stratiq sözü azərbaycan dilində

stratiq

Yazılış

  • stratiq • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycanın Stratiqrafiyası və litologiyası
Stratiqrafiya - tarixi geolo­giyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir. Azərbaycan Respublikası ərazisində yayılmış süxur və çöküntü komplekslərinin stratiqrafiya və litologiyası özünün xeyli mürəkkəbliyi ilə səciyyələnir. == Süxurlar == Burada ən qədim süxurlar Naxçıvan MR-də, Kiçik Qafqazda Əsrik çayının yuxarı axınında məhdud şəkildə Yer səthinə çıxan və üst proterozoyun Vend sisteminə aid edilən metamorfik şistlərlə təmsil olunmuşdur. Paleozoy çöküntüləri Naxçıvan MR ərazisində buruq quyularında aşkar edilmişdir. Bunlar alt paleozoyun qrafitləşmiş əhəngdaşıları, argillitlər və kvarslaşmış qumdaşıları (1414 m), üst paleozoyun, əsasən, əhəngdaşıları, qismən də şistlər və qumdaşıları (3300 m) qatlarından ibarətdir. Mezozoyun trias çöküntüləri də Naxçıvan MR ərazisində yer səthinə çıxır (təqr. 1000 m) və karbonat fasiyalıdır. Alt yura çöküntüləri Böyük Qafqazda və Naxçıvan MR-də terrigen fasiyalıdır. Orta yura Böyük Qafqazda, əsasən, gilli şistlərdən, Kiçik Qafqazda aşağı hissədə terrigen çöküntülərdən (120 m), yuxarı hissədə isə diabaz tərkibli vulkanitlərdən, lavalardan və kvarslı plagioporfiritlərdən (2000–3000 m) ibarətdir. Üst yura Baş Qafqaz silsiləsinin şimal yamacında qırıntılı və rif əhəngdaşılarından (300 m), cənub yamacında flişəbənzər silisiumlu gilli şistlərdən (500 m), Kiçik Qafqazda və Kür çökəkliyində rif əhəngdaşıları və vulkanogen-çökmə süxurlardan (500-1500 m) ibarətdir.
Stratiqrafiya
Stratiqrafiya - tarixi geologiyanın bölməsi; Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir. Stratiqrafiyanın əsas məqsədləri: 1. Yer qabığının inkişaf tarixini aydınlaşdırmaq üçün onun ayrı-ayrı sahələrində süxurların ilkin yatım ardıcıllığını və yaş münasibətlərinin müəyyən edilməsi; struktur geologiya, geoloji planalma və axtarış-kəşfiyyat işləri kimi məsələləri həll etmək üçün baza yaradılması; Yer kürəsi üçün ümumi olan nisbi geoxronoloji şkalanın yaradılması; 2. Hər hansı ölkə və ya regionda geoloji əmələgəlmələrin yatım ardıcıllığının öyrənilməsi. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2008 •••••••••••••••••••• 0.24

"stratiq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#stratiq nədir? #stratiq sözünün mənası #stratiq nə deməkdir? #stratiq sözünün izahı #stratiq sözünün yazılışı #stratiq necə yazılır? #stratiq sözünün düzgün yazılışı #stratiq leksik mənası #stratiq sözünün sinonimi #stratiq sözünün yaxın mənalı sözlər #stratiq sözünün əks mənası #stratiq sözünün etimologiyası #stratiq sözünün orfoqrafiyası #stratiq rusca #stratiq inglisça #stratiq fransızca #stratiq sözünün istifadəsi #sözlük