə (Arkediya Bey) yaxınlaşan böyük fırtınanı öngörən Maks, şəhərin yox olmasının qarşısını almaq üçün məsuliyyəti üzərinə götürür. Oyunçunun oyun boyunca aldığı qərarlar oyunun gedişatına təsir edir və müəyyən vaxt müddətində alınan qərarların yenidən dəyişdirilməsi üçün oyunçuya zamanı geriyə almaq haqqı verilir. Life is Strange-in hazırlanmasına 2013-cü ilin aprel ayından başlanmışdır. Maliyyə problemləri səbəbindən oyun epizodik formatda hazırlanmışdır. 2015-ci ilin may ayında oyunçulara təqdim olunan videooyun personajların fərqliliyinə görə, zamanı geriyə alma mexanizminə görə və eyni zamanda oyunun ssenarisində cinsi bərabərlik, homoseksualizm kimi müxtəlif dünya ölkələrində tabu ola biləcək mövzulara toxunulduğuna görə tənqidçilər tərəfindən əsasən müsbət rəylər almışdır.
Stranger In Moscow
Stranger In Moscow – Maykl Ceksonun HIStory: Past, Present and Future, Book I albomundan çıxardığı beşinci və axırıncı sinql. Mahnı Epic Records şirkəti tərəfindən 1996 – cı ildə yayımlanmışdır.Mahnı əvvəlcə Avropada, daha sonra isə ABŞ-də yayımlanmışdır. Mayklın böyük uğur qazanan mahnı, bir çox Avropa ölkələrində birinciliyi əldə etmişdir. Maykl Cekson mahnını Moskva şəhərində bəstələmişdir. Belə ki, Maykl bu mahnıda Dangerous World Tour çərçivəsində Moskvada yerləşdiyi otel otağında ikən düşündüklərini qələmə almışdır. Qeyd edək ki, bu səfəri zamanı Moskvada Rusiya dövlət orqanları tərəfindən Maykla qarşı hörmətsizliklər edilmiş və Moskvadan ayrılarkən Maykl bir daha Moskvaya dönməyəcəyinə söz vermişdir. Mahnının klipi də olduqca uğurlu alınmışdır. Belə ki, ağ-qara şəkildə çəkilən klipdə Maykldan başqa hər şey çox yavaş hərəkət edir və xüsusi effekt yaradır. Beləliklə də mahnının musiqisi və sözlərindəki məna dolğun şəkildə tamaşaçıya çatdırılır.
Strangers By Night
Strangers By Night (azərb. Naməlum gecədə‎) – C. C. Catch tərəfindən 1985-ci ildə ifa edilmişdir.
Strangers In The Night
Strangers in the Night — 1966-cı ildə Frenk Sinatranın ifası sayəsində məşhurluq qazanan mahnı. İddiaya görə mahnının orijinal musiqisi məşhur yuqoslav müğənnisi İvo Robiç tərəfindən bəstələnmiş və onun Yuqoslaviyada keçirilən bir musiqi yarışmasındakı uğursuz çıxışından sonra musiqinin müəlliflik hüquqları Bert Kempfertə satılmışdır. Sonradan orijinal musiqinin üstündə bəstəkar Bert Kempfert işləyərək onu Sinatranın ifası üçün hazırlamış, Çarlz Sinqlton və Eddi Snayder isə mahnıya ingilis dilində sözlər yazmışlar. Mahnı Billboard Hot 100 və Easy Listening hit paradlarında birinci yerə qədər yüksəlmişdir. Mahnı həmçinin UK Singles Chartda da yuxarı pillələrdə olmuşdur. Frenk Sinatra 1966-cı ildə çıxardığı albomunu da bu mahnının adı ilə Strangers in the Night adlandırmışdır. Həmin albom Sinatranın ən çox nüsxə ilə satılan albomu olmuşdur. Mahnı Frenk Sinatra üçün çox böyük uğurlar gətirmişdir. Belə ki, o, bu mahnıya görə 1967-ci il Qremi Mükafatlandırması zamanı iki kateqoriyada "İlin Ən Yaxşı Pop Vokal Müğənnisi" və "İlin Ən Yaxşı Səs Yazısı" kateqoriyalarında mükafat əldə etmişdir. Mahnının sonunda Frenk Sinatra ən çox yadda qalan və sevilən imitasiyasını (doo-be-doo-be-doo) etmiş və mahnını özünməxsus şəkildə bu cür tamamlamışdır.

Oxşar sözlər

#strang nədir? #strang sözünün mənası #strang nə deməkdir? #strang sözünün izahı #strang sözünün yazılışı #strang necə yazılır? #strang sözünün düzgün yazılışı #strang leksik mənası #strang sözünün sinonimi #strang sözünün yaxın mənalı sözlər #strang sözünün əks mənası #strang sözünün etimologiyası #strang sözünün orfoqrafiyası #strang rusca #strang inglisça #strang fransızca #strang sözünün istifadəsi #sözlük