Strati sözü azərbaycan dilində

Strati

Yazılış

  • Strati • 60.0000%
  • strati • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın Stratiqrafiyası və litologiyası
Stratiqrafiya - tarixi geolo­giyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir. Azərbaycan Respublikası ərazisində yayılmış süxur və çöküntü komplekslərinin stratiqrafiya və litologiyası özünün xeyli mürəkkəbliyi ilə səciyyələnir. == Süxurlar == Burada ən qədim süxurlar Naxçıvan MR-də, Kiçik Qafqazda Əsrik çayının yuxarı axınında məhdud şəkildə Yer səthinə çıxan və üst proterozoyun Vend sisteminə aid edilən metamorfik şistlərlə təmsil olunmuşdur. Paleozoy çöküntüləri Naxçıvan MR ərazisində buruq quyularında aşkar edilmişdir. Bunlar alt paleozoyun qrafitləşmiş əhəngdaşıları, argillitlər və kvarslaşmış qumdaşıları (1414 m), üst paleozoyun, əsasən, əhəngdaşıları, qismən də şistlər və qumdaşıları (3300 m) qatlarından ibarətdir. Mezozoyun trias çöküntüləri də Naxçıvan MR ərazisində yer səthinə çıxır (təqr. 1000 m) və karbonat fasiyalıdır. Alt yura çöküntüləri Böyük Qafqazda və Naxçıvan MR-də terrigen fasiyalıdır. Orta yura Böyük Qafqazda, əsasən, gilli şistlərdən, Kiçik Qafqazda aşağı hissədə terrigen çöküntülərdən (120 m), yuxarı hissədə isə diabaz tərkibli vulkanitlərdən, lavalardan və kvarslı plagioporfiritlərdən (2000–3000 m) ibarətdir. Üst yura Baş Qafqaz silsiləsinin şimal yamacında qırıntılı və rif əhəngdaşılarından (300 m), cənub yamacında flişəbənzər silisiumlu gilli şistlərdən (500 m), Kiçik Qafqazda və Kür çökəkliyində rif əhəngdaşıları və vulkanogen-çökmə süxurlardan (500-1500 m) ibarətdir.
Stratifikasiya
Stratifikasiya lat. stratum - təbəqə və facio -edirəm - sosiologiyaya geologiyadan gətirilmişdir. Müxtəlif süxurların şaquli [112 - 113] yerləşməsini bildirir. == Sosial stratifikasiya == Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir. «Təbəqələşmə» anlayışı hərfı mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində qəbul olunmuş iki termin uyğun gəlir - diferensiasiya və stratifıkasiya. «Stratifikasiya» termini daha çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir. «Təbəqələşmə» cəmiyyətin varlı və yoxsullara bölünməsini ifadə edirsə, «stratifıkasiya» bununla yanaşı, həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun əks etdirir.
Stratiqrafiya
Stratiqrafiya - tarixi geologiyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir. Stratiqrafiyanın əsas məqsədləri: 1. Yer qabığının inkişaf tarixini aydınlaşdırmaq üçün onun ayrı-ayrı sahələrində süxurların ilkin yatım ardıcıllığını və yaş münasibətlərinin müəyyən edilməsi; struktur geologiya, geoloji planalma və axtarış-kəşfiyyat işləri kimi məsələləri həll etmək üçün baza yaradılması; Yer kürəsi üçün ümumi olan nisbi geoxronoloji şkalanın yaradılması; 2. Hər hansı ölkə və ya regionda geoloji əmələgəlmələrin yatım ardıcıllığının öyrənilməsi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

"strati" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#strati nədir? #strati sözünün mənası #strati nə deməkdir? #strati sözünün izahı #strati sözünün yazılışı #strati necə yazılır? #strati sözünün düzgün yazılışı #strati leksik mənası #strati sözünün sinonimi #strati sözünün yaxın mənalı sözlər #strati sözünün əks mənası #strati sözünün etimologiyası #strati sözünün orfoqrafiyası #strati rusca #strati inglisça #strati fransızca #strati sözünün istifadəsi #sözlük