strukturalizm sözü azərbaycan dilində

strukturalizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • strukturalizm • 88.0000%
  • Strukturalizm • 12.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Strukturalizm
Strukturalizm ədəbi şərhin tarixi formalarından biri kimi XX əsrin əvvəllərində dilin təbiəti haqqında meydana çıxan yeni nəzəriyyələrin tərkibində yaranmışdır. == Ümumi məlumat == Qədimlərdən bir elm sayılmış ədəbiyyat və dilçilik strukturalizmdə yenidən birləşmişdir. Strukturalizmə qədərki dilçilik əsas iki anlayışa – söz və məna anlayışlarına bağlı idi. Klassik dilçilik çox zaman sözlərin mənasını izah edən və tərcümədə gərəkli olan lüğətçilik elmindən ibarət idi. Lap qədimdən, Platondan gələn sadə nəzəriyyəyə görə, sözlər mənalı səslər kimi qəbul edilirdi. Yeni dil nəzəriyyəsi klassik dilçiliyi alt-üst edən dilin işarəviliyi anlayışını irəli sürdü. Sözün yeni formulu belə oldu: işarə edilən – işarə – məna. Bu nəzəriyyədə sözlə onun bildirdiyi şeylər arasında heç bir əlaqə olmadığı aşkara çıxdı. Sözü işarə, dili isə işarə sistemi kimi təqdim edən semiotikanın əsas müddəalarını amerikan filosofu Çarlz Pirs (1839-1914) və isveçrəli dilçi və psixoloq Ferdinand De Sösür (1857-1913) irəli sürdülər. Ç.Pirs bu ideyaları F.Sösürdən əvvəl qələmə almışdı, lakin strukturalizm F.Sösürün müdiri olduğu Ümumi dilçilik kafedrasının tələbə və müəllimləri tərəfindən inkişaf etdirildi və Avropa universitetlərinin dilçilik kafedralarında yayıldı.
Strukturalizm məktəbi
Strukturalizm məktəbi - XIX əsrin sonu XX əsrin əvvəllərində ABŞ-də geniş yayılmış məktəblərdən biridir. Onun əsasını E.Titçener (1867-1927) qoymuşdur. O, İngiltərədə doğulmuş, Oksford Universitetində təhsil almışdı. 1890-cı ildə elə həmin universitetdə magistr dərəcəsi almışdır. 1890-cı ildə Titçener psixologiya təhsilini davam etdirmək üçün Leypsiqə - Vundtun laboratoriyasına gəlir, Vundtun bacarıqlı və sadiq tələbələrindən biri olur. Leypsiqdə o, əsasən binokulyar görmə və idrak proseslərində zaman reaksiyasını öyrənməyə başlayır. 1892-ci ildə ABŞ-yə köçür və Kornuel Universitetində ən böyük elmi məktəblərdən birini yaradır. Titçeneri Amerikanın Vundtu da adlandırırlar. Titçener öz nəzəriyyəsini strukturalizm adlandırır. O hesab edirdi ki, psixologiyanın predmeti şüur problemi olmalıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

strukturalizm sözünün leksik mənası və izahı

strukturalizm sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. структурализм (направление в гуманитарных науках, связанное с использованием структурного метода, моделирования, элементов семиотики, формализации и математизации в лингвистике, литературоведении, этнографии, истории и т.д.) II прил. структуралистский. Strukturalizm nəzəriyyəsi структуралистская теория

    Azərbaycanca-rusca lüğət / strukturalizm

strukturalizm sözünün inglis dilinə tərcüməsi

strukturalizm sözü azərbaycan dilinin lüğətlərində

İzahlı tərcüməşunaslıq terminləri lügəti

dilçilikdə istiqamət olub dil komponentlərin asılılığı, onun strukturunun daxili münasibətlərinin linqvistik cəhətdən tədqiq olunmasını qarşıya məqsəd qoyur.

İzahlı tərcüməşunaslıq terminləri lügəti

Fəlsəfə terminlərinin izahlı lüğəti

\ – Son illərdə xüsusilə də Fransada inkişaf edən, əsas bir həqiqət olaraq sturktura əsaslanan struktur üzərində qurulan elm qaydası. Ob-yektlərin strukturun aşkara çıxarılmasını elmi tədqiqatın vəzifəsi kimi irəli sürən konkret elmi-metodoloji istiqamət.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Oxşar sözlər

#strukturalizm nədir? #strukturalizm sözünün mənası #strukturalizm nə deməkdir? #strukturalizm sözünün izahı #strukturalizm sözünün yazılışı #strukturalizm necə yazılır? #strukturalizm sözünün düzgün yazılışı #strukturalizm leksik mənası #strukturalizm sözünün sinonimi #strukturalizm sözünün yaxın mənalı sözlər #strukturalizm sözünün əks mənası #strukturalizm sözünün etimologiyası #strukturalizm sözünün orfoqrafiyası #strukturalizm rusca #strukturalizm inglisça #strukturalizm fransızca #strukturalizm sözünün istifadəsi #sözlük