strato sözü azərbaycan dilində

strato

Yazılış

  • strato • 50.0000%
  • Strato • 50.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Boeing B-52 Stratofortress
Boinq B-52 Srtatofortress (ingil. Boeing B-52 Stratofortress — Stratosfer qalası) — 1955-ci ildən ABŞ HHQ-nin arsenalında olan, Boeing şirkətinin ikinci nəsil amerikan çoxməqsədli ağır ən-uzaq-məsafəli qitələrarası strateji bombardmançı-raketdaşıyan təyyarə. Bu təyyarə B-36 və B-47 ləri əvəz edib. Səsdən-asta sürətdə 15 km hündürlükdə müxtəlif silah növləri, o cümlədən nüvə başlıqlı bomba daşımağa qadirdir. B-52 -nin əsas hazırlanma məqsədi - yüksək gücə malik iki termonüvə bombasını SSRİ-nin istənilən nöqtəsinə çatdırmaq olub. B-52, Ту-95 ilə bir sırada, uzaq məsafəli uçuşlara görə hərbi təyyarələrin arasında mütləq rekordçudur. Həmçin o nadir hərbi təyyarələrdəndir ki, yarım əsr müddətində durmadan xidmət edir. Baxmayaraq ki, B-52 50-ci illərdə soyuq müharibənin tələbləri ilə hazırlanıb, o indi də amerikan HHQ-nin uzaq məsafəli bombardmançı aviasiyasının əsas təyyarəsi olaraq qalır və, ən azından 2030-cu ilə qədər belə olaraq qalacaq. Bu təyyarənin modernəlşdirilməsinə 11,9 mlrd dollar xərcləmək planlaşdırılır.
Straton (Lampsakuslu)
Lampsakuslu Straton (yun. Στράτων, m. ö. 340 – 268) — Teofrastusun ən tanınmış öyrəncisi olmuşdur. O, 18 il peripatetik məktəbə başçılıq etmişdir. Ondan öncə isə o, məşhur Misir kralı II Ptolemeus Filadelfin müəllimi idi. Misirdə olarkən Straton Falerli Demetriusla birlikdə Museyonun yaradıcılarından biri olmuşdur. O da metafizika problemləri ilə məşğul olmuş, Demokritin atomlar nəzəriyyəsini tənqid etmişdi. == Fəlsəfəsi == Straton peripatetizmdə materialist ənənəsini davam etdirənlərdən idi. O, ilk növbədə metafizikanı, dərk olunmaz şeyləri inkar etmiş, təbiətin özünə istinad edərək onu izah etməyə çalışırdı.
Stratosfer
Stratosfer (q.yun. στρατός — "qat", "lay", "təbəqə" və σφαῖρα — "sfera") — troposferin üzərində yerləşib, qalınlığı 55 km-ə qədərdir. Stratosferdə su buxarı olmadığından burada buludlar yaranmır. Stratosferdə 15–35 km arasında qalınlığı 20 km olan ozon qatı yerləşir. Ozon qatı Yerdəki canlıları məhvedici kosmik şüalardan və Günəşin ultrabənövşəyi şüalarından qoruyur. 1986-cı ildə Antarktida üzərində, 2–3 il sonra subtropik qurşaqda, 1992-ci ildə mülayim qurşaq üzərində ozon qatının deşilməsi müşahidə edilib. Ozon qatının nazilməsinə səbəb hərbi təyyarələrin çox yüksəkdən uçması, atmosferdə kükürd qazının artması, soyuducu və aerozollarda freon qazından istifadədir. Bu səbəbdən ozon qatı ildə 5–7% azalır.
Stratovulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.

"strato" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#strato nədir? #strato sözünün mənası #strato nə deməkdir? #strato sözünün izahı #strato sözünün yazılışı #strato necə yazılır? #strato sözünün düzgün yazılışı #strato leksik mənası #strato sözünün sinonimi #strato sözünün yaxın mənalı sözlər #strato sözünün əks mənası #strato sözünün etimologiyası #strato sözünün orfoqrafiyası #strato rusca #strato inglisça #strato fransızca #strato sözünün istifadəsi #sözlük